Dünyagörüşü: strukturu və tarixi formaları. Fəlsəfə tarixində varlıq probleminin qoyuluşu


Varlıq problemi və onun əsas formaları



Yüklə 47,69 Kb.
səhifə9/19
tarix06.09.2023
ölçüsü47,69 Kb.
#141720
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
Biletler

Varlıq problemi və onun əsas formaları.


Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən "var olmaq", "mövcud olmaq", "üzə çıxmaq", "reallıq" mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada işlədilir:
1. Dar mənada - şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
2. Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları.
Varlığın anlaşılmasını Platon xeyli genişləndirmişdir. O, fəlsəfə tarixində ilk dəfə göstərmişdir ki, yalnız maddı şeylər deyil, həm də ideal olanlar varlığa malıkdirlər. Orta əsrlərin xristian fəlsəfəsində Allahın varlığından ibarət olan "həqiqi" varlıq "qeyri-həqiqi" varlığa qarşı qoyulur və göstərilir ki, bütün qeyri-həqiqi varlıqları Allah yaratmışdır. Burada varlıq yaradanın və yaradılanın varlığı olmaqla iki növə ayrılır.
Varlığın müxtəlif formaları içərisindən bu formalardan ən ümumi və açıq-aşkar üzə çəxan spesifik mövcudluq üsullarına malık olanlarını seçıb ayırmağ imkan verir. Onlardan birinci qrupuna canlı və cansız varlıqların spesifikliyi; ikinci qrupuna canlılar içərisində özünəməxsus yer tutan, şüura, düşüncəyə malik olan, ideal obrazlarla iş görən, yəni abstrakt düşünən insanın varlığı daxildir. Varlığın ümumi mənzərəsini yaradarkən özünəməxsus piramida əmələ gəlir, onun əsasında cansız təbiət, onun üzərində canlı təbiət və ondan yuxarıda isə ruhun, canlı və cansız təbiətin vəhdətindən ibarət olan insan durur. Cansız təbiətin şey və proseslərinin varlığı bütün təbii və süni aləmdir, habelə təbiətin bütün halları və hadisələridir (ulduzlar, planetlər, torpaq, su və s.). Canlı təbiətin varlığı isə özündə iki səviyyəni ehtiva edir. Birinci səviyyə canlı, lakin ruhu, şüuru olmayan, ətraf mühitlə maddələr mübadiləsini həyata keçirən, çoxalmaq qabiliyyətinə malik olan bütün biosferadan, flora və faunadan ibarətdir. İkinci səviyyə isə konkret adamların varlığında, sosial varlıqdan və ideal varlıqdan ibarət olan insan və onun şüurunun varlığından ibarətdir.



  1. Yüklə 47,69 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin