Lazım olan material və avadanlıqlar: boy ölçən
santimetr, tərəzi, əsas mübadiləni təyin etmək üçün cədvəl,
tələbə.
İşin gedişi:
1. Boy ölçən və tərəzi ilə tələbənin boyunun
uzunluğu və çəkisi təyin edilir. Tələbənin boyu 160 sm,
çəkisi 60 kq, yaşı 20-ə bərabərdirsə, onda cədvəl çəkiyə
görə kalori miqdarı 892; yaşı isə boyuna görə 693 kkal.
Orta ölçü bərabərdir 892+693=1585 kkal olacaq. Deməli,
20 yaşlı boyu 160 sm, çəkisi 60 kq olan tələbənin əsas
mübadiləsi 1585 kkal-dır.
262
Cədvəl a
Sutka ərzində kişilərin boyu və yaşına görə
əsas mübadilənin təyini (1-ci rəqəm)
Yaş, illər
Bo
y, sm
17
19
21
23
25
27
29
33
41
51
63
144
593
568
148
633
608
152 673 648 619 605 592 578 565 538 484 416 335
156 713 678 639 625 612 598 585 558 504 436 355
160 743 708 659 645 632 618 605 578 524 456 375
164 773 738 679 665 652 638 625 598 544 476 395
168 803 768 699 685 672 658 645 618 564 496 415
172 823 788 719 705 692 678 665 638 584 516 435
176 843 808 739 725 712 698 685 658 604 536 455
180 863 828 759 745 732 718 705 678 624 556 475
184 883 848 779 865 752 738 725 698 644 576 495
Cədvəl b
Sutka ərzində qadınlarda boyu və yaşına görə
əsas mübadilənin təyini (1-ci rəqəm)
Yaş, illər
Bo
y, sm
17
19
21
23
25
27
29
33
41
51
63
144 171 162
148 187 178
152 201 192 183 174 164 155 146 127 89 43 -13
156 215 206 190 181 172 162 153 134 97 50 -6
160 229 220 198 188 179 170 160 142 104 57 1
164 243 234 205 196 186 177 168 149 112 65 9
168 255 246 213 203 194 184 175 156 119 72 17
172 267 258 220 211 201 192 183 164 126 80 24
176 279 270 227 218 209 199 190 171 134 87 31
180 291 282 235 225 216 207 197 179 141 94 38
263
Cədvəl c
Əsas mübadilənin çəkiyə görə təyini (2-ci rəqəm)
Qadınlar Kişilər
Ç
əki,
kq
kkal
Ç
əki,
kq
kkal
Ç
əki,
kq
kkal
Ç
əki,
kq
kkal
45 1085 68 1305 46 699 72 1057
46 1095 70 1325 48 727 74 1084
47 1105 72 1344 50 754 76 1112
48 1114 74 1363 52 782 78 1139
50 1133 76 1382 54 809 80 1167
52 1152 78 1401 56 837 82 1194
54 1172 80 1420 58 864 84 1222
56 1191 82 1439 60 892 86 1249
58 1210 84 1458 62 919 88 1277
60 1229 86 1478 64 947 90 1304
62
1248
66
974
64 1267
68 1002
66 1286
70 1029
Cədvəl ç
Sutka ərzində çəkidən asılı olaraq
uşaqlarda əsas mübadilənin miqdarı
kkal kkal kkal
Ç
əki, kq
oğ
la
n
q
ızlar
Ç
əki, kq
oğ
la
n
q
ızlar
Ç
əki, kq
oğ
la
n
q
ızlar
3 150 136 14 700 687 30 1140 1063
4 210 205 15 725 718 32 1190 1101
5 270 274 16 750 747 34 1230 1137
6 330 336 17 780 775 36 1270 1173
7 390 395 18 810 802 38 1305 1207
8 445 448 19 840 827 40 1340 1241
9 495 496 20 870 852 42 1370 1274
10 545 541 22 910 898 44 1400 1305
11 590 582 24 980 942
12 625 620 26 1070 984
264
13 665 665 28 1100 1025
2. İnsan bədənində maddələr mübadiləsinin enerjisi
istiliyə çevrilir və onu əhatə edən mühitə dəri vasitəsilə
verilir. Buna görə insan bədəninin 1m
2
səthində əsas
mübadilənin əhəmiyyəti böyük rol oynayır. Müxətlif
insanlarda bu qərəm müxtəlifdir. 10 – 12 yaşlı məktəbli 1m
2
sahəsindən 1236 (oğlan) və 1200 (qız) kkal istilik sutka
ərzində boşaldır; 18 – 20 yaş dövründə 984 – 912 kkal/m
2
,
20-40 yaş dövründə 948 – 888 kkal/m
2
sutka ərzində.
Tələbinin 1m
2
səthində əsas mübadiləni sutka ərzində
təyin etmək üçün öncə alınan rəqəmləri istifadə edirik.
Tələbənin ümumi səthini homoqram vasitəsilə
tapırıq (şəkil 146a). Tələbənin boyu 160 sm, çəkisi 60 kq
olarsa, onun bədən səthi 1,59 m
2
olacaq. Tələbənin əsas
mübadiləsi=984kkalx1,59=1564,56kkal sutka ərzində
normadır.
Şəkil 146 a. Çəki və boyuna görə bədən səthinin
təyini üçün homoqram.
265
Cədvəl d
Uşaqlarda bədən səthi və çəkisi
Yaş, illər Çəki, kq
Bədən səthi, m
2
1 10
0,55
5 17
0,79
8 24
1,00
11 31
1,19
14 40
1,41
Uşaqlarda 1m
2
bədən səthində əsas mübadilənin
miqdarını tapıb yaşlıların 1m
2
bədən səthindəki əsas
mübadilə ilə müqayisə edirlər.
266
IX FƏSİL
SENSOR SİSTEM
Bizi
əhatə edən aləmin obyektiv varlığını əks
etdirən hiss orqanları (görmə, eşitmə, qoxu, dad, dəri) öz
funksiyasını, ancaq beyin və xüsusən onun qabığı normal
işlədikdə yerinə yetirə bilər.
Xarici
aləmdəki əşyalar və hadisələr haqqında
beynə məlumat gəlməsi üçün başlanğıc proses
reseptorların – hissi sinir uclarının – oyanmasıdır. Hər
hansı oyanma reseptordan beyin qabığına gəlib çatmaq
üçün afferent yolları qət etməli, bu yolları təşkil edən sinir
hüceyrələrinin birindən digərinə ötürülməlidir. Lakin
afferent sistemin işi sinir impulsunu beyinə gətirməklə
məhdudlaşmır. Bu sistemin hər bir şöbəsi qəbul edilən
impulsun analizində iştirak edir. Sinir impulsu analizinin
ən ali forması isə baş beyin yarımkürələri fəaliyyətinə aid
fizioloji hadisədir.
Qıcıqları qəbul edən və oyanmaları keçirməkdə
iştirak edən bütün neyronların məcmusunu, həmçinin baş-
beyin yarımkürələri qabığının duyğu hüceyrələrini
İ.P.Pavlov bir sistemə daxil edərək analizator
adlandırmışdır. Reseptorlar analizatorların mühiti hissələri
hesab olunur. Afferent neyronlar və aparıcı yollar
analizatorların ötrücü şöbələrini təşkil edir. Reseptorlardan
oyanmanı qəbul edən beyin yarımkürələri qabığı sahələri
isə analizatorların mərkəzi şöbəsi hesab olunur.
Orqanizmin daxili mühitinin və daxili üzvlərinin
fəaliyyəti ilə əlaqədar fəaliyyət göstərən reseptorlara
interoreseptorlar, əzələlərin və vətərlərin funksional
vəziyyətinin dəyişməsilə oyanan, habelə bədənin vəziyyəti
267
(pozası) və hərəkətilə əlaqədar fəaliyyət göstərən
reseptorlara proprioreseptorlar, xarici mühit amillərinin
təsirilə oyanan reseptorlara isə eksteroreseptorlar deyilir.
Görmə, qoxu, eşitmə reseptorları orqanizmdən uzaq mə-
safədə olan cisimlər təsirilə oyandığına görə distant
reseptorlar, yaxın məsafədəki qıcıq amili təsirindən oyanan
reseptorlar isə kontakt reseptorlar adlanırlar.
Filogenez
və ontogenez prosesində reseptorların
uyğunlaşdığı
qıcıqlar adekvat və ya spesifik
qıcıqlandırıcılar adlanır. İnadekvat qıcıqlara reseptorlar
uyğunlaşmır; onlar konkret analizatorların spesifik
funksiyasını qiymətləndirmə kriteriyası kimi götürülə
bilməz.
73 saylı iş. Taktil hissiyyat
Dəridə taktil və ya təmas, təzyiq, ağrı və hərarət
hissiyyatını qəbul edən reseptorlar yerləşir. Taktil
reseptorlar bədəndə qeyri-bərabər səpələnərək, ən çox
barmaqların və dodaqların ucunda (Merkel diyircəyindən),
ayaqaltında, dilin ucunda, az miqdarda isə bədənin arxa
səthində yerləşir.
Taktil
reseptorları Meysner, təzyiq reseptorları isə
Paççini, istilik reseptorları Puffini cisimciklərində olur.
Krauze kolbacıqlarında soyuqluq reseptorları, təmas
reseptorları rolunu isə qalın mielin lifləri oynayır.
Lazım olan material və avadanlıqlar: esteziometr
(Veber sirkulu).
İşin gedişi: Dəri hissiyyatı Frey esteziometri
vasitəsilə də ölçülür. Tələbə stulda oturur və gözünü
yumur. Eksteriometrin iti ucu ilə dərinin müxtəlif
268
sahələrinə toxunulur. Esteriometrin ayaqcığını tədricən
hərəkət etdirərək hər dəfə 1 mm üzrə məsafədə əvvəlcədən
nəzərdə tutulmuş dərinin müxtəlif sahələrinə toxundurulur.
Tələbənin ilk dəfə hər 2 ayaqcığını dərinin hansı
nahiyəsinə və hansı məsafədə, toxunduqdan sonra
hissiyyatın baş verməsi anını qeyd edirlər. Alınan
nəticələri cədvəldə əks edirlər.
Şəkil. Esteriometr (Veber sirkulu).
Cədvəl 13
Dəri nahiyələri Məkan hissetmənin qapısı (esteriometrin
ayaqcıqlarının arasındakı məsafə)
Əl barmağı
Ovcun içi
Boyun
Bel
Burun
Bəbək refleksinin müşahidəsi
74 saylı iş. Adrenalin və atropinin bəbəyə təsiri
Quzehli qişanın ortasında yerləşən məsaməyə
(dəlik) bəbək deyilir. İşıq şüaları bu dəlikdən keçərək gö-
269
zün daxilinə düşür. Qüzehli qişada həlqəvi və radial
(uzunsov) əzələlər yerləşir. Həlqəvi əzələlər parasimpatik,
radial əzələlər isə simpatik sinir lifləri ilə innervasiya
olunur.
Bəbəyin işığa qarşı reaksiyası. Əgər gözün
qarşısında qaranlıq mühit yaradıb, sonra işıq şüasının gözə
düşməsinə şərait yaratsaq, qaranlıq mühitdə genişlənmiş
bəbəyin daralaraq əvvəlki normal vəziyyətinə qayıtdığını
müşahidə etmək olar.
Adrenalin
və atropin qüzehli qişanın saya əzələsinə
təsir edir (adrenalin simpatik sinir sisteminin mediatoru
kimi, atropinin isə xalinoreseptorları blokada edən amil
kimi) və bəbəyin genişlənməsinə səbəb olur. Bu effekt
həm tam orqanizmdə, həm də təcrid edilmiş göz almasında
özünü göstərir.
Lazım olan material və avadanlıqlar: 2 qurbağa,
iki dovşan, saat şüşəsi, göz pipetkası, fizioloji məhlul,
adrenalin 1:1000, atropin 1:200.
İşin gedişi: Qurbağanı hərəkətsizləşdirib, hər iki
göz almasını çıxarıb, saat şüşəsi içərinə qoyub, fizioloji
məhlul ilə yuyuruq. Bir neçə dəqiqədən sonra gündüz işı-
ğında bəbəyin dairəsini ölçürük, sonra bir gözə 2 damcı
adrenalin məhlulu tökürük. Bu zaman bəbəyin kəskin
böyüməsi müşahidə edilir. İkinci qurbağanı
hərəkətsizləşdirib uyğun təcrübəni atropin vasitəsilə
aparın.
2.
Təcrübəni dovşanlar üzərində aparıb, sağ və sol
gözün bəbəyinin məsaməsinin ölçüsünün eyni olmasını
qeyd edin. Dovşanlardan birinin sol gözünə pipetka
vasitəsilə 1 – 2 damla adrenalin, digərinin gözünə isə bir o
qədər atropin tökün. 10 – 15 dəqiqədən sonra hər iki gözün
bəbəyinin eninin ölçüsünü yoxlayın. Hər iki dovşanın sol
270
gözünün bəbəyinin böyüdüyünü müşahidə edəcəksiniz.
75 saylı iş. Qurbağanın yarımdairəvi kanallarının
bədənin müvazinətinin ənzimində rolu
Bədənin müvazinət analizatorunun reseptor şöbəsi
daxili qulağın labirintinin dəhliz cihazında yerləşir.
Axırıncıya iki torbacıq və üç yarımdairəvi kanallar aid
edilir. Dəhliz cihazı göz, dəri və əzələ analizatorları ilə
birlikdə heyvanda və insanda başın və bədənin fəzada və
məkanda vəziyyətinin və hərəkətinin sürətini təmin edir.
Lazım olan material və avadanlıqlar: Qurbağa,
şüşə banka, efir, qablar, tənzif, bint, pambıq tampon.
İşin gedişi: Qurbağanı arxası üstə mantar lövhəyə
bərkidirik. Salfetka vasitəsilə aşağı çənəsindən tutub aşağı
dartıb, ağzını geniş açırıq. Ağız boşluğunun dibinin selikli
qişasını lansetlə kəsib, kənarlarını aralayırıq. Kəllə
əsasında damar dəstəsinin yanında gicgah sümüyünün
təpələri görünür. Bu təpələrdən birini alətlə deşib, əyilmiş
ucu olan iynəni açılmış deşiyə daxil edib labirinti pozuruq.
Qurbağanın başı və bədəni zədələnmiş tərəfə əyilir, suda
həmin tərəfə dairəvi üzmə hərəkət edir. İkinci labirinti
pozduqdan sonra bədənin vəziyyəti düzəlsədə, suda üzən
zaman hərəkətin tənzimində pozğunluqlar aydın müşahidə
edilir.
76 saylı iş. Qıcığın qüvvəsi və hissiyyatın intensivliyi
arasındakı asılılığın təyini (Veber-Fexner
qanunu)
271
Reseptorların oyanması qüvvələr münasibəti
qanununa tabedir. Belə ki, qıcığın qüvvəsi müəyyən həddə
qədər artdıqca, reseptorun verdiyi cavab da o nisbətdə
yüksəlir (Veber, 1934). Qıcığın qüvvəsi ilə hissiyyatın
intensivliyi arasındakı nisbət aşağıdakı formulaya əsasən
hesablanır:
2
1
P
P
K
∆
=
Burada
1
P
∆
-qıcığın artma qüvvəsi,
2
P
-qıcığın ümumi
qüvvəsi, K-hissiyyatın intensivliyini göstərir.
Təcrübə ilə müəyyən edilmişdir ki, hər 100 q-a ən
azı 3 q əlavə edilməlidir ki, dəriyə təsir edən yeni ağırlıq
hiss edilsin.
Tutaq
ki,
dəridə olan baroreseptorlar 100 q qıcıq
təzyiqindən oyanır. Əgər həmin ağırlığa 2q-da əlavə
olunarsa, bu əlavəyə qarşı baroreseptorların oyanması
müşahidə edilmir. Lakin əlavə ağırlıq 3 q, ya daha artıq
olduqda qıcıq hiss ediləcəkdir. Əvvəlcədən 200 q ağırlıq
təsir etməkdədirsə, əlavə 6 q ağırlıq olmalıdır. Əvvəlcədən
600 q ağırlıq təsir göstərməkdədirsə, əlavə yük hər 100
qrama 3 q olmaqla 18 q-dan az olmamalıdır.
Fexner
bu
hadisəni yoxlayarkən müəyyən etmişdir
ki, qıcıq qüvvəsi və reseptorun oyanması arasındakı
asılılıq nisbidir. Çünki reseptorların adaptasiyası (qıcığa
«adət etmək») xüsusiyyəti də vardır. Qıcığın loqarifmik
artımı ilə hissiyyatın intensivliyi arasındakı münasibət
aşağıdakı formula ilə ifadə edilir:
b
log
a
+
=
R
S
Burada S-hissiyyatın intensivliyi, R-qıcığın qüvvəsi, a və
272
b-sabit kəmiyyətdir.
Lazım olan vəsait: əşya şüşəsi və müxtəlif ağırlıqlı
çəki daşları.
İşin gedişi:
Müayinə edilən şəxs əyləşib gözlərini yumur və
əlini masanın üzərinə barmaqları açılmız vəziyyətdə qo-
yur. Barmaqların ucuna əşya şüşəsi, şüşənin üstünə isə
çəki daşları qoymaqla hansı ağırlıq təzyiqinin hiss olun-
duğu qeydə alınır. Sonra tədricən yükü artırır və müayinə
edilən adamdan təzyiqin artdığını hiss edib, etmədiyini
soruşurlar. Təcrübəni müxtəlif yüklər qoymaqla bir neçə
dəfə təkrarlayır, hissiyyatın qıcıq qapısını və intensivliyini
(K) müəyyən edirlər.
77 saylı iş. Dad hissiyyatının öyrənilməsi
Dad
hissiyyatı dilin, qismən yumşaq damağın,
udlağın arxa divarının və qırtlaq qapağının reseptorlarına
acı, şirin, turş və şor qidalar təsirilə baş verən hissiyyatdır.
Dilin ucunda, kökündə və kənarlarında olan reseptorlar
dadı
fərqləndirməkdə, xüsusilə mühüm fizioloji
əhəmiyyətə malikdir.
Qidanın və ümumiyyətlə, hər hansı maddənin
dadının hiss olunması üçün o, mayedə həll olmalıdır.
Lazım olan vəsait: göz pipetkası, stəkan, 0,5%-li
xinin hidroxlorid məhlulu, 1%-li limon turşusu və ya
tartarat turşusu məhlulu, qənd, innab yarpağı.
İşin gedişi:
Təcrübə iki tələbə üzərində aparılır. Əvvəlcə dil
səthinin müxtəlif sahələrinə pipetka vasitəsilə
məhlullardan növbə ilə damızdırırlar. Hər maddənin
273
təsirindən sonra ağız su ilə yaxalanmalıdır. Təcrübə
göstərir ki, dilin ucu şirinliyə, kökü acılığa, kənarları isə
şorluğa və turşuluğa daha həssasdır. Dil səthinin ortası isə,
demək olar ki, dad hissiyyatında iştirak etmir.
Tələbə innab yarpağını çeynədikdən 1 – 2 dəqiqə
sonra ağzına qoyulan qəndin şirinliyini hiss etmir.
78 saylı iş. Görmə itiliyinin təyini
Görmə itiliyi gözün bir-birinə yaxın yerləşmiş 2
nöqtənin ayrı-ayrılıqda fərqləndirmə qabiliyyəti ilə
müəyyən edilir. İnsanın görmə itiliyini təyin etmək üçün
xüsusi cədvəldən istifadə edilir.
Görmə itiliyi
D
V
α
=
düsturu ilə hesablanır;
V-görmə itiliyi;
α
-tələbə ilə cədvəl arasındakı məsafə; D-
oxunan sətrin məsafəsi.
Lazım olan material və avadanlıqlar: Görmə
itiliyini təyin etmək üçün cədvəl, çubuq və tələbə.
İşin gedişi: Tələbə cədvəldən 5 m aralı oturur, hər
bir gözü ilə ayrı-ayrı cədvəldə hərfləri oxuyur. Əgər tələbə
5 m məsafədən 10-cu sətirdəki hərfləri ayırd edə bilirsə,
onun görmə itiliyi 1-ə bərabərdir (norma). 5 m məsafədən
1-ci sətrin hərflərini oxuyursa, deməli görmə itliyi 0,5-ə
bərabərdir.
79 saylı iş. Gözün torluk qişasında kor ləkənin
nümayişi
Lazım olan material və avadanlıqlar: xüsusi qara
kart və tələbə.
İşin gedişi: Tələbə sol əli ilə sol gözünü bağlayır,
274
sağ əli ilə uzaqdan kartı yavaş-yavaş sağ gözünə
yaxınlaşdırır. Tələbə nəzərini sol xəyali xəttə (+) fiksə
etməlidir.
Şəkil 147. Kor ləkəni nümayiş etdirmək üçün kart.
Gözdən 20 – 25 sm məsafədə sağ təsvir (O) itir. Bu
torlu qişada kor ləkənin, yəni görmə reseptorları olmayan
sahənin olduğunu sübut edir. Kor ləkə göz almasından
görmə sinirinin çıxdığı nahiyəyə deyilir. Sonra tələbə sağ
gözünü bağlayır və sol gözü ilə kartda olan təsvirə baxır.
İkinci təsvirin itdiyi zaman gözdən karta qədər olan
məsafəni qeyd edirlər.
275
X FƏSİL
ALİ SİNİR FƏALİYYƏTİ (ASF)
Ali sinir fəaliyyəti insanın və istiqanlı heyvanların
davranışını, rəftarını, mühit şəraitinin daimi dəyişməkdə
olan tələblərinə uyğunlaşma reaksiyalarını təmin edir. Ali
sinir fəaliyyətinin əsasını, İ.P.Pavlovun kəşf etdiyi şərti
reflekslər təşkil edir. Beyin qabığı fəaliyyətinin əsasında
reflektor proseslər durur. Lakin beyin qabığının bu
fəaliyyəti mərkəzi sinir sisteminin digər şöbələrinin
reflektor fəaliyyətindən bir sıra xüsusiyyətləri ilə fərqlənir.
Daxili mühitin (qan, limfa) və daxili üzvlər (ürək,
mədə, bağırsaq, qan damarları və s.) fəaliyyətinin tənzimi
isə şərtsiz reflekslərlə, yəni qabıqaltı nüvələrin, beyin
sütununun, onurğa beyninin funksiyasından, ibtidai sinir
fəaliyyəti sayəsində icra olunur.
Baş beyin yarımkürələri qabığı mərkəzi sinir
sisteminin ən mütəşəkkil, incə quruluşlu və mürəkkəb
vəzifəli şöbəsi olmaqla beyinin bütün digər şöbələrilə
morfofunksional əlaqədədir. Odur ki, ali sinir fəaliyyəti
ibtidai sinir fəaliyyətindən ayrılıqda icra olunan fizioloji
hadisə deyil, əksinə, bütün şərti reflekslərin şərtsiz
reflekslər üzərində qurulmasından ibarət
qanunauyğunluqdur. Bununla belə şərti və şərtsiz
reflekslər arasında bir sıra mühüm fərqlər də vardır.
İ.P.Pavlov və əməkdaşlarının apardıqları tədqiqatlar
göstərir ki, şərtsiz reflekslər anadangəlmə, növə mənsub
ömür boyu davam etdiyi halda, şərti reflekslər fərdi inkişaf
dövründə «həyati təcrübə» nəticəsində qazanılan refleks
reaksiyalarıdır.
276
Şərti reflekslərin yaradılması üçün şərtsiz refleks
reaksiyasına səbəb olan qıcığa hər hansı indifferent qıcığın
qoşulmasıdır. İndifferent qıcıq isə orqanizmin xarici, ya
daxili mühitindəki hər hansı dəyişiklikdən ibarət ola bilər.
İndefferent qıcıq şərtsiz qıcıqdan bir neçə saniyə (1
– 5 saniyə) əvvəl təsirə başladıqda, sonra isə hər iki qıcıq
bir neçə saniyə ərzində eyni vaxtda təsir etdikdə və bu
hadisə dəfələrlə təkrarlandıqda şərti refleks yaranır.
Qıcıqların quraşdırılması qaydası pozulduqda isə, məsələn,
şərti və şərtsiz qıcıqlar eyni vaxtda verildikdə, şərti qıcıq
şərtsizdən sonra verildikdə və digər hallarda şərti refleks
yaranmır, ya çox zəif və tez sönən olur. Şərti refleksin
yaranmış olduğu andan etibarən əlavə qıcığa daha
indifferent qıcıq deyil, şərti qıcıq və ya şərti siqnal deyilir.
Bilavasitə şərtsiz refleksin üzərində yaradılmış şərti
reflekslərə birinci dərəcəli şərti reflekslər deyilir. Lakin
hər hansı möhkəm şərti refleks özü də yeni şərti refleks
üçün əsas ola bilir. Şərti refleks üzərində yaradılmış şərti
reflekslərə ali dərəcəli şərti reflekslər deyilir. Belə şərti
reflekslərdən ikinci və üçüncü dərəcəlisini də yaratmaq
mümkündür.
Bioloji
mənalarına (vəzifələrinə) görə şərtsiz və
şərti refleksləri müəyyən qruplara bölür və hər qrupda bir
sıra reflekslər fərqləndirirlər. Bunlardan ən əsasları
aşağıdakılardır:
1.
Qida refleksləri;
2.
Müdafiə refleksləri;
3.
Tənasül refleksləri;
4.
Stato-kinetik və lokomotor reflekslər;
5.
Homeostaz, yəni orqanizmin daxili mühitinin
nisbi sabitliyini təmin edən reflekslər;
6.
Mühitdən baş çıxarmaq və ya bələd olmaq
|