Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


Şəkil 83. Böyrəküstü vəzin sxematik təsviri və onun böyrəklərlə



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   2   3   4   5   6   7   8   9   10   ...   17

Şəkil 83. Böyrəküstü vəzin sxematik təsviri və onun böyrəklərlə 
əlaqəsi onurğalı heyvanlarda (Qorbmana görə): 1-akula; 2-
sümüklü balıqlar; 3-quyruqlu amfibilər; 4-quyruqsuz amfibilər; 5-
ilan; 
 6-kərtənkələ; 7-quş; 8-məməlilər. 
 
Melanin ifrazı  tənzimində hipofizin orta payının 
hormonu-melanotropin və epifizin hormonu melatonin 
iştirak edir. 
 Melanoforun 
fəaliyyətinə AKT hormonunun təsiri 
var. Bu təsir özünü hipofizi çıxarılmış qurbağanın 
dərisinin ağarmasında biruzə verir. Həmin qurbağanın 
qarın boşluğuna AKT hormonu yeritdikdə, onun dərisi 
yenidən tündləşir. 
Lazım olan material və avadanlıqlar: mikroskop, 

 
113
göz qayçısı, skalpel, ucu əyri pinset, Pean sıxıcısı, göz 
iynəsi, iynə tutan, şpris (2 – 5 ml), sap, tənzif, pambıq, 
tampon, pituitrin, adrenalin (1:10000), fizioloji məhlul (0,6 
%), qurbağa.   
İşin gedişi:  
 1. 
Qurbağada dəri piqmentinə pituitrinin təsiri. 
Təcrübədən  əvvəl qurbağa işıqda saxlanılır. Banka pən-
cərəyə yaxın tərəfindən başqa hər tərəfi ağ kağıza bürünür. 
Ağ fonda qurbağanın rənginin solğunlaşması aydın 
görünür. 
 
Şəkil 84. Mikroskop altında qurbağanın üzmə pərdəsinin 
görünüşü: 1-arteriya; 2,3-arteriola; 4-kapilyar tor; 5-kapilyar; 6-
vena;  
7-venula; 8-melanofor. 
 
 
Ağarmış qurbağanın üzmə  pərdəsini ehtiyatla 
mantar lövhədəki dəlik üzərinə  bərkidib, mikroskop 
altında melanoforları müşahidə edirik; melanoforlar 
nöqtələr  şəklində görünür. Sonra qurbağanın qarın 
boşluğuna 0,2 ml pituitrin yeridirik və ağ fonu olan banka-
ya qoyuruq. 30 dəqiqədən sonra qurbağanın dərisinin 
tündləşdiyini müşahidə edirik. 
Melanoforların çıxıntılarına pituitrini yeritdikdən 
40 – 60 dəqiqə sonra sıx tor əmələ gətirirlər. 
 
114
 
2.Adrenalinin melanoforlara təsiri. Qurbağanın 
limfa kisəsinə 1 ml adrenalin yeritdikdə, müəyyən müd-
dətdən sonra onun dərisi ağarır. 
 
Şəkil 85. Böyrəküstü vəzin nahiyəvi strukturu:  
1-xarici kapsula; 2-yumaqcıq zona; 3-dəstə zonası; 4-damarlı  
zona; 5-böyrəküstü vəzin qabığını beyin nahiyəsindən ayıran 
birləşdirici toxuma kapsulu; 6-beyin qatı. 
 
 
3. Hipofizi çıxarılmış (hipofizektomiya edilmiş) 
qurbağada pituitrinin melanoforlara təsiri.  İtdə  və 
başqa istiqanlı heyvanlarda olduğu kimi qurbağalarda da 
hipofizi çıxarmaq və bununla əlaqədar olan dəyişiklikləri 
müşahidə etmək olar. Bu iş üçün mümkün qədər iri və dişi 
qurbağa seçirlər. Dişi qurbağalar erkək qurbağalara 
nisbətən cərrahi əməliyyata daha dözümlü olurlar. 
 Qurbağalar narkozu yaxşı keçirmədikləri üçün 
əməliyyatı bilavasitə narkozsuz şəraitdə aparırlar.  
 Qurbağanı arxası üstə mantar lövhəyə uzadıb, nazik 

 
115
sancaq vasitəsilə  çənəni və  ətrafları  həmin lövhəyə 
bərkidirlər. Qurbağanın ağzını pinset vasitəsilə geniş 
açırlar. Qurbağanın ağzı açılmış vəziyyətdə qalsın deyə alt 
çənəni liqatura ilə bağlayıb, bir qədər dartıb mantar 
lövhəyə bərkidirlər.
 
 
 
 
Şəkil 86. İtin böyrəküstü vəzinin mikrostrukturu.  
1-kapsula; 2-qabıq maddəsi; 3-beyin maddəsi;  
 4-veqatativ qanqli; 5-qan damarları; 6-birləşdirici toxumanın qoşqu 
qayışı; 7-yumaqcıqlı zona; 8-dəstəli zona; 9-damarlı zona;  
10-xromofin hüceyrələr; 11-kapilyarlar. 
 
 
 Qurbağanın ağzını geniş ayırdıqda damağı aydın 
görmək olur. Damağın selikli qişasını orta xətt üzrə göz 
almalarından bir qədər aşağı boylama istiqamətdə kəsirlər. 
Kəsilmiş selikli qişanın kənarlarını bir-birindən ayırırlar. 
Kəsilmiş selikli qişanın kənarlarının ayrılmış  vəziyyətdə 
qalması üçün selikli qişaya hər iki tərəfdən 10 – 20 qr yük 
asılmış nazik qarmaq keçirirlər. Kəllənin aşağı  əsasını 
təşkil edən istiqanlı heyvanların  əsas sümüyünə uyğun 
 
116
gələn sümüyü (os parabasali) qayçının iti ucu ilə çox ehti-
yatla deşib açırlar. Həmin dəlikdən 1,0 – 1,5 mm ölçüdə 
hipofiz vəzi aydın görünür. 
 Pinset 
vasitəsilə hipofizi qoparıb çıxarırlar. Yükü 
selikli qişadan ayırdıqdan sonra onun kəsilmiş kənarlarını 
bir-birinə yaxınlaşdırıb nazik liqatura ilə tikirlər. 
 Hipofizi 
çıxarılmış qurbağalarda baş verən 
dəyişiklikləri vəzi çıxarılandan bir neçə saat və ya bir neçə 
gün sonra belə müşahidə etmək mümkündür. 
 
Hər  şeydən  əvvəl hipofiz çıxarılandan bir az sonra 
qurbağanın dərisinin rəngi ağarır. Məlum olduğu kimi, hi-
pofiz bir sıra hormonlar hazırladığı kimi piqment 
mübadiləsini nizama salan melanfor hormonu da hazır-
layır. Sonra bu qurbağanın qarın boşluğuna 0,2 ml pituitrin 
yetirdikdə, 30 dəqiqə müddətində  dərinin tündləşdiyini 
müşahidə edirik. 
 Hipofiz 
çıxarılandan 15 – 30 gün sonra qurbağada 
əzələ zəifləyi, halsızlıq müşahidə edilir. 
 
 
Şəkil 87. Qurbağanın ağız boşluğunun sərt damaq tərəfdən 
görünüşü: A-selikli qişanı ayırdıqdan sonra; 1-hipofiz yerləşən sahə; 
2-3-əsas sümüyü; B-sümük qığırdaq parçasını kənar  
etdikdən sonra; 1-hipofiz;  2-boz qabar; 3-görmə çarpazı. 
 

 
117
31 saylı iş. İtlərdə mədəaltı vəzinin çıxarılması və nəticələri 
 
 Lazım olan material və avadanlıqlar:  it, cərrahi 
masa və alətlər, sarğı materialları, spirt, efir, xloroform, 
fizioloji məhlul və s. 
 Panekreas 
vəzi qırmızı-sarımtıl rəngdə olub, 
mədənin arxa tərəfində yerləşir. Pankreas vəzi qan 
damarları ilə yaxşı  təchiz olunmuşdur. Azan siniri və 
simpatik sinir lifləri ilə inervasiya olunur. Pankreas vəzi 
qarışıq vəzilərdən olub, iki mühüm vəzifə daşıyır. Belə ki, 
vəzinin parenximasını təşkil edən kiçik hüceyrələr sekretor 
vəzifə daşıyırlar. Bu hüceyrələrin axarları vardır. Onlar 
hazırladıqları sekreti axarlar vasitəsilə ümumi pankreas 
axarına, ümumi pankreas axarı ilə pankreas şirəsi on 
ikibarmaq bağırsağa tökülür. 
 Pankreas 
vəzinin parenximası arasında səpələnmiş 
axarları olmayan Langerhans adacıqları daxili sekresiya 
vəzifəsi daşıyır. Langerhans adacıqlarının quruluşu və 
miqdarı müxtəlif heyvanlarda çox müxtəlifdir. Orta yaşlı 
sağlam adamın bir qram pankreas vəzisində orta hesabla 
2200-dən 21350-yə  qədər Langerhans adacıqları vardır. 
Langerhans adaqcıqları pankreas vəzinin çox hissəsini 
təşkil edən digər hüceyrələrə nisbətən daha zəngin 
kapilyar qan damarları  və limfa epitelisi ilə  əhatə 
olunmuşdur. 
 Pankreas 
vəzinin daxili sekretor funksiyasını 1889-
cu ildə Merinq və Minkovski itlər üzərində  təcrübə ilə 
öyrənmişlər. 
 
İşin gedişi: 
 
Pankreas vəzin orqanizmin şəkər mübadiləsi üçün 
əhəmiyyətini heyvanlarda vəzin bütövlüklə  və ya bir 
hissəsini kəsib çıxarmaq üsulu ilə öyrənmək olar. 
 
118
 Pankreas 
vəzin çıxarılması  əməliyyatı aseptika və 
antiaseptika  şəraitində ümumi narkoz altında aparılır. 
Arxası üstə  cərrahi stola bağlanmış itin qarnının dərisi 
üstündəki tükləri təmizləyir, sonra o nahiyəni sabunlu ilıq 
su ilə yuyub qurudurlar. Xəncərvarı  çıxıntıdan başlanmış 
orta xətt üzrə heyvanın qarnının dərisini və  dərialtı 
toxumanı 10 – 15 sm uzunluğunda kəsirlər. 
 
Dəri və  dərialtı  təbəqəni kəsdikdən sonra qarın 
əzələlərini kəsirlər. Kəsilmiş yaranı ayırdıqda piy 
toxuması aydın görünür. Piy toxumasını bir qədər sol qarın 
boşluğuna tərəf çəkirlər. Sağ qabırğaaltı nahiyədə oniki-
barmaq bağırsağı və ona birləşmiş pankreas vəzini görmək 
olur. 
 
Məlum olduğu kimi vəzin başı, cismi və quyruq 
hissələri vardır. Vəzin quyruq hissələri qan damarları ilə 
zəngindir. Belə ki, qan damarları quyruq hissədən vəzə 
daxil olur. Ona görə  vəzin başqa hissələrinə nisbətən 
quyruq hissəsində əməliyyat aparmaq bir qədər çətin olur. 
 Pankreas 
vəzi bədəndən kəsib çıxarmaq istədikdə 
hər şeydən əvvəl onun qan damarlarını bağlamalı və sonra 
kəsmək lazımdır. Bunun üçün vəzidən mümkün qədər 
uzaqda hər iki (arteriya və vena) qan damarlarını liqatura 
ilə bağlayıb kəsirlər. Pankreas vəzini qan damarlarından 
ayırdıqdan sonra, onun quyruq hissəsini 
ətraf 
toxumalardan və üzvlərdən tamamilə ayırırlar. Bu 
məqsədlə peretondan əmələ  gəlmiş, onu ətraf üzvlər ilə 
birləşdirən xüsusi bağları  kəsirlər.  Ətraf toxuma və üzv-
lərdən ayrılmış  vəzini bir qədər yuxarı qaldırıb yaranın 
səthinə çıxarırlar. 
 
Vəzin cismini ətraf toxumalardan ayırmazdan 
əvvəl, qanaxma olmasın deyə qan damarlarını bağlayırlar. 
Bunun üçün onikibarmaq bağırsağa və  vəziyə  gələn, bu 

 
119
üzvləri qan ilə təchiz edən iri arteriyanın vəzinin cisminə 
gələn xüsusi şaxəsini liqatura ilə bağlayıb kəsirlər. Lakin 
vəzinin kiçik qan damarlarını bağlamırlar, kəsilmiş 
damarları  sıxıcı ilə bururlar. Bu damarlar kəsildikdə belə 
az da olsa qanaxma öz-özünə dayanır. Belə qanaxma 
əməliyyat üçün qorxu törətmir. 
 Qan 
damarları bağlandıqdan sonra vəzinin böyük 
və kiçik axarlarını tapırlar. Axarların altından liqatura 
keçirib bağlayır və sonra kəsirlər. 
 
Vəzinin quyruq və cismini ətraf toxumalardan 
ayırdıqdan sonra, nəhayət, vəzinin baş hissəsini  ətraf 
toxumalardan ayırmaq lazımdır. Vəzinin baş hissəsi 
onikibarmaq bağırsağa birləşmir, sərbəst halda müsariqəyə 
söykənir. Müsariqədən vəzə gedən qan damarlarını 
ehtiyatla təmizləyib liqatura ilə bağlayır və kəsirlər. 
 
Vəzin hər üç hissəsini  ətraf toxumalardan 
ayırdıqdan sonra onu bədəndən ayırıb xaric edirlər. Yaranı 
diqqətlə yoxlayıb, axmış qanı tampon vasitəsilə silib 
təmizləyirlər. 
 Pankreas 
vəzini çıxartdıqdan sonra yaranı tikirlər. 
Əvvəlcə pereton pərdəsini tikirlər. Pərdəni mümkün qədər 
nazik liqatura ilə fasiləsiz tikmək lazımdır. Pereton pərdəni 
tikdikdən sonra qarın  əzələlərini, nəhayət, qarın dərisini 
qalın liqatura ilə fasiləli tikişlə tikirlər. Pankreas vəzisi 
çıxarılmış heyvan uzun müddət yata bilmir. Belə heyvanın 
çox yaşaması üçün heyvana daima insulin hormonu 
vururlar. Bundan başqa vəzinin kiçik bir parçasını bədəndə 
saxladıqda onun uzun müddət yaşamasına kifayət edir. 
 Pankreas 
vəzinin kiçik bir parçasını  bədəndə 
saxlayıb çox hissəsinin çıxarılması əməliyyatı, vəzinin bü-
tövlüklə  çıxarılması  əməliyyatına oxşayır. Lakin bu əmə-
liyyat zamanı vəzinin böyük axarını bağlamamaq şərti ilə 
 
120
axara yaxın vəzinin təxminən 0,8 – 0,9 hissəsini saxlamaq 
şərti ilə qalan hissəsini kəsib çıxarırlar. 
 Pankreas 
vəzisi çıxarılmış heyvana vəzi 
çıxarılandan bir gün sonra qida verilir. Vəzisi çıxarılmış 
heyvanların  şəkərləri mənimsəmək qabiliyyəti pozuldu-
ğundan belə heyvana mümkün qədər zülallar ilə  zəngin 
qida vermək lazımdır. 
 Heyvanlarda 
pankreas 
vəzin çıxarılması ilə yaranan 
eksperimental pankreatik diabet, demək olar ki, insanlarda 
təsadüf edilən  şəkər xəstəliyinə oxşayır. Eksperimental 
şəkər xəstəliyinin başlıca  əlaməti vəzi çıxarılandan sonra 
qanda  şəkərin artması ilə  əlaqədardır. Qanda şəkərin 
miqdarı artdıqda  şəkər sidiklə ifraz olunmağa başlayır 
(qlükozuriya). Pankreas çıxarılandan bir gün sonra qanda 
şəkərin miqdarı normaya nisbətən 2 – 3 dəfə arta bilər. Bu 
zaman sidikdə  şəkərin miqdarı 2%-ə  qədər olur. Sonrakı 
günlər qanda şəkərin miqdarı 0,5%-ə qədər, sidikdə isə 10 – 
15%-ə qədər artır. 
 Eksperimental 
pankreatik 
diabetə tutulmuş 
heyvanların iştahı artır və onlar çox yeyirlər. Lakin çox 
qida qəbul etmələrinə baxmayaraq onlar proqressiv surətdə 
arıqlayırlar. Bu xəstəliyin əsas əlamətlərindən biri də külli 
miqdarda sidik ifraz etmələridir (poliuriya). 
 
Eksperimental pankreatik diabet xəstəliyinə 
tutulmuş heyvanların  şəkər mübadiləsinin pozulması 
dərəcəsindən asılı olaraq onları müvafiq pəhriz altında 
saxlayırlar. 
 Pankreas 
vəzisi çıxarılmış heyvanların 
ölməməsindən ötrü onun bədəninə ya insulin vurulur, ya 
da cərrahi  əməliyyat zamanı  vəzinin kiçik bir parçası 
bədəndə saxlanılır.  
 

 
121
 
 
32 saylı iş. Qanda şəkər miqdarına insulinin təsiri 
 
 Pankreas 
vəzi qırmızı-sarımtıl rəngdə olub mədənin 
arxa tərəfində yerləşir. Pankreas vəzi qan damarları ilə 
yaxşı  təchiz olunmuşdur. Azan siniri və simpatik sinir 
lifləri ilə innervasiya olunur. Pankreas vəzi qarışıq 
vəzilərdən olub iki mühüm vəzifə daşıyır. Belə ki, vəzinin 
parenximasını təşkil edən kiçik hüceyrələr sekretor vəzifə 
daşıyırlar. Bu hüceyrələrin axarları vardır. Onlar 
hazırladıqları sekreti axarlar vasitəsilə ümumi pankreas 
axarına, ümumi pankreas axarı ilə pankreas şirəsi 
onikibarmaq bağırsağa tökülür. 
 Pankreas 
vəzinin parenximası arasında səpələnmiş 
axarları olmayan Langerhans adacıqları daxili sekresiya 
vəzifəsi daşıyır. Langerhans adacıqlarının quruluşu və 
miqdarı müxtəlif heyvanlarda çox müxtəlifdir. Orta yaşlı 
sağlam adamı bir qram pankreas vəzisində orta hesabla 
2200-dən 21350-yə  qədər Langerhans adacıqları vardır. 
Langerhans adacıqları pankreas vəzinin çox hissəsini təşkil 
edən digər hüceyrələrə nisbətən daha zəngin kapilyar qan 
damarları və limfa epitelisi ilə əhatə olunmuşdur.  
Pankreas vəzinin daxili sekretor funksiyası 1889-cu 
ildə Merinq və Minkovski itlər üzərində  təcrübə ilə 
öyrənmişlər. 
 
Mədəaltı  vəzi   pankreas, qarışıq vəzilərdəndir. O 
bağırsağa həzm  şirəsi, qana isə hormonlar ifraz edir. 
Pankreas hormonlarından biri insulindir (insulae – adacıq). 
Bu hormon vəzin Langerhans adacıqlarının  β -hü-
ceyrələrindən ifraz olunur.  
 
İnsulini ilk dəfə 1921-ci ildə iri buynuzlu 
 
122
heyvanların pankreasından almışlar. Bu hormonun təsirilə 
hüceyrələrin  şəkəri mənimsəmə qabiliyyəti xeyli artır və 
qaraciyərdə şəkər qlükogenə çevrilir. Vəzin β -hüceyrələri 
fəaliyyətdən düşdükdə  şəkərli diabet xəstəliyi baş verir. 
Sağlam adamın qanında  şəkərin miqdarı adətən 80 – 120 
mq%, şəkərli diabet xəstəliyi zamanı isə artaraq 180 – 220 
mq% və  bəzən daha çox ola bilər.  İnsulin ifrazının 
azalması ilə baş verən hiperqlikemiya (qanda şəkərin 
artması) çoxlu miqdar sidik ifrazı-poliuriya, iştahanın 
artması-polidipsiya və sidikdə  şəkər tapılması – 
qlukozuriya ilə müşayiət olunur. 
 Eksperimentdə  şəkərli diabet yaratmaq üçün hey-
vanın qanına alloksan adlanan kimyəvi maddə yeridilir. 
Alloksan mədəaltı  vəzin  β -hüceyrələrini fəaliyyətdən 
salır. 
 
İnsulin ifrazı öz-özünə  tənzim (dönən  əlaqəlar) 
prinsipinə tabe olur. Belə ki, hiperqlikemiya zamanı 
insulin ifrazı sürətlənir və  əksinə hipoqlikemiya zamanı 
insulin ifrazı azalır. Qanda şəkər miqdarının artması  və 
azalması xüsusi interoreseptorların (angioreseptorların) 
qıcıqlanmasına səbəb olur. Bu zaman baş verən 
interoseptiv impulslar hipotalamusa və retikulyar 
formasiyanın bulbar şöbəsinə çataraq, azan sinir 
mərkəzinin tonusunu artırır və ya azaldır. Mədəaltı  vəzi 
azan sinir şaxələri ilə innervasiya edildiyindən onun 
tonusunun dəyişməsi insulin ifrazına müvafiq təsir 
göstərir. Langerhans adacıqlarının 
α
-hüceyrələrindən 
qlükaqon adlanan hormon ifraz olunur. Öz təsirinə görə 
qlükaqon insulinin antaqonistidir, yəni bu hormonun təsiri 
insulin təsirinə əksdir. 
 Lazım olan material və avadanlıqlar: şpris, 20%-

 
123
li qlükoza məhlulu, 0,9%-li fizioloji məhlul, 24 saat 
ərzində ac saxlanılmış 4 siçan, şüşə qalpaq. 
 
Təcrübə üçün 3 ədəd siçan götürüb, bunlardan 
birinə 10 qram çəki hesabına görə 0,1 vahid, digərinə 0,5 
vahid, üçüncüsünə 1 vahid insulin dəri altına yeridilir. 
Kontrol üçün götürülmüş dördüncü siçanın dərisi altına isə 
0,3 – 0,5 ml fizioloji məhlul vurulur.  
 Siçanların dərisinə  rəng vurmaqla işarələyir və 
sonra  şüşə qalpaq altına qoyub davranışlarını müşahidə 
edirlər.  İnsulin almış siçanlarda hipoqlikemik şok  əmələ 
gəldiyi zaman, onlardan birinin periton boşluğuna 0,25 – 
0,5 ml 20%-li qlükoza məhlulu yeridib, sonra siçanların 
davranışlarını yenidən müqayisə edirlər. Təcrübə göstərir 
ki, dərisi altına fizioloji məhlul yeridilən siçanın 
davranışında dəyişiklik olmur. İnsulin alan siçanda isə 
hormonun dozasından asılı olaraq müxtəlif vaxt ərzində 
şok  əlamətləri baş verir. Periton boşluğuna qlükoza 
məhlulu yeridilən siçanda şok  əlamətləri tədricən yox 
olduğu halda, digər 2 siçanda bu əlamətlər davam edir. 
 
  
 
 
124
III FƏSİL 
 
QAN 
 
 Qan 
bədən çəkisinin 6 – 7,5%-ni təşkil edir. 70 kq 
çəkisi olan orta yaşlı insanda 5 – 6 l qədər qan olur. Arte-
rial qan alqırmızı rəngli olub, tərkibində oksigenin miqdarı 
20%-ə qədər, venoz qan tünd rəngli olub, tərkibindəki ok-
sigenin miqdarı 12% təşkil edir.  
 
Qan və onun maye hissəsi bədən boşluğu 
mayelərinin təkamülü nəticəsində  əmələ  gəlmiş, orqaniz-
min daxili mühütinin nisbi sabitliyində iştirak edir.  
Qanın asas fizioloji xüsusiyyətləri onun formalı 
elementlərinin və plazmasının tərkib hissəsi ilə 
əlaqədardır. 
 
Qan sistemi orqanizmin həyatını  təmin edən 
sistemlərdən biri olub, çoxlu vəzifələr yerinə yetirir: 
1.
 
Nəqliyyat funksiyası. Qan damarlarında dövran 
edən qan nəqliyyat funksiyasını yerinə yetirir. 
Bu isə bir çox digər funksiyaları müəy-
yənləşdirir.  
2.
 
Tənəffüs vəzifəsi. Bu funksiyası ilə qan O
2
  və 
CO
2
 hemoqlobinə birləşdirib daşıyır. 
3.
 
Trofik qidalanma funksiyası. Qan orqanizmin 
bütün hüceyrələrini qidalı maddələrlə qlükoza, 
amin turşuları, yağlar, vitaminlər, mineral 
maddələr və su ilə təmin edir. 
4.
 
Ekskretor funksiyası. Qan toxumalardan me-
tabolizmin son məhsullarını  çıxarır. Sidik 
cövhəri, sidik turşusu və b. maddələri ifrazat 
üzvləri ilə orqanizmdən kənar edir. 
5.
 
Bədənin temperaturunun tənzimində  iştirak 

 
125
edir. Enerjili üzvləri soyudur. İstilik itirən 
üzvləri isə qızdırır. 
6.
 
Qan hemostazın bəzi konstantını – PH, osmos 
təzyiqi (izoosmiya), izononlar (izoioniya) və s. 
stabilliyini təmin edir.  
7.
 
Qan toxumalar arasında su-duz mübadiləsini 
təmin edir. Kapilyarların arterial hissəsindən 
mayelər və duzlar toxumalara daxil olur. 
Kapilyarların vena hissəsindən isə qana qayıdır. 
8.
 
Müdafiə funksiyası. Qandakı immun cisimlər 
(latınca immunib – bir şeydən azad) immunitetin 
(bəzi xəstəliklərə tutulmamalıq)  əsas hissəsi 
olmaqla müdafiə vəzifəsini yerinə yetirir. Başqa 
sözlə, canlı yad cisimlər və kinetik cəhətdən yad 
maddələrdən orqanizmi müdafiə edir. Bu 
leykositlərin faqasitoz (yunanca phagos – udan, 
cytos – hüceyrə) fəaliyyəti (hüceyrə immuniteti) 
və qanda olan antitellər, hansı ki, mikrobları 
məhv etmək və onların zəhərlərini 
zərərsizləşdirmək (humoral immunitet) 
vasitəsilə orqanizmi müdafiə edirlər. Bu 
vəzifəni, həmçinin bakteriosid properdin 
sistemidə yerinə yetirir. 
9.
 
Humoral requlyasiya. Qan nəqliyyat vəzifəsi 
sayəsində orqanizmin bütün hissələri arasında 
kimyəvi 
əlaqə, başqa sözlə humoral 
requlyasiyanı  təmin edir. Qan hormonları  və 
digər fizioloji fəal maddələri  əmələ  gəldiyi 
üzvlərdən digər hüceyrələrə aparır.  
10.
 
Kreator əlaqəni təmin edir. Qanın plazması və 
formalı elementləri ilə daşınan 
makromolekulyar (PHT, nukleotidlər) 
 
126
hüceyrələrarası 
məlumatların verilməsini, 
zülalların, hüceyrədaxili sintezi proseslərinin 
tənzimini, toxumaların bərpası  və struktur 
quruluşunun saxlanılmasını təmin edir.  
Qan plazmadan və formalı elementlərdən ibarətdir. 
Formalı elementlər eritrositlər, leykositlər və trombositlər 
olmaq üzrə üç növ hüceyrədən ibarətdir. 
Qanın plazması azacıq sarımtıl şəffaf maye olub 90 
– 92%-i su və 10 – 8%-i bərk maddədən ibarətdir. Qanın 
plazmasının tərkibinə zülallar, azotlu birləşmələr, yağ  və 
digər lipoidlər,  şəkər, südturşusu və digər azotsuz 
birləşmələr daxildir. Normada qlükozanın qanda miqdarı 
85 – 120 mq% olur ki, buna da «Şəkər güzgüsü» deyilir. 
Plazmadakı qeyri-üzvü maddələr kationlardan (Na+, K+, 
Ca++, Mg++) və anionlardan (Cl,
-
HPO
4

2-
HCO
-
3

ibarətdir. Qanın qeyri-üzvi maddələri orqanizmdə bir sıra 
vacib funksiyaların icrasında iştirak edir. Qan plazmasında 
duzlar 0,9 – 1%-ə  qədər olur, bunların çox hissəsi suda 
həll olmuş haldadır, bir hissəsi isə zülallarla kompleks 
birləşmələr  əmələ  gətirir. Qanın xüsusi çəkisi 1,050 – 
1,060, plazmanın xüsusi çəkisi 1,025 – 1,034, formalı 
elementlərin xüsusi çəkisi 1,090 olur. Qanın xüsusi çəkisi 
areometr vasitəsilə müəyyən edilir. 
Qandakı duzların mütləq miqdarı nisbətən sabit 
qalır. Bunlar qan plazmasının osmos təzyiqini müəyyən 
edir.  
 Qanın osmos təzyiqi təkamül prosesində nisbi 
müvazinət kəsb edir və  təxminən bütün ali onurğalı hey-
vanlar üçün bərabər səviyyədə qalır. 
Qan və yaxud toxuma mayesində olan maddələrin 
molekulyar konsentrasiyası osmos təzyiqini əmələ gətirir. 
Qandakı  sərbəst hidrogen ionlarının qatılığının son 

 
127
dərəcə böyük fizioloji əhəmiyyəti vardır. Bu ionlar 
məhlulun PH-nı «fəal reaksiya»sını müəyyən edirlər. Qan 
zəif qələvi reaksiyaya malikdir. Qanın fəal reaksiyasının 
qiyməti çox böyük bioloji əhəmiyyətə malikdir. Çünki 
hüceyrə prosesləri yalnız müəyyən PH-da normal surətdə 
cərəyan edə bilər.  
Qanın fəal reaksiyası PH=7,35 – 7,4 osmotik 
təzyiqi 7,6-8,1 atmosfer, onkotik təzyiqi isə 0,03 – 0,04 
atmosferə bərabərdir. 
Qanın özlülüyü (suvaşqanlığı)  şərti olaraq vahid 
qəbul olunan suyun suvaşqanlığından 5 dəfə, plazmanın 
suvaşqanlığından isə 1,7 – 2,2 dəfə çox olur. Qana su-
vaşqanlıq verən  əsasən formalı elementlər, qismən isə 
plazma zülallarıdır. Qanın özlülüyü Ostvald və ya Deter-
man viskozimetri (latınca viscosus-özlü, yapışqan, su-
vaşqan) vasitəsilə müəyyən olunur. 
Qanın  əsas fizioloji xüsusiyyətləri onun formalı 
elementlərinin və plazmasının tərkib hissəsi ilə 
əlaqədardır.  
Qan plazmasında laxtalanmada iştirak edən 
fermentlərdən başqa qlikogeni parçalayan – amilaza, 
yağları parçalayan – lipaza, oksidləşdirici fermentlər – ok-
sidazalar və peroksidazalar vardır. Fermentlər qana ya 
qanın formalı elementlərindən və yaxud müxtəlif toxuma 
və üzvlərdən daxil olur. Məlumata görə fermentlər qana 
həzm aparatından sorulurlar. 
Qırmızı qan hüceyrələri müxtəlif heyvanlarda müxtəlif 
forma və böyüklüklərinə görə bir-birindən fərqlənirlər.  
İnsan və 
məməlilərin eritrositləri nüvəsiz 
hüceyrələrdir. Balıqlar, amfibilər, suda-quruda yaşayanlar, 
sürünənlər və quşların eritrositlərində nüvə vardır, özləri 
də oval və yaxud mərciyə  bənzər formaya malikdirlər. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin