Ödəniş dərəcələrinə ixtisas tələbləri: 6-7-ci dərəcələr: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə ali ixtisas təhsili;
8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq 7-ci dərəcəli fizioloq vəzifəsində iş stajı;
9-cu dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq 8-ci dərəcəli fizioloq vəzifəsində iş stajı;
10-11-cı dərəcələr (aparıcı fizioloq): müvafiq sahə üzrə ali ixtisas təhsili və 3 ildən az olmayaraq 9-cu dərəcəli fizioloq vəzifəsində iş stajı.
TƏRCÜMƏÇİ Əmək funksiyası. Elmi, texniki, ictimai-siyasi, iqtisadi və başqa xüsusi ədəbiyyatları, patent yazılarını, normativ-texniki və mal müşayiət edici sənədləri, xarici ölkələrin idarə və müəssisələri ilə olan yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların materiallarını tərcümə edir. Tərcümələrin əslini leksik, üslub və məna məzmununa dəqiq uyğunluğunu, elmi və texniki termin və qanunlara münasib qoyulmuş tələblərə riayət olunmasını təmin edərək, müəyyən olunmuş müddətdə şifahi və yazılı, tam və qısaldılmış tərcümələr edir. Tərcüməni redaktə edir. Xarici ədəbiyyata annotasiya və referatlar və elmi texniki sənədlər hazırlayır. Xarici materiallar üzrə tematik xülasələrin tərtib olunmasında iştirak edir.
Terminlərin vahid şəklə salınması, elm, texnika və ya iqtisadiyyatın müvafiq sahəsi üzrə tərcümənin məzmunu, anlayış və təriflərinin təkmilləşdirilməsi işini, edilmiş tərcümələrin, annotasiya və referatların uçotunu və sistemləşdirilməsini aparır.
Bilməlidir:xarici dili; elmi-texniki tərcümənin metodikasını; tərcümənin qüvvədə olan əlaqələndirmə sistemini; müəssisə, idarə və təşkilatların fəaliyyətinin ixtisaslaşmasını; tədqiqatların, hazırlanmış işlərin Azərbaycan və müvafiq xarici dildə mövzular üzrə terminologiyasını; lüğətlərin, terminlərin standartını; elmi və ədəbi redaktənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.