"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   2   3   4   5   6   7   8   9   ...   47
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Leonardo Şaşa 
 


 
15
 
"Mafiyalar vesterni" 
 
    
       
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov 
 
 
  XX əsr italyan ədəbiyyatında özünəməxsus yeri olan Leonardo Şaşa (1921-1989) 
maraqlı esselər və gözəl hekayələr müəllifi olmaqla yanaşı, həm də mahir detektiv ustası 
kimi tanınır. Yazıçının 1961-ci ildə işıq üzü görmüş "Bayquşun günü" romanı indiyədək 
onun ən geniş yayılmış, ən çox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi 
uğuru sayılır. Romanda ilk dəfə olaraq italyan mafiyasının kəndlərdəki hökmranlığının 
şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə L.Şaşa görkəmli həmyerlisi 
L.Pirandelloya həsr olunmuş "Pirandello və Siciliya" adlı elmi-tənqidi esselər toplusunu 
da çap etdirir. Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş "Misir xartiyası" 
(1964) tarixi romanı, XVIII əsrdə yaşamış bir rahibin həyatından bəhs edən "İnkvizitorun 
ölümü" (1964), 1862-ci ildə Palermoda baş vermiş dövlət çevirilişini təsvir edən "Xəncər 
gəzdirənlər" (1966) və artıq tam siyasiləşmiş şəhər mafiyasının fəaliyyətini açıqlayan 
"Hər kəsin öz qisməti" (1966) romanları çap olunur. 1973-cü ildə L.Şaşanın "Şərab rəngli 
dəniz" hekayələr toplusu, 1974-cü ildə isə məşhur "Kontekst" romanı işıq üzü görür. 
Detektiv yazı texnikasından parodiya kimi istifadə edən yazıçı "Kontekst"də cərəyan 
edən hadisələri uydurulmuş bir məkanda təsvir etsə də, ölkənin bilavasitə İtaliya olduğu 
açıq-aydın göz qabağındadır: hakimiyyət məqsədilə aparılan prinsipsiz siyasi oyunlar
pulla ələ alınmış manyak tərəfindan icra olunan sifarişli qətllər, satqın dövlət məmurları 
və "fövqəladə mimikriya qabiliyyətinə malik olan, siyasi rejimlərin bütün 
dəyişkənliklərində öz mövcudluğunu qoruyub saxlamağı bacaran məşum mafiya 
təşkilatı"... 1970-80-ci illərdə yaradıclığının zirvəsində olan L.Şaşa "Nə yolla olur-olsun" 
(1975), "Mayorananın yoxa çıxması" (1975), "Moronun işi" (1978), "Yaddaş teatrı" 
(1981) kimi maraqlı roman və povestlərlə çıxış edir. 1989 -cu ildə, ölümündən bir qədər 
əvvəl, o, son hekayəsini - "Sadə bir hekayət"i çap etdirir... 
Leonardo Şaşa ziddiyyətli şəxsiyyət idi. Ötən əsrin 60-80-ci illərində İtaliyanın mürəkkəb 
ictimai-siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi seçim 
dilemmalarından, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçının 1979-cu 
ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi-
ictimai kredosu və siyasi baxışları ilə daha da yaxından tanış olmağa imkan verir. L.Şaşa 
tez-tez qeyd edərdi: "Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq, 
müdriklik göstərmək qabiliyyəti verilməyib, ancaq hər şey necə olubsa, necə 
varsa,elədir." 
Yazıçının "Şərab rəngli dəniz" kitabından götürülmüş "Mafiyalar vesterni" hekayəsini 
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik. 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin