I FƏSİL DÖVLƏT QULLUQÇULARINA KİTAB VƏ DÖVRÜ MƏTBUAT VASİTƏSİLƏ XİDMƏT Dövlət qulluqçularının peşəkarlıq məsələsi dünyaya inteqrasiya edən Azərbaycan üçün əsas prioritet məsələlərdən biridir. Hüquqi ədəbiyyatda və dövrü mətbuatda rəsmi etiraf olunur ki, dövlət qulluqçularının bir hissəsinin peşəkarlığı və səriştəliliyi, dövlət qulluğu təcrübəsi, qulluq fəaliyyəti üçün zəruri olan hüquqi, sosial-iqtisadi, idarəetmə nəzəriyyəsi və təcrübəsi barədə müvafiq biliyə malik deyillər. (7, s. 308) Dövlət qulluqçularının biliyinin artırılması, xüsusilə onun informasiya ilə təmin edilməsi vəzifəsi sosial institutlar olan kitabxanalar tərəfindən yerinə yetirilir. Dövlət qulluqçularının informasiya təminatı kitabxanalarda dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin səviyyəsindən asılıdır. Tədqiqat işinin də əsas məqsədi məhz dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin təşkili səviyyəsinin öyrənilməsidir. Dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin öyrənilməsi zamanı qəbul etmək lazımdır ki, bu istiqamətdə müxtəlif yanaşmalar mövcuddur. Elmi ədəbiyyatda "Kitabxana-informasiya xidməti" anlayışı semantik olaraq hələ tam müəyyənləşdirilməyib və ədəbiyyatda tez-tez "informasiya təminatı", "informasiya təyinatı", "informasiya xidməti" və s. anlayışlardan istifadə edilir.
Dövlət qulluğunun özü və onun informasiya təminatının təhlili yolu ilə bu fenomenin hərtərəfli öyrənilməsinə üstünlük verilməlidir. Bu hər hansı bir insan fəaliyyətinin yüksək effektiv və ictimai aktiv davranışının müəyyən şərtlərinin praktik şəkildə həyata keçirilməsini, dəstəklənməsini və təmin edilməsini nəzərdə tutur və dövlət qulluqçularına kitabxana-informasiya xidməti işinə hərtərəfli yanaşmağa imkan verir. Bu yanaşmaya əsasən, kitabxana-informasiya xidmətinin idarəetmə işini təşkil edən dinamik bir vasitə, tənzimlənən proseslər sistemi, vəzifəli şəxslərin informasiya təminatı məqsədi ilə xarakterizə edilə biləcəyi görünür. Bütün bunlar, məlumatın mahiyyətini və dövlət qulluğunun informasiya təminatını dövlət orqanı ilə xarici informasiya mühiti arasındakı informasiya axınını xarakterizə etməyə imkan verir. Sosial idarəetmə nöqteyi-nəzərindən dövlət qulluqçularının informasiya təminatının yalnız özünə xas olan daxili bir quruluşu var:
sistemin subyekti;
sistem obyekti;
informasiya axını;
informasiya mənbələri;
Kitabxana-informasiya xidmətinin subyektləri kimi idarəetmə strukturları daim informasiya mühiti ilə qarşılaşır, məlumatla işləyir, hərəkətini və inkişafını tənzimləyir, meylləri təhlil edir və bu əsasda idarəetmə qərarları qəbul etmək, idarəetmə məqsəd və maraqlarına çatmaq üçün optimal nəzarət təsirini artırmaq üçün tövsiyələr hazırlayır. (12, s.12-15)
Dövlət qulluqçularına kitabxana-informasiya xidməti sistemininfunksionalquruluşunainformasiya- kommunikasiyamühiti, yənidövlətorqanınındaxilivə xarici əlaqələrini (qarşılıqlı əlaqələrini) təminetmək, xaricivə daxiliinformasiya massivinə (ocümlədənuzaqdan) girişintəşkili, sənəd dövriyyəsininidarəetməsi, sənəd-informasiyaxidməti, xaricimühitdəkivəziyyətlərintəhlilivə proqnozlaşdırılması prosedurlarını dərinləşdirməklə, habelə qəbuledilmiş qərarlarınnəticələriniqiymətləndirməklə qəbulolunanqərarlarınkeyfiyyətininlazımisəviyyəsinitəminedilməsidaxildir.
İnformasiya mənbələri ilkin və ikinci olmaqla iki qrupa ayrılır. İlkin informasiya mənbələrinə çap sənədləri, o cümlədən kitablar və dövrü mətbuat materialları, ikinci qrup sənədlərə isə verilənlər bazası, verilənlər bankı, soraq məlumat nəşrləri, kataloq və kartotekalar sistemi və maddi daşıyıcısından asılı olmayaraq digər sənəd massivləri daxildir.
İnformasiya massivi fərdi və elektron və ya digər vasitələrlə əldə edilə bilən sistemli və ya metodik şəkildə qurulmuş sənədlərin və informasiyanın seçimi hesab olunur. (59) Sözsüz ki, ilkin və ikinci qrup sənədlər arasındakı əlaqələr dəyişkəndir və bu onları öz aralarında aydın şəkildə bölməyə imkan vermir. Bundan əlavə, bəzi obyektlər - elektron xəritələr, veb səhifələr, çap mediasının elektron nüsxələri və digərləri informasiya mənbələrinə birmənalı şəkildə aid edilə bilməz. Tədqiqatçılar qeyd edirlər ki, onların ayrı-ayrı sənədlər kimi göstərilməsinin qərara alınması üçün əlavə tədqiqatlar aparmaq lazımdır.
İnformasiya mənbələri bir çox parametrlərlə təsvir olunan mürəkkəb və müxtəlif yönümlüdür: məzmununa görə, informasiyanın əlçatarlılıq səviyyəsinə görə, informasiyanın təqdimat formasına görə və s.
Dövlət, o cümlədən qanunverici, icra və məhkəmə orqanları əvvəldən hazırlanmış və təsdiq edilmiş sənədlər əsasında işləyir və eyni zamanda öz səlahiyyətləri çərçivəsində sənədlər hazırlayırlar. Bu sənədlər arasında əsas yeri qanunların hər hansı bir maddəsini həyata keçirilməsini nəzərdə tutan sərəncam və fərmanlar tutur. Digər rəsmi sənəd növləri kimi qərarlar, qaydalar, müraciətlər, bəyanatlar, nizamnamələr, təlimatlar, göstərişlər, müqavilələr, rəsmi məktublar və s. hesab olunur. Dövlətin fəaliyyətini tənzimləyən və onun inkişafının bütün sahələrini əhatə edən hüquqi aktlara qanunlar daxildir ki, bu tip sənədlərə Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan MR-nın Konstitusiyası, konstitusiyaya əsaslanaraq qəbul edilmiş və dövlətin fəaliyyətini tənzimləyən qanunlar və qanunlar əsasında yaradılmış digər rəsmi sənədlər aiddir.
Dövlət qulluqçularına kitabxana- informasiya xidmətinin hüquqi bazasına “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunu” daxildir. 4 fəsil 35 maddədən ibarət olan qanun 2001-ci ilə qüvvəyə minmişdir. Qanun Prezident Kitabxanasında 67.400 (5Aze) D 83 şifrəsi altında yerləşir. Fondda qanunun 4 nüsxəsi mövcuddur. Qanunun oxuculara veriliş göstəricisi, yəni kitab verilişinin miqdarı 8-dir.
Ümumiyyətlə dövlət qulluqçularının informasiyalaşdırılması “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikanın Qanunu” ilə, “Təhsil haqqında Azərbaycan Respublikanın Qanunu” ilə, “Mədəniyyət haqqında Azərbaycan Respublikanın Qanunu” ilə və s. ilə tənzimlənir.
Bütün rəsmi dövlət sənədləri normativ sənədlər və normativ olmamaqla iki qrupa ayrılır. Birinci qrup sənədlərə bütün hallarda istifadəsi və riayət olunması nəzərdə tutulan norma və normativlər daxildir. Bu da özündə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş qanunları və Nazirlər Kabineti tərəfindən verilmiş qərarları əks etdirir.
Normativ olmayan sənədlər isə konkret hər hansı bir fəaliyyət sahəsi üçün nəzərdə tutulmuş sənədlərdir. Bu sənədlərə hökumət rəhbərliyi tərəfindən verilmiş sənədlər daxildir. Məsələn hər hansı bir görkəmli dövlət xadiminə adların verilməsi üçün verilmiş fərman və sərəncamlar bura aiddir.
İlkin sənədlər hamısı sənəd kommunikasiya sistemində informasiyanın ötürülməsi kanalı olub, nüsxələnərək çoxalmaq xüsusiyyətinə malikdir. Bura demək olar ki, Azərbaycan Respublikası ali orqanları tərəfindən qəbul edilmiş bütün növ sənədlər daxildir. Azərbaycan Respublikası ali orqanları tərəfindən imzalanmış bütün növ rəsmi sənədlərin tam mətnini əks etdirmək üçün yeni sənəd-informasiya mənbələrinin yaradılması tələbini yaradır ki, “Azərbaycan Respublikasının qanunvericilik toplusu” bu tələbi qarşılamış olur. Ayda bir dəfə nəşr olunan toplunun səhifələrində mütəmadi olaraq qanunvericilik sənədlərinin tam mətni əks olunur. Bundan əlavə “Dövlət qulluğu haqqında sənədlər toplusu”, “Bələdiyyələr haqqında: nəzəriyyələr, təcrübələr, sənədlər toplusu”, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: sənədlər toplusu”, “İnsan hüquqları: beynəlxalq müqavilələr toplusu”, “İcra hakimiyyəti orqanlarında xidmət haqqında: sənədlər toplusu”, “Azərbaycan Respublikasının hərbi qanunlar toplusu”, “Polis haqqında sənədlər toplusu”, “Mühasibat işi: normativ sənədlər toplusu”, “Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi”, “Beynəlxalq sənədlər toplusu” və s. bu tip sənədlərə aiddir.
“Dövlət qulluğu haqqında sənədlər toplusu” Prezident Kitabxanasında 67 401 (5 Aze) D83 şifrəsi altında yerləşir. Fondda toplunun nömrələrinin hərəsindən 2 nüsxə mövcuddur. Toplunun 2004-cü il buraxılışın oxuculara kitab verilişi göstəricisi 4-dür. 2005-ci il buraxılışı üçün kitab verilişi 1, 2007-ci il buraxılışı üçün kitab verilişi 25, 2008-ci il buraxılışı üçün isə kitab verilişi 6-dır.
Bundan əlavə nazirliklərin, dövlət komitələrinin və idarəetmə orqanları tərəfindən prioritet sahələrdə qəbul edilmiş hüquqi aktlar dövlət nəşrlərində öz əksini tapır. Məsələn Daxili İşlər Nazirliyinin rəsmi mətbuat orqanı olan “Mübariz keşikdə” qəzeti Nazirliyin fəaliyyəti bağlı informasiyanın yayılmasını həyata keçirir. 1933-cü ildə təsis edilmiş qəzet 9847 nüsxə ilə həftədə bir dəfə nəşr edilir. Bundan əlavə Ədliyyə Nazirliyinin ayda bir dəfə nəşr etdirdiyi “Ədliyyə qəzeti”,2003-cü ildən nəşr olunan “Qanunçuluq” jurnalı, Gənclər və İdman Nazirliyinin “İdman” qəzeti (1932-ci ildən nəşr olunan “İdman” qəzetinin nəşrini Nazirlik davam etdirir.), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Diplomatiya aləmi” jurnalı, Kənd Təsərrüfatı Nazirliyinin “Kənd həyatı” qəzeti, Maliyyə Nazirlinin “Maliyyə və uçot” jurnalı, Mədəniyyə və Turizm Nazirliyinin “Mədəniyyət.az” jurnalı, Müdafiə Nazirliyinin “Azərbaycan ordusu” qəzeti və “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalı, Vergilər Nazirliyinin “Vergilər.az” qəzeti və s. dövlət qulluqçularının informasiya təminatında və cəmiyyətin informasiyalaşdırılmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasında verilmiş qanunvericilik aktlarının və qanunlara edilmiş dəyişikliklərin haqqında mütəmadi məlumatın verilməsi istiqamətində xüsusi sistem formalaşmışdır. Bu sistemin tərkib hissəsini ölkə daxilində hazırlanmış rəsmi sənədlər haqqında məlumatı özündə əks etdirən qəzetlər təşkil edir. Bura Milli Məclisin təsis etdiyi “Azərbaycan” qəzeti, “Respublika” qəzeti, “Yeni Müsavat” qəzeti, “Xalq” qəzeti və s. daxildir. “Azərbaycan” qəzeti Prezident Kitabxanasında A818804634 şifrəsi altında yerləşdir. Qəzetin 2018-ci il 143 saylı buraxılışında ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1171-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı”nın tam mətni nəşr olunmuşdur. Buraxılışa dair kitab verilişinin miqdarı 1-dir.
Hal-hazırda rəsmi sənədlərin nəşri sistemi sosial inkişafın bütün sahələrində mövcud qanunvericilik barədə tam, etibarlı və aktual məlumatlarla cəmiyyəti, o cümlədən əhalini, qanunvericilik orqanlarını tam təmin etmək üçün hazırlanmışdır. Lakin ənənəvi çap sənədləri bu işin öhdəsindən tam gələ bilmir. Qeyd edək ki, hər bir hökumət orqanı imzaladığı rəsmi sənədin tam mətninin verilənlər bazasını yaratmaq imkanına malikdir və hansı ki, yaradırda. Belə ki, hər dövlət orqanının rəsmi veb ünvanı mövcuddur ki, həmin veb ünvanlar imzalanan rəsmi sənədlərin tam mətnini əks etdirmək imkanına malikdir. Bundan əlavə ölkə ərazisində qəbul edilən qanunların, imzalanmış sərəncamların, verilmiş fərmanların tam mətnini özündə əks etdirən e-qanun.az saytı yaradılmışdır.
Dövlət idarəetmə orqanları sənəd axınını müstəqil şəkildə formalaşdırmaqla yanaşı, həm də öz fəaliyyətinə uyğun gələn sənədlərdən geniş istifadə edirlər. Dövlət idarə etmə orqanlarının hazırladığı sənədlər, ona tabe qurumların fəaliyyətini tənzimləmək üçün hüquqi sənəd funksiyasını yerinə yetirir. Lakin qurumun fəaliyyətini tənzimləmək üçün bu kifayət etmir. Dövlət idarə etmə orqanlarının informasiyalaşdırılması üçün ictimai fəaliyyətin bütün sahələri haqqında tam məlumat verən geniş mənbələrə ehtiyac duyulur. Belə mənbələr qrupuna partiya sənədləri, qurum və təşkilatların qəbul etdiyi proqramlar, həmin qurumların fəaliyyətini tənzimləyən nizamnamələr, manifestlər, bəyannamələr və s. sənədlər daxildir.
Eyni zamanda bura ictimai və siyasi xadimlərin əsərləri (kitablar, məqalələr, nitqlər, söhbətlər, reportajlar və s.) daxildir. Çünki həmin mənbələrdə nəzəri məsələlərlə yanaşı praktiki tövsiyələr, dövlətin sosial inkişafına dair siyasi açıqlamalar, ictimai həyatda baş verən müxtəlif hadisələrin qiymətləndirilməsinə dair fikirlər mövcuddur. Bu sənədlərə ən vacib, aktual problemləri, hadisələri və faktları əks etdirən kütləvi-siyasi və təbliğat ədəbiyyatı da daxildir. Bu ədəbiyyatın ictimai rolu seçki kampaniyaları dövründə xüsusilə artır. Məsələn Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” külliyatı dövlət qulluğunun informasiyalaşdırılmasında, dövlət qulluqçularının ictimai-siyasi fikrinin formalaşmasında mühüm rol oynayır. Çünki bu külliyat özündə Ümummilli liderin nitqləri, çıxışları, bəyanatları və s. tam mətnini əks etdirməklə, Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşmasında apardığı siyasi fəaliyyətin mənzərəsini yaradır. Nəşr Prezident Kitabxanasının fondunda 66.3 (5Aze) 8 Ə65 şifrəsi altında yerləşir. Kitab verilişinin orta göstəricisi 6-dır. Bundanəlavə prezident İlham Əliyevin “İnkişaf məqsədimizdir” külliyatı dövlət qulluqçularının informasiya təminatının mühüm informasiya mənbəyi hesab olunur. Külliyat fondda 66.3 (5Aze) 8 Ə65 şifrəsi altında yerləşir.
Azərbaycan Respublikasında dövlət qulluğunun müasir vəziyyətini təhlil etmək üçün onun tarixi ənənələrinə, məmurluq təcrübəsinə müraciət etmək lazımdır. Belə ki, qədim dövrdə də Azərbaycanda dövlətçiliyə dair, dövlət idarəçiliyinə dair sənəd massivi formalaşmışdır. Bura Xacə Nizamülmülkün yazmış olduğu “Siyasətnamə” əsəri, “Qabusnamə” əsəri, XIII əsrdə Nəsrəddin Tusi tərəfindənyazılmış “Əxlaqi-Nasiri” əsəri daxildir.
Nizamülmülk Səlcuqlar dövlətində otuz il vəzirlik etmişdir və 1091-ci ildə səlcuq sultanı Məlik şahın (1072-1092) tapşırığı ilə “Siyasətnamə” əsərini yazmışdır.
Nəsirəddin Tusi “Əxlaqi–Nasiri" əsərinin "Başqa fəzilətlərə nisbətən ədalətin daha şərəfli olması, onun xüsusiyyətləri və növləri haqqında” adlanan yeddinci fəslində göstərir ki, “nizam-intizam olan işlərdə, hər yerdə ədalət özünü xüsusi bir şəkildə göstərər, əks təqdirdə qarmaqarışıqlıq və nizamsızlıq əmələ gələr” (8, s.35).
Dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin təşkili zamanı elmi ədəbiyyat mühüm yer tutur. Bu tip ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq funksiyasını yerinə yetirir. İlk elmi əsərlər traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında yaradılsa da, sonradan bu iş təkmilləşdirilmişdir. Belə ki, hal-hazırda elmi ədəbiyyata monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxil edilmişdir.(58) Bu istiqamətdə kitabxana fondlarında aparılan axtarış zamanı xeyli sayda samballı informasiya mənbələrinə rast gəlmək mümkündür. Prezident Kitabxanasında bu istiqamətdə aparılan axtarış zamanı S.İsmayılovun “Azərbaycanda dövlət qulluğu və yeni əsrin tələbləri”, “Quruculuq və yaradıcılıq illəri”, “Azərbaycan milli dövlət quruculuğu yollarında”, “Dövlət müdriklik məktəbi”, Hafiz Həsənovun “Bələdiyyə idarəetməsi”, “Bərabər hüquqlar, bərabər imkanlar: hüquqi təminatın əsasları” və s. adda kitabların olduğu məlumdur.
Dövlət qulluqçularına kitabxana-informasiya xidməti sistemində ən mühüm yeri soraq-məlumat nəşrləri tutur. Hal-hazırda fəlsəfə, sosiologiya, siyasət, iqtisadiyyat, idarəetmə, etika, hüquq, psixologiya və s., eləcə də müasir şəraitdə onların inkişafının aktual istiqamətlərinə dair çoxsaylı müxtəlif soraq-məlumat nəşrləri ortaya çıxır. Digər prioritet sahələr və bugünkü sosial reallığın mövzularına dair statistik mənbələr də bura daxildir. (26)
İnformasiya mənbələri arasında mühüm yer tutan əsas sənədlərdən biri də normativ-texniki sənədlərdir. Məhsulun və xidmətlərin keyfiyyətinin yüksəldilməsini baxımından normativ sənədlər sistemində standartlar birinci yerdə durur. Standartlar elm və texnikanın ən son nailiyyətlərini əks etdirməklə, ölkənin iqtisadiyyatının inkişafında mühüm yer tutur. Bundan əlavə əmtəə nişanları, faydalı modellər, ixtiralar dövlət qulluqçularına kitabxana-informasiya xidmətinin tərkib hissəsidir.
Dövlət qulluqçularının informasiya təminatı sahəsində mühüm yeri kitablar, yəni çap sənədləri tutur. Burada maddi daşıyıcıdan söhbət gedir. Kitab hələ də informasiya mənbəyi kimi öz statusunu qoruyub saxlamağı bacarır. Belə ki, tədqiqatçıların fikrinə görə kitab bu statusunu uzun müddətli saxlama imkanlarına görə əldə edə bilmişdir. Tədqiqatçılar iddia edir ki, elektron sənədlərin istifadə şərtləri proqram təminatının yenilənməsindən asılıdır. Düzdür hər bir yeni təklif edilmiş proqram təminatı əvvəlkinin əlamətlərini özündə əks etdirə bilir.
Dövlət qulluqçularının yeni informasiya ilə operativ təmin edilməsi, onların idarəetmə qərarlarını verməsinə bir başa təsir göstərir. Dövlət qulluqçularının, xüsusilə rəhbər işçilərin idarəçilik fəaliyyəti idarə etmə qərarının qəbulu ilə əlaqədardır. Ümumiləşdirilmiş mənada, idarəetmə qərarı müəyyən bir fəaliyyətin seçimini, fəaliyyətin özü və nəticəsini axtarmaq mənasını özündə saxlayır. İdarəetmə qərarları təhlil, proqnozlaşdırma, optimallaşdırma, iqtisadi məqsədəuyğunluq və məqsədə çatmaq üçün müxtəlif variantlardan alternativ seçimin nəticəsi hesab olunur. (33) L.A. Trafimova və V.V. Trafimovun nəzəriyyəsinə görə idarəetmə, məqsədə çatmağın təşkili və əlaqələndirilməsi üçün hədəflənmiş fəaliyyət sahəsidir. Belə bir fəaliyyətin əsas formalarından biri idarəetmə qərarıdır. Onlara görə idarəetmə qərarı mümkün alternativ yollardan birini seçmək kimi başa düşülür və rəhbər işçinin fəaliyyətinin nəticəsi kimi qəbul edilir. (31) Y.K.Proxorova görə isə idarəetmə qərarı yalnız seçim nəticəsində deyil, dövlət orqanının qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün rəhbər işçinin mövqeyinə uyğun seçdiyi hərəkətlər variantıdır. (28) L.İ. Lykiçevə görə idarəetmə qərarı müəyyən edilmiş hədəflərə çatmağa yönəlmiş yaradıcı yanaşmadır. Bu zaman qərar verənin idarəetmə sisteminin fəaliyyətinin obyektiv qanunlarını bilməsi və vəziyyəti haqqında məlumatların təhlilinə əsaslanması vacibdir. (22) A.V. Kaşin də idarə etmə qərarına verilmiş səlahiyyətlər çərçivəsində məqsədyönlü hərəkətlərin strateji və ya taktiki alternativ seçimi kimi baxır. (16) D.A. Karajokov keyfiyyətli idarəetmə qərarlarının verilməsində əsas məsələ kimi dövlət qulluğunun operativ informasiyalaşdırılmasını görür. Məhz keyfiyyətli qərar keyfiyyətli xidmət göstərməklə yaranmış problemin tez bir zamanda, az maliyyə vəsaiti sərf etməklə həllinə imkan verir. (17,s.58-59)
Dövlət qulluğunun informasiyalaşdırılmasının əsasında kitabxana-informasiya xidməti durur. Bu zaman kitabxanalar dövlət qulluğunun informasiyalaşdırılmasında kommunikasiya rolunu oynayır və informasiyanın ötürücüsü funksiyasını yerinə yetirir. İnformasiya çoxaspektli anlayışdır. Sistemli-kibernetik mənada, informasiya qərar vermək məqsədi ilə müəyyən bir informasiyanın semantik təfsiri və korrelyasiyası olan bir məlumat toplusudur. İnformasiya təqdimetmə formasından asılı olmayaraq insanlar, obyektlər, faktlar, hadisələr və proseslər haqqında məlumatdır. (34)(Korrelyasiya — iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistematik dəyişməsinə gətirib çıxarır. (58))Terminoloji lüğətlərdə informasiya obyektlər və ətraf mühitdə baş verən hadisələr, onların parametrləri, xassələri və vəziyyəti haqqında məlumatı xarakterizə edir. (14, s.347-355. ) İnformasiyanın keyfiyyəti onun istifadəsinin mümkünlüyünü müəyyən edən həqiqi xüsusiyyətlərinin cəminə görə müəyyən edilir. İnformasiyanın keyfiyyətini xarakterizə edən parametrlər toplusu müxtəlif sahələr üçün fərqlidir (35, s. 84-85). İdarəetmə qərarının keyfiyyəti isə müəyyən bir istehlakçını (konkret istehlakçıları) qane edən və onun fəaliyyətini təmin edən qərarlarının məcmusu ilə ölçülür. (33) Keyfiyyətli idarəetmə qərarı keyfiyyətli informasiyadan asılıdır. Keyfiyyətli informasiya isə həqiqəti əks etdirən informasiya hesab olunur. Təbii dövlət qulluqçularının dövlət idarəçiliyində yerinin vacibliyini nəzərə alaraq qeyd edə bilərik ki, onların informasiya təminatında sənəd-informasiya mənbələri, o cümlədən kitabxana fondlarının tərkibini təşkil edən sənəd-informasiya mənbələri mühüm rol oynayır. Dövlət qulluqçularına dair sənəd-informasiya mənbələrini seçmək üçün ümumiyyətlə qəbul edilmiş üsul mövcud deyil, çünki dünyada informasiyanın miqdarı və onun mənbələrinin sayı daim artmaqdadır.Beləki 2011-ci ildə yaradılan və təkrarlanan informasiyanın ümumi dünya həcmi 1,8 zettabaytdan (1,8 trilyon GB) çox olmuşdur. İDC (International Data Corporation) tərəfindən verilən proqnoza görə, 2020-ci ilə qədər planetdəki informasiyanın miqdarı hər iki ildən bir artacaqdır.Birincisi məlumatların alındığı xarici və daxili mənbələrin sayı artır, digər tərəfdən informasiya daha mürəkkəb və müxtəlif olur. Bundan əlavə informasiya fərqli şəkildə indeksləşdirilir. Lakin bu o demək deyil ki, bütün informasiya dəyərlidir. İDC hesablamalarına görə, faydalı informasiyanın dünyada payı bütün yaradılan informasiyanın yalnız 35% -ni təşkil edəcəkdir (27).Beləliklə informasiyanın keyfiyyətinin təhlili nəticəsində belə bir nəticəyə gəlmək olar ki, informasiya təminatı idarəetmə qərarlarının verilməsinə təsir edən amillər arasında mühüm yer tutur.
İdarəetmə qərarı vermək üçün informasiya mənbələrinin seçimi daşıdığı informasiyanın keyfiyyətinin qiymətləndirilməsinə əsaslanır. İnformasiya mənbəyinin keyfiyyətinə cavab verməli olan bütün seçim meyarları mənbədən məlumat çıxarmaq vaxtını minimuma endirmək və ya məlumatın əvvəlcədən işlənməsi vaxtını azaltmaq üçün mənbəyi seçməyin iqtisadi rasionallığını rəhbər tutur. (9)Dövlət qulluğuna dair informasiya mənbələri iki əlaməti özündə saxlayır:
informasiya əldə etməyin yolu: hər hansı dövlət orqanının fəaliyyətini tənzimləyən daxili qanunvericilik sənədləri; orqandan kənarda toplanan xarici məlumat mənbələri. Bu mənbələrə daxildir: analitik məqalələr; jurnallar, verilənlər bazası, xüsusi tədqiqatlar, qanunlar və s.
informasiyanın məqsədi: müşahidələr və eksperimental tədqiqatlar nəticəsində əldə edilən ilkin məlumat mənbələri; hakimiyyət orqanının xüsusi sifarişi ilə üçüncü tərəflər, o cümlədən kitabxanalar tərəfindən mütəmadi olaraq toplanan ixtisaslaşdırılmış məlumat mənbələri.
Məlumatın saxlanması və ötürülməsi üsulundan asılı olaraq dörd növ sənəd-informasiya mənbəyi fərqləndirilir: şifahi qərarlar; çap olunmuş materiallar, əsərlər, audiovizual (texniki) sənədlər (25). Beləliklə konkret informasiya daşıyıcısına malik olan informasiya etibarlı informasiya hesab olunur. Lakin burada həm obyektiv, həm də subyektiv amillər rol oynaya bilər. Məs. “Dövlət qulluğu haqqında qanun” obyektiv səbəblərdən, yəni inkişaf məqsədilə verilən idarəetmə qərarlarına görə dəyişə bilər. Burada subyektiv amillər dedikdə, dəyişən ictimai quruluş nəticəsində rəsmi sənədlərdə, o cümlədən qanunlarda baş verən dəyişikliklər nəzərdə tutulur. Məs. SSRİ dövründə verilmiş “Dövlət qulluğu haqqında qanun” müstəqillik illəri üçün xarakterik deyil və dəyişməyə məhkumdur.