165
Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün
vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu
qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi
və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu
nə qədər cansıxıcı və narahatlıq
yaradan bir şey olsa da, bir o qədər də yüksək
qiymətləndirilərək tərifə layiq olurlar.
Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən
insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını
heç düşünmədiklərini açıqca göstərirlər. Pis mühakimələrini özləri
ilə birlikdə öldürmək
əvəzinə, kinlərini özlərindən sonraya saxlayaraq ölümə hörmətsizlik edirlər.
Əgər edə bilsəydim, həyatımın açıq şəkildə demədiyi
bir şeyi ölümümün də
deməməyini istəyərdim.
Dostları ilə paylaş: