Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq
daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər
və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər. Ancaq fəzilət özünü rahatca ağlın yolu
ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və
üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu
xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir
hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından
istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır. İlk halda xeyirxah iş
görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, “xeyirxahlıq”,
ikincisi isə “fəzilətdir”. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil
olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir.