Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

143
məhluldan çıxarmamaq  şərti ilə). O vaxta qədər ki, orta 
borudakı qanın rəngi standart borulardakı  məhlulun rəngi 
ilə uyğunlaşsın. Rənglər uyğunlaşan zaman Hb-nin faizini 
və ya miqdarını təyin edirlər. 
 
Şəkil 92. Sali hemometri: 
1-ştativ borular ilə; 2- qanı almaq üçün borulu pipet; 3-distillə 
edilmiş su üçün pipet; 4-qarışdırmaq üçün şüşə çubuq. 
 
 
Rəngin uyğunlaşması 14,0 bölgüsündə baş veribsə, 
deməli, qanda HB-nin miqdarı 140 q/l-dir və ya 14x6=84 
vahiddir.  
 Yaşlı adamların qanında Hb-nin miqdarı 75 – 85 
vahiddir və ya 125 – 140 q/l-dir. 
 Yeni 
doğulmuş  uşaqların qanında Hb-nin miqdarı 
100 – 120 vahid və ya 170 – 200 q/l-dir.  
 Dağ rayonlarında yaşayan yaşlı adamların qanında 
Hb-nin miqdarı yüksək olur. 
 
39 saylı iş. Qanın rəng göstəricisinin hesablanması 
 
144
 
 
Qanda Hb-nin miqdarı ilə eritrositlərin sayı 
arasındakı nisbət rəng göstəricisi adlanır və eritrositlərin 
Hb-in ilə nə dərəcədə doymasını göstərir.  
 
Normada 1ml qanda 167 q/l və ya 167x10
6
 Hbin 
olur.  
 Eritrositlərin nisbi sayını tapmaq üçün 1 ml qanda 
olan eritrositlərin sayını yaşlı adamın eritrositlərinin sayına 
bölür və 100-ə vururlar: 
%
84
0
,
5
100
2
,
4
=

=
E
 
Təcrübədə rəng göstəricisini hesablamaq üçün Hb-nin 
nisbi miqdarını eritrositlərin nisbi sayına bölürlər: 
83
,
0
84
70 =
=
=
E
Hb
RG
 
Yaşlı adamda və  uşaqlarda RG 0,75 – 0,85-ə 
bərabərdir. 
Rəng göstəricisini aşağıdakı düsturla hesablayırlar: 
H
H
E
E
Hb
Hb
J
F
:
.
.
=
 
Hb
H
 hemoqlobinin E
H
-eritrositlərin normal miqdarı. 
Hb və E müvafiq olaraq hemoqlobinin və eritrositlərin 
müayinə olunan qandakı miqdarıdır. Düsturda hemoqlo-
binin normal miqdarı 100%, eritrositlərin normal sayı 
5.000.000 hesab olunur. 
 
Əgər tədqiq olunan qanda hemoqlobinin miqdarı 
90%, eritrositlərin sayı 4.500.000 olmuşsa, düstura əsasən 
tapırıq: 
 Farbe index
1
000
500
4
100
000
000
5
90
.
.
=
=
=
x
x
J
F
 
 Anemiya 
zamanı bu rəqəm qalxıb enə bilər və bu 

 
145
hiper-, hipoxromiya adlanır. 
 Hal-hazırda eritrositdə olan Hb-nin miqarı piko-
qram ilə ölçülür. 1 pikoqram (PQ)=10
-12 
q. Orta hesabla bir 
eritrositdə normada 33,2 PQ Hb-in olur.  
 
40 saylı iş. Hemoqlobinin spektral təyini 
 
 
Hemoqlobin bir çox qazlarla (O
2
, CO
2
, hidrogen 
peroksid, azot oksidi və başqaları) möhkəm olmayan tez 
parçalanan birləşmələr əmələ gətirir. 
 Hemoqlobinin 
əhəmiyyəti onun oksigenlə 
birləşərək orqanizmin oksigenə olan ehtiyacını təmin edir. 
Atmosfer havasındakı oksigen ağciyər alveollarından 
kapilyarlara keçdikdə eritrositlərdəki hemoqlobinlə 
birləşərək oksihemoqlobin (HbO
2
)  əmələ  gətirir, toxuma 
və hüceyrələri oksigenlə təmin edir. Bir molekula Hb dörd 
molekula oksigenlə birləşməyə qadirdir. 1q Hb özünə 1,34 
ml O
2
 birləşdirə bilər. Oksihemoqlobin alqırmızı  rəngdə 
olub, davamsız birləşmədir. Periferik kapilyarlarda O
2
 ay-
rılaraq toxumalara keçir və oksidləşmə proseslərində  işti-
rak edir. Oksigeni itirmiş Hb reduksiya olunmuş Hb ad-
lanır və karbon qazı ilə birləşərək karbohemoqlobini 
(HbCO
2
)  əmələ  gətirir. Karbohemoqlobin ağciyər 
kapilyarlarında parçalanır, karbon qazı (CO
2
) xaric olur. 
Bu cür Hb tünd qırmızı rəngdə olur. 
 Hemoqlobinin 
dəm qazı ilə (CO) birləşməsi kar-
boksihemoqlobin (HbCO) əmələ  gətirir. Hemoqlobin, 
oksigenə nisbətən, dəm qazı ilə daha tez (150 dəfə) birləşir 
və möhkəm olur. Atmofser havasında dəm qazının miqdarı 
0,07% olduqda hemoqlobinin 50%-i karboksihemoqlobinə 
çevrilir.  
  
Karboksihemoqlobinin  parçalanması oksihemo-
 
146
qlobinə nisbətən 300 dəfə  zəif olur. Dəm qazı ilə 
zəhərlənmiş şəxsə ilk yardım təmiz havaya çıxmaqdır. 
Bəzi duzlarla, məsələn, kalium, xlor, kalium per-
manqanat, qırmızı qan duzu, bertole duzu və s. 
oksidləşdiricilərlə  zəhərləndikdə Hb-nin yeni törəməsi 
methemoqlobin (HbOH) əmələ gəlir. Belə qanın rəngi tünd 
şokalad rəngində olur. Bu birləşmədə hemoqlobinin 
tərkibində olan ikivalentli dəmir üçvalentli dəmirə çevrilir və 
möhkəm, parçalanmayan sabit birləşmə əmələ gətirir. Qanda 
methomoqlobinin toplanması ölümə səbəb olur. 
Hemoqlobin və onun birləşmələrinin hər biri özünə 
məxsus işığı udma spektrinə malikdir. 
Klinikada və tibbi eksperitizada hemoqlobinin 
spektral təhlili böyük əhəmiyyətə malikdir. Bu zaman 
qanın tərkibində olan bu və ya digər piqmentlərin varlığı 
aşkar edilir.  
Spektral analiz spektroskop cihazı ilə aparılır (şəkil 93). 
 
Şəkil 93. 1-spektroskop; 2-ştativ; 3-sınaq şüşəsi; 
4-işıq mənbəyi. 
 
Lazım olan material və avadanlıqlar: 
spektroskop, defibrinə olunmuş qan, işıq mənbəyi,  ştativ, 

 
147
sınaq  şüşələri, qırmızı qan duzunun doymuş  məhlulu, 
Stoks məhlulu, natrium hiposulfit kristalları, ammonium 
sulfit kristalları,  şüşə çubuqları, küvet, (Stoks məhlulu 
hazırlamaq üçün 1 hissə  dəmir kuporosu, 2 hissə tartarat 
turşusu, 15 hissə distillə olunmuş suda həll edilir (ana 
məhlul)).  İstifadə üçün bu məhlulun üzərinə yaşıl rəng 
alınana qədər ammonyak əlavə edilir. 
İşin gedişi: Spektroskopda adi işığın spektrini 
müşahidə edib, küvetə 100 – 200 dəfə durulaşdırılmış di-
fibrinə qan töküb spektroskopla işıq mənbəyi arasında 
yerləşdirilir. 
a) Oksihemoqlobinin (HbO
2
) spektral təhlili. 
Spektroskopa təxminən baxıb ağ spektr rəngini 
çəkmək lazımdır. Xüsusi sınaq borusuna bir damla 
defibrinə olunmuş qan əlavə edib, 3 – 4 ml distillə olun-
muş su ilə durulaşdırdıqdan sonra onu işıq mənbəyi ilə 
spektroskop arasında yerləşdirib qanı duzlaşdırdıqca spek-
tri izləyirlər. Spektrin yaşıl-sarı hissəsində 2 qara zolaq 
görünməyə başlayacaqdır. Durulaşdırmanı davam etdikdə 
isə həmin zolaqlar itməyə başlayacaq. 
 
 
148
Şəkil 94. Hemoqlobin və onun birləşmələrinin spektrləri: 
1-işıq spektri; 2-oksi hemoqlobin; 3-reduksiya olunmuş  
hemoqlobin; 4-methemoqlobin; 5-karboksihemoqlobin. 
 
 b) 
Bərpa olunmuş hemoqlobinin spektral təhlili
Bərpa olunmuş Hb-ni almaq üçün oksihemoqlobin məh-
luluna bərpaedici maddələrdən (ammonium sulfat, hipo-
sulfit natrium, Stoks məhlulu və s.) bir neçə damla və ya 
kristal əlavə olunur 3 – 4 dəqiqədən sonra spektrin yaşıl-
sarı hissəsində enli bir zolaq əmələ  gəlir. Bu zaman 
məhlulun rəngi açıq-qırmızı  rəngdən göyümtül-qırmızı 
rəngə çevrilir. 
 
c) Methemoqlobinin (Met Hb, HbOH) spektral 
təhlili. Difibrinə olunmuş qanı beş dəfə distillə su ilə duru-
laşdırıb, üzərinə bir neçə damcı  qırmızı qan duzu əlavə 
edib qarışdırırlar. Bu zaman məhlulun rəngi tünd-qırmızı 
rəngə çevrilir. Spektrdə üç zolaq: bir qımızı hissədə, biri 
qırmızı-narıncı  sərhəddə, digəri isə yaşıl-sarı hissədə 
əmələ gəlir. 
 
d) Karboksihemoqlobinin (HbCO) spektral 
təhlili. Karboksihemoqlobin almaq üçün difbrinə olunmuş 
qandan dəm qazı keçirilir. Dəm qazını almaq üçün sulfat 
turşusunun qarışqa turşusuna təsiri lazımdır. Karboksi-
hemoqlobinin spektrdə  qırmızı-narıncı  sərhəddə görünən 
iki zolaqdan ibarətdir və bu zolaqlar bir qədər bənövşəyi 
uca yaxın yerləşir, həmçinin bərpaedici maddələrin 
təsirindən itmir.  
 
41 saylı iş. Fotoelektrokalorimetrin köməyilə hemoqlo-
binin miqdarının təyini (ekspres metod) 
  
Fotoelektrokalorimetr gərginlik stabilizato-rundan, 

 
149
əqrəbli qalvanometrdən, durulaşdırılmış  və hemoliz olun-
muş qanla sınaq üçün küvet və potensimetrdən ibarətdir. 
 Fotoelektrokalorimetrin 
iş prinsipi.  Əgər hemo-
qlobin olan məhlul işıq mənbəyi ilə fotoelement arasında 
yerləşdirilsə, onda fotoelementinə  işıqlanma dərəcəsi 
məhluldakı hemoqlobinin miqdarından asılı olacaqdır. 
Beləliklə, məhlulda Hb-in miqdarı nə qədər çox olarsa, o 
qədər də müəyyən uzunluqlu işıq  şüaları fotoelementə az 
oyanma qalvanometrin əqrəbini bölgülü şkala üzərində 
hərəkət etdirir ki, bu da qanda Hb-nin nisbi miqdarını %-lə 
təyin etməyə imkan verir (şəkil 95). 
 
Şəkil 95. Fotoelektrokalorimetrin öndən görünüşü: 
1-stabilizator; 2-qalvonometr; 3-küvet; 4-potensiometr. 
 
 Lazım olan material və avadanlıqlar: Fotoelek-
trokalorimetr, filtr kağızı, skarifokator, 3,5% NaCl, efir, 
yod, spirt, pambıq. 
 
İşin gedişi: Hemoqlobinin miqdarını  təyin etmək 
üçün adi üsulla barmaqdan Sali pipetkası ilə qan alıb, sı-
naq  şüşəsindəki 4ml 1%-li məhlul ilə qarışdırılır. Həmin 
 
150
sınaq şüşəsi ilə 0,1ml 3%-li məhluldan əlavə edilir; qarışıq 
küvetə tökülür. Bir-iki dəqiqə sonra hemoliz müşahidə 
edilir. Qalvonometr stabilizator ilə  əlaqələndirilir və  işıq 
mənbəyinə qoşulur. Sonra cihazın paneldəki dəstəyi fır-
latmaqla Hb təyin edilir.  
 Qalvonometrin 
əqrəbinin tutduğu vəziyyəti qeyd 
edərək, qanda Hb-in nisbi miqdarı müəyyən edilir.  
42 saylı iş. Ağ qan cisimciklərinin (leykositlərin) sayıl-
ması və leykoformula 
 
 
Ağ qan hüceyrələri – leykositlər – orqanizmin əsas 
müdafiə vasitələri hesab olunurlar. Onlar orqanizmə düşən 
mikrob və yad cisimcikləri tutub udmaq qabiliyyətinə 
malikdirlər (foqositoz), immun cisimciklər yaradırlar və 
zülal tərkibli zəhərli maddələrin parçalanmasında iştirak 
edirlər. 
 Sağlam orta yaşlı şəxslərin 1 mm
3
 qanında 6 – 8 min 
leykosit (leukos yunanca ağ deməkdir) olur. Yeni doğulmuş 
uşaqların qanında 25 – 30 min, bir yaşında uşaqların qanında 
11000 olur. Beş günə  qədər qanda neytrofillər, 5 gündən 5 
yaşına qədər isə limfositlər əsas yer tutur.  
 Müxtəlif heyvanların qanında leykositlərin miqdarı 
müxtəlifdir: atda 7 – 11 min, inəkdə 8 – 9 min, keçidə 11 – 
14 min, donuzda 7 – 12 min, dovşanda 6 – 8 min, quşlarda 
20 – 50 min olur. 
Leykositlər iki qrupa bölünür: 1. dənəlilər 
(qranulisitlər); 2. dənəsizlər (aqranulositlər). 
Cədvəl 6 
Sağlam yaşlı adamın leykoformulası (%-lə) 
Qranulositlər Aqronulositlər 
b
a
z
e
o
z
i
Neytrofillər 
l
i
m
m
on
osit
l

 
151
mielositl
ər 
metamielo
s
it 
çubuq 
nüv
əli 
seqment 
nüv
əli 
0-1,0 0,5-5,0 0 0-1,0 
1,0-6,0 
47-72 19-37 3-11 
 
 
Yaranmasına və formasına görə leykositlər bir-
birindən fərqlənirlər. Dənəvər leykositlər sümük iliyində 
yaranırlar. Bəzi fizioloji vəziyyətlərdə (əzələ işi zamanı 18 
minə, tələbələrdə imtahan zaman 11 minə  qədər) 
leykositlərin miqdarı arta bilər. Leykositoz iltihab 
prosesinin ən vacib göstəricisi kimi diaqnostik əhəmiyyətə 
malikdir (appendisit, angina və s.). 
 Leykositləri də eritrositlər kimi həm say kamerası 
ilə, həm də sillaskopla avtomatik saymaq mümkündür. 
 Leykositləri saymaq üçün melanjerdən istifadə 
edirlər (şəkil 88, 89, 90). Durulaşdırıcı  məhlul kimi 
metilen abısı ilə boyanmış 3%-li sirkə turşusundan istifadə 
olunur (Türk məhlulu). Sirkə turşusu eritrositləri hemolizə 
uğratdığına və metilen abısı leykositlərin nüvəsini 
boyadığına görə leykositləri saymaq mümkün olur. 
 
Lazım olan material və avadanlıqlar: mikroskop 
(oknulyar 15), say kamerası, leykositləri saymaq üçün 
melanjer, skarifikator, cilalama şüşəsi, 3%-li çirkə turşusu 
məhlulu, spirt, yod, efir, pambıq. 
İşin gedişi: Barmaqdan alınan qanı melanjerin 0,5 
bölgüsünədək çəkir və bunun üzərinə 11 bölgüsünədək 
Türk məhlulu tökülər. Bu qarışığı çalxalayıb ilk damcısını 
kənara atdıqdan sonra ikinci damcı örtük şüşə ilə örtülmüş 
Qoryayev say kamerası üzərinə damızdırılır. Leykositlərin 
miqdarı az olduğundan, onları say torunun 25 böyük 
kvadratında sayırlar. Hər bir böyük kvadratda 16 kiçik 
 
152
kvadrat və  hər bir kiçik kvadratın həcmi 1/4000 mm
3
 
olduğunu nəzərə alsaq, leykositlərin 1 mm
3
 qandakı 
ümumi sayını aşağıdakı düsturla hesablamaq olar: 
16
25
20
4000



=
x
L
 və ya 
200

x
L
 
L – 1 mm
3
 qanda leykositlərin sayı; 
X – sayılmış leykositlərin miqdarı; 
1/4000  kiçik kvadratın həcmi; 
(25
⋅16)  kiçik kvadratın sayı; 
20  qanın qarışığı və ya durulaşması. 
 
Tutaq ki, tələbənin 1mm
3
 qanında 400 kiçik kvad-
ratda lekositlərin sayı 30 – 40-a bərabərdir. Onda 
leykositlərin sayı x=30-40. L=40·200=8000-ə bərabər olur. 
 
 
43 saylı iş. Trombositlərin sayılması 
 
Trombositlər (thrombos yunanca-laxta deməkdir), və 
ya qan lövhəcikləri, qanın formalı elementi olub, qanın lax-
talanmasında böyük rol oynayır. Sağlam yaşlı şəxsin 1 mm
3
 
qanında 200 – 400 min trombosit olur. 
 Trombositlərin miqdarının azalması (trombopeniya) 
qanın laxtalanması prosesinin zəifləməsinə  səbəb olur. 
Trombositlərin miqdarı normadan artıq olduqda isə (trom-
sitoz) qanın laxtalanması sürətlənir.  
 Lazım olan material və avadanlıqlar: mikroskop, 
Qoryayev say kamerası, melanjer (eritrositlər üçün), duru-
laşdırıcı məhlul, skarifikator, spirt, efir, yod, pambıq. Du-
rulaşdırıcı  məhlulu hazırlamaq üçün 100 ml distillə olun-
muş suya 3,8 q natrium sitrat duzu, 0,57 q natrium xlorid 
duzu, 0,15 q metilen abısı töküb qarışığı qaynadırlar. 
Sonra qarışıq soyudulur, süzülür və üzərinə 2 – 3 damcı 

 
153
formalin əlavə edilir. 
 
İşin gedişi: Barmaqdan qanı melanjerin 0,5 böl-
güsünə  qədər çəkib və 101 bölgüsünədək durulaşdırıcı 
məhlulu çəkirik. Melanjeri I və III barmaqlar arasında sıx-
araq möhkəm çalxalayırlar. Trombositlərin yaxşı bo-
yanması üçün melanjer 10 – 15 dəqiqə  hərəkətsiz sax-
lanılır. Sonra melanjerdəki qarışıq təkrar çalxalanır və 
qarışığın 2 – 3 damcısı  kənara atılır, sonrakı damla isə 
örtük  şüşəsi ilə örtülmüş say kamerasının üzərinə damız-
dırılır. Eritrositlərin arasında bərabər səpələnmiş 
trombositlər mavi rəngə boyanmış  şəkildə görünür. 
Trombositlər 25 böyük kvadratda sayılır. 1 mm
3
 qanda 
trombositləri saymaq üçün aşağıdakı düsturdan istifadə 
edilir: 
16
25
200
4000



=
x
T
 və ya 
2000

x
T
 
 
T – 1 mm
3
 qanda trombositlərin sayı; 
 
X – 25 böyük kvadratdakı trombositlərin sayı; 
 1/4000 
 kiçik kvadratın həcmi, 
 200 
– 
durulaşdırma dərəcəsi. 
 
Tutaq ki, 400 kiçik kvadratda sayılan trombositlərin 
sayı 100 – 200 arasında dəyişir. Deməli, x=100,200.   x-in 
qiymətini düsturda yerinə qoyub trombositlərin sayının 200 
min və ya 400 min olduğunu tapırıq. 
 
 
44 saylı iş. Qanın laxtalanma müddətinin təyini 
 
 Qanın laxtalanması orqanizmin müdafiə 
vasitələrindən olub, həyat üçün təhlükəli olan qanitirmənin 
qarşısını almaqla böyük rol oynayır. 
Qanın laxtalanması bioloji, fermentativ proseslərlə 
 
154
əlaqədardır. 
 Qan 
damarı zəiflədikdə və ya kəsildikdə damardan 
axan qan bir neçə dəqiqədən sonra laxtalanır. Əmələ gələn 
laxta kəsilmiş yeri tutaraq qanaxamanın qarşısını alır. 
 Müxtəlif heyvanlarda qan müxtəlif vaxtlarda laxta-
lanır:  ən tez quşların,  ən gec isə soyuqqanlı heyvanların 
qanı laxtalanır. İnsanın qanı normada 4 – 6 dəqiqəyə laxta-
lanır. 
 Müasir 
məlumata görə qanın laxtalanmasının 
əsasını plazmada olan fibrinogen zülalının fiziki və 
kimyəvi xassələrinin dəyişilməsi təşkil edir. 
 Plazmadakı laxtalanma amilləri bunlardır: I – fi-
brinogen; II – protrombin; III – tromboplastin; IV – kal-
sium ionları; V-proakselerin; VI – akselerin; VII – 
prokonvertin, VIII – antihimofil A qlobulin; IX – anti-
hemofil B qlobulin; X-trombotropin; XI – tromboplastinə 
başlanğıc olan qlobulin; XII – Hageman amili. 
 Plazma 
amillərindən başqa qanın laxtalanmasında 
digər amillər də  iştirak edir ki, bunlar trombositlərin və 
toxumaların zədələnməsi zamanı meydana çıxır. 
 Laxtalanmanın ilk mərhələsi qan və toxuma trom-
boplastininin  əmələ  gəlməsidir. Cərəyan edən qanda 
adətən tromboplastin olmur. Lakin tromosit parçalandıqda, 
ondan ayrılan amilin V,VIII, IX, X, XI, XII amillərlə  və 
kalsium ionları ilə qarşılıqlı  təsiri nəticəsində trom-
boplastin əmələ gəlir. Toxuma tromboplastini isə, toxuma 
şirəsinin V, VII, X amillərlə  və kalsium ionları  və qar-
şılıqlı təsiri nəticəsində yaranır. 
 II 
mərhələ VI, X amillərin və kalsium ionlarının 
iştirakı ilə tromboplastinin təsirindən protrombinin 
trombinə çevrilməsindən ibarət olur. 
 III 
mərhələdə isə qan lövhəciklərindəki iki amilin 

 
155
və kalsium ionlarının iştirakı ilə trombin plazmadakı 
fibrinogenə təsir göstərib, onu həll olmayan hala – fibrinə 
çevrir, yəni qan laxtası (tromb) əmələ gəlir. Yuxarıda ad-
ları  çəkilən amillərdən hər hansı biri çatışmadıqda qanın 
laxtalanma qabiliyyəti itmiş olur.  
 Qanın laxtalanması, qanın plazmasında həll olmuş 
fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsi 
ilə əlaqədardır.  
Fibrinogenin fibrinə çevrilməsinə  təsir göstərən 
amillərin bir hissəsi plazmada, digər hissəsi qan 
hüceyrələrində yerləşir. 
Beləliklə, məlum olmuşdur ki, qanın laxtalanması 
zamanı trombositlər, leykositlər və eritrositlərdə trom-
boplastin adlı ferment var. Qanın damarı  zədələndikdə 
digər qan hüceyrələrinə nisbətən daha incə  və  zərif 
trombositlər hamar olmayan kəsilmiş qan damarının di-
varına toxunduqda və eləcə də hamar olmayan səthdə axıt-
dıqda partlayırlar. Trombositlərdən ayrılan tromoplastin 
plazmaya qarışır, plazmada olan qeyri-fəal protrombin fəal 
trombinə çevrilir. Bu çevrilmədə CaCl
2
 duzlarının da 
əhəmiyyəti böyükdür. Əmələ  gələn trombin fibrinogenə 
təsir edərək onu fibrin tellərinə çevrilir. Fibrin tellərinin 
üzərinə qanın formalı elementləri toplanaraq qan laxta-
lanmağa başlayır. 
Laxtalanmış qanın duru hissəsinə  zərdab deyilir. 
Fibrini çıxarılmış qana defibrinə edilmiş qan deyilir. 
Qanda CaCl
2
 duzlarının natrium sistrat məhlulu ilə 
çökdürülməsi zamanı qan laxtalanmır; bu cür qan 
dekalsinə olunmuş qan adlanır. 
Müalicə vasitə kimi xəstələrə defbrinə  və ya 
dekalsinə olunmuş qanı köçürmək olar. 
Müxtəlif amillər qanın laxtalanmasına təsir edə 
 
156
bilər: 
Yüksək hərarət qanın laxtalanmasını sürətləndirir, 
aşağı hərarət isə ləngidir. 
Qara ciyər və ağ ciyərlərdə sintez olunan heparin, ağız 
suyundakı hirudin qanın laxtalanmasının qarşısını alır. 
«K» vitamini laxtalanmanı sürətləndirir. 
Lazım olan material və avadanlıqlar: su hamamı, 
su termometiri, Sali pipetkası, skarifikator, üzərinə parafin 
çəkilmiş saat şüşəsi, ucu qarmaqşəkilli  şüşə çubuq və ya 
metal qarmaq, vazilin yağı, distillə su, spirt, yod, efir, 
pambıq, saniyəölçən. 
İşin gedişi:  
a. Miloni üsulu qanın laxtalanma müddəti qan 
damlası deformasiyasının kəsilməsinə əsaslanır. 
Qan damcısının qurumasının qarşısını almaq üçün 
yüksək nəmliyə malik kameradan istifadə edilir. Kamera 
daxilində yerləşmiş, isladılmış  tənzifin üzərinə 6 ədəd 
təmiz əşya şüşəsi qoyulur. Hər bir şüşə üzərinə barmaqdan 
bir damla qan damızdırılır. Altı damla qan 20 – 30 saniyə 
ərzində götürülməlidir. Qan damcısı olan əşya  şüşələri 
Petri kasası ilə örtülür.  
2 dəqiqədən sonra 1-ci şüşəni, 4 dəqiqədən sonra 2-
ci, 6 dəqiqədən sonra 3-cü, 8 dəqiqədən sonra 4-cü və s. 
götürüb  əyməklə damcının deformasiyası izlənilir. 
Hansında damcı öz formasını  dəyişmirsə  həmin an laxta-
lanmanı göstərir. 
b. Masa və Maqro üsulu. Əvvəlcə parafinləşmiş 
saat  şüşəsi üzərinə bir damcı vazilen yağı damızdırılır. 
Kapilyar pipetlə vazilen yağını çəkib geri üfürməklə onun 
daxili səthi hamar vəziyyətə  gətirilir. Sonra barmaqdan 
xaric olan qanı kapilyar pipetə  çəkir və saat şüşəsi 
üzərindəki vazilen yağı damcısı içərisinə üfürülür. 

 
157
Nəhayət, qanı kapilyar pipetə  çəkmək mümkün olmur ki, 
bu an qanın laxtalandığını göstərir. Bu üsulla qanın laxta-
lanma müdəti 15 – 20
0
C hərarəti olan otaqda 8 – 12 
dəqiqəyə bərabər olur. 
c. Li və Uayt üsulu. Barmaqdan xaric olan qan 
damlası əşya şüşəsi üzərinə yerləşdirilir. Hər 10 saniyədən 
bir  əşya  şüşəsini  əyməklə qan damlasının axmasına fikir 
verilir.  Şüşəni  əyərkən qan damlasının formasının 
dəyişmədiyi an qanın laxtalanmasının başlanğıcını gös-
tərir. 
Müxtəlif amillərin qanın laxtalanmasına təsirini 
öyrənmək üçün heyvanlar üzərində  təcrübə aparılır. Bu 
məqsədlə dovşan, pişik və ya itin məlum olan üsulla yuxu 
arteriyasına kanyulə keçirilir və ya şpris vasitəsilə qan 
alınır, sınaq borusuna tökülür. Qanın hərarətini saxlamaq 
üçün onun 37
0
C su hamamında yerləşdirirlər.  
Sitrat məhlulu ilə qarışdırılmış qan laxtalanmır; 
fizioloji məhlul ilə qarışdırılmış qan bir müddətdən sonra 
laxtalanır. 
Laxtalanma zamanı fibrin tellərini müşahidə etmək 
üçün kimyəvi stəkana alınmış qanı süpürgə çöpləri ilə 
qarışdırdıqda qan tez laxtalanır və fibrin telləri süpürgə 
çöplərinə ilişir; süpürgə çöplərini axar su altında sax-
ladıqda fibrin telləri formalı elementlərdən təmizləndikləri 
üçün şəffaf telləri aydın görünür. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin