Dünya İqtisadi Forumu bütün hüquqları qorunur. İngilis dilində orjinal adı və naşiri


Dəyişiklik 11. Qərarlar üçün böyük verilənlər



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə78/97
tarix25.12.2023
ölçüsü0,72 Mb.
#196243
1   ...   74   75   76   77   78   79   80   81   ...   97
IV-Senaye-Inqilabi-UNEC 2

161
Dəyişiklik 11. Qərarlar üçün böyük verilənlər
Dönüş nöqtəsi: 
Əhalisinin sayını böyük verilənlər vasitəsilə-
müəyyən edən ilk dövlət.
2025-ci ildə:
Sorğuda iştirak edənlərin 83%-nin fikrinə görə bu 
mümkün olacaqdır.
Bugün cəmiyyətlər haqqında heç vaxt olmadığı qədər verilənlər 
mövcuddur və bu verilənləri anlamaq və idarə etmək bacarığı daim 
artır. Hökumətlər indiyə qədər istifadə etdikləri məlumat toplama 
yollarına artıq ehtiyac qalmadığını görməyə başlaya bilərlər. Eyni 
zamanda, onlar mövcud proqramlarını avtomatlaşdırmaq üçün 
böyük verilənlər texnologiyalarına yönələ, müştəri və vətəndaşla-
ra daha yeni və innovativ yollarla xidmət göstərmələrməyə başlaya 
bilərlər. 
Böyük verilənlərdən dəstək vasitəsi kimi istifadə etmək çox 
müxtəlif sektor və tətbiqlərdə daha yaxşı və daha sürətli qərarver-
mə imkanını təmin edəcəkdir. Avtomatik qərarvermə vətəndaşlar 
üçün bəzi mürəkkəblikləri azalda, şirkətlərə və hökumətlərə real 
vaxt rejimində xidmətlər göstərə və müştərilərin qarşılıqlı təsirin-
dən avtomatik vergi bəyannaməsi və ödəmələrə qədər bir çox sahə-
də dəstək vermək imkanı yarada bilər. 
Böyük verilənlərdən qərarvermədə dəstək vasitəsi kimi istifadə 
etmənin riskləri və fürsətləri əhəmiyyətlidir. Qərarvermədə istifa-
də edilən verilənlərə və alqoritmlərə etibar edilməsini təmin etmək 
həlledici əhəmiyyət kəsb edəcəkdir. Vətəndaşların gizliliklə bağlı 
narahatlıqları baxımından, biznes və hüquq strukturlarında hesa-
batlılıq sistemi yaratmaq üçün düşüncələrdə dəyişikliklərə ehtiyac 
yaranacaqdır. Eyni zamanda, profil yaratmanın və gözlənilməz nə-
ticələrin qarşısını almaq məqsədilə istifadə üçün açıq bələdçi prin-
siplərə ehtiyac olacaqdır. Hazırda əl ilə icra edilən əməliyyatların 
böyük verilənlərlə əvəzlənməsi müəyyən işləri gərəksizləşdirə bilər, 


DÖRDÜNCÜ S
Ə
NAYE 
İ
NQ
İ
LABI

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin