"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   2   3   4   5   6   7   8   9   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

AVTOMOBİL SÜRÜCÜSÜ
İşin xüsusiyyəti.
5-ci dərəcə
Təcili yardım və xüsusi səs və işıq siqnalları ilə təchiz olunmuş əməliyyat avtomobillərinin, 1 milyondan çox əhalisi olan şəhərlərdə taksilərin,
yükgötürmə qabiliyyəti 5 tondan 7 tona qədər olan bütün növ yük avtomobillərinin (avto-qatarların), uzunluğu 7 metrdən 9 metrə qədər olan
avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun
soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə
riayət etməklə idarə olunması. Xidmət edilən avtomobilin iş zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığın düzəldilməsi. İş
şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirilməsi.
Bilməlidir: xidmət olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipi və xidmət göstərilməsini
nasazlıqların əlamətləri və səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını.
5. 
AVTOMOBİL SÜRÜCÜSÜ
İşin xüsusiyyəti.
6-cı dərəcə
Yükgötürmə qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin (avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan avtobusların idarə
olunması. Özü-boşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu
qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət
etməklə idarə olunması.
Bilməlidir: avtoqatarların quruluşu və texniki xidmət qaydalarını və yeni buraxılmış avtomobillərə texniki xidmət qaydalarını, avtomobil
işinin ayrı-ayrı istismar göstəricilərinin yükdaşımanın maya dəyərinə təsirini, hərəkət vasitələrindən məhsuldar və səmərəli istifadə üsullarını,
hərəkət dəstələrinin əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz hərəkətə təsirini, avtomobil nəzəriyyəsi elementlərini, avtonəqliyyat
təsərrüfatının təhlükəsiz hərəkət xidmətinin əsas müddəalarını.
7-ci dərəcə: yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan
avtobusların idarə olunması.
8-ci dərəcə: yükgötürmə qabiliyyəti 15 ton-dan çox olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 12 metr-dən çox
olan avtobusların idarə olunması.
6. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin