Seçmə aşıq şeirləri
40
***
Şikar edib
tutdum bir şahi-tərlan,
Sən etdin ağlımı zail, a Yaxşı!
Səni sevən keçər can ü sərindən,
Olar camalına mail, a Yaxşı!
Məhəbbəti olan istər sazını,
Mən çəkərəm hər dəm sənin nazını.
Şəms ü Qəmər kimi görkəz üzünü,
Gün təki aləmə yayıl, a Yaxşı!
Qaşların
bir oxdu, kirpiyin almaz,
Haramdan oxlasan, oram sağalmaz.
Gedər
bu gözəllik sənə də qalmaz,
Əgərçi sərxoşsan, ayıl, a Yaxşı!
Məni
sənə aşiq etdi yaradan,
Seyrağıbı haqq götürsün aradan.
İstəyirsən xəbər tutgil Sarıdan,
Yollarında mənəm sail, a Yaxşı!