Düyünlü ur xəstəliyi üzrə klinik protokol



Yüklə 205,93 Kb.
səhifə27/32
tarix28.12.2021
ölçüsü205,93 Kb.
#9630
1   ...   24   25   26   27   28   29   30   31   32
RADİOAKTİV YODLA



 MÜALİCƏ 

Radioaktiv yodun tətbiqi zamanı QV düyününün destruksiyası 

baş verir və bu QV düyününün həcminin azalması  və ya tam yoxa 

çıxması ilə nəticələnir. 

Radioaktiv yodla müalicəyə olan ehtiyaca görə xəstələr 3 qrupa 

bölünə bilər: 

 



Çox aşağı risk qrupu. Bu qrupa aid olan xəstələrdə QV-də bir 

düyün (ölçüsü ≤ 1 sm) müşahidə olunur, o kapsuldan kənara 

çıxmır və limfa düyünlərinə metastaz vermir. Tövsiyə: əməliyyat-

dan sonra radioaktiv yodla müalicə üçün göstəriş yoxdur. 

 

Risk ehtimalı yüksək olan qrup.    Əgər xəstəlik uzunmüddətli 



gedişə malikdirsə  və ya düyünün yenidən  əmələ  gəlmə ehtimalı 

yüksəkdirsə. Tövsiyə: düyünün yenidən  əmələ  gəlmə ehtimalını 

 

* Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından 



keçməmiş dərman vasitəsi. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

23

azaltmaq və sağ qalma ehtimalını artırmaq üçün əməliyyatdan 



sonra radioaktiv yodla müalicənin aparılması məsləhət görülür. 

 



Risk ehtimalı aşağı olan qrup. Bura xəstələrin hamısını aid etmək 

olar və bu zaman hər hansı bir tövsiyə vermək çətindir. 

Xəstələrin hamısı və ya yalnız bir qismi radioaktiv yodla müalicə 

almalıdır, yüksək və ya az aktivliyə malik maddə istifadə 

edilməlidir və s. kimi məsələlər tədqiq edilməlidir. 

Tiroid düyünlərinin radioaktiv yodla müalicə taktikası US 

qiymətləndirməsinin və NİAB biopsiyasının nəticələrinə əsaslanır (B). 

 



Radioaktiv yodla müalicə xüsusi mərkəzlərdə aparılmalıdır. 

 



Maliqnizasiya ehtimalı olmayan kiçik ölçülü düyünlər zamanı, 

öncə tireoidektomiya keçirmiş  və  cərrahi müdaxilə üçün əks-

göstərişləri olan xəstələrin radioaktiv yodla müalicəsi tövsiyə 

edilir (B)  

 

Radioaktiv yodla müalicə  aşağıdakı hallarda ilk seçim müalicə 



üsulu deyil: çox miqdarda yod tələb edən böyük düyünlərdə, 

kompressiya  əlamətləri olduqda və ya tireotoksikozun qısa 

müddətə aradan qaldırılması tələb olunduqda (C) 

 



Radioaktiv yodla müalicə effektiv və  təhlükəsizdir. Epidemioloji 

tədqiqatlar tiroid kanseri və leykemiyaya bu müalicənin təsirinin 

olmasını aşkar etməmişdir (B) 

 



Yaşlı və ürək xəstəliyindən əziyyət çəkən xəstələrə radioaktiv yodu 

ehtiyatla vermək lazımdır (C) 

 

Hamilə  və laktasiya dövründə olan qadınlara radioaktiv yodla 



müalicə əks- göstərişdir (A) 

 



TSH stimulyasiyası müalicənin effektivliyini artırır. Bunu iki üsulla 

əldə etmək olar: tiroid hormonunun qəbulunun tam kəsilməsi 

nəticəsində hipotireoidizmin əldə edilməsi və L-tiroksin (LT4) 

qəbul edən xəstələrdə rhTSH (Thyrogen)  istifadə edilməsi.  

 

Radioaktiv yodla müalicədən 4-5 həftə qabaq və ondan 3-5 gün 



sonra yod tərkibli dərmanların, qidaların və antitiroid dərmanların 

qəbulu dayandırılmalıdır  (C).  Müalicədən  əvvəl sidikdə yodun 

səviyyəsi təyin edilməlidir.  Hipotireoidizm  əlamətlərinin kəskin 

olmaması üçün T4 üç həftə ərzində T3-lə əvəz edilir, sonra isə iki 

həftə  ərzində bu preparat da dayandırılır. Müalicənin başlanması 

üçün zərdabda TSH-nin səviyyəsi > 30 mU\l olmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

24



 

rhTSH-nin tətbiqindən sonra dozası 3700 MBq (100 mCi) olan 

radioaktiv yoddan istifadə edilir. Xəstəyə 2 ardıcıl gün ərzində 

əzələdaxilinə 0.9 mq rhTSH inyeksiyası vurularsa, ikinci 

inyeksiyadan 24 saat sonra radioaktiv yod verilir. 

 



131

İ ilə müalicənin effektivliyini azaltmamaq üçün bundan  əvvəl 

diaqnostik skaner müayinəsindən yalnız bəzi hallarda istifadə edilir 

(məs. tireoidektomiyanın həcmini təyin etmək üçün). Bu məqsədlə 

123

İ  və ya kiçik dozada 



131

İ verilir (3.7 MBq, 100 μCi). QV-nin 

əməliyyatdan sonra qalan hissəsinin həcmi böyük olduqda 

cərrahiyyə  əməliyyatı yenidən icra edilməlidir və ya radioaktiv 

tireoiditin qarşısını almaq məqsədilə kortikosteroidlər verilməlidir. 

 



Tiroid hormonunun qəbulu dayandırıldıqda, radioaktiv yodla 

müalicədən  əvvəl və ya rhTSH-nin ikinci inyeksiyasından sonrakı 

üçüncü gün qanda Tg səviyyəsi təyin edilməlidir. Tg səviyyəsinin 

aşağı olması proqnostik nöqteyi-nəzərdən müsbət göstəricidir. 

 

Müalicədən sonrakı dövrdə xəstədə TSH, sərbəst T4 və sərbəst T3 



yoxlanılmalıdır, TSH<0.1 mikro-İU/ml olduqda, 3-6 ay sonra 

müalicə təkrarlanmalıdır (C)

 


Yüklə 205,93 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin