15 dekabr 2014-ъц ил
http://www.amu.edu.az
7
u
Bu sınıqlar barədə ilk məlumatlar
Hippokrata məxsusdur. Suprakondilyar
humerus sınıqları 5-10 yaş arası uşaqlar-
da dirsək sınıqlarının 70%-ni təşkil edir.
Bu sınıqlar daha çox açıq əl üzərinə və
dirsək üzərinə yıxılma nəticəsində baş
verir.
Ümumiyyətlə, dirsək oynağı 3
sümükdən (humerus, ulna, radius)
təşkil olunmuşdur. Oynaq komp-
leks hərəkətə malikdir. Dirsək oy-
nağı radiohumeral hissəsində pro-
natsio-supinatsio,
ulnahumeral
hissəsində isə fleksiya və ekstensi-
ya hərəkətləri baş verir. Suprakon-
dilyar sınıqlar bükmə və açma, 98%
halda isə açma tərzində olur.
Uşaq yaşlarında sümükləşmə
vəziyyəti
və
sümükləşmə
nöqtələrinin fərqliliyini nəzərə al-
saq dirsək oynağında bir neçə
sümükləşmə nöqtələri vardır. Bun-
lar kapitulum (2 yaş), radius başı
(3 yaş), medial kondilus (5 yaş),
troxlea (7 yaş), olekranon (9 yaş)
və lateral kondilus (13 yaş) olaraq
müəyyən edilmişdir.
Suprakondilyar sınıqlar əsasən
1959-cu ildə irəli sürülmüş Gartland
təsnifatına əsasən sinifləndirilir.
Suprakondilyar sınıqların baş
vermə
mexanizminə
gəldikdə,
bu sınıqlar 98% hallarda açıq əl
üzərinə yıxılma nəti cə sində baş ve-
rir. Bu zaman fleksor qrup əzələlər
tamamilə boşaldığı üçün dirsək oy-
nağı sümüklərinə mexaniki dəstək
verə bilmir. Həmçinin 3-10 yaş arası
uşaqlarda bazu sümüyünün meta-
fizi həmin bölgədə keçici zəif olur.
Suprakondilyar sınıqların diaq-
nozunda əsas göstərici dəqiq fi-
zikal müayinədən başlayır. Dirsək
bölgəsi şişkin, deformasiyalı görü-
nür. Xəstələrin üzündə kəskin ağrı
ifadəsi diqqəti cəlb edir. Bu pato-
logiyalar zamanı nevroloji müayinə
çox önəmlidir. Bölgədən keçən
hər üç periferik sinir müayinə olun-
malıdır və daha sonra radial arte-
riyanın pulsasiyası yoxlanılmalıdır.
R-qrafiya zamanı həm ön, həm də
yan proyeksiyalar önəmlidir. Yan
proyeksiyada diqqıt edilməli əsas
göstərici ondan ibarətdir ki, normal
halda bazunun ön korteksindən
keçən xəyali xətt kapitulumla
kəsişməlidir. Ön proyeksiyada isə
Bauman bucağına diqqət edirik.
Bu bucaq lateral epifizial xəttlə ba-
zunun cisminə paralel göndərilmiş
xətt arasındakı bucaqdır (Norma
85-89 dərəcə).
Suprakondilyar
sınıqların
müalicəsinə gəldikdə Tip 1 və Tip
2 sınıqlar konservativ müalicə
edilməlidir. Bu zaman qol, bazu-
nun orta 1/3 hissəsinə qədər sirkul-
yar gips langeti ilə immobilizasiya
edilməlidir. Langetin saxlanılma
müddəti 3 həftədən az olmamalıdır.
Langet goyulduqdan sonra mütləq
biləkdə pulsasiyanın olub-olmama-
sı kontrol edilməlidir. Bu, ətrafda
qan dolaşımını təmin etmək üçün
önəmlidir. Tip 3 sınıqlar isə mütləq
cərrahi müdaxilə gərəkdirən bir du-
rumdur. Cərrahi müdaxilə zamanı
Kişner telləri ilə fiksasiyaya üstün-
lük verilir. Epifizar zonadan maksi-
mum 3 ədəd tel keçirilmək şərti ilə
cərrahın seçiminə görə ya lateral,
ya da çarpaz pinləmə istifadə olu-
nur. Çarpaz pinləmə texniki olaraq
çətin olsa da, stabilizasiya baxı-
mından mexaniki etibarlılığı daha
yüksəkdir.
Nəzərinizə çatdırmaq istəyirik ki,
2014-cü ilin birinci yarısında ATU-
nun Tədris Cərrahiyyə Klinikasında
6 Tip 3 suprakondilyar sınıq əməl
iyyatı etmişik. Xəstələrin orta yaş
qrupu 4-10 arası dəyişirdi və hamısı
oğlan uşaqları idi. Bütün xəstələrdə
cərrahi açıq fiksasiya 2 ədəd Kişner
teli vasitəsilə aparıldı və ətraf gips
langeti ilə ən azı 4 həftə immobili-
zasiya edildi. Əməliyyatlar fəsadsız
keçdi və post operativ kontraktu-
ra müşahidə edilmədi. Ancaq bir
xəstədə, median sinirin anterior in-
terosseus şaxəsi zədələnərək onun
innervasiya etdiyi motor zona defi-
siti müşahidə edildi.
Dostları ilə paylaş: