[1] Bilməlidir: şəxsi əşyaların mühafizə və qəbulu qaydasını, jeton itdiyi halda sənədlərin rəsmiləşdirmə qaydasını, müəssisənin (idarənin) iş
rejimini.
20. QİYMƏTLİ METAL VƏ XAMMAL QƏBULÇUSU İşin xüsusiyyəti. 3-cü dərəcə
Qızıldan olan köhnə diş protezlərinin, sikkə və qırıntıların qiymətli metallar zavoduna yola salınması. Tərkibində qiymətli metal olan
tullantıların Dövlət Fonduna təhvil verilməsi. Qızıldan və başqa bahalı metaldan olan diş protezlərinin hazırlanma prosesində (tibbi qeyd
şöbəsindən və anbarlardan diş texniki laboratoriyasına, kabinetlərə keçməsi və geri qayıtması) iştirak etmək. Hazır məhsulun çəkilməsi, ona
məzənnə qoyulması və sifarişçinin iştirakı ilə çəkisinin yoxlanılması.
Bilməlidir: qəbulçunun xəzinəsini təchiz etmə qaydasını, analitik tərəzilərdə işləmə qaydasını, stomatoloji idarələrdə bahalı metallardan
dişlərin protezləşdirilməsi üçün istifadə və uçotu barədə təlimatı.
21. QİYMƏTLİ METAL VƏ XAMMAL QƏBULÇUSU İşin xüsusiyyəti. 4-cü dərəcə
Dişləri protezləşdirmək üçün təchizat təşkilatlarından və müştərilərdən qızılının və başqa bahalı metalların alınması. Müştərilərdən qəbul
edilən qızılın reaktivlə yoxlanılması. Diş məmulatı istehsal etmək üçün qızılın diş texniklərinə verilməsi. Qızılın qəbulu, sərf olunması, qalığı barədə
sənədlərin tərtib edilməsi. Diş texniklərində və xəzinədə olan qızılın və başqa bahalı metalın mədaxil və sərfi uçotunun aparılması.
İnventarlaşdırmanın aparılmasında iştirak etmək (işin xüsusiyyətini və yerli şəraiti nəzərə almaqla, mühafizə təhvil qaydası stomatoloji idarənin
rəhbəri tərəfindən təyin olunur.)
Bilməlidir: stamotoloji idarələrdə dişlərin protezləşdirilməsi üçün bahalı metallardan istifadə və uçotu barədə təlimatı, qızılın və başqa
metalların alınması, mühafizəsi, yerdəyişməsi və verilməsinin sənədləşdirilməsi və aparılması qaydalarını, müştərilərdən qəbul edilən qızılın
reaktivlərlə yoxlanılması metodunu.