həcminin və düyünün ölçüsünün azalmasını göstərmişdir.
20
►
Bir çox hallarda və xüsusən də aşağıda göstərilən hallar zamanı
levotiroksinlə terapiyanın aparılması tövsiyə edilmir (C):
Böyük ölçülü tiroid düyünləri və düyünlü ur zamanı, xüsusən
funksional avtonomiya simptomları və ya əlamətləri
müşahidə
edilirsə
Klinik gedişi şübhəli olan və ya qeyri-adekvat sitoloji nümunəsi
olan törəmələr
Postmenopauzada olan qadınlar və yaşı 60-dan çox olan kişilər
Osteoporozlu və ya sistem xəstəliyi olan şəxslər
Kardiovaskulyar xəstəliyi olan şəxslər
►
Bu cəhətlərə diqqət yetirmək lazımdır:
Klinikada xəstələrin yalnız kiçik qismində L-tiroksin terapiyası
nəticəsində tiroid düyünün həcminin azalması müşahidə edilir (B)
TSH-nin uzun müddətli supressiyası yaşlı xəstələrdə və
menopauzada olan qadınlarda sümük zəifliyi və aritmiya ilə
nəticələnə bilər (B)
L-tiroksinlə terapiya tam supressiv olmalı deyil (TSH <0.1 mikro-
İU/ml)
(C)
Düyünün yenidən böyüməsi adətən L-tiroksinlə terapiya
dayandırıldıqdan
sonra baş verir (C)
Əgər müalicə zamanı düyünün ölçüləri kiçilirsə, bu halda L-
tiroksinlə terapiyanı uzun müddət davam etdirmək lazımdır
(D)
Əgər L-tiroksin terapiyası zamanı düyünün böyüməsi müşahidə
olunursa, bu halda təkrar biopsiya və cərrahi
müdaxilə məsləhət
görülür (D)
►
Levotiroksinin (L-tiroksin) əlavə müalicə kimi tətbiq edilməsi
residivlərin əmələ gəlmə ehtimalını azaldır.
►
İlkin müalicədən sonra TSH-nin supressiyası ilə aparılan müalicə
iki məqsəd güdür. Birinci – TSH-nin qanda göstəricisini normal
səviyyəyə çatdırmaqla hipotireoidizmi aradan qaldırmaq. İkinci –
qalıq şiş hüceyrələrinin TSH ilə stimulyasiyasının qarşısının
alınması. Lakin uzunmüddətli remissiya olduqda, endogen TSH
sintezinin dəf etməyə ehtiyac yoxdur və əvəzedici terapiya
aparıla bilər.
►
L-tiroksin seçim preparatıdır. T3 uzunmüddətli terapiya zamanı
istifadə edilmir. Onu yalnız hipotireoidizmin qısamüddətli
korreksiyası və ya bədənin skanerləşdirməsinin hazırlıq mərhələsi
zamanı tətbiq etmək olar.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
►
L-tiroksin dozası TSH-nin qanda səviyyəsini ≤ 0.1 mU/L
salmalıdır. TSH-nin səviyyəsi müalicə başlandıqdan sonra hər üç
aydan bir yoxlanılmalıdır. L-tiroksinin gündəlik dozasını (25
mq/gün) artırıb və ya azaltmaqla korreksiya etmək olar. TSH-nin
səviyyəsi 3 aydan sonra yenidən yoxlanılmalıdır. Müəyyən
olunmuş optimal doza dəyişdirilməməlidir və hər 6-12 aydan bir
FT3, FT4 və TSH səviyyələrinin monitorinqi aparılmalıdır
►
TSH-supressiv müalicənin xəstəliyin əlamətləri olan xəstələrdə
aparılması mütləqdir (əgər Tg təyin olunursa və başqa əlamətlər
yoxdursa). Müalicədən sonra tam uzunmüddətli remissiya əldə
olunan xəstələrdə supressiv müalicəni 3-5 il ərzində aparmaq
məsləhət görülür. Aparılan müalicənin qiymətləndirilməsi
nəticəsində xəstəliyin residiv vermə ehtimalı aşağı olduqda
(<1%), L-tiroksinin dozası TSH-nin səviyyəsini normanın aşağı
sərhədində (0.5 və 1.0 mU/L arasında) saxlamaq üçün kifayət
edən dozaya kimi azaldılır.
►
L-tiroksin gündə 1 dəfə, səhər yeməyindən 20-30 dəq. əvvəl
qəbul edilməlidir.
►
L-tiroksinin əlavə təsiri olan ikincili subklinik tireotoksikoz
əsasən ürək problemləri və sümük çəkisinin azalması ilə özünü
büruzə verir. FT4 və FT3 səviyyələrinin artmasının qarşısını
almaq üçün L-tiroksin dozasının monitorinqi aparılmalıdır. Yaşlı
və ürək xəstəliyi olan şəxslərdə bu preparatın istifadə edilməsi
məsləhət görülmür.
►
Hamiləlik zamanı L-tiroksin dozası korreksiya olunmalıdır.
Stabil remissiya qeyd olunan hamilələrdə TSH səviyyəsi
normanın aşağı sərhədində olmalıdır, xəstə olan və ya residiv
ehtimalı yüksək olan hamilələrdə TSH 0.1 mU/L səviyyəsində
saxlanılmalıdır.
Dostları ilə paylaş: