Düyünlü ur xəstəliyi üzrə klinik protokol


QALXANABƏNZƏR VƏZİN USM-i



Yüklə 205,93 Kb.
səhifə12/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
QALXANABƏNZƏR VƏZİN USM-i 

USM cihazında 7.5-10 MHz tezlikli çevirici QV düyünlərini 

müəyyən etmək və ölçmək, həmçinin US-NİAB müayinəsini yerinə 

yetirmək üçün kifayətdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

USM diaqnostikasının meyarları (C): 

 

US təsvirin məzmunu  



 

QV daxilində lokalizasiyası 

 

Ölçü – ən azı maksimal diametrin göstərilməsi və orqanın 



anatomiyasına uyğun olaraq bu ölçünün uzununa, ön-arxa və 

ya latero-lateral olduğunun qeyd edilməsi  

 

Exogenlik (anexogen, hipoexogen, izoexogen və ya 



hiperexogen) 

 

Mayenin olması (qarışıq düyünlər) 



 

Sərhədlərin xarakteristikası 

 

Periferal halənin olması 



 

Orqan daxili kalsifikasiyanın olması (mikro- və ya 

makrokalsifikasiya) 

 

Əgər mümkünsə, damarların vəziyyəti 



 

Əgər QV-də bir və ya bir neçə müstəqil düyün varsa, hər birinin 



təsviri verilməlidir. Çoxsaylı düyünlər olduqda təsviretmə 

sənədində QV-nin ölçüsü və strukturunun göstərilməsi tövsiyə 

olunur – düyünün (düyünlərin) maliqnizasiya olma ehtimalını 

göstərən xüsusiyyətlərini qeyd etməklə. 

 

Təsviretmə sənədi çap edilməlidir və orada mütəxəssisin və 



klinikanın adı aydın göstərilməlidir. Bu sənəd arxivdə və ya 

informasiya bazasında saxlanılmalıdır. 

 

US müayinəsi zamanı alınan  şəkil aparılan proseduranın 



dinamikası barədə adekvat məlumat vermir. Təsviretmə sənədinə 

bir neçə şəklin birgə əlavə edilməsi məsləhət görülür, xüsusən də 

şübhəli elementlər aşkar edildikdə (düyünə şübhə olduqda). 

 



US tapıntılarına  əsaslanaraq düyünün maliqnizasiya olma 

ehtimalı qiymətləndirilməlidir. 

 

NİAB aparılması üçün düyünləri müəyyən edilməlidir. 



 

Əgər  şübhəli US tapıntıları yoxdursa və ya xəstə yüksək risk 



qrupuna aid deyilsə, ölçüsü 10 mm-dən az olan düyünlər NİAB 

edilmir (C). 

 

Boyun nahiyəsinə metastazlar müşahidə edilən və ya ailəsində 



medulyar tiroid karsinoma, yaxud 2-ci tip çoxsaylı endokrin 

neoplaziya olan xəstələrə düyünün ölçüsündən asılı olmayaraq 

US-NİAB aparılmalıdır (C). 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

12


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin