Dünyagörüşü: strukturu və tarixi formaları. Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu



Yüklə 47,69 Kb.
səhifə10/19
tarix06.09.2023
ölçüsü47,69 Kb.
#141720
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
Biletler

Şüurun strukturu və mənlik şüuru.


Şüur məlum olduğu kimi fəlsəfənin, psixologiyanın və sosiologiyanın fundamental anlayışıdır. O insan psixikasının mühüm komponentini xarakterizə edir.
Mənlik şüuru iki sözdən-“mənlik” və “şüur” sözlərindən ibarətdir. Bu termin daxilində “şüur” sözünün evristik mənası vardır: bu ondan ibarətdir ki, “mənlik şüuru” şüurun strukturuna daxildir, şüurun mühüm xarakteristikalarından birini təşkil edir. Lakin şüurun digər struktur xüsusiyyətlərindən fərqli olaraq onun özünəməxsus cəhətləri də vardır. Bu cəhətlər “mənlik” sözündə ifadə olunmuşdur. “Mənlik şüurunda” şüurun bütün xüsusiyyətləri insanın “məni” vasitəsilə ifadə olunur və şəxsiyyət hadisəsinə çevrilir. Mənlik şüuru bimodal xarakter daşıyı: onda eyni vaxtda həm “mən”ə (subyektə), həm də “qeyri-mən”ə (obyektə) mənsub olan cəhətlər əks olunur. Məs: uşaq öz əlini dişlədikdə özü ağrı hiss etmir. O, öz əli ilə anasını, qardaşının, gəlinciyinin əlini fərqləndirməyə başlayır.
Mənlik şüuru insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi prosesidir. Mənlik şüuru insanın özünün tələbat və qabiliyyətlərinə, fikir və hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti nəzərdə tutulur. Onnun əsas əlamətləri aşağıdakılardan ibarətdir: insan özünü bütün ətraf aləmdən, yəni “mən”ini “qeyri-mən”dən ayırır, özünün fiziki, psixi və mənəvi keyfiyyətlərini qiymətləndirir və dərk edir, psixi həyatının bütün cəhətlərinə şüurlu münasibət bəsləməyə başlayır.
Mənlik şüuru strukturunda aşağıdakı üç cəhəti fərqləndirmək lazımdır:
1.”Mən obraz”-insanın özü haqqında təsəvvürləri(bunu psixoloji avtoportret də deyirlər).
2.Özünqiymətləndirmə-insanın özünün özü haqqında təsəvvürlərinin adekvat surətdə qiymətləndirilməsi.
3.Potensial davranış reaksiyaları-insanın “Mən obrazı” və özünə verdiyi qiymətlərin onun davranış və rəftarında təzahür etməsi.
Mən-obraz
Mən-obrazın əsasını insanın özü haqqında bilikləri təşkil edir. Mən-obraz insanın özünə münasibətini ifadə edir. Mən-obraz mürəkkəb hadisədir.İnsanda eyni vaxtda üç “Mən-obraz”, “real mən” və “sosial mən” mövcuddur.
Real mən”. İnsan indiki anda özünü necə təsəvvür edir. Özünün qabiliyyətini, rollarını, statusunu neçə qavrayır? O, necə adamdır? “Real mən”in məzmununu həmin suallar təşkil edir. Bu zaman insan özünə öz gözüylə baxır. O, özünün “real mən”i ilə fəxr edə bilər; insan özü haqqında bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda isə “real mən” ətrafdakı adamların insana verdikləri qiymətlərə uyğun gəlmir.
İdeal mən”. Hər bir insanın “ real mən”indən başqa həm də “idel mən”i vardır. İnsan özünü neçə görmək istəyir? Hansı keyfiyyətlərə yiyələnməyə çalışır? “İdeal mən”in məzmununu bu suallara əsasən səciyyələndirmək olar. “İdeal mən” insanın özü haqqında idealları ilə bağlıdır. Onun psixoloji baxımdan mənası bundan ibarətdir: insan “ideal mən”ini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük səy göstərir. İnsan özüntərbiyə ilə çəşğul olarkən özünün “ideal mən”dən çıxış edir.
Sosial mən”. İnsan həmişə özünü başqalarının gözüylə baxır. Başqa adamlar neçə görürlər? O, özünü başqa adamlara necə göstərmək istəyir? Necə hərəkət etsə, başqa adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, həkim və s.) kimi tanıyırlar? Bu suallar yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyətə malikdir. Bizim hər birimiz insanların içərisində yaşayırıq və özümüzə onların gözüylə baxmalıyıq.



  1. Yüklə 47,69 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin