Dövlət qulluğu haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar


Dövlət qulluqçusunun xidməti vəsiqəsi



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix07.07.2023
ölçüsü0,65 Mb.
#136118
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
DOVLET-QULLUGU-HAQQINDA-21-iyul-2000-ci-il-№-926-IQ 071029

 
Dövlət qulluqçusunun xidməti vəsiqəsi
15-
2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.
15-
2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona 
verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
15-
2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilir.
M a d d ə 1 6 .
Dövlət qulluqçularının ixtisas dərəcələri 
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət 
qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan 
istifadə etmək hüququ verir.
 [52]
 
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
 [53]
 
16.2.1. inzibati vəzifələrin ali təsnifatı üzrə –
həqiqi dövlət müşaviri, 1
-
ci dərəcə dövlət 
müşaviri və 2
-
ci dərəcə dövlət müşaviri;


16.2.2. inzibati vəzifələrin birinci təsnifatı üzrə –
1-
ci dərəcə dövlət müşaviri, 2
-
ci dərəcə 
dövlət müşaviri və 3
-
cü dərəcə dövlət müşaviri;
16.2.3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə –
2-
ci dərəcə dövlət müşaviri, 3
-
cü dərəcə 
dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;
16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə –
dövlət qulluğunun baş müşaviri, dövlət 
qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;
16.2.5. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə –
dövlət qulluğunun müşaviri, dövlət 
qulluğunun kiçik müşaviri və 1
-
ci dərəcə dövlət qulluqçusu;
16.2.6. inzibati vəzifələrin beşinci təsnifatı üzrə –
dövlət qulluğunun kiçik müşaviri, 1
-ci 
dərəcə dövlət qulluqçusu və 2
-
ci dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı üzrə

1-
ci dərəcə dövlət qulluqçusu, 2
-
ci dərəcə 
dövlət qulluqçusu və 3
-
cü dərəcə dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə –
2-
ci dərəcə dövlət qulluqçusu, 3
-cü 
dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.
16.3. Yardımçı
vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri verilir:
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə –
dövlət qulluğunun baş referenti, dövlət 
qulluğunun böyük referenti və dövlət qulluğunun 1
-
ci dərəcə referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə –
dövlət qulluğunun böyük referenti, dövlət 
qulluğunun 1
-
ci dərəcə referenti və dövlət qulluğunun 2
-
ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə –
dövlət qulluğunun 1
-
ci dərəcə referenti, 
dövlət qulluğunun 2
-
ci dərəcə referenti və dövlət qulluğunun 3
-
cü dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə –
dövlət qulluğunun 2
-
ci dərəcə 
referenti, dövlət qulluğunun 3
-
cü dərəcə referenti və dövlət qulluğunun kiçik 
referenti. 
M a d d ə 1 7 .
İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi
[54]
 
17.1. İxtisas dərəcələri bu Qanunun 16
-
cı maddəsinə müvafiq olaraq dövlət qu
lluqçusunun 
tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə 
əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq 
stajına 1991
-
ci il oktyabrın 18
-
dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil 
edilir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı 
üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
17.2. 3-
cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas
dərəcələri Azərbaycan 
Respublikası Konstitusiyasının 109
-
cu maddəsinin 24
-
cü və 32
-
ci bəndlərində nəzərdə tutulmuş 
qaydada verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə 
verilir.
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri müvafiq dövlət 
orqanının rəhbəri tərəfindən verilir.
17.3. İnzibati vəzifələrin ali
təsnifatı istisna olmaqla, birinci
-ikinci
təsnifat inzibati vəzifələri 
tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda 
azı 10 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.
[55]
 
İnzibati vəzifələri
n üçüncü-
altıncı
təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin 
təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil 
olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.
Bu 
maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş hər hansı tələbə cavab 
verməyən dövlət qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən 
kiçik ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə 
alınır.


Bu Qanunun 17.3-
cü maddəsinin ikinci hissəsində “müvafiq vəzifə” və “müvafiq vəzifədə” 
dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu 
dövlət qulluğu vəzifəsi nəzərdə tutulu
r.
[56]
 
17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində 
növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
 
[57]
 
üçüncü-
beşinci
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil 
etməlidir;
altıncı
-yeddinci
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil 
etməlidir.
Müvafiq yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti 
ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
birinci-ikinci
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il 
təşkil etməlidir;
üçüncü-dördüncü
təsnifat vəzifələri üçün –
ixtisas dərəcəsində qulluq müddəti ardıcıl 
olaraq 1 il təşkil etməlidir.
17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları 
müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.6. Bu Qanunun 33.1.7-
ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona 
verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq 
qeyd aparılır.
M a d d ə 1 8 .
Dövlət qulluqçusunun əsas vəzifələri 
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları 
həyata keçirməli;
18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri 
yerinə yetirməli;
18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət 
orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol
verməməli;
[58]
 
18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz 
səlahiyyətləri hüdudunda onları qərəzsiz
həll etməli;
18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;
18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət 
qulluğuna xitam verildikdən sonra da saxlamalı;
[59]
 
18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi
və 
ailə
həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli
saxlamalı və qanunla nəzərdə tutulmuş 
hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
[60]
 
18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında 
maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin
mənbəyini, növünü və məbləğini göstərməli;
[61]
 
18.0.1
0. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa 
yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və
ya başqa vəzifələri icra etməli;
[62]
 
18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli 
qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına
yararlı olmasının müəyyən edilməsi üçün 
tibbi komissiyalarda müayinə keçməli;
18.0.12. etik davranış qaydalarına əməl etməlidir.
 
[63]
 
M a d d ə 1 9 .
Dövlət qulluqçusunun əsas hüquqları 
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:


19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, 
müəssisə, idarə və təşkilatlardan müəyyən
edilmiş qaydada lazımi informasiya və materiallar 
tələb etmək və almaq;
19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna
malik olan 
vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı
surətdə təsbit edilməsini və onların icrası üçün 
şərait yaradılmasını tələb etmək;

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin