Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar


[73]   20.1.5. qulluq  keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına  oraya getməyə; [74]



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

[73]
 
20.1.5. qulluq 
keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına 
oraya getməyə;
[74]
 
20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə;


20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət 
orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.
 
[75]
 
20.3
. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər 
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq
aldıqdan sonra otuz gün 
ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən 
edərək gəldiyi qərar
barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat 
verməlidir.
[76]
 
M a d d ə 2 1 .
Dövlət qulluqçuları üçün təminatlar
21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:
21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər 
ödənişlər;
21.1.2. lazımi qulluq şəraiti;
21.1.3. haqqı ödənilən məzuniyyət;
21.1.4. dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası;
21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma;
[77]
 
21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və 
ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda 
üstünlük;
[78]
 
21.1.7. pensiya təminatı və dövlət sosial sığortası;
21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada 
sığorta;
21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya 
müvafiq kompensasiya almaq; 
21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun 
ailə üzvlərinə qarşı törədilən zorakılıqdan,
hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun 
və onun ailə üzvlərinin müdafiəsi.
21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır.
 
[79]
 
21.3. Dövlət qulluqçusu bu Qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz razılığı ilə 
aşağı maaşlı vəzifəyə keçirilə
bilər.
[80]
 
21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin 
dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas
deyildir. 
21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan 
Respu
blikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
 
[81]
 
21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin 
olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi 
sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı və bu 
Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən edilir. Bu Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları 
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan 
ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil edilir.
[82]
 
M a d d ə 2 2 .
Dövlət məvacibi 
22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin 
məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq 
səviyyəsindən,
vəzifədə
qulluq stajından asılıdır.
[83]
 


22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən 
(dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq
stajına və s. görə verilən əlavələr) ibarətdir.
22.3. İnzibati vəzifələrin yeddinci təsnifatı üzrə dövlət qulluqçusunun maaşının məbləği 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati vəzifələr üçün müəyyən edilən 
minimum vəzifə maaşına bərabər tutulur. Yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə dövlət 
qulluqçusunun maaşının məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə yardımçı 
vəzifələr üçün müəyyən edilən minimum vəzifə maaşına bərabər tutulur. Dövlət qulluqçuları 
üçün vəzifə maaşlarına məbləği dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun müəyyən edilir.
22.4. Qu
lluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət 
orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir. Əmsalın müəyyən edilməsi 
qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği Azərbaycan Respublikasının 
müvafiq
qanunu ilə müəyyən edilir.
[85]
 
22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa 
müvafiq surətdə yerli əmsallar müəyyən edilir

22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə 
eyni zamanda müvafiq səlahiyyətin icrasına görə
onun üçün qanunvericiliklə müəyyən edilən 
məbləğdə əlavə haqq müəyyən edilir.
 
[86]
 
[87]
22.7. Dövlət qulluqçusuna
vəzifədə
qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq 
əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Haqqın 
məbləği qanunvericiliklə müəyyən edilir.
Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət 
qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə haqq 
verilmir. 
Bu maddə Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan 
Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra 
hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi 
icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri 
(başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
 [88]
 
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin 
edilməsi qaydası Azərbaycan Respublikasının
müvafiq Qanunu ilə müəyyən edilir.
22.9. Bu Qanunun 22-
ci maddəsinin müddəaları Azərbaycan Respublikasının xarici ölkələrdə 
fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların 
aparatlarının işçilərinə şamil olunmur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin