160
hazırlanmış preparatda budun arxa hissəsində əzələlər küt sürətdə
ayrılır və oturaq siniri tapılır.
Bud və baldır əzələləri yalnız oturaq siniri ilə əlaqədə olan
preparat hazırlanır və siniri dəyişən cərəyanla qıcıqlandırdıqda
həm bud, həm də baldır əzələləri eyni zamanda təqəllüs edir.
2. Fizioloji tamlıq qanunu. Sinirin bir sahəsini zəhərlədikdə,
sapla bağladıqda və ya soyutduqda, həmin sahənin zahirən
salamat görünməsinə baxmayaraq, fizioloji bütövlüyü pozulur.
Belə sahədən impuls keçmir.
3. İzolə təcrid olunaraq nəqlolunma qanunu. Bu qanuna
görə impuls bir lifdən qonşu lifə keçə bilmir. Qurbağanın bud
nahiyəsində oturaq sinirini liflərə ayırıb, liflərdən birini dəyişən
cərəyanla qıcıqlandıracaq, hətta pəncənin hər hansı bir hissəsinin
təqəllüsünü müşahidə etmək olar. Əgər oyanma qonşu liflərə
(köndələninə) keçsəydi, ayrı-ayrı əzələ təqəllüsləri mümkün
olmazdı və hər bir oyanma çox müxtəlif əzələlərin birgə təqəllüsü
ilə müşaiyət olunardı.
6.4. Sinir lifinin müxtəlifliyi onda fəaliyyət
potensialı və oyanmanın yayılması
Sinir hüceyrəsi öz oyanmasına görə «hamı və ya heç nə»
sinirlər isə «qüvvələr nisbəti» qanununa tabe olur.
Fəaliyyət potensialının vasitəsilə oyanmanın hüceyrə və ya lif
boyunca yayılması mexanizmi çox mürəkkəbdir. Qeyd edildiyi
kimi sükunətdə olan sinir lifinin, eləcə də sinir hüceyrəsi membra-
nının xarici səthi elektromüsbət, daxili səthi isə elektromənfi
yüklə yüklənmişdir. Qıcığın təsirindən isə membranda, onun qıcı-
ğa məruz qaldığı sahədə elektrik yüklərinin bu cür qütblüyü
(polyarlığı) dəyişilir və bu halda membranın xarici səthi mənfi,
daxili səthi isə müsbət yüklə yüklənir: potensial depolyarlaşır, onun
qiyməti maksimuma çatdıqdan dərhal sonra həmin nahiyə
yenidən elektromüsbət olur (bax: IV fəsil). Membranda ilk oyan-
ma sahəsi yarandıqda oyanmış sahə ilə ona qonşu olan
oyanmamış sahə arasında potensiallar fərqi əmələ gəlir. Bu qayda
downloaded from KitabYurdu.org
161
ilə oyanma fəaliyyət potensialı vasitəsilə mielinləşməmiş sinir
liflərilə sanki membranın bir sahəsindən digər sahəsinə tədricən
hərəkət edir (şəkil 6.7A). Mielinləşmiş sinir lifində isə Ranvye
buğumu ilə oyanmanın əmələ gəlməsi və sıcrayışlarla
ötürülməsində əsas rol oynayır.
Sinirlərdə oyanmaların nəqlolunma sürəti. Sinir lifi üzrə
oyanmaların hərəkət sürətini dəqiq ölçmək mümkündür.
Sinirlərdə impulsların hərəkət sürətini təyin etmək sahəsində ilk
təcrübələr məşhur alman fiziki və fizioloqu Q.Helmols (1821-
1894) tərəfindən aparılmışdır. O, müəyyən etmişdir ki, sinir lifi
oyanmaları 120 m/san sürəti ilə nəql edir.
Dəqiq analizlər göstərmişdir ki, sinir lifində oyanmanın nəql
olunma sürəti təxminən onun diametri ilə düz mütənasibdir. Yəni
lifin diametri (qalınlığı) artdıqca oyanmanın nəqlolunma sürəti də
artır.
Hazırda oyanmanın nəqlolunma sürətinə görə sinir liflərini A,
B, S hərflərilə işarə edilən üç əsas tipə bölürlər. A qrupuna aid
olan liflər dörd yarım qrupa - A
α
, A
β
, A
γ
… və A
δ
ayrılır. Onlar
mielin qişası ilə örtülür. Ən böyük diametri A
α
lifləridir. İnsanda
və istiqanlı heyvanlarda onların diametri 1-22 mk, oyanmanın
nəqlolunma sürəti 5-120 m/san-dir. Onlar oyanmanı onurğa
beynindən skelet əzələlərinə və əzələ reseptorlarından sinir
mərkəzlərinə daşıyırlar.
Əsrimizin 30-cu illərinin axırlarında C.Erlenger və Q.Qasser
dəqiq ölçmələr əsasında periferik sinirlərdə elektrik impulslarını
müxtəlif sürətlə nəql edən üç tip liflərə birinci tip (A tip) liflər im-
pulsları 5-100 m/san, ikinci tip (B-tip) liflər impulsları 3-14 m/san,
üçüncü tip (C-tip) liflər impulsları 0,3-3 m/san nəql edir) təsadüf
edilir. Qeyd etmək lazımdır ki, bu tədqiqatlara görə Erlenger və
Qasser 1944-cü ildə Nobel mükafatına layiq görülmüşlər.
Sinirdə maddələr mübadiləsi və yorulmazlığı. Oyanma
zamanı sinir liflərində zülal mübadiləsi güclənir, qanda çoxlu
azotlu maddələr toplanır.
Sinir uclarından ifraz olunan asetilxolin və noradrenalin sinir
impulslarının kimyəvi ötürüçüləri-mediatorlardır.
162
Sakit halda və oyanma zamanı sinirdə maddələr
mübadiləsinin vəziyyəti bununla əlaqədar enerji mənbəyi olan
fosfor birləşmələri-adenozintrifosfat və kreatinfosfat parçalaması,
qlükoza və qlikogenin hesabına daha çox süd turşusu əmələ
gətirməsi və onun istilik əmələ gətirməsi ilə müəyyən etmək olar.
Sakit vəziyyətdə sinir oksigen mənimsəyir, karbon qazını bu-
raxır. Oksigensiz mühitdə maddələr mübadiləsinin pozulması
nəticəsində natrium-kalium nasosunun işi dəyişilir. Siniri oksi-
genli mühitə qaytardıqda sükunət potensialı tezliklə bərpa olunur
və oyanmanın nəql olunması qaydaya düşür.
1884-cü ildə N.E.Vvedenski ilk dəfə müəyyən etmişdir ki,
atmosfer havasında siniri uzun müddət (8 saata qədər) fasiləsiz
qıcıqlandırdıqda oyanmanın nəql olunması dəyişmir. Yəni açıq
havada sinir, təcrübi olaraq yorulmur və ya az yorulur.
Sinirin tamamilə yorulmadığını düşünmək səhv olardı. Onun
fəaliyyəti zamanı bir sıra fizioloji dəyişikliklər-refraktor dövrün
uzanması, nəqletmənin zəifləməsi və s. baş verir.
6.5. Oyanıcılıq, qıcıq qüvvəsi xronaksiya,
refraktorluq, parabioz, adaptasiya
Canlı hüceyrənin oyanıcılığı vardır. Yəni hər bir canlı
hüceyrə mühitin dəyişikliklərinə qarşı maddələr mübadiləsini
dəyişdirməyə qabildir. Oyanıcılığa malik toxumalardan bəhs
edərkən sinir, əzələ və vəzi toxumasını nəzərdə tuturlar.
Hazırda fiziologiya elmi son dərəcə incə tədqiqat üsullarına –
istilik və elektrik hadisələrini, milyon dəfə gücləndirən cihazlara,
saniyəni mində biri içərisində baş verən hadisələri qeyd etməyi
qabil aparatlara, maddələr mübadiləsini öyrənməyə imkan verən
incə kimyəvi metodlara malikdir.
Oyanma bütünlükdə orqanizmin və eləcə də onun üzv
toxuma və hüceyrələrinin mühitin təsirinə qarşı verdikləri cavaba
deyilir. Üzv, toxuma və hüceyrələrin nisbi sakitlik halından
fəaliyyət halına keçməsinə səbəb olan amillərə qıcıq, qıcıqların
üzv, toxuma və hüceyrələrə göstərdiyi təsirə qıcıqlanma deyilir.
downloaded from KitabYurdu.org
163
Təbiəti etibarilə qıcıqlar mexaniki, istilik, elektriki və kimyəvi
olaraq bir neçə növə bölünür. Bioloji əhəmiyyətinə görə isə
qıcıqlar adekvat (xüsusi) və inadekvat (ümumi) adlanaraq iki yerə
ayrılır. Adekvat qıcıqlar təbii şəraitdə ancaq müəyyən üzvə təsir
edən qıcıqlara deyilir. Təkamül – hadisəsində üzvlər müəyyən
qıcıqlara qarşı uyğunlaşmışdır. Məsələn, gözün torlu qişası üçün
işıq spektrinin görünən hissəsi, daxili qulaqda birləşmiş Korti
üzvü üçün səs dalğaları, dildəki dad mədəcikləri üçün qida
içərisində olan müxtəlif kimyəvi maddələr, skelet əzələləri üçün
hərəki sinirlər vasitəsilə gələn impulslar adekvat qıcıqlanır.
İnadekvat qıcıqlar ümumi qıcıqlara, üzvlərdən ötrü
xüsusiləşməmiş qıcıqlara deyilir. Belə qıcıqlar üzvlərin bir
çoxuna təsir edir. Məsələn, turşu, əsas elektrik cərəyanı, zərbə və
sairə təsirilə əzələni, siniri, vəzi oyatmaq olar.
Əslində hər bir diri hüceyrə yuxarıda saydığımız qıcıqlar
(mexaniki, istilik, elektriki və kimyəvi) təsiri altında müəyyən
dərəcədə oyanmağa qabildir.
Elektrik qıcığının inadekvat qıcıq olmasına baxmayaraq
fizioloq təcrübə zamanı əksərən bu qıcıqdan istifadə edir. Ona
görə ki, elektrik qıcığının başqa qıcıqlara nisbətən bir çox
əhəmiyyətli və bütün cəhəti vardır. Bu üstün cəhətlərdən birincisi
odur ki, elektrik qıcıqlandırıcı başqa qıcıqladıcılara nisbətən
toxumaları az zədələyir. İkinci üstün cəhəti ondan ibarətdir ki, bu
qıcıqlandırıcının qüvvəsini asanlıqla dəyişdirmək olur. Bir çox
təcrübələr vasitəsilə müəyyən edilmişdir ki, toxumanın oyanması
üçün, qıcıqladıcı müəyyən qüvvəyə və müəyyən təsir müddətinə
malik olmalıdır. Qıcığın ən kiçik oyanma törədən ən kiçik qüv-
vəsinə aşağı qıcıqlama qapısı deyilir. Fərz edək ki, 0,40 volt elek-
trik cərəyanı təqəllüs törətmədiyi halda 0,41 volt həmin əzələni
çox zəif təqəllüsünə səbəb olur. Deməli, əzələnin ən zəif təqəllüs
verməsinə səbəb olan ən kiçik cərəyan gərginliyi 0,41 voltdur. Bu
gərginlik həmin əzələ üçün aşağı qıcıqlama qapısı və ya reobaza
sayılır. Qıcıqların aşağı qıcıqlama qapısına qədər olan
qüvvələrinin verdiyi oyanmalara subliminal (qapıaltı), aşağı qı-
cıqlama qapısından yuxarı olan qüvvələrinin verdiyi oyanmalara
164
supraliminal (qapıüstü) oyanmalar deyilir. Supraliminal oyanma-
lar da submaksimal, yəni maksimumdan aşağı, maksimal, yəni
maksimum və supramaksimal, yəni maksimumdan çox oyanmalar
olmaq üzrə üç yerə bölünür.
Subliminal qıcıqlara qarşı, yuxarıda qeyd etdiyimiz kimi
təqəllüs alınmır. Lakin buradan belə nəticə çıxarmamalıdır ki,
subliminal qıcıqlar əzələdə heç bir dəyişiklik törəmir. Kimyəvi
analiz göstərmişdir ki, subliminal qıcıqların təsirinə məruz qalan
əzələ çoxlu miqdarda fosfor ifraz edir. Deməli, belə qıcıqlar əzələdə
nəzərə çarpan oyanma törətmirsə də, əzələnin daxilində oyanma
üçün səciyyəvi olan dəyişikliklərə səbəb olur.
Böyük qüvvəyə maliki qıcıqlar verməklə skelet əzələsinin
fəaliyyətini ya tamamilə dayandırmaq və ya da zəiflətmək müm-
kündür. Bu hadisəni ilk dəfə kəşf edən rus fizioloqu Vvedenski bu
hala pessimum hal (ən pis hal) və bu halı törədən sıx və qüvvəli
qıcıqlara isə pessimal qıcıqlar adı vermişdir. Əzələnin maksimum
təqəllüsünə səbəb olan, yəni əzələnin fəaliyyəti üçün ən əlverişli
şərait yaradan qıcığa isə yenə də Vvedenski tərəfindən optimal
(ən yaxşı) qıcıqlar adı verilmişdir.
Oyanma hadisəsini tədqiq edən ilk alimlər elə zənn edirdilər
ki, oyanmanın alınması üçün elektrik qıcığının təsir müddəti rol
oynamır. Yəni cərəyanın toxumadan neçə müddətə: 1 saniyə, 5 sa-
niyə və ya 1 dəqiqə və i.a. keçməsinin oyanmanın alınması üçün
heç bir əhəmiyyəti yoxdur. Onlar elə zənn edirlər ki, oyanmanın
əmələ gəlməsi yalnız qıcığın qüvvəsindən, özü də qıcığın mütləq
qüvvəsindən yox, o qüvvənin artıb əksilmə sürətindən asılıdır.
Lakin sonrakı tədqiqat göstərdi ki, oyanmanın alınması üçün elek-
trik cərəyanının toxumaya təsir etdiyi müddətin də əhəmiyyəti
vardır. Məsələn, qurbağanın mədə əzələsini təqəllüsə gətirmək
üçün qıcığın təsir müddəti 1/2 saniyəyə bərabər olmalıdır. Qıcığın
təsir müddəti 1/2 saniyədən az olsa, o zaman belə qıcıq aşağı
qıcıqlama qapısından çox olsa da təqəllüs törətməz. Bu sahədə apa-
rılan bir sıra tədqiqat nəticəsində aydın olmuşdur ki, təqəllüslərin
alınması üçün qıcıq müəyyən müddət təsir göstərməlidir.
Qüvvəsi iki reobaza olan cərəyanın təsir göstərə bilməsindən
downloaded from KitabYurdu.org
165
ötrü, yəni ən zəif oyanma əmələ gətirə bilməsindən ötrü lazım
gələn ən kiçik müddətə xronaksiya deyilir. Xronaksiya saniyənin
mində bir payı olan siqma ilə ölçülür. Oyanıcılıq dərəcəsindən
asılı olaraq toxumaların xronaksiyaları müxtəlifdir.
Maddələr mübadiləsini dəyişdirən hər bir amil hüceyrənin
oyanıcılığını dəyişdirir. Birinci növbədə oyanıcılığı dəyişdirən
oyanma hadisəsinin özüdür. Məlum olmuşdur ki, oyanmış
hüceyrə bir müddət yeni qıcığa cavab vermir. Bu oyanmaz hala
mütləq refraktor dövr deyilir. Sonra oyanıcılıq tədricən bərpa ol-
mağa başlayırsa da, lakin hələ onun qüvvəsi bir müddət aşağı
dərəcədə qalır, buna da nisbi refraktor dövr adı verilir. Nisbi refrak-
tor dövrdə verilən qıcığa qarşı zəif oyanma alınır. Nisbi refraktor
dövr keçdikdən sonra hüceyrənin oyanıcılığı əks istiqamətdə
dəyişməyə başlayır. Əvvəlcə oyanma normal halını alır; bir az
sonra normal haldan da yüksək bir qiymət kəsb edir. Bu dövrə
ekzaltasiya dövrü deyilir. Ekzaltasiya dövründən sonra oyanıcılıq
yenə də tədricən enir və axırda normal səviyyəsinə çatır. İlk dəfə
refraktor dövr ürək əzələsində kəşf edilmişdir. Buna səbəb ürək
əzələsinin refraktor dövrünün uzun olmasıdır. Odur ki, ürək
əzələsində bu dövrü meydana çıxartmaq üçün mürəkkəb cihazlara
ehtiyac yoxdur. Sinirdə və skelet əzələsində isə refraktor dövr
əksinə çox qısadır. Məsələn, hərəki sinirin refraktor dövrü 2
siqmaya, skelet əzələsinin refraktor dövrü isə 5 siqmaya yaxındır.
Ona görə də qıcığın sıxlığı saniyədə 500 olsa, başqa sözlə
desək, iki qıcıq arasındakı fasilə 0,002 saniyədən, yəni refraktor
dövründən az olsa, o zaman hər sonrakı qıcıq refraktor dövrə dü-
şəcək və beləliklə, sinir qıcıqların bir hissəsinə cavab verməyə-
cəkdir. Nəticə etibarilə ritm dəyişəcəkdir, yəni sinirin zaman
vahidində verdiyi oyanmaların sayı həmin sinirə təsir edən
qıcıqların sayından az olacaqdır. Bu, o deməkdir ki, refraktor
dövrü 0,002 saniyə olan bir toxuma saniyədə 500-dən artıq qıcıq
əmələ gətirə bilməz.
Refraktor dövrün mahiyyəti haqqında bir neçə rəy vardır.
Bəzilərinə görə refraktor dövrə səbəb, oyanma zamanı hüceyrə
daxilindəki ehtiyat maddələrinin qurtarmasıdır. Ona görə də re-
166
fraktor dövr guya enerji mənbəyi olan maddələrin qurtarmasına
işarədir. Bu rəyə görə hüceyrə öz ehtiyatını yenidən toplayana
qədər refraktor dövr davam etməlidir. Biokimyəvi tədqiqatlar bu
nəzəriyyənin düzgün olmadığını isbat edir. Bu vaxta qədər heç bir
hüceyrədə oyanma zamanı ehtiyat maddələrin qurtardığı gö-
rünməmişdir. Oyanma zamanı hüceyrədə ehtiyat maddələrin bir
hissəsi həmişə qalır. Refraktor dövr haqqında rus alimlərindən
Vvedenskinin xüsusi rəyi vardır. Biz yuxarıda Vvedenski
tərəfindən kəşf edilən pessimum qıcıq haqqında bəhs etmişdik.
Bu alimin fikrinə görə, hüceyrə oyanarkən onun oyanıcılığı en-
mir, əksinə, o qədər yüksəlir ki, bu zaman verilən əvvəlki
qüvvədə yeni qıcığa qarşı o pessimal cavab verilir, oyanma
əvəzinə ləngimə əmələ gəlir. Nəticədə qıcıq cavabsız qalır.
Bu nəzəriyyə ilə əvvəlki nəzəriyyə arasındakı əsas fərq ondan
ibarətdir ki, birincilər refraktor dövrə işsiz hal, yəni oyanma
hadisəsinin yoxluğu kimi baxdıqları halda Vvedenski tamamilə
haqlı olaraq refraktor dövrü fəal hal, ləngimə hesab edir və
hüceyrənin bu dövrdə qıcığa qarşı cavab verməməsini, o
hüceyrənin həddindən artıq oyanması nəticəsi kimi başa düşür.
Labillik – funksional mütəhərlik. Labillik anlayışını ilk dəfə
1892-ci ildə N.E.Vvedenski elmə gətirmişdir. Təbii halda
qıcıqlanmalar zamanı fəaliyyət potensialları sinir lifi ilə tək-tək im-
pulslarla deyil, ritmik dalğalar şəklində yayılır. Qıcıq təsirindən
reseptorda əmələ gələn zəif elektrik cərəyanı sonra reseptorlardan
hissi sinirlərə ritmik bioelektrik siqnalları göndərir. Bu bioelektrik
siqnalları beyində işləndikdən sonra eyni prinsiplə beyindən effer-
ent sinirlərlə işçi orqanlara (əzələ, vəzi) siqnallar daxil olur.
Əgər işçi orqan skelet əzələsidirsə, onda sinirlə gələn impul-
sların ritminə müvafiq oyanma boşalmaları yaranır.
Oyanan toxumaların qıcıq tezliyinə qarşı eyni sayda cavabı
müəyyən həddə qədər olur. Qıcığın sayını artırmaqla N.E.Vvedenski
müəyyən etmişdir ki, oyanma dalğaları təsir edən qıcıq tezliyindən
xeyli gec əmələ gəlir. Məsələn, neyron saniyədə 500 qıcığa 400
cavab verirsə, əzələ toxuması 150-200 cavab verir. Lakin eşitmə
analizatorunun hiss sinirində və ləngidici Renşon hüceyrələrində
downloaded from KitabYurdu.org
167
saniyədə 1000-ə qədər qıcıq verdikdə eyni sayda cavab alınır.
Vahid zaman ərzində toxumanın törətdiyi maksimum oyanma
sayına labillik və ya funksional mütəhərriklik deyilir. N.E.Vvedenski
labillik və ya funksional mütəhərriklik dedikdə «fizioloji
fəaliyyətdə müşaiyət edilən toxumanın işinin, oyanıcılığının və
oyanma qabiliyyətinin elementar reaksiyalarının az və ya çox
sürətini» nəzərə alırdı.
Sinir lifinin labilliyi xeyli çox, simpatik aparatın labilliyi isə
daha az olur.
O.Meves qurbağanın təcrid edilmiş sinir lifində əvvəlcə 500
qıcığa qarşı, 500 cavab almış, sonra qıcığın sayını 500-dən 700-ə
çatdırmışdır. Nəticədə, bir müddətdən sonra cavabın sayı artaraq
700-ə çatır. Buna səbəb Na
+
ionlarının protoplazmadan xaricə ax-
ınını təmin edən maddələr mübadiləsinin sürətlənməsilə
əlaqədardır. Bu prosesi A.A.Uxtomski qıcıq ritminin
mənimsənilməsi adlandırmışdır.
Lakin verilən qıcığın tezliyindən asılı olaraq, verilən cavabın
sayı dəyişilə bilir. Yəni qıcığın sayı həddən çox olduqda, toxuma
qıcığa qarşı oyanma tezliyi ilə cavab verə bilmir.
Oyaqlıq və parabioz. Sinirin bir nahiyyəsini narkotik
maddələr, düz məhlulları, qüvvəli elektrik cərəyanı, qızdırma,
mexaniki təzyiq və sairə təsiri sayəsində alterasiyaya uğratdıqda
oranın labiliyi aşağı düşür və orada yerli davam edən ətrafa yay-
ılmayan oyanma halı inkişaf edir. Dəyişmiş nahiyyədən impul-
sların nəql olunmasını öyrənən Vvedenski göstərmişdir ki, belə
nahiyənin oynaqlığı azalır və orada xüsusi hal əmələ gəlir. Sinirin
zəhərlənmiş nahiyyəsində əmələ gələn bu hala Vvedenski 1902-ci
ildə parabioz (para – yanında, bios - həyat) demişdir.
N.E.Vvedenskinin klassik təcrübələri qurbağanın sinir-əzələ
preparatında aparılmışdır. Tədqiq olunan sinirin kiçik bir hissəsi
alterasiyaya uğradılmış, yəni hər hansı kimyəvi maddələrlə-
kokain, xlorform, fenol, kalium xlor, güclü elektrik cərəyanı və
mexaniki təsirlə zədələndirilmişdir. Qıcıq sinirin zədələnmiş
yerinə və ya bir qədər yuxarı hissəsinə verilmişdir. Oyanmanın
sinirdə nəql olunmasını N.E.Vvedenski əzələnin təqəllüsü ilə
168
sübut etmişdir.
Sinirə zəhər öz təsirini göstərənə qədər onun qıcığa cavabı
qüvvələr nisbəti qanununa tabe olur. Lakin parabioz inkişaf
etdikdə bu nisbət qanunauyğun şəkildə dəyişir. Belə ki, parabio-
zun bir-birini əvəz edən aşağıdakı üç ardıcıl mərhələ müşahidə
edilir (şəkil 6.9, A, B, V).
Şəkil 6.9. N.E.Vvedenskiyə görə parabiotik mərhələlər. A-normal
vəziyyət; B-bərabərləşmə mərhələsi; V-təəccüblü mərhələ.
1. Provizor bərabərləşdirici və ya transformasiyaedici dövr
(şəkil 6.9, A). Əvvəlcə parabioza uğramış nahiyə, göndərilən zəif
və qüvvəli qıcıqlar arasındakı fərqi seçmir. Başqa sözlə desək,
göndərdiyimiz zəif və qüvvəli qıcıqlar həmin dəyişmiş yerdən
keçərkən qüvvəcə bərabərləşir və eyni hündürlüyə malik təqəllüs
verir.
2. Təəccüblü və paradoskal dövr. Sonra narkotik maddələrin
təsiri artdıqca həmin dəyişmiş yerdə çox qəribə və ilk baxışda ba-
şa düşülməyən bir hal baş verir. Bu, zəif qıcığın verdiyi
təqəllüsün qüvvəli qıcığın verdiyi təqəllüsdən yüksək olmasından
ibarətdir (şəkil 6.9, B).
3. Ləngimə dövrü. Bu dövrdə impulslar dəyişmiş yerdən keçə
bilmir, çünki bu zaman verilən qıcıqlar, sinirlə nəql olunmağa
qabil adi oyanma əvəzinə xüsusi yerli hadisə törədir ki, bu da
downloaded from KitabYurdu.org
169
həmin nahiyyəyə düşən impulsu ləngidir (şəkil 6.9, V).
Buradan Vvedenski ləngimə hadisəsinə, sinirin eyni
nöqtəsində əmələ gələn oyanmaların toqquşması kimi baxır. Bu
oyanmaların sıxlığı yüksək olduğundan, hər bir qıcıq, ondan
əvvəlki qıcığın törətdiyi oyanma hadisəsi qurtarmamış düşür, ona
görə də bu oyanmalar toplanaraq o nahiyəni ləngidir. Bu nöqteyi-
nəzərdən Vvedenskiyə görə refraktor dövr belə izah olunur: bir-
inci qıcığın dalınca dərhal verilən ikinci qıcıqda zahiri nəticənin
(məsələn, təqəllüsün) alınmamasına səbəb toxumanın bu vaxt oy-
anmaz halda olması deyildir. Əksinə, toxuma ikinci qıcığın yetiş-
diyi vaxt optimal dərəcədə oyanmış olduğundan bu oyanma ikinci
qıcığın təsirindən daha da güclənir və bunun sayəsində optimal
haldan pessimal hala çevrilir, yəni ləngiyir. Beləliklə,
Vvedenskiyə görə refraktor dövr birinci qıcıqdan sonra deyil,
ikinci qıcıqdan sonra, bu iki qıcığın toplanması sayəsində əmələ
gələn hadisədir.
Adaptasiya (uyğunlaşma). Tədqiqat göstərmişdir ki, toxu-
malar, onların daxilində cərəyan edən həyat hadisələrinə tədricən
uyğunlaşır və bu hadisələrə qarşı o toxumaların daxilində uy-
ğunlaşma dəyişiklikləri baş verir. Belə dəyişikliklərə alışma və ya
adaptasiya dəyişiklikləri deyilir. Bədəndən xaricə çıxarılmış
ürəyin mədəciyi içərisindən keçən qida məhlulunun təzyiqini ar-
tırmış olsaq, o zaman ürəyin döyünmə ritmi artacaqdır. Lakin bu
əvvəllər müşahidə ediləcəkdir; bir neçə dəqiqədən sonra təzyiqin
yenə də yüksək qiymətdə qalmasına baxmayaraq ürək ritmi
əvvəlki dərəcəsinə qayıdacaqdır. Bu, ürəyin yeni təzyiq şəraitinə
uyğunlaşdığını göstərir.
Hiss üzvlərində adaptasiya hadisəsi daha aydın nəzərə çarpır.
Pişiyin pəncəsində olan tüksüz nahiyənin üzərinə kiçik bir ağırlıq
qoyduqdan sonra pəncənin afferent sinirlərində əmələ gələn
fəaliyyət cərəyanında baş verən dəyişiklikləri izləyək. Görəcəyik
ki, əvvəlcə həmin sinirlərdə bir-birinin dalınca fəaliyyət cərəyanı
dalğaları əmələ gəlir, lakin get-gedə bu dalğalar bir müddətdən
sonra sönməyə başlayır və 1-2 saniyədən sonra, ağırlığın yenə də
həmin sinirə təsiri davam etdirməsinə baxmayaraq bu dalğalar
170
tamamilə ortadan çıxır. Bu pəncə sinirlərinin ağırlığa alışdıqlarını
göstərir. Gözün müxtəlif qüvvəli işığa, qulağın müxtəlif qüvvəli
səsə, burunun müxtəlif qoxuya alışması da bizə yaxşı məlumdur.
Deməli, üzvlər özlərini mühitin müxtəlif təsirinə uyğunlaş-
dırır və bununla da orqanizmin normal halını nisbətən sabit sax-
layır ki, bu bioloji hadisədə sinir sistemi əsas rol oynayır.
6.6. Oyanmanın sinirdən əzələyə nəql
olunmasının mediator mexanizmi
Əzələyə daxil olan hər bir sinir lifi ən kiçik şaxəciklərə ayrı-
laraq əzələ liflərini innervasiya edir. Sinir və əzələ liflərində oyan-
manın bir sinir hüceyrəsindən digər sinir hüceyrəsinə və ya əzələ
və ya vəzi hüceyrəsinə keçməsi fiziki və ya kimyəvi yolla müm-
kün olur:
1.
Fiziki nəzəriyyənin tərəfdarlarına görə sinir və əzələ hü-
ceyrəsində oyanma bioloji cərəyan vasitəsilə verilməsinə.
2.
Kimyəvi (mediator) nəzəriyyənin müdafiəçiləri isə hər
hansı kimyəvi maddənin vasitəsilə verilməsinə üstünlük verirlər.
1921-ci ildə Otto-Levi iki qurbağanın ürəyini Ştraube üsulu ilə
kanyulaya keçirərək onlar arasında may mühitilə əlaqə yaradıb
azan və simpatik sinirləri qıcıqlandırmaqla azan sinirin ucunda
asetilxolin və simpatik sinirin isə ucunda simpatin əmələ gətirdi-
yini müəyyən etmişdir. Oyanmanın nəql olunmasında iştirak edən
kimyəvi maddələr mediatorlar adlandırılmışdır. Bu nəqlolunma sinir
uclarında yerləşən müxtəlif sinapsların sintez etdiyi oyandırıcı və
ləngidici mediatorlar həyata kecirir.
Sinaps oyanmanın sinir lifindən əzələ, sinir və vəzi hü-
ceyrəsinə ötürülməsini təmin edən quruluş vahidinə deyilir.
Sinaps oyanmanı hər iki istiqamətdə nəql edən sinir lifindən fərqli
olaraq birtərəfli nəqletmə qabiliyyətinə malikdir.
Sinapsın digər xüsusiyyəti oyanmanın nisbətən gec nəql
etməsidir. Buna sinaptik ləngimə deyilir.
Elektron mikroskopu vasitəsilə müəyyən edilmişdir ki, sinapslar
3 əsas element: 1. presinaptik (sinaps önü) membran; 2. postsinaptik
downloaded from KitabYurdu.org
|