Düyünlü ur xəstəliyi üzrə klinik protokol



Yüklə 205,93 Kb.
səhifə6/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   2   3   4   5   6   7   8   9   ...   32
ÜMUMİ MÜDDƏALAR 

 

Düyünlü ur – qalxanabənzər vəzidə müxtəlif morfoloji 

xarakteristikaya  malik bütün ocaqlı törəmələri  əhatə edən klinik 

anlayışdır. Qalxanabənzər vəzidə iki və daha çox düyün olduqda, bu 

çoxdüyünlü ur hesab edilir. 

Düyünlü urun patoloji və proqnostik əhəmiyyəti aşağıdakılarla 

əlaqədardır: 

 

Düyünlü törəmələrin az da olsa qalxanabənzər vəzin bədxassəli 



şişi olması riski (2-5%). Qalxanabənzər vəzin bədxassəli  şişləri 

arasında 90% hallarda yüksək diferensiasiya etmiş  xərçəngə 

(papilyar, follikulyar) rast gəlinir. 

 



Qalxanabənzər vəzin böyüməsinin  ətraf toxumaları  sıxma və 

kosmetik defekt yaratma riski 

 

Düyünün formalaşmasından uzun illər keçdikdən sonra 



qalxanabənzər vəzin funksional avtonomiyası və tireotoksikozun 

yaranma riski (əsasən yod defisitli regionlarda) 



Epidemiologiya

 

Qalxanabənzər vəzin düyünlü törəmələri palpasiya zamanı 5% 



insanlarda, USM zamanı isə bundan 10 dəfə çox (50%) aşkar olunur. 

Düyünlü ur yod defisitli regionlarda daha çox aşkar edilir. Düyünlü 

törəmələr uşaqlarda və yeniyetmələrdə nadir hallarda müşahidə 

olunur, ancaq yaş artdıqca onun rast gəlmə tezliyi yüksəlir. 

Qadınlarda kişilərə nisbətən 2-4 dəfə daha çox rast gəlinir. 

Bədxassəli  şişlər bütün düyünlü törəmə hallarının təxminən 5%-ini 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8

təşkil edir. Qalxanabənzər vəzi düyünləri arasında  ən çox (90%) 



təsadüf edilən forma kolloid urdur. 

 


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin