Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66.66 Kb.
PDF просмотр
səhifə29/33
tarix28.11.2016
ölçüsü66.66 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   33

346 
təsirin günün uzunluğundan asılı olduğu məlum oldu.  
Epifiz vəzi heyvanlarda fotoreseptor funksiya daşımaqla ona 
ətraf mühitin işıqlanmasından asılı olaraq mühitdən bələdçiyə ilk 
dəfə 1959-cu ildə amerikan alimi dermotoloq Lernerin rəhbərlik 
etdiyi alimlər qrupu epifiz vəzinin qovuqcuqlarından dəriyə 
ağardıcı  təsir göstərən (melatonin serotonindən, o isə triptofan-
amin turşusundan sintez olunur) və çox yüksək müalicəvi təsirə 
malik melatonin hormonunu sintez etdilər. Melatonin gözün torlu 
qişasında və bağırsaqlarda əmələ gəlir. Buradan aydın olur ki, epi-
fiz vəzi yüksək fəaliyyət göstərən neyrosekresiya vəzisidir. 
Melatonin məmlilərin cinsiyyət vəzilərinə  təsir edərək cavan 
heyvanlarda cinsi yetişkənliyi ləngidir. Yaşlı dişi heyvanlarda isə 
yumurtalığın kiçilməsinə, estral dövrün ləngiməsinə  təsir edir. 
Epifiz vəzinin hormonu melatoninin sintezi işıqda azaldığı üçün, 
quşlarda cinsi fəallıq fəsli xarakter daşıyır və günün uzunluğu 
uzun olan yazda və yayda cinsi fəallıqları artır. Bu isə özünü bala 
verməkdə, yumurta qoymaqda göstərir. 
Beləliklə, epifiz vəzini ona simpatik sinirlə daxil olan 
məlumatları humoral amillərə çevirən neyroendokrin transduktor 
orqan kimi adlandırmağa əsas verir. Serotonin epifizdə gündüzlər 
daha çox sintez olunur, gecələr isə iki fermentin (HİOMT – 
hidrooksindolmetiltransferaza və asetil aniltransferaza) təsiri ilə 
melatoninə çevrilir. 
Serotonin qan təzyiqini yüksəldir, MSS-də impulsların nəql ol-
unmasında mediator rolu oynayır. Epifiz maddələr mübadiləsini, 
su, duz, karbohidrat mübadiləsini, digər endokrin vəzilərin 
fəaliyyətini hipotalamo-hipofizar-böyrəküstü vəzi sistemi 
vasitəsilə  tənzimləyir – ləngidici təsir göstərir. Melatonin ürək-
damar,  şiş  xəstəlikləri, diabet, insult və s. xəstəliklərin 
müalicəsində effektli təsir göstərir. 
Beləliklə, epifiz gecə  və gündüzü işıqlanma ritmindən asılı 
olaraq orqanizmin uyğunlaşma prosesində iştirak edən bioloji saat 
rolunu oynayır. Melatoninin təsir mexanizmi aşağıdakı kimidir.  
Torlu qişanın işıqlanmasının intensivliyinin dəyişməsi görmə 
yolu və əlavə ritinohipotalamik yolla hipotalamusun xiazma üstü 
 
347 
(restroventral hissəsinə) nüvəsinə verilir. Supaxiazmatik nüvədən 
siqnallar paraventikulyar nüvə vasitəsilə onurğa beyninin yan 
sütunlarının preqanqlionar simpatik neyronlarını aktivləşdirir 
(şəkil 7.29,B). Simpatik preqanqlionar lifləri simpatik sütunun 
yuxarı boyun düyününü fəallaşdırır. Yuxarı boyun düyününün 
postqanqlionar simpatik lifləri pinealositlərin plazmolemması ilə 
qarşılıqlı  təsirdə olan noradrenalin sintez edir. Melatonin effekti 
zəif öyrənilsə  də, melatoninin və hipofizdə period-1 (endogen 
saatla  əlaqəsi olan geni) hipotalamus geninin transkripsiyasını 
insulə edir. Melatoninin reseptorları G-zülalı ilə  əlaqəsi olan 
transmembran qlikoprotein-hipofizdə, xiazmaüstü nüvədə (N-
supraxiazmatikus) hipotalamus, torlu qişa, MSS-nin müxtəlif 
nahiyələrində və bir sıra orqanlarında mövcuddur.  
 
7.18. Timus (çəngələbənzər) vəzinin daxili sekresiyası 
 
Timus. İnsanda döş qəfəsində yerləşən timus vəzi yuxarı ucu 
nəfəs borusuna, aşağı ucu aortaya bitişir. 14-16 yaşına qədər 
çəkisi 35-50 qr-a qədər çatır. Bu yaşa qədər  əsas funksiyası 
cinsiyyət vəzilərin inkişafına mane olmaqdır. Bu vəzi cinsiyyət 
vəziləri yetişənə  qədər uşaqlarda onu ləngidir. Cinsiyyət 
yetişkənliyi dövrü başladıqdan sonra bu vəzi  cinsi funksiyaya 
təsir edə bilmir. Bu cinsiyyət vəzilərinin ləngidici təsiri ilə 
bağlıdır. 
Döş sümüyü önündə yerləşən bu orqan bir sıra peptidlər hazır-
layır. Hesab olunur ki, bu peptidlər immunoloji müdafiə 
mexanizmlərində iştirak edirlər, ancaq bu hərtərəfli öyrənilməyib. 
Tumus vəzi zədələndikdə  əzələ  zəifliyi, süstlük və psixi 
pozğunluqlar baş verir. Cavan yaşlarda tumus vəzinin çıxarılması, 
mineral mübadiləsinin pozulmasına səbəb olur. Sınmış sümüklər 
gec sağalır. Deməli, timus vəzi kalsium duzlarının sümük 
hüceyrələrinə daxil olmasını tənzim etməklə, onların uzanmasına 
səbəb olur. Timus vəzi limfositlərin  əmələ  gəlməsini tənzim 
etməklə qan yaradıcı funksiyaya kömək etmiş olur. Bəzən həddi 
buluq dövründən sonra da, timus vəzi öz fəaliyyətini davam et-

 
348 
dirir. 
 
 
7.19. Böyrəklər. Toxuma hormonları 
 
Böyrəklər.  Yuxarıda qeyd olunub ki, böyrəklər endokrin 
orqanlardırlar, belə ki, o, renin və (vitamin-D)-hormonu sintez 
edir. Qanın funksiyaları  bəhsində böyrəklərdə eritropoetinin 
yaranması və onun eritropoezdə rolu əks olunub. 
Toxuma hormonları.  Əvvəldə endokrin vəzilərin hormonları 
ilə müxtəlif toxumalarda yaranan və  həmin toxumada qonşu 
hüceyrələrə hormonobənzər təsirə malik olan maddələr arasında 
sərhəddin müəyyənləşdirilməsinin çətinliyi qeyd olunub. Paraktin 
təsirə malik bu cür maddələr qrupuna indi belə hesab edirlər ki, 
aşağıdakılar daxildir: prostaqlandinlər,  prostatsiklinlər  və  tron-
boksanlar. Onlar orqanizmin müxtəlif funksiyalarında vacib rol 
oynayırlar və digər hormonların təsirini artırır və ya azaldırlar. Bu 
yaxınlarda müəyyən olundu ki, ürək endokrin orqandır, belə ki, 
onda böyrəklərlə Na-un çıxarılmasını stimulə edən peptid hazır-
lanır. Bu peptid ürəkönünatrium-uretik faktor adını alıb. 
Müxtəlif orqanların xüsusi hüceyrələrində hazırlanan bu hor-
monlar histohormonlar və ya parathormonlar adlanır. Məsələn, 
həzm sisteminin orqanlarında aşağıdakı adları verilən hormonlar 
haqqında ətraflı məlumat verilir: qastirin, sekretin, pankreozmin, 
entroqastrin, entroqastron, xolisistokinin və villikilin və s. 
Böyrəklərin yukstomaqlomerulyar aparatında hazırlanan renin 
fermenti, böyrəklərdən qana keçir və plazmanın zülal fraksiyası 
qlobulini hipertenzinogenin (angiotenziogen), peptid hipertezin və 
ya angiotenzin-1-ə çevirir. Bu isə dipeptidkarbolksipeptidaza fer-
mentinin təsirindən agiotenzin-II-yə çevrilərək damarların daral-
ması üçün saya əzələlərinə büzücü təsir  edir. 
Ağciyərlər, mədəaltı vəzidə, tüpürcək vəzidə əmələ gələn kal-
lidin hormonu qan təzyiqini aşağı salır. Ağrı qıcığının təsirindən 
dəridə,  əzələdə, mədədə  əmələ  gələn bradıkinin damarlara 
genəldici təsir edir. Histamin əks laxtalanma təsirinə malik ol-
 
349 
maqla kapillyarların keçiriciliyini artırır. 
Serotonin (5-hidrooksitripriptamin)-arterial təzyiqi yüksəldir, 
adrenalinə bənzər təsirə malikdir. 
Paratorin – çənəaltı  vəzinin ekstraktından alınıb. Bu maddə 
qığırdaq, sümük toxumasının inkişafına təsir göstərir.  

 
345 
VIII FƏSİL 
 
ANALİZATORLARIN FİZİOLOGİYASI 
 
 
HİSS (DUYĞU) ÜZVLƏRİ, SENSOR SİSTEMLƏR 
 
8.1. Hiss üzvləri haqqında anlayış 
 
Hiss üzvləri və ya duyğu orqanları barədə ilk naturalistik 
təsəvvürlər hələ çox qədim zamanlarda yaranmışdır. Eramızdan 
üç  əsr  əvvəl Qədim Yunanıstanın məşhur filosofu və alimi 
Aristotel heyvanlara və insana xas olan hissləri təsnif edərək 
onları beş növə ayırmışdır: görmə, eşitmə, iybilmə (qoxu), 
dadbilmə  və lamisə (toxunma. taktil) hissi. Sonralar fiziologiya 
elmi hissiyyatların başqa növləri-əzələ hissiyatı. daxili (visseral) 
hissiyat, müvazinət (vestibulyar) hissi, dəri hissiyyatının bəzi 
modifikasiyaları (tempratur hissi və s.) aşkar etmişdir. 
Duyğu orqanlarının qıcıqlandırılması  və onlardan beyin 
yarımkürələri qabığına impulsların daxil olması  nəticəsində  əldə 
olunan məlumatlar analiz-sintez edilir və müvafiq cavablar verilir. 
Analizin ali forması isə əsasən baş beyin yarımkürələri qabığı ilə 
həyata keçirilir. 
Heyvan və insan orqanizmində hissetmə, duyma qabiliyyəti 
canlı aləmin təkamül prosesində formalaşan mərkəzi sinir 
sisteminin və sinir-reseptor cihazların fəaliyyəti ilə bilavasitə 
bağlıdır. 
Reseptorla müxtəlif növ qıcıqları qəbul edən afferent sinir uc-
ları  və ya mühitdəki dəyişmələri həssaslıq göstərən xüsusi sinir 
hüceyrələridir. 
Onurğasız və onurğalı heyvanlarda, xüsusən də ali 
məməlilərdə, o cümlədən insanda, hiss üzvləri xarici aləmin, eləcə 
də orqanizmin öz daxili mühitinin cürbəcür təsirləri qəbul etməyə 
və sinir sisteminə ötürməyə qabil olan xüsusi morfo-funksional 
törəmələr kimi formalaşmışlar. Hiss üzvlərinin təkamül inkişafı 
 
346 
çox heyrətamiz dəyişiklikləri nümayiş etdirir. Həm 
onurğasızlarda, həm də onurğalılarda bəzi hiss orqanları,  əsasən 
də görmə, lamisə, vestibulyar-eşitmə  və qoxu orqanları  təkamül 
inkişafı zamanı istər anatomik, istərsə  də funksional baxımdan 
kəskin dəyişikliklərə məruz qalırlar. 
Bizim indiki elmin təsəvvürlərimizə görə, hissetmə, duyma 
qabiliyyəti olmayan heyvan və ya insanın yaşaya bilməsi müm-
kün deyil. Belə orqanizm tezliklə ölümə  məhkumdur.  İ.M.Se-
çenov «Baş-beyin refleksləri» əsərində yazmışdır ki: «Xarici hiss 
oyanması olmadan şüurda heç bir psixi akt yarana bilməz». 
İ.P.Pavlov qıcığı qəbul edən mühitdə olan reseptor, oyanmanı 
nəql edən siniri və beyin qabığında yerləşən mərkəzi birlikdə 
analizator adlandırmışdır. Maddi cismin təsirlərinə qarşı meydana 
çıxan müxtəlif hissiyyatlarından asılı olaraq analizatorlar bir neçə 
növə bölünür. Bunlara görmə, eşitmə, temperatur (istilik və so-
yuqluq hissi), ağrı, toxunma, qoxu və dad analizatorları aiddir.      
Hiss üzvləri və onların daha sadə quruluşlu təmsilçiləri olan 
reseptorlar orqanizmi onu əhatə edən xarici aləmlə bilavasitə 
əlaqələndirirlər. Məcazi mənada desək, xarici mühitlə bilavasitə 
təmasda olan duyğu üzvlərini (göz, qulaq, burun, dil, dəri) 
«orqanizmin xaricə açılan pəncərələri» adlandırmaq olar. Bədənin 
xarici səthlərində və daxili toxuma və orqanlarında yerləşən hiss 
üzvləri və ya reseptor cihazlar xarici və daxili təsirləri hiss etmək 
üçün ixtisaslaşmışlar. 
Görmə üzvü olan gözlər, ancaq xarici aləmin işıq şüalarını qəbul 
edərək görmə hissi doğurur. Eşitmə hissini qulaqlar tərəfindən 
tutulan səs dalğaları yaradır. Qoxu və dad hissləri xarici aləmin və 
orqanizm tərəfindən qəbul edilən qida maddələri və mayelərin 
müəyyən kimyəvi təsirlərindən oyanır. Dəri örtükləri xarici mühitin 
tempetarur, mexaniki toxunma və təzyiq dəyişikliklərini hiss edir. 
Vestibulyar aparat bədənin və başın məkanda müvazinətini təmin 
edir. Proprioreseptorlar skelet əzələlərində yığılma zamanı yaranan 
gərginlik, daxili (visseral) reseptorlar isə orqanizmin daxili 
mühitinin fiziki-kimyəvi, kimyəvi-mexaniki, temperatur və digər 
dəyişiklikləri hiss etmək üçün uyğunlaşmışlar. 

 
347 
Orqanzmə təsir göstərən hər hansı bir qıcıq (stimul) hiss üzvü 
və ya reseptor səviyyəsində öz təbiətini dəyişərək sinir impulsu 
(sinir siqnalı, sinir oyanmaları) yaradır. Deməli, hiss üzvləri və ya 
reseptorlar təbiətən müxtəlif olan xarici və daxili təsirləri yeganə 
bir fizioloji prosesə, daha doğrusu, sinir prosesinə çevirən 
(transformasiya edən) xüsusi aparatlar kimi işləyirlər. 
Sensor sistemlər xarici və daxili təsirlərə yüksək həssaslıq gös-
tərməklə yanaşı geniş adaptiv (uyğunlaşma) imkanları  təzahür 
etdirir, bu və ya digər qıcığın  ən zəif və  ən qüvvəli təsirləri bu 
sistemlərin funksiyalarını müvafiq şəkildə  dəyişdirə bilir. 
Bununla yanaşı, sensor sistemlər qıcıqları gücləndirən və 
zəiflədən mexanizmlər kimi fəaliyyət göstərirlər. Mərkəzi sinir 
sisteminin və onun ayrı-ayrı şöbələrinin mütəmadi fəaliyyəti üçün 
müxtəlif sensor sistemlər eyni əhəmiyyət kəsb etmir. 
 
8.2. Hiss üzvlərinin və reseptorların təsnifatı 
 
Hiss üzvləri və reseptorlar bədənin anatomik (morfoloji) 
strukturlarında yerləşməsi qaydalarına, xarici və daxili təsirləri, 
məsafədən və ya bilavasitə  təmas nəticəsində  qəbul etmək 
qabiliyyətinə, təsir edən amillərin təbiətinə görə təsnif edilir. 
Sensor reseptorların bir neçə təsnifatı mövcuddur: modallığına 
görə; görmə, eşitmə, qoxu, dad, təcil, toxunma, təzyiq, isti, soyuq, 
oksigenin gərginliyi (PO
2
), PH, osmotik təzyiq. 
Adekvat qıcığın növündən asılı olaraq reseptorları mexano-, 
termo-, xemoreseptorlar, ağrı  və elektromaqnit reseptorları kimi 
təsnif edirlər. Digər təsnifata uyğun olaraq isə, distant (məsafədən 
siqnalları  qəbul edən); eksteroreseptorlar (xarici mühitdən 
qıcıqları  qədul edən); daxili mühitin qıcıqlarına reaksiya verən 
interoreseptorlar; bədənin məkanda vəziyyətindən məlumat alan 
proprioreseptorlar təsnif edirlər. 
Hiss üzvləri və reseptorlar bədənin xarici səthində  və ya 
daxilində lokallaşmasından asılı olaraq ekstro (xarici) və intero 
(daxili) hissi cihazlara ayırırlar. Birincilər sırasına görmə, eşitmə, 
müvazinət (vestibulyar), qoxu, dad və  dəri hissi cihazlar aiddir. 
 
348 
Əzələ-vətər və oynaq (proprio və ya kinestezik) reseptorlar və 
daxili reseptorlar interoresepsiya növləri kimi xarakterizə edilir. 
Resepsiya növlərinin təkamül inkişafı baxımından təsnifi hansı 
resepsiya növünün filogenezdə  əvvəl və ya sonra yaranmasına 
görə  aşağıdakı  sıra üzrə yerləşdirmək olar: xemoresepsiya, 
mexanoresepsiya, fotoresepsiya (görmə resepsiyası), statosit 
(müvazinət-vestibulyar) resepsiya, fonoresepsiya (eşitmə 
resepsiyası), termoresepsiya, baroreseptorlar. 
Hiss üzvləri və reseptorları distant və kontakt hissi cihazlara 
ayırmaq olar. Distant hiss üzvlərinin  ən  əsas təmsilçiləri görmə, 
eşitmə  və qoxu üzvləridir. Dilin, dərinin, daxili (visseral) 
orqanların reseptorları və proprioreseptorlar təmas (kontakt) hissi 
cihazlar kimi xarakterizə edilir. 
Ayrı-ayrı hiss üzvləri və ya reseptorlar orqanizmin həyat 
fəaliyyəti və reaksiyaları üçün müstəsna  əhəmiyyət kəsb edir. 
Bununla belə, heyvan orqanizmlərinin təkamül inkişafından, 
yaşadıqları şəraitdən və həyat tərzindən asılı olaraq bu və ya digər 
hiss üzvləri onlar üçün az və ya çox əhəmiyyət kəsb edə bilər. 
Suda yaşayan bir sıra heyvanların (balıqlar, məməlilərin bu həyat 
tərzinə keçmiş  bəzi növləri) həyatında statosit (müvazinət) və 
eşitmə orqanları xüsusi rol oynayır. Havada uçmağa daha çox 
alışmış quşların görmə qabiliyyəti və qravitasiya hissləri yüksək 
inkişaf etmişdir. Yırtıcı heyvanlar üçün eyni zamanda qoxu, 
eşitmə, görmə  və kinestezik hissi aparatlar olduqca böyük 
əhəmiyyət kəsb edir. İnsan orqanizmi daha çox görmə, eşitmə, 
vestibulyar, kinestezik və temperatur hissi aparatları möhtacdır. 
Somatik (bədən) və visseral (daxili) duyğular öz mənşəyinə 
görə 3 sinfə ayırmaq olar:mexanoreseptiv, temperatur və  ağrı 
duyğuları. 
 
8.3. Reseptorların morfo-funksional təsviri 
 
Bizim indiki təsəvvürlərə görə hər bir heyvan orqanizmi xarici 
mühitdə və bədən daxilində baş verən dəyişiklikləri hiss etmədən 
yaşaya bilməz. Heyvan orqanizmi üçün ilk növbədə xarici 

 
349 
mühitdə baş verən proses və hadisələri hiss etdirən xüsusi 
mexanizmlər zəruridir. Vaxtilə rus fizioloqu İ.M.Seçenov belə bir 
doğru mülahizə irəli sürmüşdür ki, orqanizmə verilən elmi tərifə 
mütləq xarici mühit anlayışı da daxil edilməlidir. Həqiqətən də 
ətraf mühit və onun qavrayışı mürəkkəb quruluşa və funksiyalara 
malik olan hər bir heyvan orqanizm üçün əlahiddə  əhəmiyyət 
kəsb edir. İnsanlar xarici gerçəkliyi, burada baş verən hadisə  və 
prosesləri, aləmdən hissi (sensor) siqnallar almadan, onları təhlil 
və tərtib etmədən yaşaya bilməz. 
Heyvan və insan orqanizmi ətraf mühitin müxtəlif təsir 
formalarına çox həssas sazlanmış spesifik reseptor hüceyrələrə 
malikdir. Xarici mühitin müxtəlif enerji formaları reseptor 
hüceyrələr üçün stimul (qıcıq) kimi təsir göstərir. Orqanizm üçün 
hansı stimullar (qıcıqlar) gərəkdirsə və hansı qıcıqlar zərərli və ya 
lazımsızdırsa, bu artıq az və ya çox dərəcədə sensor üzvləri və 
onların reseptor törəmələri səviyyəsində müəyyən olunur.  
Sensor modallıqları (hissi təsir müxtəliflikləri) özündə müxtəlif 
submodallıqlar və ya keyfiyyətləri ifadə edə bilər. Məsələn, biz 
müxtəlif maddələrin qoxusunu və dadını eyni zamanda duya 
bilərik, temperatur duyğularını həm isti, həm də soyuq kimi qəbul 
edirik, biz müxtəlif işıq dalğalarını müxtəlif rənglər kimi görürük 
və i.a. 
Reseptorlar haqqında tam təsəvvür formalaşdırmaq üçün 
onların təkamül inkişafı  mənzərəsi ilə tanış olmaq vacibdir. 
Heyvanat aləmində reseptorların olduqca çoxlu formaları  təmsil 
olunmuşdur. Reseptorların mənşəyini tədqiq edəndə belə bir ilkin 
postulat irəli sürülmüşdür ki, ilkin hissetmə qabiliyyəti elementar 
səviyyədə  hər bir canlı hüceyrənin xarici səth membranına 
məxsus olan xüsusi zülal, zülal-lipid və qlüko-zülal 
biomolekulyar komplekslərin və onları  əhatə edən ion 
mühitlərinin xassələri ilə  əlaqədardır. Ona görə  də müxtəlif növ 
və tip heyvanlarda ən müxtəlif reseptorların hissi xassələrində 
ümumi və oxşar xüsusiyyətlər mövcuddur ki, bu da onlarda ilkin 
molekulyar represiya mexanizmlərinin çox yaxın olması ilə izah 
edilir. 
 
350 
Yastı qurdların (planariya və s.) və ya həşəratların gözü insanın 
gözündən fərqlənir, lakin fotoresepsiyanın fundamental əsasları 
gözlərə malik olan əksəriyyət heyvanlarda oxşar prinsip və 
molekulyar mexanizmləri üzrə qurulmuşdur. Bəzi heyvanlarda olan 
incə reseptor aparatları insanda yoxdur. Məsələn, elektrik 
balıqlarda elektrik cərəyanı hiss edən orqanlar, molyusklarda suyun 
kimyəvi tərkibini təyin edən osforidal hissi orqan mövcuddur, insan 
orqanizmi belə nadir hissi reseptorlardan məhrumdur. Elə 
onurğasızlar da var ki, onlarda əksər hiss orqanları və ya reseptorlar 
inkişaf etməmişdir. Sahibin bağırsaq mühitində parazit həyat 
keçirməyə əlahidə surətdə adaptasiya olunmuş lentvarı qurdlar belə 
orqanizmlərdəndir. Bir çox sensor (reseptor) hüceyrələr və duyğu 
orqanları yüksək uyğunlaşmalara məruz qalsa da müxtəlif heyvan 
növlərində  təxminən eyni quruluş  və funksional xüsusiyyətləri 
qoruyub saxlayırlar. Onurğalılarda qoxu və görmə reseptorları bu 
qəbilədən olan sensor cihazlara yaxşı misal ola bilər. 
Xarici və ya daxili stimulun sinir impulsuna çevrilməsi ya 
bütövlükdə sensor hüceyrədə, yaxud da onun xüsusi membran 
sahəsində baş verir. Məsələn, qanda oksigenin (O
2
) qatılıq gər-
ginliyi tutan xemoreseptorlar sinir impulsları bütövlükdə hüceyrə 
fəaliyyəti sayəsində yaradır, amma əksər sensor çeviricilər bu 
prosesi həyata keçirmək üçün çox incə  və  səciyyəvi morfo-
funksional törəmələr qazanırlar. Sensor hüseyrədə çevirici 
(transduksiyaedici) xassələr müəyyən mikromorfoloji sahələr ilə 
sıx  əlaqədardır. Bu ixtisaslaşmalar formaca müxtəlifdir. 
Aşağıdakı sxemdə onurğalı heyvanlarda bəzi reseptorların morfo-
funksional xüsusiyyətləri göstərilir (şəkil 8.1). 
 
Oksigen     Dad     Qoxu     Somatosensor  Əzələ  Eşitmə  Görmə 
     res.        res.        res.               res.             res.       res.        res. 

 
351 
 
Şəkil 8.1. Onurğalıların müxtəlif tip reseptorları. 
Kiçik ox işarələri sensor qıcıqların təsir etdiyi mikroresptiv 
sahələri göstərir. Punktirlər – sensor təsirləri sinir impulslarına 
transduksiya edən və sinaptik ötürmə baş verən sahələri göstərir. 
Hər iki yerdə sinir siqnalları fasiləli (diskret, gradual) olaraq 
ötürülür. Böyük ox işarələri reseptorda sinir impulsların tam 
formalaşdığı yerləri göstərir. (G.Şeperd, 1987). 
Qıcıq qapısı anlayışı. Toxumada ən zəif oyanma əmələ 
gətirən qıcıq qüvvəsinə  qıcıq həddi və ya qıcıq qapısı deyilir. 
Qıcıq qapısı anlayışı  əsasən xarici və daxili reseptorlarda 
qıcıqlanmanın aşağı  həddini xarakterizə etmək üçün işlədilir. 
Qıcıq qapısı reseptorda yayılan təsir (fəaliyyət) potensialı  və ya 
sinir impulsu yaradan qıcıqlanmanın minimal intensivliyi kimi 
başa düşülür. 
Fiziologiyada qıcıq qapısıaltı  və  qıcıq qapısıüstü qıcıqlanma 
adlanan anlayışlar da işlədilir. Qıcıq qapısından aşağı olan və oyan-
ma qapıaltı qıcıqlanma, qıcıq qapısından yüksək olan qıcıqlanma 
isə qapıüstü qıcıqlanma adlanır. Qıcıq qapısı  nə  qədər aşağı 
olarsa, oyanıcılıq bir o qədər yüksək olur. 
Sükunət potensialı. Sükunət potensialına bəzən membran po-
 
352 
tensialı da deyilir. Heyvani hüceyrə və ya reseptor hüceyrə zahiri 
membran (zar) örtüyü (plazmatik membran) ilə əhatə olunur, bəzi 
reseptorlar (məsələn, görmə reseptorları) daxili membran disklərə 
malikdir və ya inkapsulyar membran quruluş kəsb etmişdir (mə-
sələn, dərinin reseptiv cismcikləri). Reseptor hüceyrə adi halda, 
fizioloji sükunət zamanı, hər hansı  qıcıq təsir etmədiyi anlarda, 
membran potensialına malikdir. Bu tip potensial normal fizioloji 
həyat fəaliyyəti olan hüceyrənin sitoplazması ilə maye mühiti 
arasında Na
+
, K
+
, Cl
-
, Ca
++
, Mg
++
 kimi elektrokimyəvi ionların 
transmembran nəqliyyatı  və membranın daxili və xarici sətləri 
üzərində həmən ion yüklərinin fərqli qradiyentləri (qatılıqları) he-
sabına əmələ gəlir. 
Nisbətən yüksək oyanıqlığı olan sinir və əzələ hüceyrələrində 
sükunət potensialının qiyməti adətən 60-90 mv diapazonda 
dəyişir. Adi vəziyyətdə olan reseptor hüceyrənin (və ya digər oy-
anıqlı hüceyrənin) örtük membranın daxili səthi xarici səthinə 
görə  mənfi elektrokimyəvi potensial ilə yüklənmişdir. Reseptora 
kənar təsir olduqda və ya reseptor hüceyrədə metabolizmin sta-
sionar vəziyyətləri dəyişdikdə membran potensialı qiymət və 
istiqamətcə  dəyişir, potensial tərəddüdləri (spayklari) meydana 
gəlir. Membran potensialının azalması depolyarlaşma, artması isə 
hiperpolyarlaşma adlanır. Axırıncı hal reseptor və ya təsir 
(fəaliyyət) potensialı adlanan yayılan potensialın təşəkkülü üçün 
əsas fizioloji şərtlərdən biridir. 
Reseptor potensialı (fəaliyyət potensialı).  Qıcıq qapısı qüv-
vəsində və ya ondan yuxarı qüvvədə stimul reseptora təsir etdikdə 
membran potensialı hiperpolyarlaşır, reseptorun oyanıqlığı artır, 
reseptorda hissi sinir lifinə keçən və orada yayılan oyanma, fak-
tiki olaraq sinir impulsu yaranır. 
Reseptorun oyanması «hamısı və ya heç nə» qanununa tabedir, 
bu o deməkdir ki, təsir reseptoru ya bütövlükdə oyadır, ya da heç 
oyatmır. Oyanma baş verdikdə qıcıq artıq onun səviyyəsinə təsir 
edə bilmir, qıcıq həddən artıq şiddətləndikdə, reseptor oyanma öz 
əvvəlki spesifikliyi itirir, ağrı siqnalı kimi nəql olunur. 
Reseptorda təsir potensialı doğuran və onu sinir impulsuna 

 
1   ...   25   26   27   28   29   30   31   32   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə