Bilməlidir: avtomobillərin, qoşquların, motosikletlərin, motorollerlərin, motonartın, aeroxizəklərin, traktor bazasında quraşdırılmış
mexanizmlərin və yol maşınlarının
quruluşunu; xətdən qayıdan və onların aqreqat və qovşaqlarının təmirini apardıqdan sonra bu nəqliyyat
vasitələrinin qəbuluna qoyulan texniki tələbləri və qaydanı; nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinə, aqreqatlarının və qovşaqların
təmirinə gələn reklamasiya sənədlərinin tərtib olunmasını.
5-ci dərəcə: avtomobillərin texniki vəziyyətinin yoxlanılması işini yerinə yetirdikdə.
7.
AYAQQABI TƏMİZLƏYƏN
İşin xüsusiyyəti.
1-ci dərəcə
Müştərinin iştirakı ilə ayaqqabının
təmizlənməsi, ayaqqabıya içlik qoyulması, ayaqqabının çirkdən təmizlənməsi, ayaqqabıların
üzərinə
bərabər qalınlıqda xüsusi şotka ilə krem çəkilməsi, çəkmələrin üzünü yumşaq şotka və məxmər ilə parıldayana qədər silinməsi. Ustadan
ayaqqabıların təmiri üçün furnitur və ona qulluq etmək üçün başqa əşyaların alınması və müştərilərə satılması. Görülən işlər üçün pulun alınıb
müəssisənin kassirinə təhvil verilməsi, köşkün yığışdırılması.
Bilməlidir: ayaqqabının təmizlənmə üsul və qaydalarını, xırda
təmir növlərini, ayaqqabı çeşidlərini,
işin qiymətlərini, sanitariya və gigiyena
qaydasını, furnitur və ayaqqabının xırda təmiri üçün əşyaların çeşidini.
2-ci dərəcə: ayaqqabının xırda təmir işlərini yerinə yetirdikdə.
8.
Dostları ilə paylaş: