Dünya dinləri Plan



Yüklə 27,49 Kb.
səhifə3/4
tarix15.11.2022
ölçüsü27,49 Kb.
#69129
1   2   3   4
M 3

2. Yevxaristiya (yunan dilində “minnətdarlıq”, “şükür” mənasına gəlir). Bu əsas xristian ayini Azərbaycan dilində “Rəbbin süfrəsi” yaxud “Çörək və şərab ayini” adlanır
3. Mirro yağı ilə məshetmə. Tarixi kökü həvarilər dövrünə gedib çıxan və vəftiz mərasimindən sonra yerinə yetirilən bu ayin pravoslav məzhəbində “mirosürtmə” adlanır, çünki bu ayin zamanı “miro” deyilən təqdis olunmuş ətirli yağdan istifadə olunur.
4. Tövbə. Xristianlıqda əsas yeddi ayindən sayılan tövbə belə yerinə yetirilir: dindar keşişin yanında öz günahlarını etiraf edir və Tanrıdan bağışlanma diləyir. Bundan sonra keşiş müəyyən dualar oxumaqla İsa Məsihin adından günahkarı bağışlayır.
5. Kilsə nikahı. Xristianlıqda ailə “kiçik kilsə” hesab olunur.
6. Keşişlik.Bu ayin vasitəsi ilə namizəd üç keşişlik dərəcəsindən (yepiskop, presviter və dyakon) birinə təyin olunur. Bunlardan ən ali dərəcə yepiskop, ən aşağı dərəcə isə dyakondur.
7. Xəstələrin yağlanması. Ayinin yerinə yetirilmə şəkli belədir: cismani və ya psixoloji (qəm, qüssə, ümidsizlik kimi) xəstəlikdən əziyyət çəkən, eləcə də ölüm yatağında olan insanın bədən üzvlərinə təqdis olunmuş zeytun yağı sürtülür, beləliklə xəstələnmiş şəxs ətirli yağla məsh edilir. Məshetmə keşişin duası ilə müşayiət olunur. Bu ayini yalnız yepiskop və ya presviter yerinə yetirə bilər.
Azərbaycanda Xristianlıq
Alban Həvari Kilsəsi Azərbaycanda xristianlıq hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başlamışdır. Belə ki, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına apostollar gəlməyə başladılar Qədim şərq kilsələri qrupuna daxil olan Alban Həvari Kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayılır. Eyni zamanda, bu kilsə vaxtilə Azərbaycan torpaqlarında hakim mövqedə olub. Belə ki, 313-cü ildə Arşakilər sülaləsindən olan alban çarı Urnayr xristianlığı dövlət dini elan etməklə Alban Həvari Kilsəsini rəsmi kilsə statusuna qaldırdı. Alban Həvari Kilsəsi Qafqaz Albaniyasının mədəniyyətinin inkişafında mühüm rol oynadı. Xüsusən IV-VII əsrlər alban xristian memarlığının çiçəklənmə dövrü sayılır. Bu dövrdə Amaras monastırı (IV əsr), Kilsədağ kilsəsi (IV-V əsrlər), Mamrux məbədi (IV-V əsrlər), Ləkit məbədi (IV-VI əsrlər), Qum bazilikası (IV-V əsrlər), Xudavəng monastır kompleksi (VI-VII əsrlər), Mingəçevirdəki kilsə kompleksi (IV-VII əsrlər) kimi möhtəşəm alban xristian məbədləri tikilmişdir. V-VII əsrlərdə Mehranilər sülaləsi dövründə Alban Apostol Kilsəsinin siyasi-iqtisadi mövqeyi güclənmiş, səlahiyyətləri xeyli artmışdır. Həvari mənşəli olduğuna görə Alban Kilsəsi hələ 340-cı ildə avtokefal, yəni müstəqil olmuşdur. 705-ci ildə Qafqaz Albaniyası süquta uğrayıb Ərəb xilafətinin tərkibinə qatıldıqdan sonra Alban Həvari Kilsəsi tənəzzül dövrünə qədəm qoymuşdur. Buna baxmayaraq, XIII əsrdə knyaz Həsən Cəlalın (1215–1261) hakimiyyəti dövründə Alban Həvari Kilsəsinin nüfuzu artmışdır. O, 1240-cı ildə möhtəşəm Gəncəsər məbədini inşa etdirmişdir. 1511-ci ildə Gəncəsər monastırı alban katolikoslarının iqamətgahına, zaman keçdikcə isə Qarabağdakı Alban knyazlığının siyasi mərkəzinə çevrilmişdir. Həsən Cəlaldan sonra onun nəslindən olan bir çox din xadimləri 1836-cı ilədək ölkənin mənəvi rəhbərləri, Alban Kilsəsinin katolikos-patriarxları olmuşlar. XIX əsrin əvvəllərində Şimali Azərbaycan torpaqlarının Rusiya imperiyası tərəfindən işğal olunması ilə Alban Həvari Kilsəsinin fəaliyyətinə birdəfəlik son qoyuldu. Belə ki, çar hökuməti İran və Türkiyədən Şimali Azərbaycana öz sadiq nökərlərini - erməniləri kütləvi şəkildə köçürməyə başladı. Çar Rusiyasının müstəmləkə rejimi onların vasitəsilə regionda öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Bu səbəbdən Rusiya imperiyası erməni əhalisinin, o cümlədən erməniqriqorian kilsəsinin maraqlarını qorumaq yolunu tutmuşdu. Bunu fürsət bilən erməni-qriqorian kilsəsi çar hökuməti qarşısında Alban Katolikosluğunun birdəfəlik ləğv edilməsi məsələsini qaldırdı. Nəticədə rus çarı I Nikolayın (hakimiyyət illəri: 1825-1855) 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban Katolikosluğu ləğv olundu. Beləliklə, Alban Kilsəsi erməni-qriqorian kilsəsinə birləşdirildi. Bununla da tarixi ədalətsizliyə yol verildi.
Alban Həvari Kilsəsinin mənsubları olan udinlər erməni keşişlərin başçılığı altında ibadət etmək istəməyərək 1867-ci ildə rus çarına etiraz məktubu yazdılar. Həmin məktubda onlar erməni qriqorian keşişlərinin ixtiyarına verilən qədim alban xristian məbədlərində toplaşmaqdan belə imtina etdiklərini bildirirdilər.
XIX - XX əsrin əvvəllərində Azərbaycana 3 xristian etnosu köçürüldü: Almanlar, ermənilər və ruslar. Bununıa yanaşı neft bumu zamanı da Bakıya müxtəlif millətlərdən olan çoxlu mütəxəssis və işçi qüvvəsi gəldi. Onlar arasında xeyli rus vardı. Məsələn, 1893-cü ildə Bakıda 106 467 nəfər yaşayırdı ki, onlardan da 21 744 nəfəri rus pravoslavları idi. Çar üsuli-idarəsi rus əhalisinin dini tələbatını daim diqqət mərkəzində saxlayır və Azərbaycanın müxtəlif şəhərlərində çoxsaylı pravoslav kilsələrin tikilməsinə dəstək verirdi. Təkcə Bakı şəhərində 1893-cü ildə 25 pravoslav təsisatı (6 pravoslav kilsə, 2 çasovnya və 17 digər təyinatlı kilsə binası) vardı. 1889-1899-cu illərdə isə Bakıda Cənubi Qafqazın ən böyük rus pravoslav kilsəsi tikildi. Aleksandr Nevskinin şərəfinə ucaldılan bu ehtişamlı məbədin təməlqoyma mərasimində rus çarı III Aleksandr (hakimiyyət illəri: 1881-1894) ailəsi ilə birlikdə iştirak etmişdir.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə etnokonfessional durumun tənzimlənməsi sahəsində müsbət irəliləyişlər baş verdi.
İslam
Tarixi İslam ibrahimi dinlərin sonuncusu sayılır. “Təslim olmaq, boyun əymək, itaət etmək” mənalarında işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına gələn “silm” kökündən yaranıb. Bu dinə inananlar ərəb dilində “müslim”, dilimizdə isə “müsəlman” adlanır. Məsələn, Quranın “Ali-İmran” surəsinin 67-ci ayəsində deyilir: “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi”. İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə çıxmışdır. İlk müsəlmanlar bunlar olmuşdur: Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə binti Xüveylid, əmisi oğlu Əli ibn Əbu Talib və yaxın dostu Əbu Bəkr ibn Əbu Qühafə. Getdikcə Məkkədə müsəlmanlara qarşı təqib pik həddinə çatmışdı. Artıq bu şəhər müsəlmanlar üçün təhlükəli bir yerə çevrilmişdi. Odur ki, 622-ci ildə məkkəli müsəlmanların əksəriyyəti, həmçinin Məhəmməd peyğəmbərin özü Yəsrib şəhərinə köçdü. Məhəmməd peyğəmbər Yəsribdə yerləşdikdən sonra bu şəhər “Mədinətur-rəsul” (“Peyğəmbərin şəhəri”) və ya “Mədinə” adlandırıldı. Qeyd edək ki, Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ildə Məkkədən Mədinəyə köçməsi müsəlman mənbələrində “hicrət” termini ilə ifadə olunur. Həmçinin ikinci xəlifə Ömər ibn Xəttabın dövründə, daha dəqiq desək, 638-ci ildə Əli ibn Əbu Talibin təklifi ilə hicrət ili müsəlman təqviminin ilk ili kimi qəbul edildi İslamın nüfuz dairəsi genişlənirdi. Nəticədə 630-cu ildə müsəlmanlar Məkkə şəhərini fəth etdi və Ömrünün sonuna qədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632- ci ildə dünyasını dəyişdi. O, Mədinədəki Peyğəmbər məscidinin (“Məscid ən-Nəbəvi”; “Məscidün-Nəbi” ərazisində yerləşən evində dəfn olundu. Vəfat etməzdən əvvəl həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr “Vəda xütbəsi” adı ilə İslam tarixinə düşdü. “Vəda xütbəsi”ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Məhəmməd peyğəmbərin vəfatından sonra İslam tarixində xilafət dövrü başladı. Məşvərət yolu ilə seçilən ilk dörd xəlifə (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib) dövründə baş verən ərəb istilaları nəticəsində İslam dini Ərəbistan yarımadasının hüdudlarını aşaraq İraq, Suriya, İran, Şimali Afrika və yer üzünün digər regionlarında yayıldı. Dörd xəlifədən sonra Qüreyşin Ümeyyəoğulları sülaləsi (Əməvilər) hakimiyyətə gəldi. İlk Əməvi xəlifəsi Müaviyə ibn Əbu Süfyan özündən sonra hakimiyyətə məşvərət yolu ilə deyil, varislik yolu ilə oğlu Yezidi təyin etdi. Bu da İslam cəmiyyətində ciddi narazılığa səbəb oldu. Odur ki, Yezid ibn Müaviyənin hakimiyyətinə qarşı üsyanlar baş verdi. Onlar arasında ən məşhuru Məhəmməd peyğəmbərin nəvəsi, Əli ibn Əbu Talibin isə oğlu Hüseyn ibn Əlinin qaldırdığı qiyamı idi. 10 oktyabr 680-ci ildə bu üsyan böyük amansızlıqla yatızdırıldı, Hüseyn ibn Əli başda olmaqla xeyli insan qətlə yetirildi. Qeyd edək ki, ilk üç xəlifənin hakimiyyəti illərində xilafətin paytaxtı Mədinə şəhəri idi. Dördüncü xəlifə Əli ibn Əbu Talib dövründə paytaxt İraq ərazisində yerləşən Kufə şəhərinə köçürüldü. Əməvilər sülaləsi hakimiyyəti ələ keçirdikdən sonra isə xilafətin paytaxtı Suriyadakı Dəməşq şəhəri oldu. Əməvilərin yürütdüyü ərəbçilik siyasəti məvalilərin, yəni ərəb olmayan müsəlmanların narazılığına səbəb olurdu. Odur ki, 750-ci ildə Abbasilər sülaləsi məvalilərin və Əli tərəfdarlarının köməyi ilə Əməviləri devirərək hakimiyyətə gəldi. Bununla da İslam tarixinin yeni bir mərhələsi – Abbasilər dövrü başladı.
Müasir İspaniya və Portuqaliya ərazisində mövcud olmuş Kordova xilafəti (929- 1031) də İslam dünyasında elm və mədəniyyətin inkişafına böyük töhfə vermişdir. Kordova xilafəti bir vaxtlar təkcə müsəlman aləminin deyil, həmçinin Avropanın ən mühüm elmi mədəni mərkəzi sayılırdı. Şimali Afrikanın böyük bir hissəsini, Suriya və Fələstini əhatə edən, ismailiyyə məzhəbinin mənsubları tərəfindən qurulan Fatimilər xilafətinin (909-1171) müsəlman aləmində elm və mədəniyyətin inkişafında oynadığı rolu qeyd etmək lazımdır. Məşhur misirli tarixçi Məqrizinin (1364-1442) “əl-Xitat” adlı əsərində verdiyi məlumata görə, Fatimilər xilafətinin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən “Hikmət evi”nin kitabxanasında 1 milyon 600 min əsər saxlanılırdı ki, onlardan 18 mini antik müəlliflərin əsərləri təşkil edirdi. Abbasilər xilafətinin sonrakı taleyinə gəlincə, bu qüdrətli imperiya IX-X əsrlərdə tənəzzül dövrünü yaşayaraq müstəqil və yarımüstəqil dövlətlərə parçalandı. 945-ci ildə Büveyhilər (935-1055-ci illərdə İranın cənub hissəsini və İraqı idarə edən şiə məzhəbli sülalə) xilafətin paytaxtı Bağdad şəhərini tutduqdan sonra Abbasilər dünyəvi hakimiyyətlərini itirdilər. Artıq Bağdad şəhərində oturan Abbasi xəlifələrin hakimiyyəti formal və rəmzi xarakter daşıyırdı. Onlar yalnız sünni dünyasının ali ruhani liderləri kimi qəbul olunurdu. 1258-ci ildə monqollar Bağdadı ələ keçirib Abbasi xəlifəsi əl-Müstəsim Billahı öldürdükdən sonra Abbasilər sülaləsinin nümayəndələri Misirə köçdülər.
25 sentyabr 1969-cu ildə İslam Konfransı Təşkilatının təsis olunması əlamətdar hadisəyə çevrildi. Mənzilqərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən həmin təşkilata (2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür. Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır. Müasir dövrdə İslam dini xristianlıqdan sonra mənsublarının sayına görə dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində təqribən 1 milyard 800 milyon müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir. Tövhid İslamda təkallahlılıq inancına böyük əhəmiyyət verildiyi üçün “tövhid” ən əsas etiqadi prinsip sayılır.
İslam mənbələrinə görə, “Quran” Məhəmməd peyğəmbərə vəhy yolu ilə 23 il ərzində tədricən nazil olub. “Oxumaq” mənasına gələn “Quran” 114 surədən, yəni bölümdən ibarətdir. Hər surə isə ayələrə bölünür. “Quran”ın ən uzun surəsi Bəqərə (286 ayə), ən qısası isə Kövsər surəsidir (3 ayə). Müsəlman alimləri “Quran”ı izah və şərh edən bir çox təfsir (ərəb dilində “açıqlamaq”, “bəyan etmək” mənasına gəlir) əsəri qələmə almışlar
Əsas ibadət formaları:
Namaz fars mənşəli sözdür, “ehtiram göstərmək”,”ehtiramla əyilmək”, ”ibadət” mənasına gəlir. Bu sözün QuraniKərimdəki qarşılığı ərəb dilində “dua”, “ibadət”, “qulluq”, “din” kimi müxtəlif mənalara gələn “salət” kəlməsidir. İslama görə, namaz - insana Allahı xatırladan, başqalarına sitayiş etməməyi öyrədən, yüksək mənəvi duyğuları aşılayaraq bəşər övladını pis əməllərdən çəkindirən bir ibadətdir. Dəstəmaz bədənin müəyyən orqanlarının yuyulması və məsh edilməsi ilə həyata keçirilən xüsusi təmizlənmə formasıdır. Qeyd edək ki, “dəstəmaz” fars mənşəli sözdür; “dəst” (“əl”) və “namaz” kəlmələrindən meydana gələrək leksik dəyişikliyə məruz qalan mürəkkəb sözdür.
İslam dinində bədənlə edilən başqa ibadət növü orucdur. “Oruc” sözü fars dilində “gündəlik” mənasına gələn “ruze” kəlməsindən törəmişdir.
Zəkat” sözü ərəb dilində “artma”, ”çoxalma”, ”təmizləmə” deməkdir. İslama görə, hər imkanlı müsəlman ildə bir dəfə zəkat, yəni öz sərvətinin müəyyən bir hissəsini ehtiyacı olan möminə verməlidir. Zəkatdan fərqli olaraq, sədəqə vermək könüllüdür.
Sədəqə” kəlməsi ərəb dilində “doğruluq”, “düzgünlük” mənasına gəlir. İslamda sədəqənin verilmə miqdarı, şərti və vaxtı göstərilməyib. Bu isə o deməkdir ki, hər bir müsəlman kasıb möminə əl uzatmaq məqsədilə istədiyi vaxtda və miqdarda sədəqə verə bilər.
Həcc” kəlməsi ərəb dilində “getmək”, “yönəlmək”, “ziyarət etmək” mənalarına gəlir. İslama görə, gücü çatan, yəni zəngin və sağlam olan hər müsəlman həyatında ən azı bir dəfə həcc ziyarətinə getməlidir. Həcc ziyarəti vaxtı isə onlar Kəbə ətrafında 7 dəfə dövr edərək namaz qılırlar. Daha sonra Kəbənin yaxınlığında yerləşən Səfa və Mərvə təpələri arasında müəyyən dini ayinlər yerinə yetirir, zilhiccə ayının 10- 12-də Məkkə yaxınlığındakı Mina dağında qalaraq namaz qılır, günahlarının bağışlanması üçün dua edirlər.

Yüklə 27,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin