151
Uilyam Somerset Moyem
Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi
Uilyam Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazıçılıq
mədəniyyətinə sadiqlik nümayiş etdirmişdir. O,
demək olar ki, bütün əsərlərində -
hekayə, roman, pyes, esse, məqalə və məktublarında bunun sirrini özünəməxsus çəkildə
anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? Onun hər hansı bir hazır tərifi,
yaxud elmi-
nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır resept yoxdur!Moyemə görə,
yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu üçün yazmasındadır.
Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman
onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də
valideynləri Uilyamın doğuş mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz
buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.
Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-
ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng
xəstəliyindən
ölür. Beləliklə, Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan
qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır
və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir.
Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça
məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha
sonra isə London
Tibb Məktəbinə daxil olur,bilik və həyat təcrübəsi qazanır.
O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra
yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.
Moyem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir
və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moyem bu
barədə bir kitab da
yazır.(“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928).
Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun
bir neçə pyesi tamaşaya
qoyulur.
1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi
işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.
Moyemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The
Constant Wife, 1927),
“Teatr” (The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və
Qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən
vəfat edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun
cəsədini
bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına
aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin
152
nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana
divarına hörülür.
Dostları ilə paylaş: