“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
10 aprel 2023, 10:12
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-
cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
1. Aşağıdakı məzmunda preambula əlavə edilsin:
“Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I
hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət
qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir.”.
2. 1-
ci və 2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər
normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata
keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;
1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə
tutulan vəzifələrdə dövlət qulluğu keçmə;
1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan
mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və
ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə
üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına
sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət
orqanının işçisi;
1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və
funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda
əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan
Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik
olan dövlət təsisatı;
1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu,
iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla
təsnifləşdirilməsi;
1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada
ödənilən aylıq haqq;
1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının
Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən
səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat
cədvəlində müəyyən edilən ştat vahidi;
1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və
yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla
təsnifləşdirilməsi;
1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin
fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata
keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən
ştat vahidi;
1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin
fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində
müəyyən edilən ştat vahidi;
1.1.11. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı
vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə
əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edil
ən siyahı;
1.1.12. dövlət qulluqçusunun ixtisas dərəcəsi – dövlət qulluqçusunun tutduğu
vəzifəyə uyğun olaraq ona verilən ixtisas səviyyəsi;
1.1.13. dövlət orqanının strukturu – dövlət orqanının fəaliyyətini təmin edən struktur
qurumlarının normativ hüquqi aktlarla müəyyən edilmiş sistemi;
1.1.14. dövlət orqanının aparatı – özündə struktur bölmələri (şöbə və sektor)
birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini
bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu;
1.1.15. dövlət orqanının struktur bölməsi – dövlət orqanının rəhbərinin qərarı ilə
yaradılan və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona həvalə edilmiş
səlahiyyətləri həyata keçirən dövlət orqanının struktur vahidi;
1.1.16. rotasiya
– inzibati vəzifə tutan dövlət qulluqçularının bu Qanunun 31-1-ci
maddəsinə uyğun olaraq bir vəzifədən başqa vəzifəyə keçirilməsi;
1.1.17. bilavasitə rəhbər – dövlət qulluqçusunun birbaşa tabe olduğu vəzifəli şəxs;
1.1.18. xidməti fəaliyyət – dövlət qulluqçusunun qanunla müəyyən edilmiş hüquq və
vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti;
1.1.19. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi – dövlət
qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial
imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi,
dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə
təhsilə və ya təlimə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin,
işçinin vəzifədə irəli çəkilməsi üçün potensialının müəyyənləşdirilməsi məqsədilə
keçirilən dövlət qulluqçusunun hər təqvim ilinin sonunda fəaliyyətinin yoxlanılması;
1.1.20. şöbə – dövlət orqanının bir və ya bir neçə fəaliyyət istiqaməti üzrə
səlahiyyətlərini həyata keçirən struktur bölməsi;
1.1.21. sektor
– dövlət orqanının şöbə daxilində və ya müstəqil şəkildə yaradılan
struktur bölməsi;
1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və
həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri
tərəfindən təsdiq olunan sənəd;
1.1.23. mərkəzi icra hakimiyyəti orqanı – səlahiyyətləri Azərbaycan Respublikası
Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun
sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı;
1.1.24. mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və
dövlət xidmətləri – mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan və sahəvi
qanunlarla müəyyən edilən səlahiyyətlərini ölkə səviyyəsində həyata keçirən struktur
qurumu;
1.1.25. mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri – mərkəzi icra
hakimiyyəti orqanının yerlərdə (rayon, şəhər və region üzrə) fəaliyyətinin təmin
edilməsi məqsədilə yaradılan struktur qurumu;
1.1.26. intizam məsuliyyəti – dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə
yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına), habelə
bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu
Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi
məsuliyyət növü;
1.1.27. müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant
vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və
müsahibədən ibarət proses;
1.1.28. daxili müsahibə – 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
birinci-
yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin tutulması üçün keçirilən,
həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin
təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun
28.12-
ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən
şəxslərin iştirakını nəzərdə tutan müsahibə;
1
.1.29. ümumi müsahibə – 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
dördüncü-
yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin həmin dövlət orqanında
və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin
təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı
olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, həmçinin bu Qanunun 29.3-cü
maddəsinin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslər tərəfindən tutulması
məqsədilə keçirilən müsahibə.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının
normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət
qulluqçularına şamil edilir.
2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə
və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun
müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və
digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr
müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə
(başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr
müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə,
Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan
Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və
digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi
Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur.
2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu
Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək
hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu
ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları,
həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan
Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü
nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi
olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun
şamil edilir.
2.4. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil
edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə tənzimlənir.”.
3. 3-
cü maddə üzrə:
3.1. 3.0.2-
ci maddədə “icraya” sözü “onların icrasına” sözləri ilə əvəz edilsin;
3.2. 3.0.3-
cü maddədə “vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin” sözləri “qulluq
funksiyalarının icrasının” sözləri ilə əvəz edilsin.
4. 4-
cü maddə üzrə:
4.1. 4.1.4-
cü maddəyə “yuxarı” və “aşağı” sözlərindən sonra “kateqoriya” sözü əlavə
edilsin və həmin maddədə “mütləq yerinə yetirilməsi” sözləri “yerinə yetirilməsinin
məcburiliyi” sözləri ilə əvəz edilsin;
4.2. 4.1.9-
cu maddədə “vəziyyətindən” sözü “mövqeyindən” sözü ilə, “qulluqçuların
işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan” sözləri “dövlət qulluqçusunun xidməti
fəaliyyətinə aid olmayan” sözləri ilə əvəz edilsin, həmin maddəyə “əqidəsindən,”
sözündən sonra “həmkarlar ittifaqlarına və ya” sözləri əlavə edilsin;
4.3. 4.1.10-
cu maddədən “, xidməti” sözü çıxarılsın;
4.4. 4.1.11-
ci maddədə “ləyaqətli yaşayış” sözləri “layiqli həyat” sözləri ilə əvəz
edilsin;
4.5. 4.1.12-
ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.1.12. dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri
(hərəkətsizliyi) nəticəsində vurulmuş zərərə görə dövlət orqanlarının məsuliyyət
daşıması.”;
4.6. 4.3-
cü maddədən “və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara
dəxli yoxdur” sözləri çıxarılsın.
5. 5-
ci maddə üzrə:
5.1. 5.1-
ci maddənin birinci cümləsindən “, Azərbaycan Respublikasında dövlət
qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi” sözləri
çıxarılsın;
5.2. aşağıdakı məzmunda 5.4-cü maddə əlavə edilsin:
“5.4. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü müddətində
müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri tərəfindən həmin
qərarın icra vəziyyəti barədə hesabat 30 (otuz) gün müddətində Şuraya təqdim
edilir.”.
6. 7-
ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrinin növləri və
yaradılması qaydası
7.1. Dövlət orqanlarının struktur qurumlarında işçilərin müəyyən edilmiş say həddi
daxilində şöbə, onun tərkibində və ya müstəqil olmaqla sektor yaradıla bilər.
7.2. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmənin rəhbəri də daxil
olmaqla
, şöbə yaradılması üçün minimum 8 ştat vahidi (dövlət sirrinin mühafizəsi
üzrə struktur bölmələrdə 3 ştat vahidi), sektor yaradılması üçün minimum 3 ştat
vahidi müəyyən edilir.
7.3. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrin onlara həvalə
edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələr kimi
təsnifləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən təsdiq edilmiş siyahı əsasında həyata keçirilir.
7.4. Ali kateqoriya dövlət orqanlarında bu Qanunun 7.1-ci maddəsində nəzərdə
tutulanlardan başqa struktur bölmələr də yaradıla bilər.”.
7. 8-
ci maddə üzrə:
7.1. 8.1.3-
cü maddədə “Seçki Komissiyasının Aparatı” sözləri “Seçki Komissiyasının
Katibliyi” sözləri ilə, “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının
Audiovizual” sözləri ilə əvəz edilsin;
7.2. 8.1.4-
cü maddəyə “dövlət xidmətləri,” sözlərindən sonra “Azərbaycan
Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları,” sözləri əlavə
edilsin;
7.3. 8.3-
cü maddə ləğv edilsin.
8. 9-cu, 12-
ci və 14-cü maddələr ləğv edilsin.
9. 10.5-
ci maddənin birinci cümləsində “orqanları aparatları və bölmələri” sözləri
“orqanlarının strukturuna daxil olan struktur qurumların və struktur bölmələrin” sözləri
ilə əvəz edilsin.
10. 11-
ci maddə üzrə:
10.1. 11.1.2.1-
ci maddədə “Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında bölmə” sözləri “Azərbaycan Respublikası Prezidentinin
köməkçisinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında
struktur
bölmə” sözləri ilə və “dövlət orqanlarında bölmə” sözləri “dövlət orqanlarının
struktur bölmələrinin (şöbələrinin)” sözləri ilə əvəz edilsin;
10.2. 11.1.2.3-
cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilsin və aşağıdakı məzmunda 11.1.2.4-cü maddə əlavə edilsin:
“11.1.2.4. Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli
Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədrlərinin müşavirləri, köməkçiləri vəzifələri.”;
10.3. 11.1.3.1-
ci maddədə “Administrasiyasında bölmə rəhbərinin müavini” sözləri
“Administrasiyasında struktur bölmə rəhbərinin müavini vəzifəsi, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi” sözləri ilə və
“aparatlarında bölmə” sözləri “aparatlarında struktur bölmə (şöbə)” sözləri ilə əvəz
edilsin;
10.4. 11.1.3.3-
cü maddədə “bölmə rəhbərlərinin” sözləri “struktur bölmə
rəhbərlərinin” sözləri ilə əvəz edilsin;
10.5. 11.1.3.4-cü, 11.1.4.4-cü, 11.1.4.6-
cı, 11.1.5.2-ci, 11.1.5.3-cü, 11.1.6.3-cü və
11.1.7.2-
ci maddələrdə “bölmə” sözü “struktur bölmə (şöbə)” sözləri ilə əvəz edilsin;
10.6. aşağıdakı məzmunda 11.1.3.5-1-ci maddə əlavə edilsin:
“11.1.3.5-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin müşaviri,
köm
əkçisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin və Azərbaycan
Respublikası Baş nazirinin müavininin köməkçiləri vəzifələri;”;
10.7. 11.4-
cü maddənin birinci hissəsi və həmin maddənin “Qeyd” hissəsi ləğv
edilsin.
11. Aşağıdakı məzmunda 13.5-ci və 15-3-cü maddələr əlavə edilsin:
“13.5. Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələr tutan dövlət
qulluqçularının həmin dövlət orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin adını,
qulluq funksiy
alarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə
təlimatları həmin orqanların rəhbərləri tərəfindən təsdiq edilir. 1 – 5-ci kateqoriya
dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatlarına uyğun olan
vəzifələr üzrə vəzifə təlimatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi ümumi şərtlərə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, müvafiq
dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir.”;
“Maddə 15-3. Dövlət qulluqçularının reyestri
15-
3.1. Dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və
sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam
verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya
ehtiyatıdır.
15-
3.2. Dövlət qulluqçularının reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən aparılır.
15-
3.3. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-3.4. Bu Qanunun 15-3.3-
cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin
pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.”.
12. 16-
cı maddə üzrə:
12.1. 16.1-
ci maddə ləğv edilsin;
12.2. 16.2-
ci və 16.3-cü maddələrin birinci abzaslarına “uyğun olaraq” sözlərindən
sonra “dövlət qulluqçularına” sözləri əlavə edilsin.
13. 19-
cu maddə üzrə:
13.1. 19.0.4-
cü maddədə “dövlət maaşının” sözləri “dövlət məvacibinin” sözləri ilə
əvəz edilsin;
13.2. 19.0.5-
ci maddədən “və başqa ödənişli” sözləri çıxarılsın.
14. 20-
ci maddə üzrə:
14.1. 20.1.1-
ci maddədən “dövlət orqanlarında” sözləri çıxarılsın;
14.2. 20.1.2-
ci maddədən “və başqa ödənişli” sözləri çıxarılsın;
14.3. 20.1.3-
cü maddədə “vəkili” sözü “nümayəndəsi” sözü ilə əvəz edilsin.
15. 22-
ci maddə üzrə:
15.1. 22.1-
ci maddənin birinci cümləsi çıxarılsın;
15.2. 22.3-
cü maddə aşağıdakı redaksiyada verilsin:
“22.3. Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularının
aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
16. 28.12-
ci maddənin birinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti
orqanında” sözləri “yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri
vəzifələrinə” sözləri ilə, ikinci hissəsində “bölmə” sözü “struktur bölmə” sözləri ilə
əvəz edilsin.
17. 29.2-
ci maddə üzrə:
17.1. birinci hissənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “yerli
icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri” sözləri ilə əvəz
edilsin;
17.2. üçüncü hissədən “(bu maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət
qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər müvafiq icra hakimiyyəti
orqanında)” sözləri çıxarılsın;
17.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinin tutulması
müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.13-cü
maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.”.
18. 29.3-
cü maddə üzrə:
18.1. birinc
i hissənin birinci cümləsində “bölmə” sözü “struktur bölmə (şöbə)” sözləri
ilə əvəz edilsin, “(müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla)” sözləri və ikinci
cümlə çıxarılsın;
18.2. ikinci hissənin birinci cümləsində “bölmə” sözü “struktur bölmə (şöbə)” sözləri
ilə əvəz edilsin və “(müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla)” sözləri
çıxarılsın.
19. Aşağıdakı məzmunda 29.13-cü maddə əlavə edilsin:
“29.13. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla
təyin olunur.”.
20. 30-1.1-
ci maddə aşağıdakı redaksiyada verilsin:
“30-1.1. İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi hər təqvim ilinin sonunda həyata keçirilir.”.
21. Aşağıdakı məzmunda 31-1-ci maddə əlavə edilsin:
“Maddə 31-1. Dövlət qulluqçusunun rotasiyası
31-
1.1. Dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının
rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
31-1.2. Bu Qanunun 31-1.1-
ci maddəsində nəzərdə tutulan qaydada siyahısı
müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin
edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti
nəzərə alınır.
31-
1.3. Müvafiq vəzifədə beş ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya
olunmur.
31-1.4. Rota
siya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə
təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödəniş
verilir.”.
22. 32-
ci maddə üzrə:
22.1. 32.2-
ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu zaman rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük
verilir.”;
22.2. aşağıdakı məzmunda 32.5-ci maddə əlavə edilsin:
“32.5. Dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli
inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və motivasiyasının
təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli istifadə
edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək
məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılır. Dövlət qulluqçularının
karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanır.”.
23. 32-1-
ci maddə üzrə:
23.1. 32-1.5-
ci maddədə “tabeliyində olan qurumun” və “tabeliyində olan həmin
qurumun” sözləri “digər struktur qurumunun” sözləri ilə əvəz edilsin;
23.2. 32-1.6-
cı maddədə “tabeliyində olan” sözləri “digər struktur” sözləri ilə əvəz
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2023-cü il
Dostları ilə paylaş: |