"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   ...   9   10   11   12   13   14   15   16   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

24. DEZİNFEKTOR
İşin xüsusiyyəti.
3-cü dərəcə
Paltarın, ev əşyalarının, avadanlığın, maşının, xammalın, yafımfabrikatın, nəqliyyat vasitələrinin, ərazinin, istehsal yerlərinin, bina və tikililərin
fiziki, kimyəvi bioloji və kompleks metodlarla dezinfeksiyası (xəstəlik törədən mikroorqanizmlərin və ya yoluxucu infeksiya yayanların məhv
edilməsi və ya zərərləşdirilməsi) və dezodorasiyası. Əl ilə zəhərləyici kimyəvi maddələrlə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısının
alınması və məhv edilməsi) deratizasiya və dezodorasiya (siçovul, siçan və əkin gəmiricilərinin məhv edilməsi) aparılması, dezinfeksiya olunan
əşyaların dezinfeksiya kameralarına gətirilməsi və onların yüklənməsi və boşaldılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, deratizasiya və dezodorasiya üçün işlədilən maddələrin təyinatını, növlərini və xüsusiyyətlərini;
dezinfeksiya kameralarının doldurulma və boşaltma üsullarını; dezinfeksiya, dezinseksiya, deratizasiya işlərini gördükdə şəxsi və ictimai
təhlükəsizlik tədbirlərini, zəhərli, kimyəvi preparatlarla işlərin təhlükəsizlik qaydalarını, xüsusi mühafizə vasitələrindən istifadə qaydalarını.
25. DEZİNFEKTOR
İşin xüsusiyyəti.
4-cü dərəcə
Zəhərli kimyəvi maddələrlə və insektisidlərlə xüsusi maşın və avadanlığın köməyi ilə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısını
almaq və qırmaq), deratizasiya (siçovul, siçan və tarla gəmiricilərinin qırılması) və dezodorasiya aparılması. Dezinfeksiya üçün zəhərləyici və başqa
maddələrin hazırlanmasında işlədilən maşın və avadanlığa xidmət göstərilməsi.
Təlimatın tələblərinə uyğun olaraq, tələ yemini hazırlamaq üçün lazım olan ərzaq və zəhərləyici maddələrin qəbulu, uçotu, mühafizəsi və
buraxılması. Mühafizə vasitələrinin keyfiyyət və sazlığının yoxlanılması, əleyhqazlara, xüsusi geyimlərə, inventarlara və s. zəhərləyici maddələrin
təsirinin yoxlanılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, dezodorasiya və depatizasiyada istifadə olunan maddələrin təyinatını, tərkibini və hazırlanma
üsullarını; kimyəvi zəhərlərlə dezinfeksiya aparan maşın və aparatların işləmə prinsipini və quruluşunu, dezinfeksiya kamerasının quruluşu və iş
rejimini; təzyiq altında işləyən avadanlığın hidravlik sınama metodlarını, zəhərlənmənin əlamətlərini və bu halda ilk yardım etmə qaydalarını;
kimyəvi zəhərli işlərdə təhlükəsizlik qaydalarını; dezinfeksiya və dezodorasiya zamanı ekspozisiya aparma müddətini;

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin