386
Başın və gövdə ilə ayaqların hərəkətləri arasında boyun
hərəkətləri əlaqələndirici rol oynayır. Boyun əzələləri başa bağlı
olduğuna görə vestibulyar siqnallar onların reflektor reaksiyaları
müxtəlif məkan vəziyyətlərindən normal vəziyyətə qaytarır, bu
halda vestibulyar stimulyatorların, təsirləri azalır. Bu tip reflekslər
mütləqdir, bir çox hallarda qeyri-iradi xarakter daşıyır. Gövdə və
ayaq əzələləri başın məkan vəziyyəti ilə boyun əlaqələri sayəsində
müəyyən dəyişkən münasibətdə olur. Bu münasibətlər vestibulyar
oyadıcı və tormozlayıcı siqnallar və onurğa beyin hərəki
refleksləri vasitəsilə tənzimlənilir.
Vestibulo-okulyar yol.
Vestibulyar aparat gözlərin hərəkətləri
tənzim etməkdə əsas rol oynayır. Göz müxtəlif tərəflərə hərəkət
etməsinə baxmayaraq tor qişada təsvirlər stabil qalır, bu çox vacib
şərtdir. Gözün hərəkətləri 6 xarici göz əzələsi vasitəsilə tən-
zimlənir. Hər iki gözün hərəkətlərinin incə koordinasiyasında baş-
beynin görmə qabığının frontal sahələrindən vestibulyar sistemin
müdaxiləsi olmadan ekstraokulyar motoneyronların efferent
təsirləri müəyyən rol oynayır. Lakin gözlərin eyni bir müstəvi,
deyək ki, üfiqi xətt üzrə hərəkətləri, ələlxusus da kompensator
hərəkətləri, vestibulo-okulyar relekeslər vasitəsilə tənzimlənir.
Vestibulo-beyincik yolu.
Vestibulyar sensor liflər beyinciyin
qədim payı olan arxiserebelluma daxil olur. Beyincik lateral ves-
tibulyar nüvələri ilə əlaqələri sayəsində bədənin müvazinəti sax-
lamaqda daha mühüm rol oynayır.
Vestibulyar qabıq.
Vestibulyar nüvələrindən çıxan az sayda
hissiliflər talamusun arxa ventral nüvəsinə məxsus sahəyə daxil
olur və burada sinaptik əlaqələrə girirlər. Buradan vestibulyar
siqnallar somatosensor qabığın üz tərəfi sahəsində yerləşən kiçik
bir zonaya proeksiya olunur. Bəzi tədqiqatlara görə vestibulyar
talamik girişlər qabığın digər sahələri (gövdə və ayaqların fəza
vəziyyətləri idarə edən qabıq zonaları, alın və gicgah payları və
s.) üçün də xarakterikdir. Vestibulyar qabıq vestibulyar sensor
sistemə sıx bağlıdır, bədənin hərəkət və müvazinəti qavramaq və
iradi, şüurlu olaraq idarə etmək funksiyası daşıyır.
downloaded from KitabYurdu.org
387
8.10. Eşitmə sensor sistemi. Eşitmə hissi
Bir çox heyvanlarda və insanda eşidilən səslərə həssaslıq,
səsləri hiss etmək, qavrayıb tanımaq, özlərinin bəzi hərəkət və
davranışlarını eşitmə reaksiyalarına müvafiq olaraq qurmaq və
reallaşdırmaq qabiliyyəti əmələ gəlmişdir. Ən geniş mənada
eşitmə hissi bu səs hissidir.
Heyvanlar aləmində səs hissi başlıca olaraq həşəratlarda (bö-
cəklər, kəpənəklər, ikiqanadlılar, çəyirtkələr və s.) və onurğa-
lılarda inkişaf etmişdir. Eşitmə qabiliyyətinə malik olan heyvan
orqanizmləri ondan ən müxtəlif məqsədlər üçün istifadə edir. Səs
siqnalları heyvana məkanda yerdəyişmə, başqaları ilə ünsiyyət,
fərdlər arasında özününkünü və özgəni tanıma, cüt axtarma, yırtı-
cıdan qurtulma və başqa məqsədlər üçün gərəkdir. Səs siqnalları
həyat üçün çox vacib informasiya mənbəyidir. İnsanlar səs siqnal-
ları və eşitmə hissi sayəsində heyvanlardan fərqli olaraq çox geniş
fəaliyyət göstərə bilirlər, insanların nitq qabiliyyəti və
mədəniyyətlərinin bir sıra formaları eşitmə hissi ilə sıx əlaqədə
inkişaf etmişdir.
Səsin fiziki təbiəti
. Təbiətdə çoxlu cism və hadisələr,
canlıların özləri, onların bəzi hərəkətləri, insanların yaratdıqları və
istifadə etdikləri müxtəlif alət və mexanizmlər, maşınlar və qurğu-
lar cürbəcür səslərin mənbəyi ola bilər.
Fiziki mənada və ümumi halda səs suyun və ya sıxılmış ha-
vanın yayılma dalğalarından ibarət olan enerjili mexaniki
quvvədir. Səslər ən çox hava dalğaları zəminində yaranırlar.
Səslər dalğa uzunluğu və ya tezliyi, ucalığı, tonalılğı, intensiv-
lik və oktava (musiqi səslərdə) kimi parametrlərə malikdir. Səs
dalğaları tezliyinə görə çox geniş diapazonda dəyişirlər. Səsin
dalğa uzunluğu adətən metr (m) və onun hissələri (sm, mm, dm)
ilə, tezliyi Hers (Hs) və ya kiloHers (kHs), enerjisi (intensivliyi)
bel (b) və desibel (db), ucalığı oktava ilə ifadə edilir.
İnsan və heyvanlar tərəfindən qəbul edilən səslərin diapozonu
çox genişdir. Bu, adətən uzunluğu 400 sm-dən 0,34 sm-ə qədər,
tezliyi 20 Hs-dən 100 min Hs-ə və ya 0,002 kHs-dən 100 kHs-ə
388
qədər olan səs dalğalarıdır.
Əksər həşəratlar ətrafda yaranan aşağı tezlikli səs vibrasiya-
larına həssasdırlar. Onların bəzi növləri çox yüksək tezlikli səsləri
qəbul etməyə uyğunlaşmışdır. Məsələn, cırcırama tezliyi 200 Hs
ilə 50 min Hs, kəpənək 500 Hs ilə 100 min Hs arasında olan
səsləri eşidə bilir. Balıqlar 20-2000 Hs, qurbağalar 500-2000 Hs,
quşlar 500-5000 Hs, yarasalar 1000-100.000 Hs, gəmiricilər 100-
100.000 Hs, suitləri 200-50.000 Hs, delfinlər və balinalar 20-
100.000 Hs, insan 20-20.000 Hs tezliyi olan səsləri eşitmək iqti-
darındadır.
Eşitmə reseptorları
. Həşəratlarda alçaq tezlikli səs dalğaları
qəbul edən xüsusi reseptorlar inkişaf etmişdir. Onların bir tipi
şırımlı tükcüklərdir. Bu, serkalar adlanan artımlarda yerləşən tük-
cük sensillərə oxşayır. Digər tip reseptorlar conston orqanları ad-
lanır. Onlar həşəratın antenalarının dibində yerləşir, boşluğa malik-
dir, buradan bir və ya bir neçə sensor hüceyrə-xordosensillər uza-
nır. Sırımlı tükcüklər və conston orqanları tezliyi təxminən 2000
Hs (və ya 2 kHs) qədər olan səslərə həssasdır. Yüksək tonlu səsləri
qəbul edən reseptorlar, ancaq bəzi həşəratlara (çəyirtkələr, cırcıra-
malar və b.) xasdır. Bu tip reseptorlar timponal orqanlar adlanır.
Timponal orqan səsləri onurğalı heyvanların qulaqları kimi qəbul
edir, amma quruluşu və funksional xassələrinə görə onlardan
fərqlidir. Həşəratın timponal orqanları (qulaqları) bədənin müxtəlif
yerlərində: antenalarda (milçəklərdə), döşdə (kəpənəklərdə),
qarında (böcəklərdə) və ayaqlarda (çəyirtkələrdə) yerləşir.
Timponal orqan üzəri nazik kutikula zarı (timponal membran)
ilə örtülmüş təbilə bənzər havalı kisəcikdir, onda xordotonal
sensillər yerləşir. Səs dalğaları zarı titrətdikdə sensillər bu vibra-
siyaları qəbul edir. Hər bir sensil kiprikcikləri olan bipolyar ney-
rona malikdir, kiprikciklərin timponal membran ilə necə
əlaqələnməsindən və membranın necə əlaqələnməsindən və
membranın rezonans xassələrindən asılı olaraq həşəratlarda re-
septorlar müxtəlif səs tezliklərinə uyğun olaraq sazlanırlar.
Müxtəlif tezlikli səsləri qəbul edən reseptorların aksonları bir-
başa mərkəzi sinir düyünlərinə daxil olar və burada eşitmə ney-
downloaded from KitabYurdu.org
389
ropili adlanan sahədə spesifik neyronlarla mono və ya polisinap-
tik əlaqələrə girirlər. Həşəratlarda eşitmə siqnalları analiz və
sintez edən ali inteqrativ mərkəz baş sinir düyünlərində yerləşən
göbələkvarı cisim hesab olunur.
Onurğalı heyvanlarda eşitmə reseptorları mürəkkəb təkamülü
yolu keçir. Onlarda eşitmə orqanları müvazinət (vestibulyar)
aparatı ilə sıx əlaqədə inkişaf etmişdir. Quşlarda və məməlilərdə
eşitmə üzvü xeyli mürəkkəbləşir və öz inkişafının ən yüksək
səviyyəsinə çatır. Eşitmə reseptorları vestibulyar sensorlar kimi
sensilyar quruluşa malikdir. Bu tip tükcüklü hissi hüceyrələr on-
urğalıların ali nümayəndələrinin eşitmə orqanı üçün də xarak-
terikdir.
Məməlilərin eşitmə orqanı.
Məməlilərdə o cümlədən insanda,
eşitmə orqanı başın sağ və sol tərəflərində yerləşən qulaqlardır.
Qulaq 3 əsas hissədən-xarici qulaq, orta qulaq və daxili qulaqdan
ibarətdir (şəkil 8.10). İnsanda daxili qulaq uzunluğu 35 mm-ə
çatan, 2,5 dəfə burulan və konusvari genələn spiralabənzər sümük
kisəcik - ilbiz, vestibulyar otolit və yarımdairəvi kanallar
sistemindən ibarətdir.
Xarici qulaq, qulaq seyvanı və xarici qulaq keçəcəyi, orta qu-
laq isə eşitmə sümükcüklərindən-çəkic, zindan və özəkdən
ibarətdir. Xarici və orta qulaq dəhlizləri arasında qulaq pərdəsi
(və ya təbil pərdəsi), orta qulaq və daxili qulaq dəhlizləri arasında
isə zarlı oval pəncərə yerləşir. İlbizin daxili boşluğu perilimfa
mayesi, baziylyar (əsas) membran və onun örtük (tektorial) mem-
branı ilə tutulmuşdur. Bazilyar membran tükcükləri (sensilləri)
olan eşitmə reseptorlarına malikdir, onların sərbəst sensilləri tek-
torial membrana söykənirlər. Eşitmə reseptorları ən çox ilbizin
orta nahiyyəsində toplanmışdır. Onlar, habelə ilbizin dayaq
hüceyrələri sıralara düzülərək ilbizin korti orqanı adlanan struk-
turu əmələ gətirir. Bazilyar membran ilbizin boşluğu genələn
yerdə daralır və əksinə, daralan yerdə genəlir. İlbizin enli tərəfini
(əsası) oval pəncərəyə dayayır.
390
Şəkil 8.10. İnsanda eşitmə üzvü. 1. Qulaq seyvanı. 2. Xarici qulaq
keçəcəyi. 3. Qulaq pərdəsi. Orta qulaq və eşitmə sümükləri. 4. Çəkic.
5. Zindan. 6. Üzəngi. Daxili qulaq. 7. Oval pəncərə. 8. İlbiz. 9. İlbis
siniri (eşitmə siniri), kist. 10. Vestibulyar siniri. 11. Yarımdairəvi
kanallar. 12. Məməciyə bənzər çıxıntı. 13. Qığırdaq.
Eşitmə resepsiyası.
Xarici qulaq səsləri yığır, səs dalğaları
xarici qulaq keçəcəyində təbil pərdəsinə dəyir, onu ehtizaza, rəqsi
hərəkətə gətirir, bu rəqslər qulaq pərdəsi ilə təmasda olan orta
qulaq sümükcükləri oval pəncərə vasitəsilə ilbizin perilimfasina,
bazilyar və tektorial membranlarına yayılır.
Eşitmə reseptorlarının qıcıqlanmaları onların bazilyar
membranda düzülmə qaydaları ilə sıx əlaqədardır. İlbiz (və ya
korti) kanalına yönəlmə dərəcəsinə görə tükcüklü eşitmə
reseptorları 2 tipə ayrılır: xarici tükcüklü hüceyrələr (onlar sayca
çoxdur, təxminən 20.000 qədərdir) və daxili tükcüklü hüceyrələr
(insanda onların sayı 3500-ə çatır). Birinci tip reseptorlar 3 sırada
düzülmüşdür (şəkil 8.11).
Onların sensillərinin ucları U-formada olub və tektorial
membranla təmasdadır. Tektorial və bazilyar membran
yerdəyişəndə sensillər qıcıqlanır və reseptorlar hüceyrələrdə
oyanma prosesləri baş verir.
downloaded from KitabYurdu.org
391
Şəkil 8.11. Korti orqanının tükcüklü reseptor hüceyrələri.
İlbizin bazilyar membranı mikroskop altında müşahidə edən
ilk anatomlar belə qənaətə gəlmişdilər ki, guya bu membran ro-
yalın tarım simləri kimi müxtəlif uzunluğu olan nazik eninə
zolaqlardan (tellərdən) ibarətdir, qısa «tellər» yüksək səs
tonlarına, uzun, tellər isə alçaq səs tonlarına görə köklənir və
müvafiq səs duyğuları oyadır. Bu təsəvvürlərə əsaslanaraq XIX
əsrin sonunda fizik və fizioloq Helmhols eşitmənin rezonans
nəzəriyyəsini irəli sürür. Helmholsa görə eşitmə membranı hər bir
səs tezliyinə müvafiq gələn yerlərə malikdir, membranın bir
yerində səs təsirindən əmələ gələn ehtizazlar (rəqslər) fiziki
rezonans prinsipi üzrə membranın digər yerlərinə yayılır və
beləliklə, müxtəlif səs duyğuları yaranır. Lakin bu nəzəriyyə
sonralar tam təsdiq olunmadı. Dyerd Bekesi öz tədqiqatları ilə
eşitmənin fiziki mexanizminə xeyli aydınlıq gətirdi, o bu işlərə
görə 1961-ci ildə Nobel mükafatı aldı. Bekesi müəyyən etdi ki,
səslərin doğurduğu rəqsi hərəkətlər oval pəncərədən bazilyalar
392
membrana və bu membran boyunca qaçan dalğa formasında
ilbizin sivri ucuna qədər yayılır, membranın müəyyən yerində
yüksək amplituda malik olur, onun əyrisi dalğanın surətindən asılı
olmayaraq hər bir verilmiş rəqs tezliyi üçün daimidir, stasionardır.
Yüksək səs tonlarına xas olan amplitud zirvələri bazilyar
membranın dar yerləri, alçaq səs tonlarına müvafiq gələn
amplitud zirvələri isə bazilyar membranın gen yerləri üçün
xarakterikdir. Beləliklə, daxili qulaqda eşitmə membranları öz
struktur və funksional xassələri üzrə elə qurulmuşdur ki, onların
müəyyən sahələri və reseptor sıraları bu və ya digər səslərə görə
spesifik olaraq saxlana bilər.
8.11. Eşitmənin mərkəzi sinir mexanizmi
Eşitmə respetorlarından oyanma potensialları qeydə alan
unikal mikroelektrofizioloji tədqiqatlar göstərmişdir ki, eşitmə
reseptorları arasında aydın, yüksək və xarakterik səs tonlarına
görə sazlanan sensorlarla yanaşı olaraq alçaq, qeyri-aydın, qarışıq
səslərə görə köklənən sensorlar da mövcuddur. Qulaq ilbizindən
başlanğıc götürən eşitmə siniri, az sayda liflər saxlayır, eşitmə
reseptorları kimi, səs tezliklərinə köklənmə dərəcəsinə görə
fərqlənirlər. Hər iki qulaqdan beyinə tərəf gələn eşitmə sinir lifləri
arxa beyin nahiyəsində ilkin eşitmə mərkəzi olan koxelyar nüvəyə
daxil olur və çoxlu şaxələr verir, bu şaxələr yüksək nizamla
qurulmuş şəbəkə əmələ gətirir. Tədqiqatçılar göstərmişdir ki,
bazilyar membranda eşitmə reseptorlarının bütün tonotipik
ardıcıllığı olduğu kimi koxelyar nüvədə proyeksiya olunur.
Koxelyar nüvənin hər bir hissəsi ilə arxa beynin müxtəlif
mərkəzləri arasında çox zəngin və mürəkkəb əlaqələr mövcuddur.
Koxelyar neyronların bəziləri zeytun nüvələri kompleksi ilə
ikitərəfli (ipsilateral və kontrateral) əlaqələr əmələ gətirir. Bu
məkanda səsləri binaural olaraq təyin edilməsi üçün zəruridir.
Dorsal koxelyar neyronlar eşitmə siqnalları orta beyindəki eşitmə
mərkəzlərinə-dördtəpəli cismin arxa qabarlarına və talamusa
yollayır. Eşitmə informasiyaları üçün başlıca talamik rele
downloaded from KitabYurdu.org
393
funksiyası medial dizcikli cisim icra edir. Somatosensor və görmə
sensor sistemlərdə olduğu kimi, rele xarakterli talamik
neyronların baş beyin qabığına proyeksiya olunduğu sahələr
qabığın ilkin eşitmə mərkəzlərinə müvafiq gəlir. Əvvəllər zənn
edirdilər ki, baş-beyin böyük yarımkürələri qabığında, gicgah
nahiyəsində bir ilkin eşitmə mərkəzi mövcuddur. Primatlarda,
eləcə də insanda baş-beyin qabığına məxsus olan çoxlu eşitmə
sahələri (əsasən də gicgah payının dorsal hissəsində) olduğu
müəyyən edilmişdir. Belə təsəvvürlər də var ki, eşitmə qabıqda
daxili qulaq ilbizinin koxleotipik quruluşu (özünəbənzərliyi və
tonotipik mənzərəsi ilbiz boyunca səs tonlarına köklənmə
ardıcıllığı) əks etdirən «nümayəndəliklər» mövcuddur. Tonotopik
«nümayəndəlik» səslərə tezlik göstəricilərinə görə geniş
diapazonda reaksiya vermək funksiyasına malik olduğu güman
edilir (şəkil 8.12).
Şəkil 8.12. Əsas eşitmə yolları (beyin sütununun arxadan görünüşü,
beyincik, baş-beyin yarımkürələri çıxarılmış): 1-beyin qabığına (yuxarı
gicgah qırışığı), 2-talamus, 3-Yuxarı təpələr, 4-aşağı təpələr, 5-retikulyar
formasiya, 6-İlbizin arxa və ön nüvələri, 7-daxili dizəbənsər cism, 8-
394
yuxarı beyincik yolu, 9-beyinciyin soxulcanı, 10-beyinciyin orta ayağı,
11-eşitmə xətti, 12-uzunsov beyin, 13-yuxarı zeytun, 14-spiralvarı düyün,
15-ilbizdən, 16-IV mədəcik.
8.12. Səsin istiqamətinin təyini. Eşitmə duyğusu
Hər iki qulaq eyni cür işləyir, onlar səs mənbəyini səs tonları
və başın hər iki tərəfində onları tutma müddətləri arasındakı
fərqlərə görə təyin edə bilər. Səsi əvvəlcə səs mənbəyinə yaxın
olan qulaq tutur. Alçaq səslər böyük dalğa uzunluğuna malik
olduğuna görə başın yanından otüb keçə bilir və bir qulaq o biri
qulaqdan səsi tez tutur. Əgər səs mənbəyi öndə və ya arxada,
bədənin orta xətti üzrə olarsa, onun, hətta minimal yerdəyişməsi
həmin səsi tutmağa imkan verir. Bu kimi qabiliyyət insanda yaxşı
inkişaf etmişdir. Səsin gəlmə müddətləri arasındakı minimal fərqi
duymaq eşitmə siqnallarının eşitmə mərkəzlərində (koxelyar
nüvə, yuxarı zeytun nüvələri, dördtəpəli cismin arxa təpələri,
qabığın eşitmə zonaları) konvergensiyası və analizi sayəsində
mümkündür. Yüksək tezliyi olan səslərin dalğa uzunluğu başın
ölçüləri ilə müqayisədə kiçikdir və başdan əks olunur. Bu hal sağ
və sol qulaqa gələn səslərin intensivliyində fərq yaradır, insanda
qulaqlar bu fərqi tutmağa qadirdir.
İnsanda eşitmə duyğuları yaxşı inkişaf etmişdir. İnsanlar
kifayət qədər geniş diapazonda olan səsləri (16Hs-dən 20min Hs-
ə qədər, musiqi səsləri şkalasına görə 10 oktavaya yaxın səsləri)
qavraya bilirlər. Yaşla əlaqədar olaraq insanın yüksək səs
tezliklərinə həssaslığı zəifləyir, ona görə də eşitmə diapazonu
yaşlı və ahıl adamlarda get-gedə azalır. Tezliyə görə yaxın olan
iki səs arasında ən az fərqi tutmaq bacarığı səsləri fərqləndirmə
qabiliyyəti kimi xarakterizə edilir.
Eşitmə həssaslığının mütləq qapısı deyilən anlayış mövcuddur.
Bu, səs qıcığı təqdim edilən halların 50%-ində səsin minimal
qüvvəsini hiss etmək qabiliyyətidir. Eşitmə həssaslığının minimal
və maksimal həddi səsin tezliyindən (dalğa uzunluğundan),
eşitmə reseptorları və eşitmə yollarının morfofunksional
vəziyyətlərindən, yaşdan və digər faktorlardan asılıdır. İnsanın
maksimal eşitmə həssaslığı səslərin 500Hs-dən 4000Hs-ə qədər
downloaded from KitabYurdu.org
395
olan diapazonundadır. İnsanda nitq sahələri və onların
qavranılması bu diapazonda baş verir. 500Hs-dən aşağı tezliyi
olan səslərə qarşı həssaslıq insanda azalır. Bu insanı daim alçaq
səsləri və küyləri hiss etmək hallarından qismən qoruyur.
8.13. Görmə sensor sistemi. İşıq və işığa həssaslıq
Beyin görmə orqanı vasitəsilə sensor məlumatların 90%-dən
çoxunu alır. Gözün torlu qişası elektromaqnit şüalarının dalğa
uzunluqları 400-800 nm intervalında olan hissəsini qəbul edir.
Görmə orqanının fizioloji rolu, birincisi, bu optik cihaz xarici
mühit əşyalarından işığı toplayıb torlu qişada xəyala çevirməkdir,
ikincisi isə torlu qişada alınan xəyalları sinir siqnallarına çevirib
görmə qabığına nəql etməkdir. Günəşin və qalan kainatın işığı
Yer üzündə yaşayan canlı orqanizmlərin həyatında olduqca mü-
hüm rol oynayır. Onların böyük əksəriyyəti günəş şüalarının
bilavasitə təsirlərinə məruz qalır. Canlı orqanizmlər cansız
cisimlər kimi işıq şüaları əks etdirirlər, Günəş və Kainat işığı, bu
əks olunan işıq birlikdə yer üzündə işıqlılıq, işıqlı mühit yaradır.
Təbii işığın spektrində nə çox, nə də az fiziki enerji daşıyan dar
bir zona var ki, o görünən işıqdan ibarətdir, ona ağ işıq deyilir.
İnsan və heyvanlarda bu işığı görmək üçün xüsusi görmə üzvləri,
gözlərin işığa həssas reseptorları (fotoreseptorlar) və görmə
prosesi təmin edən spesifik sinir mexanizmləri meydana
gəlmişdir. İnsan xarici aləm haqqında informasiyanın 85-90%-i
qədəri məhz gözlərinin görmə qabiliyyəti sayəsində əldə edir.
Canlı orqanizmlərin işığa qarşı ən bəsit həssaslığı səpkin
(diffuz) işıqlığın ayrı-ayrı çalarları ayırd etmək qabiliyyəti ilə
əlaqədardır. Mürəkkəb heyvan orqanizmlərinin böyük əksəriyyəti
işıqlığın surətli dəyişiklikləri və lokal fərqləri hiss etmək və
qavramaq qabiliyyətinə malikdir. Bu, görmə sahəsində
hərəkətləri, yerdəyişən cansız və canlı obyektləri görmək, təyin
etmək, izləmək imkanları yaradır. Bu kimi funksiyalar tələb edir
ki, görünən hərəkət və ya obyektlərin obrazları fotoreseptor
ekranında mütləq təkrar yaransın və əks olunsun.
Bir çox heyvan orqanizmləri görmə obrazları və təsvirləri
396
fotoreseptor ekranında, gözün tor qişasında fokuslaşdırmaq,
tanımaq və manipulyasiyalara uğratmaq xassələri kəsb etmişdir.
Onlar diffuz işıqlığın parlaqlıq və polyarlıqları fərqləndirmək,
hərəkət səmti seçmək və naviqasiyada ondan istifadə etmək
iqtidarı qazanmışdır.
İbtidai heyvanlar aləmində ətraf mühitin işıqlıq dərəcələri və
işıqlığın mənbələrini hiss edə bilən bəsit görmə orqanlarından
tutmuş nisbətən mürəkkəb görmə orqanlarına qədər müxtəlif
quruluşlarda təşkil olunmuş çeşidli görmə sensor sistemlərə rast
gəlmək olar. Həşəratlarda fəaliyyət göstərən çox gözcüklü görmə
orqanları (faset gözlər və gözlərin digər formaları) onurğasızlarda
işıqlığın müxtəlif xassələri qavramaq bacarığından xəbər verir.
Bir sıra onurğasızlarda və onurğalıların, demək olar ki, hamısında
cüt, bilaterial (binakulyar) görmə orqanı-gözlər formalaşmışdır.
Bu halda iki gözdən gələn görmə siqnalları inteqrasiya olunaraq
orqanizmə ətraf mühitin işıqlılığının dərinliyi, genişliyi, yaxın və
uzaqlığı duymaq imkanları verir. Bu, işığa həssaslığın, görmənin
daha mükəmməl səviyyəsidir. Bir çox heyvan növləri, o cümlədən
insan işıq spektrinə məxsus rəngləri duymaq qabiliyyəti nümayiş
etdirir, rəngli görmə görmənin ən mürəkkəb və ali forması kimi
inkişaf etmişdir.
8.14. Fotoresepsiya
Fotoreseptor hüceyrələr heyvan orqanizminin yalnız müəyyən
yerlərində, əsasən də baş hissəsində lokallaşmışdır. İşığı
qavramaq üçün ixtisaslaşmış bəsit görmə orqanı ibtidai
onurğasızlardan olan bağırsaqboşluqlarda rast gəlinir. İşığa həssas
hüceyrələrin və orqanların filogenetik inkişaf xətti onurğasızlar
aləmində xeyli divergensiyalara məruz qalmış, işığı qəbul edən
çuxurcuqlar, daraqcıqlar, kiprikciklərin modifikasiyalarından
tutmuş xeyli mürəkkəb quruluşlu gözcüklər və gözlər kimi
orqanlara qədər təkamül etmişdir. Aşağıda onurğasızlarda rast
gələn gözcük və gözlərin müxtəlif tipləri göstərilmişdir (şəkil
8.13).
downloaded from KitabYurdu.org
397
Nümunə üçün molyusklarda və buğumayaqlılarda görmə
orqanlarına diqqət yetirək. Nautilus molyuskunda göz çox dar
dəliyi və az fotosensor hüceyrələri olan sadə kameradan ibarətdir.
İşıq şüaları bu dar dəlikdən daxil olur, dəliyin kiçik diametri
kameraya işığın ancaq nazik zolağı buraxa bilər. Belə göz yalnız
parlaq işıqda görür. Buğumayaqlılar (xərçəngkimilər, cücülər)
işığı çoxlu gözcük kanalları (ommotidlər) vasitəsilə qəbul edən
mürəkkkəb gözlərə malikdir. Onlara faset gözlər deyilir. Bu tip
gözlər kiçik fotoreseptor səthə malikdir, müxtəlif tərəflərə baxan
ommotidlər geniş görmə sahəsi yaradır. Hər bir ommotidin qəbul
etdiyi azacıq işıq payları reseptor səthdə cəmləşərək tutqun görmə
obrazları yaradır. Faset gözlər bəzi üstünlüklərə malikdir. Onlar
işıq şüalarının çox geniş diapazonu qəbul edərək görmə obrazları
yarada bilirlər.
Şəkil 8.13. Onurğasızlarda gözcük və gözlərin müxtəlif formaları.
1.Gözcük. 2. Kamera-obskura tipli göz. 3. Mürəkkəb göz. 4. Billurlu
və tor qişalı göz. (Knowels, Dartnall, 1977).
Onurğalılarda təkmil və mürəkkəb quruluş kəsb edən gözlər
əmələ gəlmişdir. Qeyd etmək lazımdır ki, onurğalı heyvanların və
insanın görmə sistemi morfoloji, fizioloji, neyrofizioloji
398
baxımdan nisbətən yaxşı öyrənilmişdir.
Mürəkkəb kamera quruluşlu gözlərdə fotoreseptorlar göz alma-
sının tor qişasında, onun ön səthində toplaşmışdır. Tor qişa göz
almasını arxa tərəfdən, göz kamerasının dib hissəsi boyunca əhatə
edir.
Tor qişada 2 tip fotoreseptorlar-çöpcüklər və kolbacıqlar
yerləşir. Hər bir fotoreseptorun xarici seqmenti-modifikasiya
olunmuş kiprikciyi vardır. Kiprikciklər reseptor hüceyrələrərin
plazmatik membranlarının büküşləri kimi əmələ gələn membran
diskləri ilə təchiz olunmuşdur. Hər bir fotoreseptorun kiprikcik
seqmenti 1000 və daha çox membran diskə malikdir. Membran
diskləri kiprikciklərin distal hissəsində mütəmadi olaraq dağılır,
proksimal hissəsində isə yeni membran diskləri əmələ gəlir.
Aşağıda torlu qişanın fraqmenti və fotoreseptor hüceyrələrin sxe-
matik təsviri verilmişdir.
Fotoreseptorların yastı və qapalı diskləri fotopiqmentlər
radapsin və ona bənzər maddələr saxlayır. İşığa həssas görmə
piqmentləri işığın 400 nanometrədən (nm) 800 nm qədər dalğa
uzunluğu olan şüaları enerjisini udur və çevrilmələrə məruz qo-
yur. Çöpcük fotoreseptorların radopsini işığın 500-505 nanometr-
lik dalğalarına, kolbacıq fotoreseptorlarının fotopiqmentləri isə
qırmızı (570nm), yaşıl (535 nm) və mavi (445 nm) işıq dal-
ğalarına çox həssasdırlar.
