QV DÜYÜNLƏRİNİN MÜALİCƏSİ
CƏRRAHİ MÜALİCƏ
Düyünlər böyük, bədxassəli olduqda cərrahi əməliyyat
göstərişdir. Hipertireoz və ya ətraf strukturların sıxılması müşahidə
olunmadıqda tək və xoşxassəli düyünlər cərrahi yolla
kənarlaşdırılmır.
Tiroid düyünü olan xəstələrin cərrahi müdaxiləyə olan
göstərişləri aşağıdakılardır:
Assosiasiya olunmuş lokal əlamətlər
Böyük toksik düyün nəticəsində yaranan hipertireoidizm və ya
hipertireoidizmlə müşayiət edilən ÇDU
Düyünün böyüməsi
NİAB zamanı pozitiv (maliqnizasiya əlamətlərinin olması)
nəticənin alınması cərrahi müdaxiləyə göstərişdir (B)
Cərrah-endokrinoloq xəstə və onun ailəsi ilə birgə USM və
sitoloji müayinənin nəticələrini nəzərdən keçirməli, müalicə
taktikasını izah etməli, bütün suallara cavab verməli, cərrahi
müdaxilənin potensial fəsadlarını müzakirə etməli, cərrahi məsləhət
verməlidir (D).
Diferensiasiya olunmuş kanser və düyünün ölçüsü >1 sm olan,
həmçinin ailəsində bu xəstəliyə rast gəlinən və klinik və ya US
müayinələri zamanı xəstəliyin multifokal olması, törəmənin kapsul
və ya düyünlərə invaziya etməsi müşahidə olunan xəstələrdə total və
ya subtotal tireoidektomiya tövsiyə edilir. Boyun nahiyəsinin
mərkəzi sahəsində yerləşən limfatik düyünlərin götürülməsi
mütəxəssis-cərrah tərəfindən həyata keçirilməlidir (C).
►
QV lobektomiyası total və ya subtotal olur, istmektomiya ilə və
ya onsuz aparıla bilir. İstmusun əvvəlcədən aparılan rezeksiyası
tireoidektomiyanı asanlaşdırır.
►
Xoşxassəli tək düyünlər zamanı lobektomiya və istmusektomiya
olunur, ikitərəfli düyünlər zamanı isə subtotal tireoidektomiya
aparılır.
►
Cərrahi əməliyyat əsasən ümumi anesteziya altında yerinə
yetirilir, bəzi hallarda isə yerli keyləşdirmədən istifadə edilir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
►
Retrosternal yerləşən QV düyünü də boyun kəsiyi ilə xaric edilir,
nadir hallarda isə lobektomiyanı və ya total tireoidektomiyanı
tamamlamaq üçün orta sternotomiya aparılır.
Dostları ilə paylaş: |