Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova


Şəkil 111. İkikanallı elektrokardioqraf



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   ...   9   10   11   12   13   14   15   16   17

191
Şəkil 111. İkikanallı elektrokardioqraf: 1-kontrol lampa;  
2-ventilyatoru işə salmaq üçün dəstək; 3-«kalibr» və «iş» rejiminə 
keçmək üçün dəstək; 4-aparmaları dəyişdirmək üçün dəstək;  
5-kağız lenti hərəkətə gətirmək üçün dəstək. 
 
Şəkil 112. A – Elektrokardioqramma;  
B – insan elektrokardioqrammasının üç standart aparmaları. 
 
Cihazı elektrik şəbəkəsinə qoşub, kontrol lampa 
yandıqdan sonra dərhal ventilyator işə salınır. Aparatı 
kalibr rejiminə keçirərək cərəyan mənbəyindən gələn 
müəyyən qüvvəyə malik (1mv) potensialın yazısı birinci 
aparmada alınır. Sonra isə cihazı  iş rejiminə keçirərək 
müayinə olunan tələbənin tam sakit vəziyyətində müxtəlif 
aparmalarda elektrokardioqramması yazılır (şəkil 112). 
Yazı almaq üçün lenti hərəkətə  gətirən dəstək sağa 
keçirilərək 50 və ya 25 rəqəmi üzərinə qoyulur.  
Elektrokardioqrammada ürəyin hər döyünməsinə 
müvafiq gələn P, Q, R, S və T olmaqla (şəkil 113) beş 
dişcikdən ibarət əyrilər kompleksi qeydə alınır. 
P dişciyi qulaqcıqların,  Q R S T dişcikləri isə 
 
192
mədəciklərin oyanmasının elektrik göstəriciləridir. Hər bir 
elektrokardioqrammada bir qayda olaraq dişciklərin ( P, R, 
T) amplitudası və davametmə müddəti (P Q, Q R S, S T, 
R-R) müəyyən edilir. 
 
Şəkil 113. Elektrokardioqramma (EKQ). 
 
Sağlam ürəyin elektrokardioqrammasında diş-
ciklərin amplitudası – P=0,5-0,3 mv; R=0,6-1,6 mv; 
T=0,25-0,5 mv-a, davam etmə müddətləri isə PQ=0,12-
0,18; QRS=0,07-0,09; ST=0,1-0,16; R-R=0,72-0,8 
mm/san. bərabər olur. 
Elektrokardioqrammanın millimetrlərə bölünmüş 
lentdə  hərəkət sürəti 25 mm/san. olduqda, dişciyin 
amplitudasını  hər bir bölgünü 0,1mV davametmə müd-
dətini isə 0,04 mm/san. götürməklə hesablamaq olar. 
Hər dəqiqə ürək döyünmələrinin (EKQ-yə görə) 
sayını hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:  
R
R
T
W

=
 , 
W-bir dəqiqədə ürək döyünmələrinin sayı; 
T- 60 saniyə; 
R-R – dişiciklərin davametmə müddəti. 
 
Əgər R-R intervalı 0,75 olarsa, onda müqayisə 

 
193
olunan tələbədə nəbzin sayı 
80
75
,
0
60 =
=
W
 olacaq. 
Adətən elektrokardioqrammada amplitudasına görə 
ən böyük dişciklər ikinci aparmada, ən kiçik dişciklər isə 
üçüncü aparmada alınır. İkinci aparmada dişciklərin böyük 
olması ürəyin boylama və elektkrik oxuna, yəni elektrik 
cərəyanlarının daha yaxşı nəql olunduğu istiqamətə uyğun 
olmasıdır. 
 
 
53 saylı iş. Ürək tonlarına qulaq asılma 
 
 Ürək fəaliyyətdə olduğu zaman mexaniki, elektrik 
və  səs təzahürləri meydana çıxır ki, bunlara ürəyin xarici 
əlamətləri deyilir. Mədəciklərin təqəllüsü və qapaqların 
ötürülməsi ilə  əlaqədar olan səslər ürək tonları  adlanır. 
Bunlar ürək xəstəliklərinin diaqnostikasında mühüm 
əhəmiyyətə malikdir. Ürəyin birinci (I) və ikinci (II) tonu 
ayırd edilir. Birinci ton mədəciklərin sistolasında mədəcik 
əzələlərinin təqəllüsü və taylı qapaqların örtülməsi zamanı, 
ikinci ton isə mədəciklərin diastolasında aypara qapaqların 
örtülməsi zamanı  əmələ  gəlir. Bəzən birinci tona sistolik 
və ya əzələ tonu, ikinci tona isə diastolik və ya qapaq tonu 
deyilir. Birinci ton uzun, küt və alçaqdan, ikinci ton isə 
qısa, zil və yüksəkdən eşidilir. 
 Ürək tonlarına stetoskop və ya fonendoskop vasitəsi 
ilə qulaq asılır. 
 Lazım olan material və avadanlıqlar: 
fonendoskop, pambıq, spirt və tələbə. 
 
İşin gedişi: Tələbə yarımçılpaq vəziyyətdə stulda 
oturur və ya taxtda uzanır. 
 Müayinə edən  şəxs birinci tona qulaq asmaq üçün 
 
194
fonendoskopun kapsulu döş  qəfəsində zirvə vurğusu 
nöqtəsinə – beşinci qabırğaarası sahədə sol məmə 
xəttindən 0,5-1 sm içəriyə toxundurmaqla sol mədəcyin və 
ikitaylı qapağın  əmələ  gətirdiyi səsə, sonra isə döş 
sümüyünün xəncərəbənzər çıxıntısı  əsasında isə sağ 
mədəciyin və üçtaylı qapağın  əmələ  gətirdiyi səsə qulaq 
asır. Daha sonra ikinci tona qulaq asmaq üçün 
fonendoskopu ikinci qabırğarası sahədə döş sümüyünün 
sağ  kənarı yanına toxundurmaqla aorta aypara 
qapaqlarının, sol kənarı yanında isə  ağciyər arteriyası 
aypara qapaqlarının əmələ gətirdiyi səsə qulaq asır. 
 
Normada sakit vəziyyətdə tonların xüsusiyyətlərinə 
diqqət yetirdikdən sonra tələbə bir neçə  dəfə oturub 
qalxdıqdan sonra tonlara yenidən qulaq asılır. Fiziki iş 
ürək fəaliyyətinin tezləşməsinə  və tonların qüv-
vətlənməsinə səbəb olur. 
 

 
195
V FƏSİL 
 
QANIN DAMARLARDA HƏRƏKƏTİ 
 
 Qanın damarlarla hərəkəti hemodinamika 
qanunlarına  əsaslanır. Qanın hərəkəti canlı orqanizmin 
mürəkkəb bioloji şəraitində gedən fiziki qanunlar olub, 
xüsusi əhəmiyyət kəsb edir. 
 
Hidrodinamika qanununa görə boruda mayenin 
hərəkəti 2 qüvvədən: borunun əvvəlində  və sonunda 
təzyiqlər fərqindən və mayenin öz yapışqanlılığı  və 
sürtülməsi nəticəsində əmələ gələn müqavimətdən asılıdır. 
Təzyiqlər fərqi mayenin hərəkətini təmin edirsə, hidrovlik 
müqavimət ona maneçilik edir. Təzyiqlər fərqinin 
müqavimətə olan nisbəti maye axınının həcm sürətini 
təyin edir. Maye axınında müqavimət çoxaldıqca 
yapışqanlıq da artır. Qan axını sinir və humoral amillər 
vasitəsilə tənzimlənir. Qanın damralarda fasiləsiz cərəyan 
etməsinə arteriya damarlarının elastik olmasıdır. Damar 
yatağının reseptorlarını  qıcıqlandırdıqda qan dövranında 
reflektor dəyişkənliklər baş verir. Belə hadisələr daxili 
orqanların xemo- və mexanoresep-torlarına və elecədə 
xarici mühitin ekstroreseptorlarına qıcıqların təsiri 
nəticəsində baş verə bilər. 
 Damar 
yataqlarının funksiyalarının tədqiq üsulları 
müxtəlifdir. 
 
 
54 saylı iş. Kapilyar qan dövranının müşahidəsi 
 
 Qan 
damarları arteriya, arteriol, vena, venula və 
kapilyarlara ayrılırlar. Kapilyarlar ən geniş qan damar 
 
196
yatağını əmələ gətirir. 
 Kapilyar 
arteriyaların ümumi diametrinə nisbətən 
800 – 1000 dəfə, venaların ümumi diametrinə nisbətən 400 
– 500 dəfə böyük olur. 
 
 
Şəkil 114. Harveya görə qan dövranının sxemi. 
 
 
Qan, qan damarları ilə axdığı zaman kapilyarlardan 
keçdikcə üzərinə düşən vəzifələri yerinə yetirir. Bu 
vəzifələrdən  ən  əhəmiyyətlisi qanın qazlar və maddələr 
mübadiləsi vəzifəsidir. Qan kapilyarlardan axdıqda onların 
divarlarından hüceyrələr üçün zəruri oksigen, qidalar və 
başqa maddələr hüceyrələrin arasından sızılır, mübadilə 
zamanı  əmələ  gələn karbon qazı (CO
2
) və  işlənmiş 
hüceyrəarası mayenin bir qismi venalara diffuz edir. Bu 

 
197
zaman arterial qan venoz qana çevrilir. 
 
Kapilyar damarlar yığılma və genəlmə qabiliyyətinə 
malikdirlər. Kapilyarlarda qanın axma sürəti başqa 
damarlara nisbətən çox azdır. Arteriyalarda qanın axma 
sürəti 400 – 500 mm/san., venalarda 200 – 250 mm/san., 
kapilyarlara axan qanın sürəti 0,5 mm/san. olur. 
 Qanın qan damarları ilə fasiləsiz axmasını 
müşahidə etmək qurbağanın üzgəcində, dilində  və 
müsariqəsində qanın hərəkətini göstərmək olar. 
 Lazım olan material və avadanlıqlar: qurbağa, 
dəliyi olan mantar lövhə, saniyəölçən, mikroskop, qayçı, 
pinset, sancaqlar, fizioloji və ya Ringer məhlulu, pipet, 
pambıq, 10%-li etil spirtli məhlul. 
 
 
Şəkil 115. Qurbağada kapilyar qan dövranının öyrənilmə sxemi
1-mezenterin; 2- dil; 3-üzmə pərdəsi; 4-ağciyər. 
 
İşin gedişi:  
a) Qurbağanın üzmə  pərdəsində qanın qan 
damarlarında hərəkətinin müşahidəsi. 
 
198
Hərəkətsizləşdirilmiş qurbağa qarnı üstə mantar lövhəyə 
bərkidilir. Arxa ətraflardan biri mantar lövhədəki dəliyə 
qədər uzadılır, kənar barmaqları bir-birindən 
uzaqlaşdırmaqla üzmə pərdə dartılır. 
Qeyd etmək lazımdır ki, üzmə  pərdəsini həddən 
artıq gərginləşdirmək olmaz. Əlavə 2 – 3 sancaqla pəncə 
dəliyə  bərkidilir. Sancaqların sərbəst uclarını arxa tərəfə 
dartmaq lazımdır ki, mikroskopun hərəkətinə mane 
olmasın. Mantar lövhəyə 
bərkidilmiş qurbağa 
mikroskopun masası üzərində elə yerləşdirilməlidir ki, 
mantar lövhənin dəliyi mikroskopun obyektinin altında 
dursun. 
 
Şəkil 116. Qan dövranının müşahidəsi: 
A-qurbğanın gərilmiş üzmə pərdəsi; B-mikroskop altında qurbağanın 
üzmə pərdəsində xırda damarlar. 
 
 Mikroskop 
altında qanın axını istiqamətdə 
arteriyaların  şaxələndiyi, kiçik venaların isə böyük 
venalara birləşdiyi sahələrə diqqət yeterilir, onlar bir-
birindən fərqləndirilir. Sonra mikroskopun böyük 
böyüdücüsü altında üzmə 
pərdəsinin kiçik 
kapilyarlarından formalı elementlərin hərəkəti müşahidə 

 
199
edilir. Mikroskopun adi okulyarı, okulyar-mikrometrlə 
əvəz edilir. Onun köməyilə görüş dairəsinə kapilyarın 
uzunluğu və diametri ölçülür. Gözlə  həmin kapilyar 
mənfəzindən keçən bir eritrosit fiksə olunaraq, 
saniyəölçənin köməyilə kapilyarın ölçülən sahəsindən 
onun keçmə müddəti təyin edilir, yəni kapilyarda qan 
hərəkətinin xətti sürəti müəyyən edilir. 
 b) 
Qurbağanın dilində qanın qan damarlarında 
hərəkətinin müşahidəsi.  Hərəkətsizləşdirilmiş qurbağa 
qarnı üstə mantar lövhəyə birləşdirilir. Anatomik pinsetlə 
dili ağızdan xaricə dartıb, mantar lövhənin dəliyi üzərində 
bərkidilir. Sancaqları mümkün qədər dilin kənarlarından 
keçirib bərkitmək lazımdır. Mikroskop altında dildə qan 
dövranı müşahidə edilir. Mikroskopun görmə sahəsində 
müxtəlif damarlarla axan qan aydın görünür. 
 
 
Şəkil 117. Mikroskop altında müsaqirədə xırda damarlar. 
 
 
c) Müsaqirədə qan dövranının müşahidəsi. 
Hərəkətsizləşdirilmiş qurbağanı arxası üstə mantar 
lövhəyə bərkidirlər. Qarın nahiyəsini orta xəttdən bir qədər 
 
200
aralı qayçı ilə 2 sm uzunluğunda kəsib, qarın boşluğuna 
dəlik açırlar. Həmin dəlikdən anatomik pinsetlə bağırsaq 
ilgəyi dartıb xaricə çıxarılır və Ringer məhlulu ilə isladılır, 
onun müsaqirəsi isə mantar lövhə üzərindəki dəliyə 
bərkidilir. Mikposkopun görmə sahəsində əvvəlcə arterial, 
venoz və kapilyar damarları axtarmaq, sonra isə 
damarlarla axan qanın sürətini, istiqamətini, rəngini və 
səciyyəsini müəyyən etmək lazımdır. Bundan başqa 
kapilyarlarda eritrositlərin hərəkətinə diqqət edilməlidir. 
Arteriollar venulalardan bir sıra xüsusiyyətlərinə 
görə  fərqlənirlər. Belə ki, damar ilə axan qan həmin 
damardan ayrılan  şaxələrə keçərsə, arteriol 2 və ya 3 
şaxənin birləşməsindən bir damara axarsa, venula olduğu 
müəyyənləşdirilir. 
 
Arteriollarla axan qanın nisbətən sürəti bir qədər 
yavaş, rəngi isə tünd qırmızı olur. 
 
d) Qurbağanın ağciyərlərində qan dövranının 
müşahidəsi.  Hərəkətsizləşdirilmiş qurbağanı arxası üstə 
mantar lövhəyə  bərkidirlər. Qurbağanın dilini pinset ilə 
dartırlar. Qurbağanın bədəni üzərinə basıb səs yarığını irəli 
çəkib kiset tikişi ilə  şüşə borusunu yarığa bərkidirlər. 
Dərisini kəsib döş boşluğunu açırlar. Balon vasitəsilə 
ağciyərlərə hava qovub onu xaricə  çıxarırlar. Sonra şüşə 
borunu çıxardırlar, ağciyərdə bir az hava saxlayıb kiset 
tikişi dartırlar və ağciyəri şüşə lövhəyə yerləşdirirlər (şəkil 
118), örtücü şüşə ilə örtüb mikroskop altında müşahidə 
edilirlər. Diqqəti kapilyar torun qalınlığına, qanın axma 
sürətinə  və eritrositlərin kapilyarlardan keçdiyi zaman 
formalarının dəyişməsinə yetirirlər.  
 

 
201
 
 
Şəkil 118. A-Qurbağanın ağciyərlərinin səs yarığına qoyulan boru 
vasitəsilə şişirdilməsi. B-Əşya və optik şüşə arasında olan hava ilə 
dolmuş ağciyərlərin mikroskop altında görünüşü. C- mikroskop 
altında qurbağanın ağciyərlərində kapilyar toru. 
 
 
55 saylı iş. Adrenalinin damar fəaliyyətinə təsiri 
 
 
Damar tonusuna təsir göstərən kimyəvi maddələr üç 
qrupa bölünür; 1) daxili sekresiya vəzilərinin hormonları 
(adrenalin, vazopressin və s.). Adrenalin və vazopressin 
damar büzücü təsir edib, qan təzyiqini artırırlar; 2) sinir 
uclarında və hüceyrə elementlərində  əmələ  gələn 
mediatorlar (asetilxolin, serotonin, histamin, bradikinin) 
damarları genəldir; 3) daima damarları  əhatə edən 
toxumalarda toplanan vazoaktiv kimyəvi maddələr (CO
2

kalium ionları, piroüzüm turşusu və s.) damargenəldici 
təsir göstərirlər. 
 Lazım olan material və avadanlıqlar: preparaedici 
alətlər,  ştativ sıxıcı ilə, perfuziya üçün cihaz, saniyəölçən, 
şpris, sancaqlar, sap, kimyəvi stəkan, 2 nazik kanyula, 
 
202
adrenalin (1:1000), Ringer və ya fizioloji məhlul. 
 
İşin gedişi: Perfuziya etmək üçün iki dəliyi olan, 1l 
həcmə malik olan şüşə balon götürülür. Balonun ağzı 
tıxacla germetik bağlanır, tıxacın içinə  şüşə boru salınır. 
Yuxarı  dəlikdən keçən boru balonun daxilindəki fizioloji 
məhlula salınır. Aşağıdakı  qısa  şüşə boru kanyulası olan 
uzun rezin boru ilə birləşdirilir. Təcrübəni aparana qədər 
rezin boruya sıxıcı qoyulur. Perfizion məhlulla dolu olan 
balon masanın üst səviyyəsində bir metr yuxarıda 
yerləşdirilməlidir. 
 Qurbağanın baş  və onurğa beynini zədələməklə 
hərəkətsizləşdirib, qarnı üstə sancaqlarla mantar lövhəyə 
bərkidirlər. Qarın divarına «n» oxşar kəsik aparırlar. Dəri 
parçası, qarın venası ilə birlikdə qatlanır və qarın 
aortasının sağdan və soldan gedən simpatik zəncir aydın 
görünür. Qarın aortasının qalça arteriyalarına  şaxələndiyi 
yerdə 1 sm kənarda bir-birindən 5 mm aralı onun altından 
2 liqatura qoyulur. Sonra qurbağanın başı eksperimentator 
tərəfə çevrilir. Yuxarı liqatura vasitəsilə aorta qaldırılır, 
divarında cərrahiyə alətilə kiçik dəlik açılır. Həmin 
dəlikdən damara içərisi fizioloji məhlul ilə dolu olan nazik 
kanyula salınır və aşağı liqatura vasitəsilə bağlanır. 
Mantar lövhə qurğaba ilə birlikdə ştativə bərkidilir; 
başı  ətraflardan hündürdə olmalıdır. Sonra perfuziya 
cihazının rezin borusundakı sıxıcı açılır və qarın venasına 
yerləşdirilən kanyuladan axan fizioloji məhlul ilə qan 
qarışığı yuyulur. Fizioloji məhlulun damardan keçməsi 
damarın yuxarı  dəliyinə keçirilmiş boruya hava 
qovuqcuqlarının düşməsilə müəyyən edilir. 3-4 dəqiqə 
ərzində qarın venasından stəkana tökülən damcıları bir 
dəqiqə  ərzində sayılır. Sonra rezin boruya nazik iynəsi 
olan  şprislə 1 ml adrenalin yeridilir. 2 dəqiqədən sonra 

 
203
damardan axan damcıların sayı 1 dəqiqədə  kəskin azalır 
(3-4 dəfə). 
 
 
Şəkil 119. Adrenalinin qurbağa damarlarına 
 təsirini öyrənmək üçün sistem. 
 
Yoxlama üçün suallar 
 
1.
 
Damarlarda qanın təzyiqi. Atreriolların əhəmiyyəti. 
2.
 
Damar yatağının müxtəlif sahələrində qanın xətti 
sürəti. Fərqlərin səbəbi. 
3.
 
Ontogenezin ilk dövründə arterial və venoz 
təzyiqin, qan axının müqavimətinin və qanaxma 
sürətinin xüsusiyytləri. 
4.
 
Fasiləsiz qanaxmanın səbəbi. 
5.
 
Kapilyarlarda qan axını. 
6.
 
Venalarda qanın hərəkətinə səbəb olan amillər. 
7.
 
Damarlarda saya əzələlərin tonusu. Bu əzələlərin 
oyanmasını təyin edən əsas amillər. 
 
204
8.
 
Damar-hərəki sinirlər. Vazokonstruktorların 
(latınca constriction – daralma) xarateristikası. 
9.
 
Vazodilatatorlar (latınca vas – damar, dilatatio – 
genəlmə), onların növləri və xüsusiyyətləri. 
10.
 
Damarlara humoral təsir. Damarları daraldan və 
genəldən maddələr. 
 
 
56 saylı iş. İstiqanlı heyvanlarda qan təzyiqinin müşahidəsi 
 
 Qan 
təzyiqinin tənzimində  əsas rol oynayan sinir 
sisteminin fəaliyyəti sayəsində ürək, sistola etdikdə qanı 
qan damarlarına vurur və onu hərəkətə  gətirir. Yaranan 
arterial qan təzyiqi təkcə ürəyin işindən deyil, həm də 
damarların müqavimətindən və dövr edən qanın 
miqdarından asılıdır. Bu zaman ürəyin yaratdığı  təzyiq, 
qan damarlarındakı müqavimət və qanın qan damarları ilə 
axmasına səbəb olan sürət təzyiqinə ayrılır. Müqavimət 
təzyiqi isə qanın damarlarla axdığı zaman rast gəldiyi 
müqaviməti aradan qaldırılmağa sərf olunur. Qanın axma 
sürəti qan damarlarının diametrindən asılı olaraq dəyişir. 
Məlum olduğu kimi qan dar damarlarla gen damarlara 
nisbətən sürətlə axır.  Ən kiçik qan damar yatağı 
arteriyalar, 2 dəfə arteriyalardan böyük venalar; kapilyar 
damar yatağı venalara nisbətən 500, arteriyalara nisbətən 
1000 dəfə böyük olur. 
 Ona 
görə  də kapilyarla axan qanın sürəti venalara 
nisbətən 500, arteriyalara nisbətən 1000 dəfə az olur. 
Arteriyalarda 1 saniyədə 400 – 500 mm, venalarda 200 – 
250 mm, kapilyarlarda 0,5 mm sürətlə axır. 
 Ürəyə yaxın arteriyalarda müqavimət təzyiqi 
yüksək olduğu halda, damar ürəkdən uzaqlaşdıqca mü-

 
205
qavimət təzyiqi yavaş-yavaş azalır. Ona görə arteriyalara 
nisbətən kapilyarlarda təzyiq azalır, ürəyə yaxın 
arteriyalarda müqavimət təzyiqi 140 – 150 mm c.s. (civə 
sütunu) bərabər olduğu halda kapilyarlarda 30 – 40 mm 
c.s. qədər azalır. Başlanğıc venalarda qanın təzyiqi 7 mm 
c.s. barabər olduğu halda, aşağı  və  yuxarı boş venaların 
sağ qulaqcığa açılan nahiyəsindən 0 mm-dən də aşağı olur. 
Burada təzyiq hətta mənfiyə qədər azalır. 
 Qan 
təzyiqini müşahidə etmək üçün vasitəli və 
vasitəsiz üsullardan istifadə olunur. 
 Vasitəli qanlı üsulla heyvanlarda qan təzyiqi belə 
öyrənlilir; heyvanın qan damarını  zədələyib, onu 
monometrlə birləşdirib təzyiqi təyin edirlər. 
 Vasitəsiz qansız üsulla insanda qan təzyiqi xüsusi 
cihazla təyin edilir. 
Lazım olan material və avadanlıqlar:  cərrahi 
alətlər, civəli manometr, heyvan, şüşə kanyula, rezin boru, 
liqatura, 4%-li sitrat məhlulu, fizioloji məhlul, kimoqraf, 
bint, pambıq, sıxıcılar, cərrahi masa və s. 
 
İşin gedişi:  Heyvanda qan təzyiqini müşahidə 
etmək üçün efir xloroform (2:1) məhlulundan və ya 
heyvanı traxeotomiya (nəfəs borusunu kəsib, oraya şüşə 
boru keçirməklə heyvanı sakitləşdirmək) edirlər. Bu 
məqsədlə heyvanı  cərrahi masaya arxası üstə yerləşdirib, 
boyun nahiyəsini tükdən təmizləyirlər, qulaq venasına 
20%-li uretan (3 – 4 ml) məhlulu yeridirlər. Narkoz 
yuxusu dərinləşdiyi zaman boyun nahiyəsində orta xətt 
üzrə dərini 7 – 8 sm kəsirlər. Dəri və əzələləri ayırıb, küt 
alətlə sol və ya sağ tərəfdə yerləşən yuxu arteriyasını tapıb, 
sinir və  ətraf toxumalardan təmizləyirlər. Yuxu 
arteriyasının altından biri digərindən bir az aralı iki sap 
keçirilir. Bu arteriyanın ürəkdən uzaq nahiyəsini sapla 
 
206
bağlayırlar. Ürəyə yaxın üst tərəfdən (sıxıcı ilə sap 
bağlanmış hissə arasında qalan yerdə) bir qədər kəsirlər. 
Həmin yerdən ürəyə  tərəf kanyula keçirib, sapla damara 
bağlayırlar. 
 
 
 
Şəkil 120. Heyvanda qan təzyiqinin ölçülməsi.  
1-yuxu arteriyasına keçirilmiş kanyula;  
2-civəli monometr; 3-kimoqrafın silindri;  
4-azan sinir; 5-depressor sinir. 
 
 Kanyula, 
içərisi sitrat məhlulu ilə doldurulmuş rezin 
boru vasitəsilə civəli monometrlə birləşdirilir. Sitrat 
məhlulu qanın laxtalanmasının qarşısını aldığı kimi, təzyiq 
dalğalarını da olduğu kimi nəql etdirir. 
 Monometrin 
digər sərbəst qoluna yazıcısı olan 
üzücü keçirilir. Yazıçı hislənmiş kimoqrafa toxundurulur. 
Damara keçirilmiş  sıxıcını açdıqda damardan axan qan 
kanyulaya, oradan rezin boruya təzyiq edir. Təzyiq 
dalğalar şəklində civəyə verilərək, civənin səviyyəsi aşağı 
enir ki, bu sərbəst qol tərəfdəki civənin səviyyəsini yuxarı 

 
207
qaldıraraq yazıcını hərəkətə gətirir, bu hərəkətlər kimoqraf 
üzərində qeyd olunur. Alınan yazıya qan təzyiqinin əyrisi 
və ya hemoqramma deyilir. 
 
 
 
Şəkil 121. İstiqanlı heyvanların kimoqramması və ya 
hemoqramması:  
1-nəbz dalğaları; 2-tənəffüs dalğaları; 
 3-Traube-Herinq dalğaları. 
 
 Qan 
təzyiqinin əyrisi üç müxtəlif dalğalar şəklində 
təzahür edir. Birinci dərəcəli və ya nəbz dalğaları ürəyin 
sistola və diastolasına uyğun olub, kiçik amplitudaya və 
yüksək təzyiqə malik olurlar. Bunlardan böyük tənəffüsün 
ritminə uyğun dalğası üzərində 10 – 12 nəbz dalğaları 
yerləşir. 
 
Bəzi hallarda bu dalğalardan başqa daha iri 
vazomotor sinir mərkəzlərinin müntəzəm oyanması 
sayəsində alınan ikinci sıra dalğalardır ki, bunlara Traube-
Herinq dalğaları deyilir. İkinci sıra dalğalar və ya Traube-
 
208
Herinq dalğaları  tənəffüs hərəkətləri ilə  əlaqədardır. 
Üçüncü dərəcəli dalğalar və ya Mayer dalğalarının hər 
dövrü bir neçə  tənəffüs hərəkətini  əhatə edir. Bunlar qan 
damarlarının fəaliyyətinə təsir göstərən sinir mərkəzlərinin 
oyanma və ləngimə dəyişiklikləri ilə əlaqədar olur. 
 
 
57 saylı iş. Arterial nəbzin qeydi (Sfiqmoqrafiya) 
 
 
Nəbz ürək fəaliyyətinin xarici əlamətlərindən biri 
olub, ürəkdən arteriya damarlarına yeridilməsi ilə əlaqədar 
olaraq, arteriya qan damarlarının divarının ritmiki 
dalğalarına deyilir. Nəbzi mil, gicgah, qasıq və b. 
arteriyalarda, daha çox mil arteriyasında qeydə alırlar. 
Bunun üçün barmaqları biləkdə mil arteriyasının distal 
ucuna qoyub, onu hiss etdikdən sonra saymaq olar. Nəbzin 
sayı ürək döyünmələrinin sayına uyğun gəlir. Belə ki, 
mədəciklərin sistolasına müvafiq aortaya qovulan qan 
elastiki aorta divarını gərginləşdirir. Gərginləşmələr dalğa 
şəklində aortadan arteriyalara doğru yayılır. Nəbz 
dalğasının yayılma sürəti təxminən 7 – 10 m/san. 
bərabərdir. 
 Kapilyar 
və kiçik venalarda nəbz olmur. Aşağı  və 
yuxarı boş venalarda nəbz hiss edilməyə başlayır.  
 
Mədəciklər sistola etdiyi zaman vena nəbzi itir: belə 
nəbzə mənfi vena nəbzi deyilir. 
 Ürək qapaqlarının çatışmazlığı zamanı 
mədəciklərin yığılması  nəticəsində qanın bir hissəsi 
mədəciklərdən qulaqcıqlara, oradan boş venalara keçib, 
venaların boş divarlarını dalğalandıraraq nəbz  əmələ 
gətirir. Belə nəbzə patoloji nəbz və ya müsbət vena nəbzi 
deyilir. 

 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin