"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/27
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15624
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
128
 
Uilyam Folkner 
 
Həyətdə qatır 
 
Hekayə 
 
Yanvar ayının axırında hava tutuldu; şaxta yox idi, ətrafı duman bürümüşdü. Het qarı 
əlillər evindən gəlmişdi; o, dərhal mətbəxə cumdu. Qarının gümrah və şaqraq səsi evi 
başına götürmüşdü. Onun təxminən yetmiş yaşı olardı; lakin özünün hesablamalarına və 
dediyinə görə, Ceffersonda  xanımların müxtəlif yaşlarını nəzərə alsaq (gəlinlərdən 
tutmuş ta nənələrə qədər) qarı az qala bütün şəhərin beşiyini tərpətmişdi; buna görə də 
onun ya yüzdən bir qədər az, ya da elə üç yüz yaşı olar.  
Qarı ucaboylu və arıq idi; ayağında üstü nəm rezin şap-şapları, əynində isə uzun, siçan 
rəngində xəz paltosu vardı. Üstü haşiyəli bu xəz paltolar təxminən qırx-əlli il bundan 
qabaq dəbdəydi. Qarının çox da köhnə olmayan açıq qırmızı rəngdə şlyapası onun baş 
örtüyünə kip oturmuşdu; əlində çanta vardı. Qarı həftədə bir dəfə evə gələrdi və belə 
vaxtlarda adətən əlində naxışlı yol çantası olardı. Lakin şəhərdə on sentlik mallar dükanı 
açılandan sonra onun naxışlı yol çantası ordan su qiymətinə aldığı və içinə min cür kağız-
kuğuz yığdığı kağız çantayla əvəz olunmuşdu; qarı əlindəki həmin kağız çantasını 
yellədə-yellədə, uşaq sevinciylə mətbəxə girib ucadan qışqırdı: 

Miss Menni! Həyətinizdə qatır var! 
Missis Heyt qızdırıcı sobanın yanında sallağı oturub közərmiş kömürləri vedrənin içinə 
yığırdı; cəld ayağa durdu və vedrəni götürüb gözlərini Het qarıya bərəltdi, sonra hökmlü 
və qətiyyətli səslə bağırdı: 
- Ay 
səni! İt uşaqları!     
Qadın inadkar bir cəldliklə mətbəxdən çölə çıxdı; vedrəni əlindən buraxmayan bu qadının 
təxminən qırx yaşı olardı, dolu bədənliydi. Onun üzündə sonsuz, lakin dinc bir hüzn 
vardı; sanki  hansı qadınlarınsa, özü də xüsusi ləyaqətləri olmayan qadınların ucbatından 
dul qalmışdı. Əyninə çitdən don, sviter geyinmişdi, başına kişi şlyapası qoymuşdu; bütün 
şəhər bilirdi ki, bu şlyapa on il bundan qabaq ölmüş mərhum ərindən qalıb. Qadının 
ayağındakı uzun və düyməli kişi çəkmələri özününkü idi. Corabları zanbaq başına 
oxşayırdı. Şəhərdə hamı bilirdi ki, bu çəkmələri dükandan özü alıb. Qadın Het qarıyla 
birgə qapını açıb bayıra çıxdı və dumana düşdü. Bax, elə bil bütün uzun qış gecəsi boyu 
şəhərin içinə çəkdiyi yuxulu valehedici nəfəsi hələ də dumanla torpaq arasına yığılmışdı; 
bu nəfəs qaranlıq və dar bir məsafədə yuxuyla oyanışın arasında qalmışdı; mürgüdən 
oyanan ilıq havanı tənzimləyən həyətdəki istilik sistemi idi; elə bil donmuş sala qatları 
pilləkənlərin üstünü və zirzəminin taxta qapağını, daha sonra isə sarayın böyrünə, arxa 
qapının küncünə düzülmüş taxta lövhələrin üstünü örtmüşdü; və missis Heyt əlində 
közərmiş kömür dolu vedrə həmin taxta lövhələrin üstünə çıxıb qaçanda  yamanca 
sürüşdü.  
- Ehtiyatlı olun!- Het qarı qışqırdı və özü də az qala rezin şap-şapları ilə 
sürüşəcəkdi.- Onlar evin qabağındadır!  
Missis Heyt yıxılmadı, heç dayanmadı da. Onun soyuq baxışları ətrafa tuşlandı və qadın 
yenidən qaçmağa başladı. Həyətdə duman içindən qəflətən əcayib bir qatır peyda oldu. 
 Adama 
elə gəlirdi ki, qatır zürafədən də yekədi; onun uzunsov başı vardı. Qatır 
düz onların üstünə gəlirdi; onu saxlamaq, qabağını kəsmək mümkün deyildi. Heyvan elə 
bil cəhənnəmdən qurtulmuşdu, noxtası şəklənmiş qulaqlarına çırpılırdı.   

 
129
- Odur!- 
deyə Het qarı əl çantasını yellədərək qışqırdı, – Sən bir ona bax! 
Missis Heyt dərhal qatıra sarı döndü və şeh basmış taxta lövhələr üstündə yenə əməlli-
başlı sürüşdü. Onlar qatırla birgə yaxınlıqdakı tövləyə sarı qaçırdılar. Tövlənin açıq 
qalmış qapısından isə bir heyvan sifəti hərəkətsiz və heyrət içində onlara baxırdı. Çox 
güman ki, heç zürafə də bu inəyə qatır qədər qorxunc və yekə görünməzdi; duman 
içindən birdən-birə çıxıb peyda olan  qatırın cana üşütmə salan görkəmi vardı. Hələ 
bunlar cəhənnəm, heyvan tərs kimi düz tövlənin qabağında qaçırdı. Qısası, inək 
qarşısında ya küləşdən çəpər, ya da bir kabus görürdü. İnəyin öz görkəmi də fövqəl idi; o, 
quzu kimi sakitcə gözlərini zilləyib baxırdı.  Birdən inək qeyb oldu, elə bil küləkli havada 
kibrit çöpü söndü. Məntiqlə düşünmək olardı ki, inək yox olmadı; o, sadəcə tövlədə 
gizləndi. Çünki tövlədən elə bir qorxunc böyürtü gəldi ki, bunu təsvir etmək çətin idi; 
sanki kimsə arfanın, yaxud da liranın  simlərini qopardırdı. Missis Heyt dərhal bu 
tükürpədici səsə tərəf yeridi; sanki bununla demək istəyirdi ki, mən kişi və qatırların 
düşmən dünyasına qarşı həmrəylik nümayiş etdirirəm. Qadın və qatır düz tövlənin içinə 
götürülmüşdülər. Missis Heyt kömür dolu vedrəni əlində yellədib qatıra çırpmaq 
istəyirdi.  Əlbəttə, bütün bunlar bir göz qırpımında baş verdi və görünür, qatır qəti döyüşə 
girməkdən vaz keçdi. Het qarı yenə qışqırdı: 

Bax, odur! Ona bax! 
Qatır qəflətən qarıya sarı döndü, düz onun üstünə cumdu. Lakin bu peç borusutək ucaboy 
qarı qatırı əl çantasıyla vurdu və qatır onun yanından ötüb qacdı. Heyvan evin o biri 
tininə burulub səssizcə dumanda gözdən itdi.  
Missis Heyt eyni çevikliklə, lakin tələsmədən vedrəni zirzəminin girəcəyindəki pilləkənin 
üstünə qoydu. Sonra qadınlar birlikdə evin tinini buruldular; həmin anda bu əcayib 
heyvan  evin altından təzəcə çıxan ağ toyuqlara və hirslənmiş xoruza hücum edirdi. 
Qatırın belə bir həngamə çıxartması ani olaraq əsl konserti xatırlatdı; bu cəhənnəm 
bədheybəti yenidən cəhənnəmə qayıtdı, duman içində iz qoymadan itdi; elə bil buludlar 
arasında görünən qanadlı xırda məxluqları da özüylə apardı, tutqun və kimsəsiz bir 
boşluqda dumanda əriyib getdi.   
- Ordadı, evin qabağında!- qarı qışqırdı. 

İt uşaqları!- Missis Heyt sərt donquldandı.  
Qadın qatırları söymürdü, heç onların sahibi ilə də işi yox idi. Bu söyüşlərin onillik bir 
tarixi vardı və bunu bütün şəhər bilirdi.  
Günlərin birində, aprel səhərində Mister Heytdən qalma şeyləri ayırıb yerbəyer edirdilər; 
dəmiryol körpüsündən bir qədər uzaqda qatarların xurd-xəşil elədiyi qatırlardan bir qədər 
aralıda qəttəzə kəndir qalmışdı. Kəndirlər şəhərin kənarına uzanan və burada dalana 
dirənən dəmiryolu xəttinin üstünə tullanmışdı; həmin ərazidə də Heytgilin evinin coğrafi 
taleyi həll olunurdu; itkilərin əsas tərkib hissəsini qatırlar, missis Heytin mərhum əri və 
elə bu qatırların sahibi təşkil edirdi; onun familyası Snops idi; şəhərdə Snopsu da yaxşı 
tanıyırdılar; camaat bilirdi ki, bu adam Memfisdəki yarmarkada bütöv bir ilxını alıb. 
Sonra həmin ilxını Ceffersona gətirib, onları fermerlərə, dul qadınlara və yetimlərə, 
zəncilərə və ağ dərili adamlara aldğı qiymətdən bir qədər bahasına satıb; şəhər camaatı 
onu da bilirdi ki, qışda (elə həmin qış ölü mövsüm idi) həmin o təzə kəndirlərlə həmişə 
möhkəmcə bağlanan bu qatırlar sürü halında, bütöv ilxıyla (bunlar Snopsun 
şikayətlərində sonradan qeyd olunurdu), Snopsun yaxşıca çəpərlədiyi örüşdən qacdılar və 
gecə yolayrıcında yük qatarlarının altına düşdülər; mister Heyt də elə ordaca bu fani 
dünyanı tərk etdi.  
Bir dəfə zarafatcıl şəhər adamlarından biri Snopsa poçtla dəmiryol qatarlarının hərəkət 
cədvəlini çap formasında göndərmişdi. Enlikürək, dolu bədənli bu adamın qayğılı və 

 
130
gərgin sifəti vardı, heç vaxt qalstuk taxmazdı; o, adətən bu dinc yuxulu şəhəri tozanaq 
bürümüş yollarla bağıra-bağıra keçərdi.  
Hadisədən qatırların yalvarışlı naləsi və böyürtüsü gəldikdə xəbər tutdu; qatırların 
kəsilmiş başları, xurd-xışil olmuş cəmdəkləri, qırılan dırnaqların şaqqıltısı bədbəxtlikdən 
xəbər verirdi. Qatırları qovan adamların qəzəbli hay-küyü eşidilirdi. Snops özü  sürünün 
lap arxasınca qayğılı-qayğılı, tövşüyə-tövşüyə gəlirdi. Şəhərdə danışırdılar ki, bu adam 
qatır sürüsündən dəhşətli dərəcədə qorxur, lakin onlardan çox məharətlə gəlir götürür.  
Snops sürünü vağzaldan ta öz örüşünə qədər yolla qovurdu və bu yol şəhər ətrafı boyu 
uzanaraq mister Heytin evinin yanından ötürdü; Heytlər bir həftə evdə olmadılar və 
günlərin birində qayıdıb gördülər ki, evlərinin ətrafında tozanaq qoparan qatırları 
qovurlar; qəzəbli səs-küy, bağırtılar, qovan adamların söyüşləri gəlirdi. Lakin bir neçə il 
sonra o dəhşətli aprel səhərində, hadisə yerinə çatan adamlar gördülər ki, tanınmaz hala 
düşmüş bu qatır cəmdəklərinin böyür-başında qırıq-qırıq olmuş təzə kəndir hissələri də 
var; Heytdən şübhələnməyə başladılar. Əslində Heytin həm qatırlara, həm də Snopsa 
daha çox aidiyyəti vardı. Bəli, Heyt hərdənbir onun həyətinə girən qatırları təkcə 
qovmaqla məşğul olmamışdı. Hələ onda camaata elə gəlirdi ki, işin əsl mahiyyəti və 
təfərrüatı məlumdur; camaat düz üç gün təəccüb və maraq içində işin gedişatını izlədi- 
görəsən, Snops Heytə görə də cərimə tələb edəcək, ya yox?  
Camaat yalnız bunu öyrənə bildi ki, dəmiryol şirkətinin agenti Missis Heytə baş çəkib. 
Agentin vəzifəsi xanımın iddialarını təmin etmək idi; bir neçə gündən sonra Missis Heyt 
səkkiz min beş yüz dollarlıq bir çek aldı. Çünki o vaxtkı bəxtəvər günlərdə dəmiryolu 
şirkətləri öz cənub filial və şöbələrini dəmiryoluna yaxın yerdə yaşayanların qanuni ovu 
hesab edirdi. Missis Heyt pulu nağd aldı. O, həmin aprel səhərindəki görkəmində, 
əynində sviter, başında şlyapa soyuqqanlı və kirimişcə kassirin qabağında durub onun 
xışıldayan təzə kağız pulları saymağına baxırdı. Daha sonra bank direktoru və 
əməliyyatçı onu dilə tutmağa çalışdılar ki, kupon alsın; kupon sərfəlidir, yaxud təcili 
depozit qoysun, yaxud adi əmanət kitabçası açsın. Missis Heyt isə pulları önlüyünün 
altından asılmış pul kisəsinə qoyub getdi; çox keçmədi ki, qadın öz evini  vağzal rənginə 
uyğun şəkildə, dəbdə olan keyfiyyətli boya ilə təzədən rənglədi. Bəziləri deyirdi ki, belə 
hərəkət Heytin ya həssaslığı, ya da təşəkkür əlamətiydi.  
Dəmiryol agenti Snopsu izahat vermək üçün çağırdı. Snops onun yanından çıxanda adi 
günlərdə olduğundan da qayğılı görünürdü; onun bütün sifətindən yağan bu dəfəki 
qayğıları hiddətə bürünmüşdü.  
Bir dəfə gecə yarısı, qatırlar onun örüşünü artıq neçənci dəfə adlayıb keçəndə, gördü ki, 
heyvanları həmişəki kimi kəndirlə ikiqat, üçqat bağlayıblar, lakin bu dəfəki kəndirlər 
köhnəydi. Və indi görünür, qatırların özləri bunu çoxdan bilirdi; hələ Memfisdəki 
meydanda bağlı qatırları satarkən heyvanlar duymuşdular ki, Snops qorxaqdır, onlardan 
çəkinir. O vaxtdan bəri ildə üç, ya dörd dəfə, qatırları yük vaqonlarından boşaldanda elə 
bil heyvanları şeytan yoldan çıxarırdı, mərəkə qopurdu- toz buludları qalxır, sərt, qorxunc 
püskürtülü ilğımın cəhənnəm görüntüləri baş verirdi; qatırlar elə bir gurultu və tozanaqla 
götürülürdü ki, bu kabusun qarşısını heç fələk də ala bilmirdi.  Bu qatır axını heyrətli, 
sakit şəhərin yollarıyla ötüb Missis Heytin həyətinə gəlib çıxırdı. Və bu zaman Snops 
əsəbi halda, qorxuya-filana fikir vermədən Missis Heytin evinin (Snopsa elə gəlirdi ki, 
Heytin evinin keyfiyyətli boyası məhz onun hesabına alınıb, hətta lap şahzadələr kimi 
yaşayan Missis Heytin özü də onun pullarına görə rahatlıq əldə edib) ətrafında dolaşan bu 
qorxunc qatırlar arasında peyda olur, özünü öra-bura vururdu. Belə vaxtlarda qonşular, 
məhəllədə yaşayan digər sakinlər pəncərələrin pərdəsini aralayıb onlara tamaşa edirdilər. 
Bəziləri aynabənddə, bəziləri səkilərdə durub baxırdı; yöldan ötüb keçən 

 
131
furqonlardakılar, gecə köynəyində çıxıb maraqla bu səhnəyə tamaşa edən qadınlar, 
məktəbli uşaqlar, zəncilər, ağ dərili adamlar ayaq saxlayıb heyrətdən az qala gözlərini 
bərəldirdilər. 
Bu gün də belə oldu; Missis Heyt və onu dabandabana izləyən Het qarı həyətdə 
göründülər. Missis Heytin əlində bulaşıq süpürgə vardı və o, növbəti dəfə tini burulub 
qapısı ağzından burun dəsmalından bir qədər böyük torpaq parçasını götürüb çölə atdı. 
Onun çəpər hesab elədiyi bu torpaq sərhəddən hər hansı bir heyvan addayıb keçə bilərdi. 
Lakin bu anda həyat qaynar qazana dönmüşdü deyəsən; bəlkə də buna səbəb aldadıcı 
duman və onun qapanmış gözləriydi. Qadın indi qımıldanmadı və süpürgəni bərk-bərk 
sıxaraq hardasa özünə arxayın halda noxtası sallanan qatırın dalınca cumdu. Dumanlı 
havada qatır gah görünür, gah itir, gah da doqquz ev toyuğunun kölgəsi arasından 
tozanaq qoparıb qaçırdı. Bu zaman elə bil külək səssizcə göyə doqquz ağ kağız parçasını 
sovururdu.  
Birdən böyürdən az qala təngənəfəs halda bir kişi qaçaraq Missis Heytin qabağına çıxdı; 
bu, Snops idi; islanmışdı, əsəbiydi və sifətindən hiddət yağırdı. Snops qaşlarını çatıb ağzı 
köpüklənə-köpüklənə qışqırdı: 

Missis Heyt, bir Allah şahiddir! Mən əlimdən gələni etdim! 
Qadın heç gözünün ucu ilə də ona tərəf baxmadı. 
- O 
yekəpəri, noxtası sallağı tutun!-deyə Missis Heyt soyuqqanlıqla əmr etdi.- Onu 
bir də buralarda görməyim! 

Əlbəttə,- Snops dedi. - Amma bir qədər ara verin. Qoy bir sakitləşsinlər. Onları 
hürkütməyin. 
- Ehtiyatlı olun!- deyə Het qarı qışqırdı.- O, yenə bura tullanacaq! 
- Kəndir gətirin,-Missis Heyt qaça-qaça çığırdı. 
Snops qəzəblə Het qarıya baxdı. Sonra: 
- Mən indi kəndiri hardan tapım?-deyə bağırdı. 
- Zirzəmidə var!- qarı da bağırdı.- O tərəfdən, qabaqdan qaç ki, onu tuta bilək! 
Onlar Missis Heytlə birlikdə yenidən fırlanıb tinə buruldular. Qatır sallaq noxtasıyla 
birgə yenə toyuqların arasında peyda oldu, daha sonra sürətlə, tullana-tullana qaçmağa 
başladı.  Missis Heyt, Het qarı və Snops yenə tini burulub arxa qapının qabağına çıxdılar. 
- Allah, 
məni öldür!- deyə Het qarı donquldandı.- O bu saat inəyi şallaqlayacaq! 
Nəhayət, qatır dayandı;onlar qatıra çatdılar, daha doğrusu, tini burulandan sonra qatırla 
üzbəüz gəldilər. Tövlədəki inək düz həyətin ortasına çıxmışdı. İndi onlar bir neçə 
addımlıqda qatırla burun-buruna dayanmışdılar; tərpənmirdilər, başları aşağı əyilmişdi, 
ayaqlarını aralamışdılar, elə bil eyni bir naxışın iki simmetrik hissəsini təşkil edirdilər. 
Belə bir rəsm əsəri olsaydı onu hər hansı bir bukolika  həvəskarı böyük məmnuniyyətlə 
ala bilərdi; və uşaq da bu şəkillə bir qədər oynayar, sonra bir tərəfə atıb onu sadəcə 
unudardı.  
Snopsun başı və çiyinləri indi də zirzəminin içindən görünürdü; zirzəminin qapağı açıq 
idi, kömür dolu vedrə hələ də qapağın yanında durmuşdu. Elə bil Snops çiyinlərinə kimi 
torpağa basdırılmışdı; onun bu vəziyyəti ispan-hindu və amerikan adətinə görə, əri ilə 
birlikdə dəfn edilmiş dul qadını xatırladırdı. Hər halda, bütün bunlar bir göz qırpımında 
baş verirdi; hətta canlı şəkil çəkməkdən də sürətli bir proses idi; belə şeyləri dərhal 
yaddaşa köçürmək və orada saxlamaq asan məsələ deyil. Budur, insan, qatır və inək yenə 
bir-birinin ardınca dümana girib gözdən itdi. Snops qabaqda qaçırdı, əlində kəndir 
tutmuşdu; onun dalınca inək tullanır, gah quyruğunu qaldırır, gah aşağı əyir, gah da 
fırladırdı; sanki gəminin burnundakı bayrağın ağacıydı, yellənirdi.  

 
132
Missis Heyt və Het qarı da zirzəminin yanından ötüb qaçırdılar; zirzəminin qapağı açıq 
qalmışdı, içəridən zəif işıq gəlirdi.  Zirzəmidə, dul qalmış qadınların adətinə görə, hər cür 
cır-cındır saxlanılırdı: yandırılmaq üçün boş yeşiklər, köhnə qəzetlər, sınıq mebellər və 
digər xırım-xırda əşyalar. Əslində bunları heç bir qadın elə-belə tullamazdı. Orada çoxlu 
kömür və qətranlı şam ağacından kəsilmiş odun parçaları da yığılmışdı...  
Missis Heyt və qarı yenə tini burulanda gördülər ki, Snops, inək və qatır evin altına qaçıb 
tapdalanmaqdan canlarını vaxtında qurtarmaq istəyən toyuqlar arasında şıllaq atırlar, 
sonra dərhal dumana bürünüb yenə itdilər. Bununla belə, Missis Heyt qovmağa davam 
edirdi,  səssiz və sərt bir qəzəblə qaçırdı. Het qarının üzündə uşaq heyrəti vardı; diriydi, 
fərəhliydi.  Qadınlar bu dəfə də dolanıb evin qabağına çıxanda orda Snopsdan başqa 
kimsəni görmədilər. Snops qarnı üstə yıxılmışdı, qollarını aralayıb durmaq istəyirdi
Snops yıxılan zaman pencəyi başına çevrilmişdi; qatdanmış pencəyin  altından girdə 
sifəti, sallanmış çənəsi görsənirdi; onun od püskürən simasına baxanda adamın yadına 
yerə yıxılmış rahibənin karikaturası düşürdü. 
- Onlar 
hardadı?- Het qarı Snopsdan soruşdu. Snops cavab vermədi. – Daldan 
gəlirlər?-qarı yenə bağıraraq soruşdu, sonra dərhal əlavə etdi: - Ora bax, yenə arxa həyətə 
giriblər! 
Hə, deməli, onlar düz həyətin arxa tərəfində idilər. Görünür, inək tövləyə qayıtmaq 
istəyirdi, lakin həddən artıq sürət götürdüyündən qorxu-hürkünü də unudub qəflətən 
geriyə döndü. Onlar nə inəyi, nə də qatırı görmədilər; qatır da inəklə toqquşmamaq üçün 
geri döndü. Bu vaxt güclü şaqqıltı və tarappıltı səsi gəldi. Qatır geri sıçrayanda 
zirzəminin qapağına ilişdi, sonra da tullana-tullana gözdən itdi. Onlar zirzəminin yanına 
çatanda qatır da, közərmiş kömür dolu vedrə də yox idi; qadınlar buna fikir vermədilər.  
Bu dəfə inək həyətin ortasında durmuşdu; əvvəlki kimi yerindən tərpənmirdi, tövşüyə-
tövşüyə nəfəs alırdı, başını əyib qabaq ayaqlarını aralamışdı; sanki uşaq yerdə unutduğu 
oyuncaqlarından birini götürmək üçün qayıdıb gəlmişdi.  
Onlar bir qədər də qaçdılar; indi Missis Heyt ağır-ağır nəfəs ala-ala qaçırdı; sifəti mastika 
rənginə dönmüşdü, bir əlini də sinəsinin üstünə qoymuşdu. Qadınların hər ikisi evi 
üçüncü dəfə idi ki, dövrə vururdu və heydən düşmüşdü. Qatır evin başına üçüncü dəfə də 
dolanaraq gəlib onlara arxadan çatdı, sürətlə başları üstündən tullandı; ani olaraq şeytani 
bir gurultu eşidildi, heyvanın dırnaq səsləri şaqqanaq çəkən adamın səsinə bənzədi; 
bunun ardınca kəskin tər iyi gəldi;bu iy öldürücü və üfunətli idi. Qatır bu dəfə də gözdən 
itdi. Buna baxmayaraq, qadınlar və Snops yenə inadla tini buruldular; axır ki, qatır 
dumanda birdəfəlik itdi. Qatırın dırnaqlarının qırıq-qırıq şaqqıltısı eşidildi; bu 
şaqqıltılarda heç kəsin duya bilmədiyi bir rişxənd vardı və qatır çay daşı ilə döşənmiş 
küçəyə çıxdı, bir azdan uzaqda görünməz oldu. 
- Səni görüm... lənətə gələsən!- deyə Het qarı ağır-ağır nəfəs alaraq dayandı. Qarı 
elə bil işıq saçırdı. 

Sakit olun, dostlar! Məncə, biz...- qarı bir anlıq elə bil daşa döndü; sonra astaca 
başını döndərdi, burnu ilə nəyəsə işarə etdi; burun pərələri geniş açıldı; görünür, onlar 
zirzəminin yanından sonuncu dəfə ötəndə oranın açıq qaldığını ani olaraq görmüşdülər. 
Qarı qapağı açıq qalmış zirzəmiyə baxdı,  pilləkənin üstündəki közərmiş kömür dolu 
vedrə yerində yox idi... 

 Vay səni, yanıq iyi gəlir!- Het qarı qışqırdı, - Evə qaç, a bala, pulları götür!.. 
Hələ səhər saat on olmamışdı; günortaya kimi ev büsbütün yanıb külə döndü. O vaxtlar 
Snopsu daha çox fermerlərin dükanında görərdilər; elə həmin gün də onu burda görmək 
istəyənlər az deyildi. Snopsa söyləyirdilər ki, yanğınsöndürən maşın gələn vaxtı camaat 
da yığışmışdı; Missis Heyt və Het qarı evdən çıxdılar; qarının bir əlində çanta, o biri 

 
133
əlində Mister Heytin portreti vardı. Onlar evdən çətir də götürə bilmişdilər; Missis Heyt 
təzə qəhvəyi paltosunu çiyninə atmışdı, bir cibində qapağı kip bağlanmış kampot bankası 
vardı; bankanın içi səliqə ilə yığılmış kağız pullarla dolu idi. Qadının bir əlində də nikelli 
ağır tapança varmış. O, küçəni keçib qonşu evə sarı gedib və qonşunun aynabəndində 
yelləncəkdə oturaraq yellənib, yanındakı yelləncəkdə isə Het qarı yellənirmiş. Hər ikisi 
bütün günü yelləniblər. Missis Heyt onun evindəki qab-qacaqları, mebel və yataq 
dəstlərini azğın yanğınsöndürənlərin necə çölə tulladıqlarına hiddətlə, həqarətlə tamaşa 
edirmiş. 
- Bunun 
axı mənə nə dəxli var?- Snops dedi.- Közərmiş kömür dolu vedrəni 
zirzəminin ağzına mən qoymuşdum ki? Kimsə onu zirzəminin içinə aşırıb, mənə nə? 
- Axı zirzəmini siz açmısınız? 

Əlbəttə, mən açdım. Bəs nə üçün açdım? Kəndiri, o qadının kəndirini götürmək 
üçün. O, özü məni zirzəmiyə göndərdi... 
-  
Axı göndərdi ki, gedib öz qatırını, onun həyətinə girən qatırını tutasan... Bunu ki 
inkar edə bilməzsiniz?.. Bizim əyalətdə hər hansı məhkəmə qadının xeyrinə hökm 
çıxaracaq... 
- Hə... Təəssüf ki, belədi. Ona görə ki, o, qadındı. Yalnız buna görə! Ona görə ki, o, 
qadındır. Lənət olsun ona! Yaxşı. Qoy versin məhkəməyə məni. Mənim dilim yoxdu? 
Mən də məhkəməyə nəsə deyə bilərəm... 
Burda Snops çaşdı və hamı ona baxdı. 
- Nə deyəcəksən? Sən axı məhkəməyə nəyi deyə bilərsən? 
- Heç 
nəyi? Çünki heç bir məhkəmə-filan olmayacaq. Biz axı onunla niyə məhkəmə 
davasına çıxaq? Biz Menni Heytlə dava edəcəyik ki? Siz, bura baxın, uşaqlar, siz onu 
yaxşı tanımırsız, elə danışırsız da... Yəni o, adi bir bədbəxt hadisədən ötrü iddia 
qaldıracaq? Heç kəs bu təsadüfi bədbəxt hadisənin qarşısını ala bilmədi. Bax, siz, bütün 
əyaləti gəzsəniz , Menni kimi ədalətli və xeyirxah qadın tapa biməzsiniz. Mən də elə ona 
bunu demək istərdim... 
Snops üçün belə bir imkan dərhal yarandı. Missis Heytlə Het qarı içəri girəndə heç kəslə 
salamlaşmadı. Onun dalınca gələn Het qarı yenə əlində çanta tutmuşdu. Missis Heyt 
sakitcə ətrafa göz gəzdirdi, adamların salamını almadı. Qadın heç Snopsa tərəf də 
baxmadı. Snopsla çox danışmamaq üçün dedi: 
- Mən qatırı almaq üçün gəlmişəm. 
- Hansı qatırı?  Qatır sizin nəyinizə gərəkdi? 
Missis Heyt gözünü Snopsa zillədi. Snops davam etdi:- Missis Menni bu qatır sizə baha 
başa gələcək- yüz əlli dollara... 
- Nə???... dollara? 

Əlbəttə, sentə yox ki... 
- Yüz 
əlli dollara... Heytin sağlığında qatırlar ucuz idi. 

O zamandan çox şey dəyişib. Elə siz də, mən də... 
- Hə, deyəsən düz deyirsiz...- qadın cavab verdi, sonra heç bir söz demədən geri 
dönüb getdi, dalınca da Het qarı çıxdı. 
- Bəlkə elə sizə səhər gördüyünüz o qatırdan verək, hə?- Snops qadının arxasınca 
dedi. 
Missis Heyt cavab vermədi, dinməzcə çıxıb getdi. Kimsə yerindən dilləndi: 
- Sizin 
yerinizdə olsaydım bunu ona deməzdim. 
- Niyə axı?-Snops dedi.- Yəni doğurdanmı bu qadın yanğına görə məni məhkəməyə 
vermək ümidindəydi? Yoxsa siz elə bilirsiz o, mənə pul təklif etməyə gəlmişdi? 

 
134
Saat birə qalmışdı. Təxminən dörd radələrində Snops ucuz baqqal dükanı qabağına 
yığışmış zəncilıri aralayıb qabağa soxulmaq istəyəndə kimsə arxadan onu çağırdı. Əlində 
həmişəki kimi canta (çanta şişmişdi) Het qarı banan çıxarıb yeyə-yeyə dedi: 
- Mən elə sizi axtarıram... 
Sonra yarımçıq qalmış bananı hansısa qadına verib ciblərini eşələdi, yaşıl bir kağız 
çıxarıb əlavə etdi: 

Miss Menni dedi ki, bunu sizə verim. Mən elə sizin həmişə olduğunuz dükana 
getmişdim... Alın, götürün bunu... 
Snops pulu aldı. 
- Nə? Missis Heyt bunu mənə verdi? 
- Qatıra görədi... 
On dollarlıq əskinas idi. 

İmza-filan lazım deyil, -Het qarı əlavə etdi.- Mən təsdiq edə bilərəm ki, pulu 
əlbəəl özüm vermişəm. 
- On 
dollar? 
Qatıra görə onca dollar? Mən axı ona dedim - yüz əlli dollar? 
- Doğurdan belə olub? Nə bilim, özünüz danışıb razılaşın. Bunu isə tapşırdı ki, sizə 
verim, özü də getdi qatırın dalınca... 
- Nə? Qatırın dalınca?... O, mənim örüşümdən qatırımı necə götürə bilər? 
- Allah 
köməyin olsun, a bala!- qarı dedi. – Miss Menni üçün heç bir qatır qorxulu 
deyil. Kor deyilsən ki, özün gördün! 
Qaş qaralmağa başladı; qış olduğundan günlər qısalmışdı,  axşama az qalırdı. Het qarı 
tövləyə yaxınlaşanda qızardılmış donuz ətinin iyi gəldi. Sonra bir qədər yaxına gəlib 
içəriyə boylandı; orda tonqal yanırdı, kərpiclərin üstünə tava qoyulmuşdu. Bir yanda da 
Missis Heyt inəyi sağırdı. 
- Belə de, siz burdasız?!- Het qarı tövləyə girdi.- Görürəm, artıq yerbəyer 
olmusunuz? 
Qarı ətrafa göz gəzdirdi. Tövlə tərtəmiz idi; süpürgə ilə süpürülmüş, dırmıx və bellə 
təmizlənmişdi; döşəməyə təzədən ot sərilmişdi. Yeşiyin üstündə təptəzə nöyüt lampası 
yanırdı, onun yanında çox səliqə ilə həsir döşəkçə, döşəkçənin üstünə də yorğan-döşək 
salınmışdı.  

Nolar, bura daha rahatdı...- deyə qarı məmnunluq doğuran bir heyrətlə dilləndi. 
İçəridə, tövlənin qapısı ağzında mətbəx kətili qoyulmuşdu. Het onu çölə çıxartdı, sonra 
gəlib tonqalın böyründə oturdu; ağzınacan dolu çantasını da qoydu yanına. 

Siz süd sağın, mən ətə baxaram...-Het qarı dedi.- Baş verən bütün bu həngamə 
məni həyəcənlandırmasaydı, elə inəyə də özüm baxa bilərdim.....-deyə ətrafa nəzər saldı. 
- bura bax, bəs qatır hanı, görmürəm? Aldığınız qatırı deyirəm... 
Missis Heyt dodaqucu nəsə mızıldadı, sonra başını inəyin böyrünə əyib dedi: 

Siz ona pulu verdiniz? 

Əlbəttə, verdim! Əvvəlcə təəccübləndi, guya gözləmirdi... yəni sizin məsələni bu 
qədər tez həll etməyinizi gözləmirdi... Lakin mən ona dedim ki, qoy o özü sizinlə 
danışsın, razılığa gəlsin... Pulu isə götürdü. Mənə elə gəlir ki, onunla dil tapacaqsınız... 
Missis Heyt yenə nəsə mızıldadı. Het qarı tavada qızaran donuz ətini çevirdi; tavanın 
yanındakı qəhvədan qaynayırdı. 
- Qəhvədən nə yaxşı iy gəlir...- qarı dedi.- Gör neçə il keçib... indiki kimi belə 
iştaham olmayıb. Mən axı sərçə kimi yeyirəm. Elə ki, qəhvəni iyləyirəm, dərhal yemək 
istəyirəm. Bax, elə bu parçanı, o ətin bir parçasını mənə verin... Ah, bura bax, Allah bizə 
qonaq göndərib... 

 
135
Missis Heyt başını qaldırmadı, hələ sağımı qurtarmamışdı. Az sonra geriyə boylandı, 
lakin oturduğu yeşikdən durmadı. 
- Mən gəldim ki, sizinlə söhbət edım...- Snops dedi.- Məndə sizin əmanətiniz qalıb. 
Sizdə də mənimki... 
Snops danışa-danışa gözünü qırpmadan, iti baxışlarıyla hər tərəfə göz gəzdirirdi. Het qarı 
isə arxayın-arxayın ona baxırdı. Snops üzünü qarıya tutub dedi: 
- Hə, nənəcan, siz çıxın bayıra. Burda sizlik iş yoxdu, oturub söhbətimizə də qulaq 
asmayın... 
- Allah 
səni saxlasın, a bala! Yəni bunu mənə deyirsən?-deyə Het qarı ciddiləşdi.- 
Sən mənə fikir vermə. Mənə belə xoşdu; özgə söhbətinə qulaq asanda qəlbən rahat 
oluram... Sən danış, nəsə demək istəyirdin... Mən də oturub baxacağam ki, ət yanmasın... 
Snops missis Heytə baxdı və dedi: 

Ona deyin ki çıxıb getsin. 
- Nə üçün? Bu həyətin sahiblərindən biri də odur, nə vaxt istəsə... 
Snops əlini yellədib onun sözünü kəsdi, acıqlı, amma təmkinlə dedi: 
- Yaxşı, yaxşı... Deyək ki, siz qatırı götürübsünüz... 
- Mən sizə ona görə pul vermişəm. Het verib pulu... 

On dollar... Bu qatırın qiyməti yüz əlli dollardır. Amma siz cəmi on dollar 
vermisiniz... 
- Bilmirəm, bu nə qatırlardı belə yüz əlli dollarlıq?! Amma onu  bilirəm ki, 
dəmiryolu şirkəti onlara nə qədər verir... 
İndi də Snops qadından gözlərini uzun müddət çəkmədi. 
- Bunu 
necə başa düşək? 
- Dəmiryolu hər baş qatıra altmış dollar verib... Siz Heytlə birlikdə... 

Susun!-Snops dedi. Sonra yenə də ətrafa bic-bic göz gəzdirdi.- Yaxşı, qoy altmış 
olsun! Axı siz mənə cəmi on dollar göndərmisiniz? 
- Bəli. Mən sizə fərqini göndərmişəm. 
Snops qadına baxdı, susdu. Qadın davam etdi: 
- Bu 
fərq bilirsiz nədir? Qatırın qiymətiylə sizin Heytə borclu qaldığınızın 
arasındakı fərqdir. 
- Heytə borclu qalmışam??? 
- Bəli... Ona görə ki, o, qatırlardan beşini relslərin üstünə qovanda... 
- Danışmayın, susun!-Snops qışqırdı.  
Missis Heyt aram-aram, amma sərt danışırdı. 
- Ona 
görə ki, Heyt sizə yardım edib. Siz hər dəfə ona əlli dollar vermisiniz... sizə 
isə dəmiryolu şirkəti hər başa görə altmış verib... Düz deyil?- Snops susurdu. 
- Lakin 
sonuncu 
dəfə siz Heytə pul vermədiniz. Bunun əvəzində də mən qatırı 
götürdüm. Sizə də onun fərqini ödədim.-on dollar... 
- Həəə...- deyə Snops möhkəm dilxor oldu. Sonra da ucadan dedi:- Yox, dayanın 
bir! Sizi tutdum! Axı bizim Heytlə razılaşmamız olub ki, mənim ona heç bir borcum 
yoxdu; o vaxta qədər ki, qatırlar... 
- Məncə, siz sussanız yaxşıdı...-missis Heyt dedi. 
- Axı iş sonadək görülməyib?! Bu dəfəki işi gördük. Ondan sonra mənim heç kimə 
borcum qalmadı. Çünki o adama ki, mənim borcum var idi, o adam artıq dünyada 
yoxdu!- deyə Snops səsinə təntənə qatdı.- Başa düşürsünüz? 
Misssis Heyt yeşiyin üstündə oturmuşdu;tərpənmirdi, ayaqlarına baxırdı, sanki 
düşüncəliydi. Snops daha ürəklə davam etdi: 

 
136
- Buna 
görə də on dollarınızı götürün; deyin görüm, mənim qatırım hardadı? Gəlin 
xeyirxah dost kimi qalaq; həmişəki kimi. Allaha and olsun, bu yanğına görə mən 
hamıdan çox acıyıram... 

Allaha and olsun!-deyə Het qarı da dilləndi.- Yaman dəhşətli alov idi, düzdü? 
- ... 
Axı siz dəmiryolundan külli miqdarda pul aldıqdan sonra hələ də evinizi tikib 
qurtarmamısız? Götürün bu pulu,- deyə Snops on dollarlıq əskinası qadına verdi.- Mənim 
qatırım hanı? 
Missis Heyt tərpənmədi, sonra: 
- Doğurdan bu pulu mənə qaytarırsız?-deyə soruşdu.  

Əlbəttə. Biz axı həmişə dost olmuşuq. Gəlin bu işi elə əvvəlki vaxtlardakı kimi 
sülhlə yoluna qoyaq. Mən kinli adam deyiləm, elə siz də kinli deyilsiniz. Qatırı harda 
gizlətmisiz? 

Mister Spilmerin evinin dalındakı yarğanda... 
- Aydındı. Yaxşı yerdi, xəlvəti yerdi. Heç təsəvvür edə bilmirəm ki, sizin pəyəniz 
yoxdu. Yaxşı olardı ki, siz onu elə mənim örüşümdə saxlayaydınız, onda heç artıq-əskik 
söhbətlər də olmazdı. Amma səmimi deyirəm, mən kinli adam deyiləm. İndi isə 
icazənizlə, gecəniz xeyrə qalsın. Görürəm, yeriniz pis deyil, maşallah... Məncə, sizə heç 
ev tikmək də lazım deyil. Pula qənaət edin. 
- Bəlkə də düz deyirsiniz...- Missis Heyt təmkinini pozmadı. 
Snops artıq getmişdi. Het qarı soruşdu: 
- Siz 
qatırı niyə belə uzağa aparıb qoymusuz?  
- Məncə, indi o, daha çox uzaqdadır... 
- Lap 
uzaqda? 
Missis Heyt dinməzcə tavaya yaxınlaşdı və qızaran ət parçasına baxdı, Het qarı dedi: 
- Deyəsən, ət barədə nəsə dediniz? Bəlkə də mən dedim, siz yox? Huşum yoxdu... 
Onlar axşama yaxın nahar etdilər. Axşamçağı Snops geri qayıtdı. O, ehtiyatla nahar 
stoluna yaxınlaşıb tonqalda əllərini qızdıra-qızdıra onlara baxırdı;elə bil bayırda güclü 
şaxta vardı... Nəhayət, dedi: 
- Məncə, on dolları götürsəm yaxşıdı... 
- Hansı on dolları?-Missis Heyt soruşdu. 
Snops fikirli-fikirli tonqala baxdı. Missis Heyt və Het qarı yeməyi asta-asta içəri 
ötürürdü. Het qarı Snopsa tərəf döndü. 
- Görürəm, siz pulu mənə vermək istəmirsiniz? 
- Axı siz özünüz dediniz ki, gəlin məsələni sülh yolu ilə həll edək?- Missis Heyt 
dedi. 

Allah görür, siz özünüz təklif etdiniz ki, başqa çıxış yolumuz yoxdu...- Het qarı da 
əlavə etdi. 
Snops isə hələ də tonqala baxırdı; sonra ürəksiz, ehtiyatla danışmağa başladı. 
- Mən neçə illərdi ki, əziyyət çəkirəm, risk edirəm, dəridən-qabıqdan çıxıram, qatıra 
görə altmışca dollar alıram... Siz isə heç bir risk olmadan, hazırca, rahatca səkkiz min 
yarım qamarladınız... Əlbəttə, mənim sizə paxıllığım tutmur, bunu heç kəs deyə də 
bilməz; lakin qəribə də olsa deməliyəm; həmin pulları qazanmadınız, qamarladınız. Siz 
hətta bilmədiniz əriniz hardadı; o, bu pullarla nə edir? Siz sadəcə onun arvadı rolunu 
oynadınız, vəssalam. Bütün bu illər ərzində mən sizə paxıllıq etmədim, lakin siz mənim 
qatırıma onca dollar verməyi çox görürsünüz... Bu, ədalətsizlikdir... 

Siz öz qatırınızı geri aldınız, yenə nədən narazısız?-Het qarı dedi.- İndi nə 
istəyirsiz axı? 
Snops missis Heytə baxdı, dedi: 

 
137
- Sonuncu 
dəfə deyirəm, mənim on dollarımı verirsiz, ya yox? 
- Hansı on dolları axı?- Missis Heyt istehzayla, halını pozmadan soruşdu. Snops 
hirsindən çıxıb gedəndə Het qarının çantasına ilişdi, lakin yıxılmadı, yoluna davam etdi.  
Qadınlar axşam toranlığında onun kölgəsini izlədilər; Snops yumruqlarını düyünləmişdi, 
əllərini havada yellədirdi; qədim qallar  kimi gücsüz və ümidsiz bir qeyzlə gözdən itdi. 
Het qarı uzun müddət missis Heytə baxdı, sonra soruşdu: 

Əzizim, mən bir şeyi başa düşmədim; siz o qatıra neylədiniz? 
Missis Heyt tonqala sarı əyildi. Onun boşqabında qurumuş qaraciyər vardı; qadın əyilib 
odun üstündən tavanı götürdü, tavanın yağını qabağındakı qaraciyərin üstünə tökdü. 
Sonra heç nə olmayıbmış kimi dedi: 
- Mən onu güllələdim... 
- Nəəə? 
Missis Heyt qaraciyəri ağzına qoydu. 
- Bax 
belə!-Het qarı sevinclə dilləndi. - Qatır evi yandırdı, siz də onu güllələdiz... 
Məncə, ədalət elə budur! 
Hava tez qaraldı. Het qarı əlillər evinə getmək üçün üç mil yol qət etməliydi; əlillər evi 
qaçmır ki... yanvar gecəsi uzun idi...  Het qarı rahatca nəfəs alıb əminliklə və sevincək 
halda dedi: 
- Həəəə, əziz dostlarım, əcəb gün oldu! 
İngiliscədən çevirəni:  
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin