Follikulyar adenoma
Follikulyar adenoma follikul epitelisinin xoşxassəli şişidir.
Follikulyar adenomalar arasında trabekulyar (embrional),
mikrofollikulyar (fetal), makrofollikulyar (sadə) növlər ayırd edilir.
Qeyd etmək lazımdır ki, aspiratın sitoloji müayinəsi follikulyar
adenoma ilə follikulyar şişin diferensiasiyasına imkan vermədiyinə
görə adenomanın cərrahi əməliyyatı aparılmalıdır.
Qalxanabənzər vəzin kistası
Kista qalxanabənzər vəzi toxumasında kistoz mayeli boşluqdur.
Qalxanabənzər vəzi düyünlərinin 3-5%-ini təşkil edir. Həqiqi kista
yalançı kistadan tərkibində follikulyar epitel olması ilə fərqlənir.
USM ilə kistoz törəməni aşkar etmək çətinlik törətmir. Buna
baxmayaraq, USM kistanı sistadenomadan və
sistadenokarsinomadan fərqləndirə bilmir, ona görə törəməni
punksion biopsiya və təkrar USM etmək lazımdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|