Radopsin (görmə purpuru) zülaldan (opsin) və xromofordan
(II-sis retinal) ibarətdir. İşıq fotonları və ya kvantları təsirindən
II–sis retinal izomerləşmə prosesinə məruz qalır və trans-retinala
çevrilir. Gözün tor təbəqəsinə, fotoreseptorların xarici
seqmentlərinə işıq kvantları düşdükdə aşağıdakı ardıcllıqla
fotokimyəvi proseslər baş verir (şəkil 8.14).
downloaded from KitabYurdu.org
399
Şəkil 8.14. Məməlilərdə tor qişanın fotoreseptor və neyron quruluşu
A. Çöpcüklər. B. Kolbacıqlar.
1.
Radopsinin fotoaktivləşməsi və II-sis retinalın
izomerləşməsi;
2.
Fotoreseptorun membran dişklərində molekulyar reseptor
zülalın – G-zülalın (transdusin) radopsin tərəfindən katalitik
fəallaşdırılması;
3.
Transdusin zülalı ilə qarşılqlı əlaqədə fosfodiesteraza fer-
mentin fəallaşması;
4.
Tsiklik quanizin monofosfatın (tsGMF) fosfodiesteraza ilə
fəallaşdırılması;
5.
TsGMF-dən asılı membran Na
+
kanallarının qapalı
vəziyyətə keçməsi;
6.
Fotoreseptor hüceyrənin səth membranının ion yüklərinə
(K
+
və Na
+
ionlarına) görə hiperpolyarlaşması, ilkin membran po-
tensialının təsir (fəaliyyət) potensialına, sinir siqnallarına trans-
duksiyası;
7.
Fotoreseptorlardan görmə siqnallarının tor qişasının bipol-
yar neyronlarına ötürülməsi.
Bu proseslərin kimyəvi və fizioloji mexanizmləri kəşf edən
Corde Uold, Xolden Xartlayn və Raqnar Qranit 1967-ci ildə No-
bel mükafatına layiq görülmüşdür.
400
8.15. Gözün quruluşu və optikası
Fizioloji baxımdan mühitdən beyinə daxil olan sensor hissləri
3 yerə – mexanoreseptor, temperatur və ağrı hissələrinə ayrımaq
olar. Mexanoreseptor hissiyyata taktil (təmas, təzyiq, vibrasiya)
və proprioreseptiv (postural) – pozanın hissi, statistik vəziyyət və
təzyiq zamanı vəziyyət aiddir.
Hissetmənin həssaslıq yaranma yerinə görə – eksteroseptiv
(daxili orqanlarda yaranmasına görə), visseral (daxili orqanlarda
yaranmasına) və dərin (hissiyyat dərində yerləşmiş toxumalardan
– fasiya, əzələ, sümük). Somotasensor siqnallar böyük sürətlə,
visseral siqnallar yavaş sürətlə verilir.
İnsan və heyvanlarda görmə üzvü bədənin baş hissində, başın
üz tərəfində yerləşir, gözlərin belə topoqrafiyası geniş görmə ilə
əlaqədar olan müxtəlif davranış aktları üçün olduqca əlverişlidir.
Bir sıra heyvanlarda, o cümlədən insanda gözün quruluşu xeyli
mürəkkəbləşmişdir. Görmə siniri vasitəsilə beyinlə birləşən gözdə
göz alması, gözü hərəkət etdirən əzələ aparatı və gözü qoruyan
kipriklər və gözyaşı vəziləri kimi morfoloji törəmələr inkişaf et-
mişdir (şəkil 8.15).
Şəkil 8.15. Göz alması. Bəbək refleksi kəsiyində: 1-bağlar, 2-buynuz
downloaded from KitabYurdu.org
401
qişa, 3-qüzehli qişa, 4-bəbək, 5-ön kamera, 6-büllur, 7-kirpikli cisim,
8-konyuktiv, 10-göz əzələsi, 11-Şüşəyəbənzər cisim kanalı, 12-görmə
siniri, 13-kor ləkə, 14-mərkəzi çuxur, 15-torlu qişa, 16-damarlı qişa,
17-ağlı qişa.
Göz alması mürəkkəb quruluş kəsb etmişdir. O buynuz qişa və
konyuktiv, quzehli qişa, ağlı qişa (sklera), damarlı qişa, ön və
arxa kamera, billur və şüşəyəbənzər cisimdən, torlu qişadan
ibarətdir. Gözün ön və arxa kamerası sulu nəm ilə dolmuşdur.
Billur iki tərəfi qabarıq linza kimi qurulmuşdur. Şüşəyəbənzər
cisim göz alması boşluğu dolduran şəffaf üzvi kütlədir.
Göz işığı buraxan və sındıran üzvü linzalar sisteminə malikdir.
Havanın işıqlığı, cansız və canlı obyektlərdən əks olunan işıq
şüaları gözdə ardıcıl olaraq bir neçə işıqsındırıcı bioloji
mühitlərdən keçir. Gözün, eləcə də hər bir optik sistemin
işıqlandırma qüvvəsi, dioptriya (D) ilə ifadə edilir.1 dioptriya
fokus məsafəsi 1m olan linzanın işıqsındırma qüvvəsinə
bərabərdir. Gözün dioptriyasını hesablamaqdan ötrü adətən
gözdəki işıq sındırıcı səthlər cəbri olaraq cəmləşdirilir və bir linza
kimi qəbul edilir. Bu cür bir linzalı sadələşdirilmiş göz
modelində, əgər billur uzaqdakı cisimləri görmək üçün
uyğunlaşmışdırsa və mərkəzi fokus nöqtə tor təbəqədən təxminən
17 mm qabaqda yerləşmişdirsə, onda gözün işıqsındırma qüvvəsi
59 dioptriya təşkil edir. İşıq süalarının kəsişdiyi fokus nöqtə tor
qişanın qabığına, arxasına və üzərinə düşə bilər. Bundan asılı
olaraq gözdə normal, yaxın və uzaq görmə xassələri meydana
gəlir. Tor qişada görünən obyektlərin kiçildilmiş və tərsinə
çevrilmiş obrazları əks olunur (şəkil 8.16).
402
Şəkil 8.16. Gözün quruluş sxemi (A). Gözdə işıq şüalarınn
proyeksiyası sxemi (B).
Gözün müxtəlif məsafədə yerləşən əşyaları aydın görməyə uy-
ğunlaşmasına akkomodasiya deyilir. Gözün akkomodasiyasını
oyanan toxumanın akkomodasiyası ilə qarışdırmaq olmaz.
Akkomodasiya büllurun qabarıqlığının və buna müvafiq olaraq
işığı sındırma qabiliyyətinin dəyişməsi nəticəsində baş verir. Yax-
ında olan əşyalara baxdıqda onun qabarıqlığı artır və şüalar bir
nöqtədə toplanır.
Gözün akkomodasiya qabiliyyəti əsasən billurdan asılıdır. Bil-
lur, ona hər iki ucdan bağlanmış əzələ liflərinin yığılıb-boşal-
maları sayəsində öz əyriliyini dəyişdirə bilir. Cavan adamlarda
billurun işıqsındırma qüvvəsi 20 dioptriyadan 34 dioptriyaya
qədər arta bilər. Bu halda billur daha qabarıq formada olur. Billu-
run akkomodasiya dərəcəsi sabit göstərici deyildir, o tez-tez
dəyişilir.
downloaded from KitabYurdu.org
403
Görmənin itiliyi-gözün əşyaları dəqiq görmə dərəcəsi ilə
müəyyənləşir. Görünən obyekt nəzəri olaraq elə ölçüdə olmalıdır
ki, ondan əks olunan işıq heç olmazsa tor qişada bir və ya bir neçə
totoreseptoru qıcıqlandırmalıdır. Görmənin itiliyi binokulyar (iki
gözlə) görmə və görünən əşyanın 3 ölçülü təsvirinin yaranması və
görmə mərkəzlərində onun qiymətləndirilməsi nəticəsində təmin
edilir.
Görmədə gözün hərəkətinin rolu.
Yuxarıda və uzaqda olan,
hərəkətli və ya hərəkətsiz əşyaları aydın görmək üçün gözün
hərəkəti vacib rol oynayır.
Gözün həpəkəti III, IV, VI cüt kəllə beyin sinirlərinin baş-
beyin tərəfindən koordinasiya ilə onun ekvatorundan bir qədər
öndə gözə birləşmiş 6 əzələnin köməyi ilə yerinə yetirilir. Bunlar
2 xarici çəp və 4 xarici düz, daxili, yuxarı və aşağı əzələlərdir
(şəkil 8.17).
Onlardan xarici və daxili düz əzələlər adlarına uyğun olaraq
gözü düz xətlə xaricə və daxilə doğru yönəldir. Yuxarı və aşağı
düz əzələlər isə funksiyalarını çəp əzələlərlə müştərək ifa edir.
Yaxın əşyalara baxdıqda görmə oxunun çevrilməsi hər iki dax-
ili düz əzələlərin gərginləşməsi ilə həyata keçirilir. Bu hadisə
konvergensiya
adlanır. Xarici düz əzələlərin köməyi ilə görmə
oxunun ayrılmasına isə divergensiya deyilir.
Görmə prosesində gözün hərəkətinin mühüm rolu hər şeydən
əvvəl onunla müəyyən edilir ki, fasiləsiz görmə üçün xəyalların
torlu qişada hərəkəti təmin edilsin.
Gözün əzələləri göz almasının hərəkətində əsas rol oynayır.
Əgər gözün düz lateral əzələsi yığılırsa, onda digər gözün düz
medial əzələsi boşalır. Yuxarı düz əzələlər bir yerdə işləyir və
gözün arxaya, yuxarıya baxa bilməsi üçün hərəkətinə səbəb olur.
Aşağı düz əzələ aşağıya baxmağa imkan verir. Yuxarı çəp əzələ
gözü aşağı və xaricə, aşağı çəp əzələ isə – yuxarı və daxilə fır-
landırır.
404
Şəkil 8.17. Gözün əzələləri: 1-yuxarı çəp, 2-qaşı qaldıran əzələ,
3-yuxarı düz, 4-xarici düz, 5-aşağı düz, 6-aşağı çəp, 7-
görmə siniri
8.16. Görmə impulslarının genezi
və ötürülmə mexanizmi
Qaranlıqda fotoreseptorların xarici seqmentlərinin Na
+
və K
+
kanalları açıq vəziyyətdə olur. Na
+
ionlarının seqmentləri tərk
etməsi və K
+
ionlarının seqmentlərə daxil olması nəticəsində
fotoreseptorlar və onları tor qişanın bipolyar neyronları ilə
əlaqələndirən sinapslar səviyyəsində ion qradiyentlərinin tarazlığı
sayəsində membran potensialları formalaşır. Bu cərəyanlar
fotoreseptorların daxili seqmentlərindən xarici seqmentlərə və
daha sonra fotoreseptiv sinapslara yayılır. Mikroelektrod
texnikanın köməyi ilə qeyd edilə bilən bu tip ilkin membran
potensialları «qaranlıq cərəyanları» adlanır.
İşıqda fotoreseptorlar oyanırlar. Bu proses fotoreseptorların
xarici seqmentlərində kaskad fotokimyəvi çevrilmələr və
transmembran nəqliyyat mexanizmlərində baş verən
dəyişikliklərlə sıx əlaqədardır.
Prosesin yekun nəticələri kimi konkret olaraq aşağıdakıları
qeyd etmək olar. Fotoreseptorun oyanması zamanı onun xarici
seqmentində Na
+
kanalları bağlanır, ion tarazlığı pozulur, K
+
-
downloaded from KitabYurdu.org
405
ionlarının qradiyenti artdıqca fotoreseptorda ion yüklərinin
hiperpolyarlaşması baş verir, hiperpolyarlaşmış reseptor
potensialı yaranır, fotoreseptorun xarici seqmentində sinaptik
ucuna qədər yayılır, burada sinaptik neyromediator qlütamatın
azad olmasına təsir edir. Bu, tezliklə tor qişanın qanqlioz
neyronlarının akson çıxıntılarında yayılan təsir potensialları –
görmə sensor siqnallarının generasiyasına səbəb olur. Tor qişanın
müxtəlif tip hüceyrələri – fotoreseptorlar, bipolyar və amakrin
hüceyrələri, habelə qanqlioz neyronların dendrit zonaları lokal
(məhəlli) potensialları generasiya edir, burada təsir potensialları
(görmə siqnalları) ancaq qanqlioz neyronların ümumi bioelektrik
fəallığı elektroretinoqrama (ERQ) kimi qeydə alınır.
İşıq qıcığının təsirindən görmə reseptorlarında kolbayabənzər
və çöpəbənzər hüceyrələrdəki kompleks fotokimyəvi
reaksiyalarından sonra görmə sinirində elektrik dalğaları meydana
çıxır.
Eksperimentdə elektroretinoqrammanı almaq üçün elektrodun
biri buynuz qişaya, digəri əks qütbə – göz almasına yerləşdirilir.
Elektrodun birini buynuz qişanın səthinə qoyub, ikincisini buruna
yeritmək və ya qulaq seyvanına, ya gözə yaxın yerdə üzün
dərisinə toxundurmaqla da ERQ almaq olar.
Heyvanların ERQ-da bir neçə səciyyəvi dalğa ayırd edilir
(şəkil 18.18). Birinci dalğa (a) – a-dalğası amplitudası çox böyük
olmayan mənfi elektrik dalğası olub, sükunət potensialının
azalmasını göstərir. Bu dalğa tez artan və gec sönən böyük
amplitudalı müsbət elektrik dalğasına (b) – b-dalğasına keçir. b-
dalğasının aşağı düşməsi fonunda çox halda zəifləyən müsbət
elektrik s-dalğası müşahidə olunur. İşıq qıcığının kəsilməsi anında
yeni müsbət elektrik dalğası d-dalğası meydana çıxır.
İnsanın ERQ-sı a- və b-dalğaları arasında əlavə qısamüddətli
x-dalğası müşhaidə olunur.
406
Şəkil 8.18. Elektroretinoqramma (R.Qarnitə görə).
Yalnız kolbayabənzər hüceyrələrə qırmızı işıqla təsir edilərsə,
ERQ-da s-dalğası qeyd edilir. ERQ dalğalarının torlu qişanın
hansı törəməsində
əmələ
gəlməsi hələlik tam
aydınlaşdırılmamışdır. Bunu müəyyən etmək üçün torlu qişanın
ayrı-ayrı qatlarından mikroelektrod metodu ilə potensial qeyd
olunmuş və müxtəlif nəticələr əldə edilmişdir. Bəzi tədqiqatçıların
fikrincə, səciyyəvi ERQ dalğaları bipolyar hüceyrələrdə yaranır.
Digərlərinin rəyinə görə elektroretinoqrammadakı a-dalğası
fotoreseptorların xarici üzvücüklərinin, b-dalğası xarici nüvə
qatının, s-dalğası isə piqmentli epitel hüceyrələrinin
oyanmasından meydana çıxır. b-dalğasının amplitudu işıq
verilərkən əmələ gəlir. Göz işığın təsirinə nə qədər çox məruz
qalarsa, dalğasının amplitudası işıq qıcığının kəsilməsi anında
daha yüksək olur.
Rəngli görmə.
Əksər məməlilərdə rəngli görmə zəif inkişaf
etmişdir. Primatlara doğru təkamül xəttində rəngli görmə ikincili
görmə reaksiyaları kimi formalaşır və tor qişanın kolbacıq
fotoreseptorlarında işığın nisbəti ən geniş spektrinin udulması ilə
əlaqədardır.
İşığın rəngləri 3 əsas əlamətinə görə fərqlənirlər: rəngin tonu
(çaları), intensivliyi və dolğunluğu. Hər bir rəng əlavə
(komplementar) rəng çalarlarına malikdir, o ilkin rənglə tamam
qarışanda ağ rəng duyğusu verir. Qara rəng duyğusu işıq
olmayanda yaranır. Ağ rəngin və ya işıq spektri rənglərinin,
yaxud əlavə rəng çalarlarının duyğusu qırmızı, yaşıl və mavi
downloaded from KitabYurdu.org
407
rənglərin – ilkin (əsas) rənglərin müxtəlif yerdəyişmələri və
tənasübləri sayəsində əmələ gəlir. Rəng qavrayışları görmə
sahəsinə düşən obyektlərin rənglərindən də asılıdır. Məsələn,
qırmızı rəngli obyekt zəif qırmızı rəngdə işıqlanarsa, onda ya zəif
cəhrayı rəngdə, ya da ağ rəngdə görünəcəkdir.
İnsanda və digər ali məməlilərdə gözün tor qişası 3 tip müxtəlif
kolbacıq fotoreseptorlar ilə təchiz olunmuşdur ki, onlardan hər
birisi işıq spektrinin qırmızı, yaşıl və mavi dalğalarından yalnız
birinə reaksiya verən görmə piqmenti saxlayır. İstənilən rəng
duyğusu işığın bu ilkin rəngləri qəbul edən hər 3 tip
fotoreseptorun olmasından asılıdır. Gözün rəngli görməni izah
edən ilk nəzəriyyələrin əsasları hələ XIX əsrdə Tomas Yanq və
Herman Helmholc tərəfindən irəli sürülmüşdür.
8.17. Görmənin mərkəzi mexanizmləri
Fotoreseptorların oyanması tor qişanın qanqlioz neyronlarının
aksonlarında qradual sinir impulslarının generasiyası ilə
nəticələnir. Bir gözün tor qışasının qanqlioz neyronlarını
aksonları (sinir lifləri) bir yerdə bir gözün görmə siniri əmələ
gətirir. İnsanda hər iki gözün görmə siniri təxminən 800 minə
yaxın lifdən ibarətdir.
Hər iki gözdən başlanğıc olan görmə sinirləri əvvəlcə ayrı-ayrı
sinirlər kimi baş beyinə doğru istiqamətlənirlər. Yolda onlar
çarpaz (xizam) əmələ gətirir, daha sonra ilkin görmə mərkəzi olan
xarici (lateral) dizcikli cismə girən sinir traktlarına ayrılırlar.
Çarpazlaşma nəticəsində sol gözün burun tərəfdəki tor qişadan
gələn sinir lifləri sağ gözün gicgah tərəfdəki tor qişa hissəsindən
gələn sinir lifləri ilə birlikdə bir görmə traktı əmələ gətirir.
Analoji olaraq sağ gözün burun tərəfdəki tor qişadan başlanan
sinir lifləri sol gözün gicgah tərəfindəki tor qişadan başlanan sinir
lifləri bir yerdə digər sinir traktı əmələ gətirir. Bu qayda ilə
formalaşan görmə sinir traktları (lateral) dizcikli cismə daxil olur,
görmə sinir liflərinin ucları xarici dizcikli cismin neyronları ilə
sinaptik əlaqələrə girir, faktiki olaraq onlar burada qurtarırlar.
408
Amma görmə siqnalları xarici dizcikli cisim-mahmız sinir
traktları görmə sinirlərinin davamı kimi baş-beyin yarmıkürələri
qabığının görmə sahələrinə daxil olurlar. Bu zaman sağ və sol
lateral diz-cikli cisimdən başlanan görmə sinir traktları müvafiq
olaraq sağ və sol yarımkürələrinin mahmız qırışlarında yerləşən
görmə sahələrinə doğru nəql olunur.
Görmə sinir traktları xarici dizcikli cismə daxil olmamışdan
əvvəl və sonra görmə şüalılığı yaradır – onların şaxələri beynin
strukturlarına daxil olur, görmə ilə əlaqədar olan bir sıra hərəkət
aktları, davranış reaksiyaları, emosianal halları idarə edən
somatovegetativ mərkəzlərini öz impulsları ilə təmin edirlər.
Əksər sensor siqnallar kimi görmə siqnalları talamusdan – sensor
impulslarının beyin kollektorundan keçir, onun vasitəsilə
fəallaşdırılır və spesifik yollarla baş-beyin böyük yarım kürələri
qabığının birincili və ikincili görmə sahələrinə proyeksiya edilir.
Görmə qabığı.
Baş-beyin böyük yarımkürələrinin ənsə
payında mahmız qırışığı nahiyyəsində birincili və ikincili görmə
qabıq sahələri (Brodmana görə, 17, 18 və 19-cu qabıq sahələri)
yerləşmişdir. Digər sensor sistemlərdə olduğu kimi, görmə
yollarında da dəqiq topoqrafik qayda gözlənilir, tor qişanın, eləcə
də görmə sahəsinin xəritəsi olduğu kimi görmə qabığında
proyeksiya olunur. Gözün tor qişasının mərkəzi çuxuru, hardakı
maksimum görmə istiliyi yaranır, görmə qabığının çox sahəsinə
proyeksiya verir. Son neyrofizioloji tədqiqatlara görə qabığın 17-
ci sahəsi gözün retinotopik mənzərəsini daha dəqiq surətdə əks
etdirir, 18 və 19-cu qabıq sahələri isə görmədə bir növ ikinci
dərəcəli rol oynayır, görmə assosativ mərkəzləri funksiyası
daşıyır.
Görmə qabığında görmə siqnalalrının təhlil-tərtib (analiz-
sintez) prosesləri çoxpilləli prosesləri kimi təsəvvür edilir.
Amerikan neyrofizioloqları Devid Xyubel və Torsten Vizel görmə
siqnalarının (görmə informasiyaların) görmə qabıq neyronlarında
yenidən işlənməsinin prinsipləri və yolları haqqında yeni faktlar
toplanmışdır. Görmə sistemində informasiyaların işlənməsi
mexanizmlərinin tədqiqi sahəsində elmi xidmətlərinə görə onlar
downloaded from KitabYurdu.org
409
1981-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
D.Xyubel və T.Vizelin tədqiqatları göstərmişdir ki, ilkin görmə
qabığında işıq şüalarının yalnız sadə əlamətləri (işıq zolaqları,
işığın yönümü və s.) qəbul edən sadə neyronlar, görmə sahəsinin
istənilən nöqtəsindən gələn işıq şüalarına reaksiya verən
mürəkkəb neyronlar mövcuddur. Daha mürəkkəb neyronlar ancaq
müəyyən dalğa uzunluğu və eni olan işıq şüaları, işıq zolaqları,
işığın rəngi, işığın tonu (kontrastı), görmə obrazları haqqında
siqnallara həssasdırlar. Görmə qabıq neyronları təkcə bu xassələrə
görə deyil, habelə görmə siqnallarının sağ və ya sol gözdən qəbul
edilməsinə görə də ixtisaslaşmışdır. Görmə neyronları, həmçinin
qabığın göz dominantlığı və gözün hərəkətlərə həssaslığı əks
etdirən siqnallara üstünlük verilməsi prinsipi üzrə işləyirlər.
Elektron mikroskopik və mikroelektroq tədqiqatlar göstərmişdir
ki, görmə qabığı işıq şüalarının yönümü və göz dominantlığı
müəyyən edən ayrı-ayrı neyroarxitektonik və mieloarxitektonik
sütuncuqlar şəklində qurulmuşdur. Hesablamalara görə görmə
qabığında hər biri 1000 neyrondan ibarət, diametri 30 mikrondan
50 mikrona çatan bir neçə milyon belə sütuncuq ola bilər.
Şəkil 8.19. İnsanda mərkəzi görmə yollarının sxemi.
410
Sütuncuqlar seriya və ya sıralar üzrə düzülürlər, onlar həm də eni
0,5 mm-ə çatan qarışıq zolaqlar əmələ gətirirlər. Xarici dizcikli
cisim nüvələrindən görmə qabığına gələn görmə sinir lifləri
əvvəlcə sadə neyronların sütuncuqlarında proyeksiya olunurlar,
onlar eyni zamanda hər iki tip sütuncuqlara paralel proyeksiyalar
verə bilərlər. Görmə qabığı neyronlarında görmə siqnallarının
dəqiq analiz və sintezi proseslərinin neyrofizioloji və neyrokim-
yəvi əsasları hazırda geniş surətdə tədqiq edilir.
8.18. Göz refraksiyasının anomaliyaları
Bəbək qüzehli qişanın ortasında yerləşən dəlikdir. Buradan işıq
şüaları keçib torlu qişada, əşyanın tərsinə xəyalının alınmasına
səbəb olur. Gözdə şüa sındırmanın iki əsas anomaliyası
(refraksiyası) vardır: yaxından görmə, başqa sözlə, miopiya və
uzaqdan görmə – hipermetropiya. Bu anomaliyalar, bir qayda
olaraq sındırıcı mühitin çağışmazlığından deyil, göz yuvasının
dərinliyindən asılı olur (şəkil 8.20).
Şəkil 8.20. Gözün refraksiya sxemi. 1-uzaqdan görmə, 2-normal
görmə, 3-yaxından görmə.
Yaxıngörmə.
Əgər gözün boylama oxu bir qədər uzundursa,
downloaded from KitabYurdu.org
411
onda xəyal torlu qişada deyil, onun önündə şüşəyəbənzər cisimdə
yerləşir. Belə göz yaxını görən – miopik göz adlanır.
Yaxını görən şəxs uzaqdakı əşyanı aydın görmək üçün gö-
zünün önünə qabarıq şüşə qoymalıdır.
Uzaqgörmə.
Uzaqgörmə – hipermetropiya yaxıngörmənin
əksidir. Uzaq görmədə gözün boylama oxu qısa olur və ona görə
də uzaqda yerləşən əşyalardan düşən paralel şüalar torlu qişanın
arasında toplanır.
Uzaqgörən adamlarda aydıngörmənin ən yaxın nöqtəsi
normaya nisbətən gözdən uzaqda durur. Odur ki, yaxındakı
əşyaya baxarkən akkomodasiya qüvvəsi kifayət etmir. Məhz buna
görə də uzağı görənlər oxumaq üçün şüasındırmasını gücləndirən
ikiqat qabarıqlı eynəkdən istifadə edir.
8.19. Ağrı hissiyatı
Ağrı hissi (nosiseptiv hiss) bədəndə xarici və daxili reseptorlar
bərk qıcıqlananda və ya həddən ziyadə fəallaşanda yaranır. Tez və
yavaş baş verən ağrı hissləri əmələ gələ bilər. Eksperimental
fiziologiyada və tibbdə bu ağrı növləri müxtəlif adlarla (kəskin
ağrı, sancan ağrı, kəsən ağrı, elektrik ağrısı və s.) təsvir edilir. Bu
növ ağrılar zamanı reseptor siqnallar mərkəzi sinir sisteminə
nisbətən nazik hissi sinir lifləri (II qrup liflər) vasitəsilə, saniyədə 6-
30 metr surətlə örtülür. Yavaş ağrı bir və ya bir neçə saniyə
müddətində yaranır və bir neçə dəqiqə ərzində tədricən artır və
yavaş yandırıcı ağrı, küt ağrı, xroniki ağrı və s. kimi təsvir edilir.
Yavaş ağrı siqnalları beyinə nisbətən qalın sinir lifləri (I qrup
liflər) vasitəsilə saniyədə 0,5-2 metr surətlə öütrülür.
Xarici və daxili mühitin bir sıra stimulları (işıq, səs, qoxu,
təzyiq, toxunma, elektrik cərəyanı, temperatur qıcıqları) ağrı hissi
oyada bilər. Kəskin ağrını daha çox mexaniki və temperatur
qıcıqları yaradır, yavaş və ya küt ağrı istənilən qıcığın təsirindən
yarana bilər. İnteroreseptorların bərk və nisbi bərk qıcıqlanmaları
zamanı daxili orqanların müxtəlif dərəcəli ağrıları baş verir. Bəzi
tədqiqatçılara görə insan və heyvanların visseral orqanlarında,
412
dəri qatlarında, oynaqlarda, arteriya damarlarının divarlarında
xüsusi ağrı reseptorları (nosiseptiv reseptorlar) mövcuddur. Bu
reseptorlar adətən hissi sinir liflərinin yüksək həssaslığa malik
olan sərbəst ucları kimi təmsil olunmuşdur.
Şəkil 8.21. Ağrı hissinin nəqlolunma yolu (A) və antinoseptiv
sistem (B). A: 1-qabığın somatosensor hissəsinə, 2-talamus, 3-
intrallaminar nüvələr, 4-ventrabazal kompleks və arxa nüvə
qrupu, 5-tez ağrı lifləri, 6-yavaş ağlı lifləri, 7-retikulyar forma-
siya, 8-ağrı yolları; B: 1-üçüncü mədəcik, 2-periventikulyar
nüvələr, 3-su yolu yanı boz maddə, 4-orta beyin, 5-enkifalin ney-
ronlar, 6-körpü, 7-böyük tikiş nüvəsi, 8-uzunsov beyin, 9-
Serotoninergik neyronlar, 10-ağrı lifləri, 11-enkifalin neyronlar,
12-peresinaptik ağrı ləngiməsi, 13-ventrolateral somatosensor
trakt.
İnsan ağrının yerini, gücünü və müddəti təyin edə bilir, hətta
ağrı hissi funksional sistemlərin aktivliyini yatıra bilər. Ağrı reak-
siyaları çox fərdidir, ağrıya tab gətirmək, onu azaltmaq, yaxud dəf
downloaded from KitabYurdu.org
413
etmək onurğa və baş beynin tormozlayıcı, analizəedici funk-
siyaları ilə əlaqədardır. Antinoseptiv reaksiyalar əvvəlcə onurğa
beyninin arxa buynuzlarındakı hissi neyronlar səviyyəsində
həyata keçir. Burada ağrı siqnalları baş-beyin şöbələrinə çatana
qədər yatırıla bilər.
Şəkil 8.22. Ağrı siqnallarının nəqlolunma yolu (oxlar). P maddəsi
hissi neyronun mərkəzi çıxıntılarından oyanmanı onurğa talamik
traktın neyronuna ötürür. Enkofalin opioid reseptorların təsirilə
aralıq neyron vasitəsilə P maddəsinin sekresiyasını və ağrı
siqnallarının nəql olunmasını ləngidir. 1-ağrı reseptorundan, 2-
mərkəzi çıxıntı, 3-opioid reseptorlar, 4-P-maddəsi, 5-P-maddəsinin
reseptoru, 6-hissi neyron, 7-arxa bağ, 8-enkefalin, 9-onurğa-
talamik neyron, 10-yan bağ, 11-ara neyron.
Daha sonra, ağrı impulsları uzunsov beyinlə Varol körpüsü
arasındakı böyük tikiş nüvəsi, uzunsov beynin yan hissəsində
yerləşən nəhəng hüceyrəli retikulyar formasiya nüvələri, silvi su
yolu, III və IV beyin mədəcikləri əhatə edən boz maddə, orta
beynin və körpünün yuxarı perpendikulyar sahəsi, talamus və
qabığın sensomotor sahələri səviyyəsində yaradıla bilər. Beynin
müəyyən sinaptik sahələrində azad olunan neyromediator
414
serotonin və neyropeptidlər, enkefalinlər, mərkəzi ağrısızlaşdırıcı
sistemin neyrokimyəvi komponentləri kimi mühüm əhəmiyyət
kəsb edir. Beynin ağrısızlaşdırıcı sisteminin müxtəlif vəsitələri
morfinə, opiatlara və opaidlərə (B-endorfinlər, enkaefalinlər və s.)
yüksək həssaslıq göstərirlər (şəkil 8.21, 8.22).
downloaded from KitabYurdu.org
Document Outline - YENI_Fiziology (F_I-II).pdf
- Müəlliflərdən
- İNSAN VƏ HEYVAN
- FİZİOLOGİYASINA GİRİŞ
- 1.1.Fiziologiyanın tədqiqat obyekti
- 1.6. Azərbaycanda fiziologiya elminin inkişafı
Dostları ilə paylaş: |