Azərbaycanın dövlət gerbi -Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz,ulduzun mərkəzində alov təsviri vardır.Gerbdəki ulduz bayraqda olduğu kimi eyni rəmzi mənanın - türk xalqlarının səkkiz müxtəlif qolunun rəmzi əksidir. Kənarları qızılı rəngli zolaqla hüdudlanan səkkiz guşəli ulduz üç rəngli: yaşıl (aşağı), qırmızı (orta) və mavi (yuxarı) dairəvi zolaqların üzərində əks olunur. Bu rənglər bayraqdakı rənglərin daşıdığı eyni rəmzi mənanın ifadəsidir. Ulduzun bütün guşələri arasındakı mavi dairəvi zolağın üzərində qızılı rəngdə səkkiz kiçik nöqtə əks olunmuşdur. Mərkəzdəki iri ulduzun ortasında alov şəkli təsvir olunmuşdur. Alov ölkənin digər rəmzi adının - Odlar Yurdunun ifadəsidir. Alov həmçinin azadlığın rəmzi ifadəsidir. Bütün bunları üzərində cəmləşdirən qızılı rəngli dairə sünbüllərin və palıd budaqlarının təsvirlərindən ibarət qövsün üzərində əks olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.Dövlət hmini AZE dövlətinin, onun müstəqilliyinin və milli birliyinin müqəddəs rəmzidir.
Sual:32. Hansı bayramlar var?
Cavab: Əmək məcəlləsinə görə, yeni il, 8 mart, 9 may (qələbə), 15 iyun (milli qurtuluş), 26 iyun (silahlı qüvvələr), 18 oktyabr (müstəqillik), 12 noyabr (konstitusiya), 18 noyabr (dirçəliş), 31 dekabr (həmrəylik), qurban, ramazan, novruz.
Sual:33. İşğal olunmuş rayonlar haqqında.
Dostları ilə paylaş: |