"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   ...   8   9   10   11   12   13   14   15   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

22. QULLUQÇU
İşin xüsusiyyəti.
1-ci dərəcə
Mehmanxanaların, yataqxanaların sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin yığışdırılması və təmiz saxlanılması. Hər bir
otaqdan sakin getdikdən sonra onun istifadə etdiyi əl-üz dəsmalının və yataq ağlarının qəbul edilməsi və dəyişdirilməsi. Uzun müddət yaşayanların
yataq ağlarının mehmanxanalarda daxili nizam-intizam qaydalarına əsasən qoyulmuş vaxt ərzində dəyişdirilməsi. Əmlakın və avadanlığın xarab
olmasını gördükdə, böyük qulluqçunun və ya mərtəbə növbətçisinin xəbərdar edilməsi. Yaşayanlardan məişət xidməti üçün alınan sifarişlərin vaxtı-
vaxtında yerinə yetirilməsinin təmin edilməsi. Təhlükəsizlik texnikasından istifadə edilməsi.
Bilməlidir: mehmanxanalarda daxili nizam-intizam qaydalarını; təhlükəsizlik texnikası qaydasını; elektrik tozsoranlarının, döşəməsilənlərin
quruluşunu, sanitariya və gigiyena qaydalarını.
2-ci dərəcə: böyük qulluqçu vəzifəsini yerinə yetirdikdə.
23. DALANDAR
 
İşin xüsusiyyəti.
3-cü dərəcə
Xidmət olunan binanın (evin) ətrafındakı küçə, səki, meydança və sahələrin təmizlənməsi. Səkilərin küçə və körpülərin qar və buzdan
vaxtında təmizlənməsi, onlara qum səpilməsi. Yanğın qutularına sərbəst keçmək üçün onlara gedən yolun vaxtaşırı təmizlənməsi. Su yığmaq üçün
balaca arx və çalaların qazılması və təmizlənməsi. Küçələrdə qoyulmuş zibil qutularının yuyulması və onların vaxtaşırı zibildən təmizlənməsi.
Yaşayış binalarının həyətlərindəki zibil qutularının, ictimai tualetlərin vaxtında təmizlənməsinə və onların sanitar vəziyyətlərinə nəzarət. Bütün ev


avadanlıqlarının və əmlakın (çəpər, pilləkən, su boruları, zibil qutusu, lövhələr və s.) sazlığına və saxlanılmasına nəzarət. Bayramlarda evlərin
fasadlarına bayraqların asılması, çıxarılması və mühafizə olunması. Xidmət olunan sahədə işıqların vaxtında yandırılması və söndürülməsi. Polis
işçiləri ilə birlikdə yoxlamalarda iştirak edilməsi. Qocalara, xəstələrə, uşaqlara, bədbəxt hadisə zamanı zərər çəkənlərə yardım edilməsi.
Bilməlidir: binaların sanitariya, abadlıq cəhətdən təmiz saxlanılması qaydasını; polis idarəsi bölmələrinin, yerli sahə müfə işliyinin, təcili tibbi
yardım stansiyasının, yanğına qarşı hissənin, əczaxananın, uşaq evinin və s. ünvan və telefon nömrələrini.
4-cü dərəcə: həyətyanı tualetlərin təmizlənməsi işlərini gördükdə.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin