Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Daha təhlükəsiz bir dünyaya doğru



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə46/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   42   43   44   45   46   47   48   49   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

Daha təhlükəsiz bir dünyaya doğru
Bu çağırışlar qarşısında insanları yeni texnologiyalardan qaynaq-
lanan təhlükəsizlik təhdidlərini ciddi qəbul etməyə necə inandıra 
bilərik? Bundan da daha əhəmiyyətlisi, bu təhdidləri zəifl ətmək 
məqsədilə qlobal miqyasda dövlət və özəl sektor arasında əməkdaş-
lığa nail ola bilərikmi?
Keçən əsrin ikinci yarısında nüvə müharibəsi qorxusu, getdikcə 
qarşılıqlı təminatlı yoxetmənin (QTY) nisbi sabitliyinin yolunu 
açmış və nüvə tabusunu ortaya çıxarmışdır.
Əgər QTY məntiqi indiyə qədər işə yaradısa, bunun səbəbi qarşı 
tərəfi tamamilə yoxetmə gücünə sahib olan və bir-birilərini taraz-
layan məhdud sayda subyektin mövcud olması idi. Belə ki, poten-
sial öldürücü oyunçuların yayılması bu tarazlığı poza bilərdi və bu 
səbəbdən, nüvə dövlətləri nüvə klubunu kiçik ölçüdə saxlamaqla 
bağlı əməkdaşlıq etməyə razılıq verdilər və 1960-cı illərin sonunda 
nüvə silahlarının yayılmasının qarşısını almaq haqqında razılaşma-
nı müzakirəyə çıxardılar.
Bir çox başqa mövzularda anlaşılmazlıqlar davam etməklə ya-
naşı, Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları qarşılıqlı zədə ala 
biləcək vəziyyətdə qalmağa davam etmənin ən yaxşı qorunma üsulu 
olduğunu anlamışdılar. Bu anlayış, raketlərlə göndərilən nüvə silah-
larına qarşı müdafiə tədbirləri görmək hüququnu eff ektiv şəkildə 
məhdudlaşdıran anti-balistik raket sazişinin imzalanmasını təmin 
etdi. Dağıdıcı potensial, geniş ölçüdə oxşar mənbələrə, taktikalara 
və yüksəlişin qarşısının alınmasında eyni maraqlara sahib olan bir 


 T
Ə
S
İ
RL
Ə
R
105
qrup subyektlə məhdudlaşmasa QTY kimi doktrinaların eff ekti 
azalacaqdır. 
Dördüncü sənaye inqilabının xəbər verdiyi dəyişikliklərin təsiri 
ilə kövrəkliyi stabilliyə və təhlükəsizliyə çevirən oxşar bir alterna-
tiv tarazlıq kəşf edə bilərikmi? Bunun üçün çox fərqli perspektiv və 
maraqlara sahib olan oyunçuların bir növ “modus vivendi” 
(latınca 
ifadə olub, əsasən münaqişə tərəfl ərinin sülh içində birgə yaşaması-
na imkan verən tənzimləmə mexanizmi və ya sazişi nəzərdə tutur 
– tərc.)
tapa bilmələri və mənfi yayılmalardan qaçmaq üçün əmək-
daşlıq etmələri lazım olacaqdır. 
Maraqlı tərəfl ər məcburi hüquqi çərçivələr və eyni şəkildə bəra-
bər səviyyəli tərəfl ər arasında inkişaf etdirilən normalar, etik stan-
dartlar və potensial zərərverici yeni texnologiyaları (tədricən inno-
vasiya və iqtisadi artımı təmin edəcək araşdırma potensialına zərər 
vermədən) nəzarətdə saxlama mexanizmlərini formalaşdırmaq 
üçün əməkdaşlıq etməlidirlər. 
Şübhəsiz ki, beynəlxalq razılaşmalara ehtiyac olacaq, lakin mən 
daha çox bu sahədəki tənzimləmələrin sürəti və çoxtərəfl i təsirləri 
səbəbindən texnoloji inkişafın gerisində qalması ilə bağlı naraha-
tam. Bu səbəbdən, təlimçilərin və yaradıcıların dördüncü sənaye 
inqilabının yeni texnologiyalarına tətbiq edilə biləcək etik standard-
ları müzakirəyə başlamaları olduqca təcilidir. Ortaq etik prinsiplə-
ri formalaşdırmaq və bunları cəmiyyətə və mədəniyyətə aşılamaq 
üçün hökumətlərin və hökumətlərə bağlı qurumların tənzimləmə 
sahəsində geridə qalması halında, təşəbbüsün özəl sektorun və qey-
ri-dövlət oyunçuların üzərinə düşməsi də mümkün ola bilər.
Yeni müharibə texnologiyalarının inkişafı, təbii olaraq nisbətən 
qapalı sahələrdə baş verir. Buna görə digər bir narahatlığım da gen 
əsaslı tibb və araşdırma kimi başqa sektorların olduqca ixtisaslaşmış 
qapalı sahələrə geri çəkilmə ehtimalıdır. Belə bir vəziyyət, üzləşdi-
yimiz çağırışları və fürsətləri kollektiv müzakirə etmə, anlama və 
idarə etmə bacarıqlarımızı əhəmiyyətli dərəcədə azalda bilər. 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin