Dekabrın 4-də Milli
Məclisin sosial siyasət
komitəsinin, Azərbaycan
Respublikası Gənclər Təşkilatları
Milli Şurasının (ARGTMŞ), BMT-
nin Uşaq Fondunun (UNICEF)
birgə təşkilatçılığı ilə “İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə haq-
qında” Azərbaycan Respublikası
Qanununun monitorinqinə dair
dinləmələr keçirilib
.
AzərTAc xəbər verir ki, monitorin-
qi Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurası apararaq təkliflər
hazırlayıb.
Komitənin sədri Hadı Rəcəbli çıxış
edərək bildirib ki, monitorinqin məqsədi
qanunların bugünkü reallıqlara uyğun-
luğunu müəyyənləşdirmək, onların daha
da təkmilləşdirilməsi üçün əlavə və
dəyişikliklər etməkdir. Bu qanun 2010-cu
il iyunun 18-də Vyanada 25 min insanın
qatıldığı böyük bir tədbirin müzakirəsinə
çıxarılıb və model qanun kimi bəyənilib.
Zamanın tələbi olaraq bu qanun yenə də
təkmilləşdiriləcək.
Milli Məclis sədrinin müavini Ba-
har Muradova bildirib ki, parlamentin
fəaliyyətinin əsas istiqamətlərindən biri
də vətəndaş cəmiyyəti institutları ilə sıx
işləməkdir. Qanun yaradıcılığı prosesində
həm onun şərh olunmasında, həm də
monitorinqində birgə əməkdaşlıq əsas yer
tutur.
Bahar Muradova qeyd edib ki, in-
sanın immunçatışmazlığı virusunun
törətdiyi xəstəlik dünyanın bir nömrəli
problemlərindən biridir. Buna qarşı
bütün cəmiyyət mübarizə aparmalı-
dır. Bu xəstəliklə mübarizədə ciddi
maarifləndirmə işləri də görülməlidir.
Vətəndaş cəmiyyətinin daha geniş cəlb
olunması bu mübarizədə xüsusi rol
oynayır. Milli Məclis sədrinin müavini
müzakirələr zamanı səslənən fikirlərin
problemin həllində faydalı olacağını
söyləyib.
BMT-nin Uşaq Fondunun (UNICEF)
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Andro Şilakadze bu məsələdə
xüsusilə gənclər arasında maarifləndirmə
işinin genişləndirilməsini təklif edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Ay-
nur Sofiyeva qurumun bu istiqamətdə
apardığı müvafiq işlərdən, reallaşdırılan
tədbirlərdən danışıb.
Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının sədri Şahin
Seyidzadə aparılan monitorinq barədə
məlumat verib.
Müzakirələrdə bildirilib ki, 113 icti-
mai birlik və təşkilatı özündə birləşdirən
ARGTMŞ qanunun monitorinqini aparıb
təkliflər hazırlayarkən müxtəlif qurumlar-
la görüşlər keçirib, onların rəylərini alıb.
İki il aparılan monitorinqin nəticələrinə
görə mövcud qanun yüksək səviyyədə
hazırlanıb. Yalnız bir maddəyə dəyişiklik
edilməsi təklif olunub. Bu da yetkinlik
yaşına çatmayan şəxslərin valideynlərinin
və ya hüquqi qəyyumların iştirakı olma-
dan tibbi müayinədən keçməyə qadağa
qoyulması ilə bağlı yaş həddinin 18-dən
16-ya endirilməsinə dair təklifdir.
Hadı Rəcəbli təklif olunan dəyişikliyin
işçi qrupda baxılıb müzakirə ediləcəyini
diqqətə çatdırıb.
Dostları ilə paylaş: |