Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
  1   2   3   4   5   6   7   8   9   ...   17

Ə.H.ƏLİYEV, F.Ə.ƏLİYEVA,  
V.M.MƏDƏTOVA 
 
 
 
 
 
 
 
İNSAN VƏ HEYVAN  
FİZİOLOGİYASINDAN 
PRAKTİKUM 
 (Dərs vəsaiti) 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
24.07.2008-ci il tarixli 952 saylı  əmrinə 
əsasən dərs vəsaiti kimi təsdiq edilmişdir. 
 
 
 
 
BAKI – 2008 
 
2
Müəllif kollektivi bu dərsliyi Azərbaycanda «İnsan və 
heyvan fiziologiyası» elminin banisi görkəmli alim akad. A.İ.Qa-
rayevin, prof. T.D.Qayıbovun və prof. H.A.Hüseynovun əziz 
xatirəsinə həsr edirlər. 
 
Elmi redaktorlar:  
Əməkdar elm xadimi, ABŞ-ın İllinoys EA-nın  
 
 
 
həqiqi üzvü, biologiya elmləri doktoru,  
professor Neymət Qasımov
Gəncə Dövlət Universitetinin biologiya  
fakültəsinin dekanı, anatomiya-fiziologiya  
kafedrasının dosenti b.e.n. Adil Rüstəmov 
 
Rəyçilər:    AMEA-nın A.İ.Qarayev adına Fiziologiya  
İnstitutunun analizatorların müqayisəli və  
yaş fiziologiyası laboratoriyasının rəhbəri,  
b.e.n. Afiq Qazıyev
dos. Sevinc İbrahimova, 
 
 
 
dos. Ruhəngiz Babayeva 
 
Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova.  İnsan və heyvan 
fiziologiyasından praktikum Bakı: «Bakı Universiteti» nəşriyyatı, 
2008, 288 səh. 
 
Oxucuların ixtiyarına verilən praktikum 10 fəsildən ibarət olub 
«İnsan və heyvan fiziologiyası» kursu üzrə elmi araşdırmaların 
obyekti olan insan və heyvanda baş verən fizioloji proseslərin geniş 
və  hərtərəfli öyrənilməsi üçün metodoloji yanaşmanı özündə  əks 
etdirən 83 laboratoriya işindən ibarətdir. Praktikumda bu işlərin 
yerinə yetirilməsi üçün verilən metodlar tələbələrin sərbəst işləməsini 
və insan və heyvan fiziologiyasından mühazirə  dərslərində verilən 
materialı necə mənimsəməsini yoxlamaq üçün nəzərdə tutulmuşdur. 
 
2008
)
07
(
658
1903010000 −

M
 
 
 
© «Bakı Universiteti» nəşriyyatı, 2008 

 

MÜQƏDDİMƏ 
 
 
Bakı Dövlət Universitetinin bakalavr pilləsində  təhsil 
alan tələbələrinin müasir «İnsan və heyvan fiziologiyası» 
dərsliyinə olan ehtiyaclarını ödəmək üçün yazdığımız «Təc-
rübə-məşğələ» kitabı insan və heyvan fiziologiyası proqramına 
(2006) uyğun yazılmışdır.  
 Girişdə fizioloji təcrübələrin aparılmasına dair 
göstərişlər, istifadə olunan cihazlar, məhlullar, narkoz, tədqiqat 
üsulları haqqında məlumat verilib. Sonrakı  fəsilləri sinir-əzələ 
fiziologiyası, mərkəzi sinir sistemi, qan, ürək-damar, tənəffüs
həzm, maddələr və enerji mübadiləsi, qidalanma, ifrazat, daxili 
sekresiya vəzləri, analizatorlar və ali sinir fəaliyyəti funksiya-
larının təcrübə  işlərini  əhatə edir. Tələbələrin tədris fənnini 
necə mənimsəməsini və laboratoriya işlərini sərbəst işləməsini 
yoxlamaq üçün bəzi işlərin sonunda suallar verilmişdir. 
 
«İnsan və heyvan fiziologiyası» üzrə «təcrübə- 
məşğələ» kitabında verilən işlərin yerinə yetirilməsi üçün 
verilən üsullar universitetlərin biologiya fakültəsinin bakalavr 
tələbələrinin sərbəst işləməsini və  «İnsan və heyvan fiziologi-
yası»ndan mühazirə  dərslərində verilən materialı necə 
mənimsəməsini yoxlamaq üçün nəzərdə tutulub. 
 Universitetlərin bakalavr proqramına uyğun olaraq 
hazırlanan bu kitab laboratoriya işlərinə aid 152 şəkil və 13 
cədvəllə  zənginləşdirilib. «Təcrübə – məşgələ» kitabı dövlət, 
özəl və pedaqoji universitetlərin biologiya ixtisası üzrə bakalavr 
pilləsində  təhsil alan tələbələr üçün nəzərdə tutulub, həmçinin 
ondan aspirantlar, dissertantlar və müəllimlər də  bəhrələnə 
bilər. 
 Kitab 
haqqında qeydlərini bildirən oxucularımıza 
minnətdarlığımızı bildiririk. 
 
 
 
4
1 saylı iş. «İnsan və heyvan fiziologiyası»ndan aparılan 
təcrübələrin təşkili, istifadə edilən 
məhlullar və üsullar 
 
 
Fiziologiya elmi qədim zamanlardan eksperimentə 
əsaslanır. Fizioloji təcrübələr aparılan zaman fizioloji 
fəaliyyətlə  əlaqədar olan funksiyalar xüsusi cihazlar 
vasitəsilə  dəqiq qeydə alınmalı, təhlil edilməlidir. 
Öyrənilən fəaliyyət göstəricilərinin nəticəsi protokol, 
fotoşəkil, kinofilm və s. kimi sənədləşdirməlidir. 
 
Hər hansı canlı orqanizm və ya onun üzvü, toxuma 
və hüceyrələri üzərində  əməliyyat aparılarkən, müxtəlif 
cərrahi alətlərdən, məhlullardan, kimyəvi maddələrdən, 
cihazlardan və s. istifadə edilir. 
 Fizioloji 
tədqiqatlar,  əsasən in vivo (latınca vivus-
canlı), yəni canlılar üzərində aparılır. Bəzi tədqiqatlar isə 
in vitro (latınca vitrum-şüşə, sınaq  şüşəsi), yəni 
orqanizmdən kənarda aparıla bilər. Fizioloji təcrübələrdə 
daha çox qurbağa, dəniz donuzu, it, pişik və başqa hey-
vanların üzərində eksperiment aparılır. 
 Heyvan 
üzərində aparılan ekperimentin nəticəsi in-
san orqanizmi fəaliyyətinin bir çox qanunauyğunluqlarını 
başa düşməyə kömək edir. 
 Fizioloji 
təcrübələrdə istifadə olunan preparatın 
qansızlaşması  və qurumasının qarşısını almaq üçün 
müxtəlif fizioloji məhlullardan istifadə olunur. Bəzən isə 
fizioloji məhlullardan qan əvəzediciləri kimi damara vu-
rurlar. Fizioloji təcrübələrdə daha çox soyuqqanlılar üçün 
0,65%-li və istiqanlılar üçün 0,85%-li xörək duzu 
məhlullarından, isti və soyuqqanlılar üçün Ringer (Cədvəl 
1), Ringer-Lok və Triode (cədvəl 2) məhlullarından 
istifadə edilir.  

 

Cədvəl 1 
Ringer məhlulunun tərkibi (maddələrin miqdarı %-lə) 
Tərkib hissələri 
İstiqanlılar üçün 
Soyuqqanlılar üçün 
NaCl 0,8 
0,6 
KCl 0,042 
0,01 
CaCl
2
 0,024 
0,01 
NAHCO

0,01 0,01 
 
Cədvəl 2 
Fizioloji təcrübələrdə istifadə olunan zülalsız  
qanəvəzedici məhlullar (maddələrin miqdarı %-lə) 
Məhlulun 
tərkibi  
(%-lə) 
Xörək duzun- 
dan hazırla- 
nan məhlullar 
Ringer  
məhlulu 
Ringer-Lok 
məhlulu 
Ringer-
Triode 
məhlulu 
NaCl 0,65, 
0,95  0,8 
0,9  0,8 
KCl 
_
 
_
  
0,042 
0,042 
0,02 
CaCl
2
 
_
 
_
 0,024 
0,024 
0,02 
NAHCO

_
 
_
 0,02 
0,02 
0,01 
MgCl

_
 
_
 
_
 
_
 
_
 
_
 0,01 
NaH
2
PO

_
 
_
 
_
 
_
 
_
 
_
 0,005 
Qlükoza 
_
 
_
 
_
 
_
 0,1 
0,01 
Oksigen 
_
 
_
 
_
 
_
 oksigenlə 
zənginləşmə
oksigenlə 
zəngin-
ləşmə 
 
 
Fizioloji təcrübələrdə istifadə olunan üsullar 
 
 
İnsan və heyvan orqanizmində embrional və 
postembrional yaş dövrlərində  cərəyan edən fizioloji və 
biokimyəvi prosesləri öyrənmək üçün müşahidə və təcrübə 
üsullarından istifadə edilir. Lakin müşahidə üsulu hər 
hansı üzvün fəaliyyəti haqqında dəqiq məlumat almağa 
kifayət etmədiyindən fizioloji göstəricilər barədə düzgün 
 
6
məlumatlar almaq üçün kəskin və xroniki təcrübənin 
aşağıda adları verilən müxtəlif üsullarından istifadə edilir: 
 Viviseksiya – Klavdi Qalen tərəfindən tədbiq 
edilib; hər hansı orqanın üzvləri cərrahi yolla açılır və mü-
şahidə edilir; təcrübənin sonunda heyvan tələf olur 
 Ekstripasiya – hər hansı üzvün və ya onun bir 
hissəsinin kəsilib bədəndən xaric edilməsidir. 
 Transplantasiya – bədənə  hər hansı üzvün və ya 
toxumanın cərrahiyə yolu ilə köçürülməsi, 
bitişdirilməsidir. Bu üsul bir neçə istiqamətdə ayto 
(özündən-özünə) – homo (eyni cinsdən cinsə) – hetro 
(müxtəlif cinslər arasında) – allo (yad cismin bədənə 
köçürülməsi) transplantasiya istiqamətində aparılır. 
 Denervasiya 
üsulu – üzvü innervasiya edən siniri 
kəsmək və üzvü sinir təsirindən azad etməkdir. 
 Liqatura üsulu – sinir və ya damarı bağlamaq yolu 
ilə üzvü sinir təsirindən və ya qan təchizindən azad 
etməkdir. 
 Fistula üsulu – həzm kanalının müxtəlif şöbələrinə 
bədən səthindən dəliklər açılır.  İlk dəfə Rus alimi Basov 
(1842), sonra isə Fransız alimi Blandula (1843) mədəyə 
fistula qoymuşlar. Bu üsulu İ.P.Pavlov təkmilləşdirmişdir. 
Fistuladan xaricə axan həzm  şirələrini alıb, miqdarını  və 
tərkibini tədqiq etmək və həzm kanalının fistula qoyulmuş 
şöbələrinə müxtəlif qıcıq vasitəsilə  təsir etmək yolu ilə 
İ.P.Pavlov elmi məlumatlar toplamış, həzm sisteminin 
fiziologiyasına dair nəzəriyyələr vermişdir. 
 Radiotelemetriya 
üsulu  müasir elektron cihazları 
vasitəsilə bioloji obyektin fizioloji fəaliyyət göstəriciləri 
qeydə alınır. 
 
Şərti refleks üsulu – İ.P.Pavlov beyin fəaliyyətinin 
bir sıra qanunauyğunluqlarını  kəşf etmiş, ali sinir 

 

fəaliyyəti haqqında təlim yaratmışdır. 
 Elektrofizioloji 
üsul  üzvi, toxuma və hüceylərdə 
əmələ  gələn biocərəyanları qeyd etmək, ölçmək və mü-
şahidə etməklə, onların fəaliyyəti haqqında məlumat 
toplanır. Fizioloji tədqiqatlarda və klinikada elektrokar-
dioqrafiya, elektromioqrafiya, elektroensefaloqrafiya, 
elektroretinoqrafiya, ossiloqrafiya tədbiq edilir. 
 Denervasiya 
üsulu 
 üzvə gələn siniri kəsib, üzvü 
həmin sinirlə ona daxil olan sinir impulslarından məhrum 
etməkdən ibarətdir. Məsələn, mədəni innervasiya edən 
azan siniri kəsdikdə mədənin şirə ifrazı ləngiyir.  
 
Qıcıqlandırma üsulu – fizioloji tədqiqatlarda müx-
təlif təbiətli qıcıq növləri tətbiq edilir. 
 
Kimyəvi yolla – qıcıqlandırmada kimyəvi maddələr 
bir neçə yolla tətbiq edilir (inyeksiya, elektroforez, 
mikroinyeksiya, parenteral). 
 
Termiki yolla    qıcıqlandırma orqanizmin hər 
hansı nahiyəsini isitmək və ya soyutmaq yolu ilə  həyata 
keçirilir.  
 Elektrik 
cərəyanı yolu ilə  – elektrik qıcığın 
qüvvəsi, tezliyi, təsir müddəti istənilən qaydada tənzim 
olunur. Bunun üçün elektrostimulyator və elektrodlardan 
istifadə edilir. 
Səs və  işıq – siqnalları  qıcıqlandırmada istifadə 
edilir. 
Anastomoz üsulu – ürək-damar və  mədə-bağırsaq 
sisteminin müxtəlif  şöbələri anastomoz vasitəsilə 
birləşdirilir. Məsələn, mədə  xəstə olduqda qida borusu 
birbaşa onikibarmaq bağırsaqla birləşdirilir. Bu zaman 
udulan qida mədəyə yox, bağırsağa daxil olur.  
 
İri heyvanların  ətraflarını  cərrahi masaya 
bağlamaqla hərəkətsizləşdirirlər. Cərrahi  əməliyyatı 
 
8
düzgün aparmaq üçün fiksə etməyin rolu böyükdür. Arxası 
üstə bağladıqda ön ətraflar gövdəyə möhkəm sıxılmalı, 
arxa  ətraflar dartılmalı, boyun və döş  qəfəsi yuxarıya 
çəkilməlidir. 
 Heyvanın başını fiksə etmək üçün müxtəlif növ baş 
tutanlardan istifadə edilir (məsələn, Qalen baş tutanı). 
 
Şəkil 1. İtin viviseksiya masasına bərkidilməsi (a),  
Qalen baş tutanı (b). 
 
 
Cərrahi əməliyyatı aparmaq üçün 3 növ masa möv-
cuddur: 1) kiçik heyvanlar (siçan, siçovul, dəniz donuzu) 
üçün kitazato masası; 2) orta ölçülü heyvanlar (dovşan, 
pişik) üçün taxtadan hazırlanmış masa; kimoqrafın 
müxtəlif hündürlüyünə çatması üçün qaldırıcı masa; 3) 
böyük heyvanlarda (it) taxtadan və ya metaldan hazırlanır.  
 
Perfuziya üsulu – hər hansı üzvün ümumi qan döv-
ranı ilə  əlaqəsini kəsib, onun damarlarından qan əvəzinə 
tərkibi məlum olan məhlullar axıdıb, üzvün damarlarından 
keçən məhlulu (perfuzatı) toplayıb analiz etməkdən 
ibarətdir.  

 

 
Radiotelemetrik üsul – müasir texniki cihazların 
köməkliyilə uzaq məsafədə, məsələn, idman meydan-
çalarında, təyyarələrdə, kosmosda, ayda olan insanların və 
başqa bioloji obyektlərin (qurbağa, it, siçovul, pişik) 
fizioloji fəaliyyət göstəriciləri qeydə alınır. 
 
2 saylı iş. Fizioloji təcrübədə istifadə olunan alətlər və 
cihazlar 
 
 Alətlər. Fizioloji təcrübələri aparmaq üçün aseptika 
və antiseptika qaydalarını gözləmək  şərtilə  cərrahi 
alətlərdən istifadə olunur: böyük və kiçik qayçılar, 
anatomik, cərrahi və göz pinsetləri, cərrahi iynə, skalpel, 
sıxıcılar, preparaedici iynə, iynətutan, qarmaqlar, zondlar, 
sancaqlar, ipək sap, kanyulya. 
 
 
Şəkil 2. Preparaedici alətlər. 1-böyük qayçı; 2-kiçik göz qayçısı;  
3-skalpel; 4-preparaedici iynə; 5-göz pinseti; 6,8-sıxıcı;  
7-anatomik pinset; 9-sancaqlar; 10-ipək sap. 
 
10
Cihazlar.  Fizioloji eksperimentlərdə  qıcıqlandırıcı, 
gücləndirici, çevirici, qeydedici cihazlardan istifadə olunur 
və obyekti qıcıqlandırmaq üçün müxtəlif mənbələrdən 
alınan sabit və dəyişən cərəyandan istifadə edilir. 
 
 
Şəkil 3. Qələvi akkumulyator. 
 
 
 
 
Şəkil 4. İnduksion cihaz (a); onun  
dövrədə açılmış vəziyətdə sxemi (b). 
 
Sabit cərəyan mənbəyi kimi XVIII-XIX əsrdə 
akkumulyator, dəyişən cərəyana çevirmək üçün Dybua-Rey-
monun sürüşkən induksion cihazından istifadə olunurdu. 
Açarlar (d) akkumulyatoru dövrədə açıb bağlamaq 
üçün istifadə olunur. 

 
11 
 
Şəkil 5. Sabit və dəyişkən cərəyan ilə iş sxeminin tərtibi üçün 
istifadə edilən açarlar: a – açar – rubilnik; b – üçkontaktlı açar. 
 
 Metronom 
sabit 
cərəyandan istifadə edəndə dövrəni 
ritmik açıb bağlamaq üçün istifadə edilir. 
 
Şəkil 6. Metronom: 
1-rəqqas; 2-manivella; 3-civə fincanı; 4-sürüngəc. 
 
12
Fasiləli cərəyan almaq üçün elektromaqnit kamer-
tondan istifadə olunur. 
 
Şəkil 7. Kamerton. I–xarici görünüşü, II–kamerton dalğalarının 
əyrisi.1-ayaqcıqlar; 2-elektromaqnit; 3,4–cərəyan mənbəyilə  
birləşdirən kontaktlar; 5-planindən nəql; 6-vint. 
 
 
 Reoxord 
və reastat sabit cərəyan ilə qıcıqlandırmaq 
üçün istifadə olunur. 
Şəkil 8. Reoxord: a – onun dövrəyə birləşmə sxemi;  
b – 1, 2-kontaktlar, 3- sürüngəc. 

 
13 
 
Şəkil 9. Reoxord (I), dövrəyə birləşmə sxemi (II):  
 a, b, e – klemmalar, c- sürüngəc. 
 
 Sabit 
cərəyanın istiqamətini dəyişmək üçün kom-
mutatordan istifadə edilir. 
 
 
Şəkil 10. Kommutator: 1, 2, 3, 4, 5, 6 – kontaktlar. 
 
14
 Hal-hazırda sabit və dəyişən cərəyan mənbəyi kimi 
elektrik stimulyatorlardan istifadə olunur. Stimulyator 
cərəyanın formasını  dəyişir, onun qüvvəsini, gərginliyini, 
tezliyini, təsir müddətini, dövriliyini tənzim edir. 
 
Şəkil 11. Stimulyatorun xarici görünüşü: 1,7,9–açar; 2,3,8,10-
tumbler (gərginlik üçün); 4-tezliyi tənzimləyən tumbler;  
5-dəyişdirici açar; 6-işə salma düyməsi. 
 
 

 
15 
Şəkil 12. Stimulyatorun quruluş sxemi. 
 
Fizioloji elektron stimulyatoru fasiləsiz və proq-
ramlaşdırılmış  qıcıqlar verməkdən  əlavə, bəzi elektron 
cihazları isə sistemin sinxron işlənməsi üçün müvafiq 
impulslar göndərmək məqsədilə istifadə edilir. 
 Elektrodlar 
vasitəsilə elektrik impulslar 
stimulyatordan obyektə çatdırılır. 
 
Şəkil 13. Elektrodlar: a-iynə elektrodu; b-muftaya birləşən 
elektrodlar; c-mantar lövhəyə birləşən elektrodlar; d-qütbləşməyən 
elektrodlar. 1-ebonit lövhəcikli iynə elektrodu; 2-nəql; 3-gümüş və ya 
platindən uclar; 4-şarpiron cihaz; 5-mufta (halqa). 
 
 
Bəzi təcrübələrdə metal elektrodlar qütbləşərək təc-
rübənin nəticəsini təhrif edir. Odur ki, sabit cərəyan tətbiq 
edilən təcrübələrdə qütbləşməyən elektrodlar işlənilir. 
Beynin dərin  şöbələrindəki hüceyrələrin fəaliyyətini 
öyrənmək üçün şüşə borudan və ya metaldan hazırlanan 
mikroelektrodlar tətbiq edilir. Eyni elektrodla həm 
hüceyrəni qıcıqlandırmaq, həm də onun elektrik po-
tensiallarını almaq üçün 2 kanallı elektrod istifadə olunur. 
 
16
  Bir qütblü (mupolyar) aparma zamanı 
elektrodlardan biri tədqiq edilən toxumaya, hüceyrəyə, 
digəri isə uzaq məsafədə qoyulur ki, bunların da 
birincisinə  fəal, ikincisinə indifferent elektrod deyilir. 
Bipolyar (2 qütblü) aparmada elektrodlar bir-birinə yaxın 
olur. 
 
Asma elektrodlar beyin qabığı səthinə təzyiq edib onu 
zədələmir, yalnız təmasda olur. Beyin daxilinə və bədənin digər 
nahiyələrinə daxil edilən elektrodların ucları açıq olmalı, 
səthləri elektrik keçirməyən lak ilə örtülməlidir. 
 Siniri 
qıcıqlandırmaq üçün mantar və ya şüşə lövhə 
üzərinə yapışdırılmış elektrodlar istifadə olunur.  
 Xroniki 
təcrübələrdə elektrodları toxumaya 
həmişəlik bərkidirlər. 
 Müxtəlif qabıqaltı  və beyin sütunu törəmələrinin 
bioelektrik fəallığı qeydə almaq, həmin törəmələri qı-
cıqlandırmaq və ya dağıtmaq üçün stereotaksis 
cihazından istifadə edirlər. 
 
Çevrici cihazlar vasitəsilə  əzələ  təqəllüsünü, nəbzi, 
qan təzyiqini, ürək tonlarını, tənəffüs hərəkətlərini elektrik 
dalğalarına çevirib, müvafiq qrafik göstricilər alınır. 
 
Gücləndirici cihazlar qüvvəsi mikroamper, gərginliyi 
mikrovoltlarla ölçülən cərəyanları milyon dəfə artırır. 
 
Qeydedici cihazlar mürəkkəb olub mexaniki, pnev-
matik, elektrik, universal cihazlara bölünür. 

 
17 
 
Şəkil 14. Qıcıq qeydedici: 
a-xarici görünüşü; b-sxem; c-qıcığın qeydi. 
Mexaniki cihazlar – kimoqraf, mioqraf, kordioqraf 
təcrübə məşğələlərində geniş istifadə edilir. 
 Kimoqrafın üzərində yazı almaq üçün onun 
silindrinin üzəri hislənmiş kağızla örtülür və qeydedici lingin 
lələk qələmi ona toxundurulur. 
 
Şəkil 15. Kimoqraf: 
1-silindr; 2-saat mexanizmi; 3-ox; 4-flüqer; 5-açar. 
 
 Mioqraf 
vasitəsilə izolə (təcrid) edilmiş  əzələ 
təqəllüsləri qeydə alınır. 
 
18
 
Şəkil 16. Mioqraflar: 
I-düz mioqraf sinir əzələ preparatının əzələ təqəllüsünü qeyd edir; II-
künclü mioqraf bütöv qurbağının əzələ təqəllüsünü qeyd edir. 
 
Təcrid edilmiş əzələnin bir ucunu ştativdəki sıxıcıya, 
digər ucunu qarmağa bənd etdikdə  təqəllüs zamanı ling 
hərəkətə gəlir və kimoqrafın üzərində qeydə alınır. 
 
Kardioqraf cihazı vasitəsilə ürək təqəllüsləri qeydə 
alınır. Təcrübə zamanı serfinlə ürəyin zirvəsini tutub 
qaldırdıqda, ürək döyüntülərinə müvafiq olaraq, lingin ucu 
yuxarı  və  aşağı  hərəkət edir və kimoqraf üzərində qeyd 
olunur. 
 
Şəkil 17. Kardioqraf: 1-qeydedici ling; 2-serfin; 3-ştativ. 

 
19 
 
 
Pelotlu kardioqraf insanda ürək döyüntülərinin 
yazısını almaq üçün istifadə olunur.  
 
Şəkil 18. Pelotlu kardioqraf. 
Bu cihaz qayışlar vasitəsilə insanın döş qəfəsinə elə 
yerləşdirilir ki, onun pelotu sol tərəfdə qabırğaarası sahədə 
ürəyin zirvə vurğusu hiss edilən nöqtəyə düşsün. 
Pnevmoqraf döş  qəfəsində  tənəffüs hərəkətlərini 
qeyd etmək üçün istifadə edilir. 
 
Şəkil 19. Pnevmoqraf: 1-rezin kamera; 2-marey kapsulası; 3-vaxt 
qeyd edicisi; 4-sıxıcı; K-kimoqraf. 
 
 
20
 
 
Şəkil 20. Qan təzyiqi qeyd etmək üçün manometr. 
 
 
İnsanda nəbzi qeyd etmək üçün istifadə edilən cihaz 
sfiqmoqraf adlanır. 
 
Şəkil 21. Sfiqmoqraf: p-pelott; F
1
,F
2
-ling; a-hislənmiş kağız;  
s-ling; f-prujin; k-çarx; h-ling. 
 
 
Sfiqmomanometr insanda qan təzyiqini ölçmək 
üçün istifadə edilir. 
 

 
21 
 
 
Şəkil 22. Sfiqmomanometr: 1-manometr; 2-boş manjet; 3-vintli 
klapan; 4-rezin balon; 5-rezin borular. 
 
 
Poliqraf metal qutudan, onun üzərini örtən rezin 
pərdədən, pərdəyə yapışdırılmış qeydedici lingdən və qu-
tunun deşik divarına lehimlənmiş borudan ibarətdir. 
 
 
Şəkil 23.Poliqraf:  
1-Marey kapsulu; 2-qeydedici ling; 3-metal boru. 
 
 
 
22
I FƏSİL 
 
SİNİR-ƏZƏLƏ FİZİOLOGİYASI 
 
 
Sinir, əzələ və vəzi toxumalarının oyanan toxumalar 
adlanmasına səbəb, onların qıcıq təsirindən oyanmasıdır. 
Sinirlər vasitəsilə sinir impulsları əzələyə nəql olunduqda 
o, təqəllüs, vəzi toxuması isə şirə ifraz edir. Əzələ, vəzi və 
sinir toxumalarında gedən maddələr mübadiləsinin 
vəziyyətindən asılı olaraq oyanma qabiliyyətinin intensiv-
liyi dəyişə bilər. Hüceyrə qlafının və ya membranının bəzi 
ionları, xüsusən kalium və natrium ionlarını toxumanın 
sakit və ya fəaliyyət halında seçici keçirmək 
xüsusiyyətindən asılı olaraq toxumanın keçiriciliyi və oy-
anıqlığının səviyyəsi dəyişə bilər. Belə ki, əzələ 
hüceyrəsində oyanıqlıq və keçiricilik sinirlərə nisbətən 
zəif, vəzi hüceyrəsinə nisbətən yüksəkdir. 
 
Əzələnin quruluş  və funksional vahidi əzələ hü-
ceyrəsi və ya lifidir. Əzələ lifi bir neçə millimetrdən bir 
neçə santimetrə  qədər, qalınlığı isə 100 mikrona qədər 
olur. Hər bir lif xaricdən mikroskopik örtük sarkolemma-
dan, hüceyrədaxili mühit sitoplazmadan və bu mühitdə 
olan nüvələrdən (saya əzələdə bir nüvə olur) ibarətdir. Si-
toplazma isə iki tərkib hissədən ibarətdir. 1-ci səthə yaxın 
sarkoplazmadan və dərində olan kinoplazmadan ibarətdir. 
Sitoplazmanın təqəllüs etmək qabiliyyəti yoxdur. Kino-
plazma isə sitoplazmanın təqəllüs qabiliyyətinə malik 
tərkib hissəsi, yəni  əzələ liflərinin təqəllüs aparatıdır. Bu 
aparat isə protofibril və ya miofilament adlanan tellərdən 
ibarətdir. 
 
Diametri 1 mikrona bərabər olan hər miofibrildə 
2500-ə  qədər protofibril olur. Protofibrillər kimyəvi 

 

Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin