161 Dəyişiklik 11. Qərarlar üçün böyük verilənlər Dönüş nöqtəsi: Əhalisinin sayını böyük verilənlər vasitəsilə-
müəyyən edən ilk dövlət.
2025-ci ildə: Sorğuda iştirak edənlərin 83%-nin fikrinə görə bu
mümkün olacaqdır.
Bugün cəmiyyətlər haqqında heç vaxt olmadığı qədər verilənlər
mövcuddur və bu verilənləri anlamaq və idarə etmək bacarığı daim
artır. Hökumətlər indiyə qədər istifadə etdikləri məlumat toplama
yollarına artıq ehtiyac qalmadığını görməyə başlaya bilərlər. Eyni
zamanda, onlar mövcud proqramlarını avtomatlaşdırmaq üçün
böyük verilənlər texnologiyalarına yönələ, müştəri və vətəndaşla-
ra daha yeni və innovativ yollarla xidmət göstərmələrməyə başlaya
bilərlər.
Böyük verilənlərdən dəstək vasitəsi kimi istifadə etmək çox
müxtəlif sektor və tətbiqlərdə daha yaxşı və daha sürətli qərarver-
mə imkanını təmin edəcəkdir. Avtomatik qərarvermə vətəndaşlar
üçün bəzi mürəkkəblikləri azalda, şirkətlərə və hökumətlərə real
vaxt rejimində xidmətlər göstərə və müştərilərin qarşılıqlı təsirin-
dən avtomatik vergi bəyannaməsi və ödəmələrə qədər bir çox sahə-
də dəstək vermək imkanı yarada bilər.
Böyük verilənlərdən qərarvermədə dəstək vasitəsi kimi istifadə
etmənin riskləri və fürsətləri əhəmiyyətlidir. Qərarvermədə istifa-
də edilən verilənlərə və alqoritmlərə etibar edilməsini təmin etmək
həlledici əhəmiyyət kəsb edəcəkdir. Vətəndaşların gizliliklə bağlı
narahatlıqları baxımından, biznes və hüquq strukturlarında hesa-
batlılıq sistemi yaratmaq üçün düşüncələrdə dəyişikliklərə ehtiyac
yaranacaqdır. Eyni zamanda, profil yaratmanın və gözlənilməz nə-
ticələrin qarşısını almaq məqsədilə istifadə üçün açıq bələdçi prin-
siplərə ehtiyac olacaqdır. Hazırda əl ilə icra edilən əməliyyatların
böyük verilənlərlə əvəzlənməsi müəyyən işləri gərəksizləşdirə bilər,