Düyünlü ur xəstəliyi üzrə klinik protokol


Çoxdüyünlü urun (ÇDU) radioaktiv yodla müalicəsi



Yüklə 205,93 Kb.
səhifə28/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   24   25   26   27   28   29   30   31   32
Çoxdüyünlü urun (ÇDU) radioaktiv yodla müalicəsi 

 



ÇDU-nun mənimsəmə qabiliyyəti aşağı olduğu zaman kiçik 

dozada rhTSH verilməsi, 72 saat ərzində radioaktiv yodun 

mənimsənilməsini 4 dəfə artırır. Radioaktiv yodla müalicənin 

düzgün aparılması düyünün ölçülərinin azalması və kompressiya 

əlamətlərinin qısa müddətə keçib getməsi ilə nəticələnir. 

 



Orta hesabla müalicədən sonrakı birinci ilin axırına urun ölçüsü 

40%, ikinci ilin sonuna isə 60% azalır. TSH səviyyəsi aşağı olan 

xəstələrdə bu göstərici 3-6 ay ərzində normallaşır. 

 



Sərbəst T4 və total T3 səviyyələri rhTSH inyeksiyasından 

sonrakı 72 saat ərzində ilkin göstərici ilə müqayisədə 50% artır. 

Tiroid hormonun törədə biləcəyi  əlavə  təsirin qarşısını almaq 

üçün beta-adrenerqik və ya Ca-kanalı blokatorlarından istifadə 

etmək lazımdır. 

 



131

İ (30 mCi) rhTSH inyeksiyasından 72 saat sonra  per os qəbul 

edilir. Bu preparatın qəbulu heç bir təhlükəli təcili vəziyyət 

yaratmır. Nadir hallarda müalicədən bir neçə ay keçdikdən sonra 

immunogen hipertireoidizm əmələ gələ bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

25



 

Maliqnizasiya olma ehtimalını inkar etmək üçün müalicədən 

qabaq US-NİAB aparılmalıdır. 

 



Hal-hazırda yaşlı xəstələrdə və anesteziya və ya cərrahi müdaxilə 

üçün əks-göstəriş hesab edilən yanaşı xəstəlikləri olan xəstələrdə 

radioaktiv yodla müalicəyə  əlavə kimi rhTSH-nin istifadə 

edilməsi məsləhət görülmür, lakin rhTSH-nin radioaktiv yodla 

birgə tətbiqi ÇDU zamanı çox effektivdir. 


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin