"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə8/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   ...   4   5   6   7   8   9   10   11   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

BİLET SATICISI
İşin xüsusiyyəti.
4-cü dərəcə
Beynəlxalq, qarışıq, düz (kabotajlı), yerli və şəhərətrafı daşınmalarda nəqliyyatın növləri üzrə sərnişin və daşınma sənədlərinin
rəsmiləşdirilməsi və satılması, ekskursiya səfərlərinə və turist reyslərinə, kruiz reyslərinə əvvəlcədən verilmiş sifarişlə kollektiv ərizələrə əsasən
"qatarla" gediş-gəliş sənədlərinin tərtib edilməsi və satışı. Teatrların, kinoteatrların, sirkin, klubların, parkların, stadionların və başqa tamaşa


idarələrinin kassaları (kassirləri) arasında bilet və abunə biletlərinin bölüşdürülməsi. Biletlərin satılması haqqındakı kassa hesabatının qəbul
olunmuş ardıcıllığa uyğun tərtib edilməsi. İstifadə olunan avadanlığın qurulması, təmiri və ona xidmət.
Bilməlidir: uçot və hesabatın aparılması üzrə kassa və bank əməliyyatlarının aparılması qaydasını; beynəlxalq və daxili daşınmada nəqliyyat
sənədlərinin formasını; Xüsusi zonaya səfər üçün biletlərin satışı və rəsmiləşdirilməsi qaydasını; istifadə olunan avadanlığın təyinatını, quruluşunu
və xidmət qaydasını; qatarda, avtobusda, təyyarədə, gəmidə boş qalmış yerlər haqqında məlumat verilməsi qaydasını.
5-ci dərəcə: kassalar arasında yerlərin və biletlərin paylanılması və nəqliyyat yola düşdükdən sonra boş yerlər haqqında məlumat verdikdə.
6-cı dərəcə: xarici valyuta ilə işlədikdə.
15. BİNALARA, AVADANLIQ VƏ QURĞULARA XİDMƏT VƏ ONLARIN
CARİ TƏMİRİ ÜZRƏ FƏHLƏ
İşin xüsusiyyəti.
3-cü dərəcə
Binaların, qurğu və avadanlıqların vaxtından əvvəl xarab olub sıradan çıxmasının qarşısını alan işləri görür, zədə və nasazlıqları aradan
götürür. Müayinə siyahısı əsasında tərtib edilmiş cədvəl üzrə vaxtaşırı il ərzində bina və qurğuların profilaktik və cari təmirini həyata keçirir.
Bilməlidir: xidmət etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, təhlükəsizlik və yanğından mühafizə tədbir və
qaydalarını təmin edən təlimatları.
4-cü dərəcə: bir qədər mürəkkəb texnikanın, qurğu və avadanlığın təmiri, tənzimlənməsi və saxlanılması işlərini gördükdə.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin