Cərrahi əməliyyatın fəsadları
1.
Laringeal sinirin parezi. Çox zaman əməliyyat nəticəsində baş
verən səs dəyişikliyi 1-6 ay ərzində bərpa olur. Belə xəstələri
əməliyyatdan sonra larinqoskopiya üçün mütəxəssis yanına
göndərmək lazımdır. Qayıdan laringeal sinirin birtərəfli iflici çox
zaman tolerant olur, nadir hallarda isə həyat üçün təhlükəli olan
aspirasion pnevmoniya ilə nəticələnir. Bu fəsadı sadə cərrahiyyə
texnikası vasitəsilə səs telinin lateralizasiyası yolu ilə aradan
götürmək olar.
2.
Hipoparatireoidizm. Tireoidektomiya zamanı paratireoid vəzin
zədələnməsi nəticəsində hipokalsiemiya baş verir, yalnız 2%
hallarda bu vəziyyət 3 aydan çox çəkir. Hipokalsiemiya
əlamətləri əmələ gəldikdə, zərdabda total kalsiumun, mümkünsə
ionizə olunmuş kalsiumun (Ca
2+
) səviyyələri əməliyyatdan bir
gün sonra və vəziyyət stabilləşənədək gündəlik yoxlanılmalıdır.
Sonrakı müayinələr zamanı ionizə olunmuş Ca
2+
səviyyəsi
ölçülməlidir. Bəzi hallarda hipokalsiemiyanın müalicə
olunmasını təsdiq etmək üçün paratireoid hormonun (PTH)
səviyyəsini ölçmək lazımdır. Hipokalsiemiya əlamətləri baş
verdikdə xəstəyə Ca əlavələri, alfakalsidol və ya vitamin D
vermək lazımdır. Hiperkalsiemiyanın qarşısını almaq üçün
zərdabda kalsiumun daimi monitorinqini aparmaq lazımdır.
Dostları ilə paylaş: |