Ə. H.ƏLİyev, F.Ə.ƏLİyeva, V. M. MƏDƏtova



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.01.2017
ölçüsü6,46 Mb.
#6068
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

İşin gedişi: Hərəkətsizləşdirilmiş qurbağanı arxası 
üstə mantar lövhəyə bərkidib, qayçı ilə döş boşluğunu açıb 
ürəyi ürək kisəsindən ayırırıq.  
İzolə edilmiş qurbağa ürəyi saat şüşəsi üzərinə 
 
174
qoyulur. Otaq hərarətində bir dəqiqə  ərzində ürəyin 
təqəllüsləri sayılır. Sonra saat şüşəsi içərisindəki isti su 
olan (t

-38
0
C) stəkanın üzərinə qoyur və yenidən 
təqəllüslərin sayı hesablanır. Saat şüşəsini götürüb kənara 
qoyur və soyuması gözlənilir. Sonra saat şüşəsini 
içərisində buz və ya qar olan stəkanın üzərinə qoyulur, 
ürək təqəllüsləri sayılır. Alınan nəticələr müqayisə edilir. 
Sonra yerli qızdırılma və soyudulmanın ürəyin işinə 
təsiri öyrənilir. Bunun üçün termoddan (şüşə və ya metalik 
konus) istifadə olunur. Termoda termometr birləşdirilir 
(şəkil 102). 
 
Şəkil 102. Haskell təcrübəsinin qoyulma sxemi: 
1-ürək; 2- termod; 3-Engelman lingi. 
 
 Konusdan 
müəyyən hərarətdə su buraxılır. Ürəyin 
müxtəlif  şöbələrinə konusun toxundurulması yerli hərarət 
qıcıqlarının aparılmasına imkanı yaradır. 
 Termod 
olmadıqda adi preparaedici iynədən istifadə 
edilir.  İynəni isti (40-60
0
) suda qızdırıb venoz sinusa 

 
175
toxundururlar. Bu zaman yerli qızdırmadan əvvəl və sonra 
ürək təqəllüsləri sayılır. Ürək öz əvvəlki ritmini bərpa 
etdikdən sonra isti preparaedici iynəni qulaqcıqlarla 
mədəcik arasına (atrioven-trikulyar düyünə) toxunduraraq, 
qulaqcıqlar və mədəcik ritmindəki dəyişiklərini izləyirik. 
Eynilə  təcrübəni soyudulmuş preparaedici iynə ilə 
venoz sinusa və ya atrioventrikulyar düyünə 
toxundurmaqla aparılır. 
Təcrübənin nəticələri cədvəldə özünü əks etdirir. 
 
Cədvəl 9 
Təqəllüsün sayı 
 
Təsir 
qulaqcıqlar mədəcik  
1 Ümumi 
qızdırılma  
 
2  Ümumi soyudulma  
 
 
3 Venoz 
sinusunun 
qızdırılması 
 
 
4  Atrioventrikulyar düyünün  
qızdırılması 
 
 
5 Venoz 
sinusunun 
soyudulması 
 
 
6 Atrioventrikulyar 
düyünün 
soyudulması 
 
 
 
 
İsti və soyuğun təsirini ürəyin kordioqramması ilə 
müşahidə etmək olar. Bunun üçün qurbağanın qida 
borusuna  şüşə boru keçirilir, borunun digər ucu ştativə 
bərkidilr. Bu zaman ürəyin sinus düyünü borunun xarici 
səthinə düşür. Sonra əvvəlcədən hazırlanmış 2 və 38
0

hərarətli fizioloji məhlul olan bankaları  şüşə ücluq 
vasitəsilə ürəklə birləşdirilir. 
Ürəyi kardioqraf ilə birləşdirib, müxtəlif 
məhlulların təsirilə ürək fəaliyyətinin dəyişməsini 
kimoqraf üzərində yazmaq olar. Əvvəlcə otaq 
temperaturunda (18
0
C) ürəyin kardioqramması alındıqdan 
sonra, ürəyin fəaliyyətinə istinin və soyuğun təsirini tədqiq 
 
176
edirlər. 
 
Şəkil 103. Ürəyin fəaliyyətinə hərarətin təsirini 
 öyrənmək üçün sxem. 
 
49 saylı iş. Ürək fəaliyyətinin humoral tənzimi  
 
Humoral yolla ürək fəaliyyətini nizama salan bioloji 
fəal maddələrdən adrenalin, ürək fəaliyyətini sürətləndirir 
və gücləndirir, yəni simpatik sinirə xas olan təsir göstərir. 
Asetilxolin ürək fəaliyyətini ləngidir, yəni azan sinirə xas 
olan təsir göstərir. 
Elektrolitlərin kalium ionları parasimpatik, kalsium 
ionları isə simpatik sinir kimi ürəyin fəaliyyətinə  təsir 
göstərir. 
Qanda Ca
+ +
 miqdarı artdıqda ürək sistola fazasında, K 

miqdarı artdıqda isə diastola fazasında dayanır.  
Lazım olan material və avadanlıqlar: qurbağa, 
kardioqraf, mantar lövhə, kanyula, qayçı, pinset, ayrıcı 
iynə, pipetlər, adi Ringer məhlulu, K-suz, Ca-suz Ringer 
məhlulu, 1:1000 adrenalin, 1:10
–5 
asetilxolin, 1%-li KCl, 
1%-li Ca Cl
2
, 1%-li kofein məhlulları  və 0,01%-li 

 
177
asetilxolin, pambıq, sap. 
İşin gedişi: 
Bunun üçün əvvəlcə 
hərəkətsizləşdirilmiş qurbağanı mantar lövhəyə  bərkidib, 
bildiyimiz qayda ilə döş  qəfəsini açıb, ürəyi ürək 
kisəsindən çıxarırıq. Sonra Ştraube üsulu ilə  hər iki aorta 
qövsünü  ətraf toxumalardan təmizləyib hərəsinin altından 
bir sap keçirilir. Sapları mümkün qədər ürəkdən uzaq 
məsafədə keçirib, damarları bağlayırlar. Sol aorta qövsü 
altından ikinci sapı keçirdikdən sonra aortanın üst tərəfini 
kəsib həmin yerdən ürəyə  tərəf kanyula keçirilir. 
Kanyulanın ucunu yavaş-yavaş  mədəciyə  tərəf keçirmək 
lazımdır. Konyulanın keçib keçməməsini onun içərisinə 
doldurulmuş Ringer məhlulunun hərəkəti ilə yoxlamaq 
olar. Kanyulanı qandan təmizlədikdən sonra onun içərisinə 
Ringer məhlulu doldurulur. Bundan sonra ürəyi  ətraf 
toxumalardan təmizləyib bədəndən ayırdıqdan sonra 
kanyulanı ürəklə birlikdə ştativə bərkidirlər. 
 
 
 
Şəkil 104. İzolə edilmiş ürəyin qidalanması 
 üçün kanyula
 
178
 
 
 
Şəkil 104a. Təcrid edilmiş qurbağa ürəyini 
 hazırlamaq üçün cərrahi əməliyyatın mərhələləri. 
 
Bu cür təcrid olunmuş ürəyin kimoqraf üzərində 
fəaliyyətini qeyd edirlər.  
 
Əvvəlcə Ringer məhlulunun təsirini tədqiq edirlər, 
sonra isə müxtəlif duzların təsirini öyrənirlər. Buna görə 
Ringer məhluluna ya müxtəlif duzlar əlavə edilir və ya 
bəzi duzları Ringer məhlulunun tərkibindən çıxarmaqla 
ürək fəaliyyəti tədqiq edilir. 
Ca- duzları  çıxarılmış Ringer məhlulunu ürəkdən 
keçirdikdə ürəyin fəaliyyəti pozulur. Bu zaman sistolalar 
qısalır, diastolalar uzanır. Nəhayət, ürək diastola fazasında 
dayanır. Bu məhlulu pipetlə kanyuladan çıxardıqdan sonra 
kanyulaya adi Ringer məhlulu doldurulur. Bu zaman 
ürəyin pozulmuş fəaliyyəti bərpa olunur. 
 

 
179
 
Şəkil 105.Təcrid edilmiş qurbağa ürəyinin işinə K Cl (2) və 
Ca Cl

(1) duzunun təsiri zamanı kardioqramma
 a-normal; b-maddənin yeridilməsindən sonra. 
 
Ringer məhlulunu pipetlə  çıxarıb, ürəyə K-duzları 
çıxarılmış Ringer məhlulu yeridirlər. Bu məhlulun təsiri 
altında ürəyin fəaliyyəti pozulur, ürək fəaliyyəti artır, 
sistolalar qüvvətlənərək, nəhayət, ürək sistola fazasında 
dayanır. 
Mediatorların ürək fəaliyyətinə  təsirini öyrənmək 
üçün Ringer məhlulunun təsirilə ürəyin normal fəaliyyətini 
bərpa edirlər.  
Ringer məhluluna 1 – 2 damcı adrenalin əlavə 
etdikdən sonra ürək fəaliyyətində  dəyişiklik müşahidə 
edilir. Adrenalinin təsirindən ürək fəaliyyəti artır, həmin 
maddə ürəyin həm ritminə, həm də qüvvəsinə  təsir 
göstərir. Adrenalinin təsirini öyrəndikdən sonra ürəyin 
normal fəaliyyəti bərpa edilir və sonra Ringer məhluluna 1 
– 2 damcı asetilxolin əlavə edilərək ürək fəaliyyəti qeyd 
edilir. Bu zaman ürək fəaliyyəti azalır, hətta ürək diastola 
 
180
fazasında dayanır.  
 
Şəkil 106. Təcrid edilmiş qurbağa ürəyinin işinə adrenalinin (1) 
və asetilxolinin (2) təsiri zamanı kardioqramma: a-normal; b-
maddəni yeritdikdən sonra. 
 
50 saylı iş. Ürək fəaliyyətinin sinir tənzimi 
 
 Ürək fəaliyyəti mürəkkəb reflektor yolu ilə  tənzim 
olunur. 
 Müxtəlif reseptorların qıcıqlandırılması ürək 
fəaliyyətinə təsir göstərir. 
 1845-ci 
ildə Veber qardaşları ürəyə azan sinirinin 
gəldiyini tapmışlar. Bu sinirin mərkəzi uzunsov beyindədir 
və sinir mərkəzdən çıxaraq ürək  əzələlərində qurtarır. Bu 
sinirdən başqa ürəyə simpatik sinir də  gəlir, bu sinirin 
mərkəzi onurğa beynindədir və sinir aşağı boyun, yuxarı 
döş sinir düyünlərindən keçdikdən sonra ürəyə daxil olur. 
 Azan 
sinir 
ürək fəaliyyətinə tormozlayıcı, simpatik 
sinir isə oyandırıcı  təsir göstərir. Bu sinirlərin ürək 
fəaliyyətinə qarşılıqlı  təsiri onun normal işləməsi üçün 
şərait yaradır. 
 
İ.P.Pavlovun ürək sinirləri üzərində apardığı 
tədqiqatlardan aydın olmuşdur ki, bu sinirlərin tərkibində 
ürək döyünmələrinin sayına təsir göstərən sinir liflərindən 

 
181
başqa sistolaların qüvvəsinə  də  təsir göstərən sinir lifləri 
vardır.  İ.P.Pavlov bu sinirlərin ürəkdə gedən maddələr 
mübadiləsinə  təsir göstərdiyinə görə bu sinirləri trofik 
sinirlər adlandırır. Ona görə azan sinir ürəyin 
döyünmələrinə seyrəldici (mənfi xronotron) sistolalarına 
zəiflədici (mənfi inotron) təsir edir. 
 
Simpatik sinir ürək döyünmələrinə sürətləndirici 
(müsbət xronotron), sistolaları qüvvətləndirici təsir gös-
tərir. 
 Lazım olan material və avadanlıqlar:  qurbağa, 
akkumlyator, kardioqraf, sürüşkən induksion cihaz, açar, 
serfin, mantar lövhə, qayçı, pinset, sap, ötürücü iynə, 
fizioloji məhlul, pambıq və s. 
 
İşin gedişi:    
 
Mərkəzi sinir sistemi pozulmuş qurbağanı 
bildiyimiz qayda ilə arxası üstə mantar lövhəyə  bərkidib, 
döş qəfəsini açıb, ürəyi ürək kisəsindən ayırırlar. 
 Döş qəfəsini açdıqdan sonra ürəyə yaxın azan siniri 
ilə yanaşı başqa sinirlər də yerləşir. Çox hallarda azan 
sinirini ayırmaq çətinlik törədir. Buna görə ürək 
sinirlərinin topoqrafiyasını bilmək lazımdır. Azan siniri 
tapmaq üçün mantar lövhəyə  bərkidilmiş qurbağanın yu-
xarı sağ ətrafını gövdədən mümkün qədər aralı vəziyyətdə 
fiksə etmək lazımdır. Çənə bucağından başlamış ürəyə 
qədər fassiya və  əzələləri də aramla kəsdikdə  əzələlərin 
altından damar, sinir dəstəsini aydın görmək olar. Bu dəstə 
yuxu arteriyası, vidaci vena, qırtlaq və vaqosimpatik 
sinirlərin birləşməsindən  əmələ  gəlir. Bu dəstənin ön 
tərəfində 2 sinir lüləsi aydın nəzərə çarpır. Ön tərəfdə 
dilaltı, arxa tərəfdə dil-udlaq sinirləri yerləşir. 
 Dilaltı sinir damar sinir dəstəsində qurtarır. Dil-
udlaq siniri dəstənin altında ilgək əmələ gətirir. Yuxarıda 
 
182
göstərdiyimiz sinirlərin arasından azan və  qırtlaq sinirləri 
keçir. Yuxu arteriyasını qaldırmaqla vaqosimpatik sinir 
lüləsini görmək olur. Bunu arteriya və  ətraf toxumlardan 
mümkün qədər ürəkdən uzaq olan yerdə altdan sap keçirib 
bağlayırlar. Sonra mərkəzə tərəf sinir lüləsi kəsilir. Mantar 
lövhəni qurbağa ilə birlikdə ştativin sıxacağına bərkidirlər. 
Ürəyi kardioqrafla birləşdirib, kardioqrafın yazısını yavaş-
yavaş hərlənən hislənmiş kemoqrafa yaxınlaşdıraraq ürəyi 
fizioloji məhlulla isladırlar. Sonra vaqosimpatik siniri 
elekrodlar üzərinə qoyub, ona stimulyatordan elektrik 
qıcığı veririk. Qıcıq təsirindən əvvəlcə azan sinir oyandığı 
üçün ürək fəaliyyətinin zəiflədiyi, bir müddət sonra isə 
simpatik təsir üzə  çıxır və onun təsirindən ürək 
fəaliyyətinin sürətlənməsi və qüvvətlənməsi müşahidə 
edilir. 
 Sinir 
lüləsini qıcıqlandırmazdan  əvvəl ürəyin kar-
dioqrammasını alıb, 1 dəqiqədə ürək döyünmələri sayılıb 
hesablanır. Sonra sinir lüləsi zəif induksion cərəyanla 
qıcıqlandırılır. Bu zaman ürək döyünmələri sayının 
azaldığı aydın görünür. 
 Qüvvəli qıcıqla qıcıqlandırdıqda ürək diastolası 
fazasında dayanır. 
 
Məlum olduğu kimi atropin azan siniri paralizə 
etməklə onun ürək fəaliyyətinə göstərdiyi təsiri aradan 
qaldırır. Bu məqsədlə azan siniri 0,001%-li atropin 
məhlulu ilə  zəhərlədikdən 5 dəqiqə sonra azan sinirinin 
qıcıqlandırılması təsirsiz qalır. 
 
 
51 saylı iş. Ürək fəaliyyətinin reflektor tənzimi 
 
 Ekstra 
və interoreseptorların qıcıqlandırılması re-

 
183
flektor yolla ürək fəaliyyətinə  təsir göstərir. Bu, təsir re-
flektoru olur. Refleks qövsünün reseptor sahəsi dərinin 
səthində  və eləcə  də daxili üzvlərin divarlarında yerləşir. 
Bu reseptorların müxtəlif qıcıqlarla qıcıqlandırılması 
zamanı  əmələ  gələn oyanmalar afferent sinirlər vasitəsilə 
sinir mərkəzlərinə (uzunsov beyində yerləşən azan sinir 
mərkəzinə) verilir. Burada yaranan impulslar azan sinir və 
ya simpatik sinirlər vasitəsilə ürək fəaliyyətinə  təsir 
göstərir.  
 XIX 
əsrin 60-cı illərində Qolts klassik qarın-ürək 
refleksini kəşf etmişdir. O, bu təcrübəni qurbağa üzərində 
aparmış, ürəyi ürək kisəsindən çıxardıqdan sonra qarın 
boşluğu üzvlərinə mexaniki qıcıqla (küt alətlə qarın 
nahiyəsinə  zərbə endirdikdə) təsir etdikdə ürək 
fəaliyyətdən qalmış, bir qədər sonra ürək öz işini bərpa 
etmişdir. 
 Buna 
oxşar hadisəni boks yarışı  və ya insan qarnı 
üstə suya tullandıqda baş verir. Bu hadisənin baş 
verməsinə səbəb qarın boşluğu üzvlərinin, xüsusən mədə-
bağırsaq üzvlərində yerləşən sinir ucları  və ya sinir 
düyünləri zərbədən oyanır, oyanmalar sinirlərlə uzunsov 
beyində yerləşən azan sinirinin mərkəzindən ürəyə  nəql 
olunaraq, ürək fəaliyyətinin zəifləməsinə  və  hətta 
dayanmasına səbəb olur.  
Ekstroreseptorlardan görmə üzvünün 
qıcılqandırılması reflektor yolla ürək fəaliyyətini ləngidir. 
Bu refleksə Aşner refleksi və ya göz-ürək refleksi deyilir. 
Buna səbəb sinirin qıcıqlandırılması beyin qabığının 
görmə  məkrəzinə, oradan oyanmaların uzunsov beyində 
yerləşən azan sinirinin mərkəzinə nəql olunaraq, ordan isə 
azan siniri vasitəsilə sinir impulsları ürəyə gətirərək onun 
fəaliyyətinin ləngiməsinə səbəb olur. 
 
184
 
Lazım olan material və avadanlıqlar: qurbağa, 
mantar lövhə, akkumulyator, induksion sürüşkən cihaz və 
ya stimulyator, elektrod, elektrokimoqraf, kardioqraf, 
ayrıcı iynə, qayçı, pinset, Ringer məhlulu, fizioloji məhlul, 
pambıq, saniyəölçən, salfetka və tələbə. 
 
İşin gedişi: 
 a. Holts təcrübəsi. Ürək fəaliyyətinin reflektoru 
ləngiməsi və ya dayanması qarın boşluğunda günəş kələfi 
nahiyəsində yerləşən mexanoreseptorların qıcıqlanması 
nəticəsində baş verir. 
 Spinal 
qurbağanı mantar lövhəyə  bərkidib, onun 
başının dərisini orta xətt üzrə  kəsirlər. Ucu iti qayçı ilə 
kəllə sümüyünü kəsib, axan qanı tamponla silirlər. Baş 
beyin aydın görünməyə başladıqda iti lansetlə uzunsov 
beyni orta beyindən ayırırlar. Bu əməliyyata 
«deserebrasiya», belə heyvanlara isə «bulbar» heyvan 
deyilir. Belə qurbağa üzərində qarın-ürək refleksini və ya 
Holtsun təcrübəsini müşahidə etmək olar. 
 
Şəkil 107. Holts refleksii: 
X-qıcıq; A-zərbədən sonra kardioqramma. 
 
 
 Bir 
dəqiqə  ərzində ürək döyüntülərini sayıb ürəyin 
kardioqramması qeyd edilir. Sonra pinset ilə onun qarnının 

 
185
günəş kələfi nahiyəsinə yüngül zərbələr vurulur. Yenə də 
ürək döyüntüləri sayılır və ürəyin qısa müddət  ərzində 
dayanması və ya ürək döyüntülərinin ləngiməsi gözə çar-
pır.  
 Ürək fəaliyyəti bərpa olandan sonra qarın venasına 
paralel qarın əzələləri kəsilir. Mədəni taparaq, onu pinsetlə 
sıxırlar. Bu zaman ürək fəaliyyətinin ləngiməsi 
kimoqrafda qeyd olunur və bir dəqiqə  ərzində ürək 
döyüntülərini sayırlar.
  
Nazik bağrsaq, sidik kisəsi ilgəyini tapıb, 2-3 
dəqiqə fasilələrlə onları mexaniki yolla qıcıqlandırırlar. 
Təcrübədən aydın görünür ki, ürək ritmi ləngiyir və ya 
diastola fazasında dayanır. 
 Ürəyin fəaliyyəti bərpa olunduqdan sonra, uzunsov 
və onurğa beyini pozub, əvvəlki qayda ilə  mədə, nazik 
bağırsaq və sidik kisəsini mexaniki qıcıqlandırırlar. 
Kardioqramma qeyd edilir və ürək fəaliyyətinin ləngimədiyi 
müşahidə olunur (şəkil 108). Təcrübə göstərir ki, Holts 
refleksinin qövsü pozulduğundan ürək fəaliyyəti dəyişmir. 
 
 
186
Şəkil 108. Holts refleksinin qövsü: 
1-bağırsaq reseptorları; 2-afferent yol; 3- onurğa beyni;  
4-uzunsov beyin; 5-azan sinir; 6-effektor (ürək). 
 
 
b. Göz-ürək və ya Danini-Aşner təcrübəsi. 
Müşahidə  tələbə üzərində aparılır.  İnsanda göz almasına 
təzyiq zamanı ürək döyüntüləri ləngiyir. Bu hadisə azan 
sinir nüvəsinin reflektor oyanması ilə izah olunur. Bu 
refleksin refleks qövsü gözün hərəki sinirini afferent 
liflərindən, uzunsov beyin neyronlarının və azan sinir 
liflərindən ibarətdir ki, onun da oyanması ürəyə  ləngidici 
təsir göstərir. 
 
Əvvəlcə  tələbənin 30 saniyə  ərzində  nəbzi sayılır. 
Sonra onun göz almasına steril salfetkanı qoyub, baş 
barmaqla 30 saniyə  ərzində yüngül təzyiq edirlər. Başqa 
əllə nəbz sayılır. Göz almasına təzyiq, nəbzin bir dəqiqədə 
8 – 10 vurğu azalmasına, yəni ürək döyüntülərinin 
seyrəlməsinə səbəb olur. Nəbzi 3 saniyə ərzində 3 – 4 dəfə 
sayılır və bu sayılma göz almasına təzyiq dayandırıldıqdan 
sonra da aparılır. Buna göz-ürək refleksi və ya Danini-
Aşner refleksi deyilir (şəkil 109). 
 
 

 
187
Şəkil 109. Ürəyin afferent innervasiyasının sxemi. (Danini-Aşner 
refleksi): I-uzunsov beyin; II-onurğa beyninin döş seqmenti; 1,2,3-
simpatik zəncirinin qanqliləri; 4-azan sinir; 5-simpatik sinir. 
 
 
Cədvəl 10 
Alınan nəticələri cədvəldə əks edin 
Göz almasına təzyiq 
zamanı 
Təsir kəsildikdən 
sonra 
Göstərici Təcrü-
bəyə 
qədər 
5s 10s 20s 30s  5s
10s 20s  30s 
Nəbzin 
sayı 
 
 
 
 
 
 
 
 
 
 
 
c. Enqelman təcrübəsi.  Qurbağanın uzunsov 
beynini saxlayıb, baş beyninin qalan hissələrini kəsib 
çıxarırıq. Qurbağanı mantar lövhəyə bərkidirik. Bildiyimiz 
qayda üzrə qarbağanın döş boşluğu açılır və ürək kisədən 
azad edilir. Ürək döyüntüləri bir dəqiqə  ərzində sayılır. 
Qurbağa dərisinin üzərinə 0,5%-li sulfat turşusu 
məhlulunda isladılmış filtr kağızı (5x5mm) qoyulur. Ürək 
fəaliyyəti ritminin dəyişməsi müşahidə olunur. Ürək 
fəaliyyəti güclənir. 
 
Dərinin müxtəlif sahələrinə priparoval iynənin ucu 
ilə toxundurulur və  həmin qıcığa ürəyin reaksiyası 
müşahidə edilir. 
 
ç. Tənəffüs, ürək və ya Herinq təcrübəsi. Dərin 
nəfəs aldıqda ağciyər alviollarını  əhatə edən azan sinir 
reseptorları oyanır. Oyanma azan sinir mərkəzinə afferent 
impulsların axını  kəskin artır, bu da ürək fəaliyyətinin 
ləngiməsinə səbəb olur. 
 
Məşğələ  dərsində  tələbənin nəbzi sayılır. Sonra o 
bir neçə dəfə dərin nəfəs alır və verir. Bu müddət ərzində 
nəbz sayılır və təcrübəyə qədər nəbz vurğularının sayı ilə 
 
188
müqayisə edilir. Təcrübə  nəticəsində  nəbz vurğularının 
sayı bir qədər azaldığı müşahidə edilir.  
 
52 saylı iş. Elektrokardioqrafiya 
 
Bildiyimiz kimi insanın və  məməli heyvanların 
ürəyinin fəaliyyəti üç fazada, yəni I fazada qulaqcıqların 
sistolası, mədəciklərin diastolası, II fazada əksinə 
mədəciklərin diastolası, qulaqcıqların sistolası, III fazada 
isə  həm qulaqcıqların, həm də  mədəciklərin ümumi 
pauzası baş verir. Ürək əzələsi də sistolaoyanma zamanı 
onun səthi mənfi elektrik yükü, sistolaya nisbətən sakitlik 
halı olan diastola-boşalma zamanı onun səthi müsbət 
elektrik yükü ilə yüklənir. Beləliklə, yuxarıda qeyd 
etdiklərimizdən aydın olur ki, qulaqcıqlar sistola, 
mədəciklər diastola vəziyyətində və əksinə olanda müsbət 
və  mənfi yüklər arasında potensiallar fərqi, yəni bioloji 
elektrik cərəyanı yaranır. Lakin, ümumi pauza, yəni 
qulaqcıq və  mədəciklər boşalmış, nisbi sakit vəziyyətdə 
olduqda potensiallar fərqi yaranmır. 
Ürəyin bioloji elektrik cərəyanı sahəsinin qüvvə 
xətləri bədən səthində müxtəlif istiqamətlərdə 
yayıldığından, nahiyələrə elektrodlar qoymaqla bu 
potensialları elektrokardioqraf adlanan cihaz vasitəsilə 
qeydə almaq olar.  
Ürək fəaliyyətini müşayiət edən bioelektrik 
cərəyanlarının qeydi üsuluna elektrokardioqrafiya, alınan 
yazıya isə elektrokardioqramma deyilir. 
Elektrokardioqrafiyanın aparılması üçün 1) standart 
və ya klassik, 2) döş, 3) ətraflardan birqütblü aparmalar 
təklif edilmişdir. 
Standart aparmalar elektrodların hansı  ətraflara 

 
189
qoyulmasından asılı olaraq üç cür ola bilər (şəkil 110). I 
aparmada elektrodlar sağ və sol əllərə, II aparmada sağ əl və 
sol ayaq, III aparmada isə sol ələ  və sol ayağa birləşdirilir. 
Döş aparmasında fəal elektrod döş qəfəsi, üzərində 
 
Şəkil 110. Elektrokardioqrafiya. Elektrodların qoyulma sxemi:   
1-standart aparmalar; 2,3,4- ətraflardan birqütblü aparmalar; 
5-birqütblü döş aparmaları; 6- döş aparmalarında döş qəfəsinə 
elektrodların bərkimə nöqtələri. 
 
 
190
müəyyən edilmiş altı müxtəlif V
1
, V
2
, V
3
, V
4
, V
5
, V

nöqtədən birinə, indeferent elektrod isə  ətrafların birinə 
bağlanır. Döş ikiqütblü aparmalarda elektrod döş  qəfəsi 
üzərində altı proyeksiyada yerləşdirilir: 1 – döş sümü-
yünün sağ  qırağında 4-cü qabırğa arasında; 2 – döş 
sümüyünün sol qırağı 4-cü qabırğa arasında; 3 – döş 
sümüyünün sol qırağı ilə körpücük sümüyünün 5-ci 
qabırğaarası  xəttinin arasında; 4 – körpücük sümüyünün 
orta xəttinin 5-ci qabırğa arasında; 5 – ön qoltuqaltı 
xəttinin 5-ci qabırğa arasında; 6 – qoltuqaltı  xəttin ortası 
ilə 5-ci qabırğa arasında. Bu aparmalar C
1
, C
2
, C
3
, C
4
, C
5

C

qeyd olunurlar (Chest-döş deməkdir). 
 Sol 
ələ qoyulan elektrod-L (Left-sol), sağ  ələ-R 
(Right-sağ), sol ayağa-F (Foot-ayaq) həriflərlə qeyd 
olunur. 
Lazım olan material və avadanlıqlar: 
elektrokardioqraf, elektrodlar, bint və ya filtr kağızı, 10%-
li fizioloji məhlul, taxt və tələbə. 
İşin  ğedişi: Tələbəni taxt üzərində uzadıb, 
ətraflarına fizioloji məhlulda isladılmış bint, bunun 
üstündən isə elektrodar bağlanır.  
Elektrokardioqraf onun işinə mane ola bilən ob-
yektlərdən uzaqda qoyulmalı  və torpaqla əlaqələndiril-
məlidir. 
 

 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin