DÖRDÜNCÜ S
Ə
NAYE
İ
NQ
İ
LABI
186
Dəyişiklik 23. Neyrotexnologiyalar
104
Dönüş nöqtəsi:
Tamamilə süni bir yaddaşın insan beyninə yer-
ləşdirilməsi.
Şəxsi və peşəkar həyatımızın, beynimizin funksiyalarının – həm
fərdi, həm də kollektiv səviyyədə - necə işlədiyinin daha yaxşı an-
laşılmasından faydalanmayacaq hər hansı bir sahəsi yoxdur. Son il-
lərdə dünyada ən çox fond əldə etmiş araşdırma proqramlarından
ikisinin beyin elmləri ilə bağlılığının olması – Avropa Komissiyaı-
nın 10 il müddətinə bir milyard avro ilə maliyyələşdirdiyi “İnsan
Beyni Layihəsi” və Prezident Obamanın “İnnovativ Neyrotexno-
logiyaların İnkişaf etdirilməsi Yolu ilə Beyin Araşdırmaları Təşəb-
büsü (BRAIN)” – bunu bir daha izah edir. Bu proqramlar, ilk öncə
elmi və tibbi araşdırmalara diqqət yetirmiş olsalar da, neyrotexno-
logiyaların həyatımızın tibbdən kənar istiqamətlərində də sürətlə
inkişaf etməsinə (və təsirinə) şahid oluruq. Neyrotexnologiya beyin
fəaliyyətinin izlənilməsindən və beynin dünya ilə birlikdə necə də-
yişdiyinin müşahidəsindən ibarətdir.
Məsələn, 2015-ci ildə daşınması asanlaşan və qiymətləri aşağı
düşən (artıq bir oyun pultundan daha ucuzdur) neyro-qulaqcıq-
lar görünməmiş imkanlar təqdim edirdi. Ehtimal ki, bu, sadəcə bir
neyro-inqilaba deyil, eyni zamanda bir ictimai inqilaba işarədir.
105
Dostları ilə paylaş: