Yalançı düyünlər – ayrı-ayrı paycıqların lokal hipertrofiyası
nəticəsində inkişaf edir.
DİAQNOSTİKA
Düyünlü uru olan pasiyentlərin diaqnostikası və sonrakı
müşahidəsində əsas istiqamətlər:
►
qalxanabənzər vəzin bəd xassəli şişinin inkarı;
►
qalxanabənzər vəzi düyününün funksional avtonomiyasının
diaqnostikası və dekompensasiyanın inkişaf riskinin müəyyən
edilməsi,
►
kompressiya (sıxılma) sindromunun və kosmetik defektin təyin
edilməsi
ANAMNEZ VƏ FİZİKAL MÜAYİNƏ
Düyünlərin əksəriyyəti heç bir simptomatika ilə müşahidə
olunmur, lakin bu maliqnizasiya olma ehtimalını istisna etmir
(C).
Böyük ur zamanı xəstələr boyun nahiyəsində sıxılmadan
şikayət edirlər.
Solitar və bərkimiş düyünlər mütləq biopsiya olunmalıdır.
Solitar düyünün və ÇDU-nun maliqnizasiya olma ehtimalı
eynidir (B).
►
Dostları ilə paylaş: |