Ə. Mirzəzadə Azərbaycan xanlıqları


Ağa Məhəmməd Qacar şahın Azərbaycana yürüşləri



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
mt-is muhazire-12

4.2. Ağa Məhəmməd Qacar şahın Azərbaycana yürüşləri  

   


Kərim xan Zəndin (1759-1779) ölümündən sonra İranda kəskinləşməkdə olan ara müharibələrində Qacarlar daha fəal 

olmuşdular.  1791-ci  ildə  Ağa  Məhəmməd  Qacar  (1780-1797)  İran  və  Cənubi  Azərbaycanı  öz  hakimiyyəti  altında 

birləşdirdi. O, Azərbaycanın şimal hissəsini ələ keçirməyə hazırlaşdı. Azərbaycan xanlarına məktublar göndərərək onun 

hakimiyyətini qəbul etməyi tələb etdi.  

Rusiyanın şərqdəki siyasətinə mane olmaq üçün İngiltərə və Fransa İrana kömək edirdi. Orduları yenidən qurmaq üçün 

İrana təlimatçılar göndərirdilər.  

           Qacar Qarabağa və Gürcüstana hücuma hazırlaşır. O, İbrahim xandan oğlunun girov göndərməyi tələb etmiş və 

rədd  cavabı  almışdır.  O,  Qarabağa  8  min  qoşun  göndərmiş,  lakin  Əsgəran  yaxınlığında  Qarabağ  və  Gürcü  qoşunları 

tərəfindən  məğlub  edilmişdir.  Onun  digər  qoşun  hissələri  Lənkəran  xanlığına  soxulmuş,  Mir  Mustafa  xan  Xəzər 

dənizindəki rus donanmasında sığınacaq tapmışdır.  

              1795-ci  ilin  yayında  Qacar  85  minlik  qoşunla  Qarabağa  hücum  etdi.  Onun  hücumu  bütün  Zaqafqaziya  üçün 

təhlükə  törətdi.  II  İrakli  Qarabağ  xanlığı  ilə  ittifaqa  girdi.  Bu  ittifaqa  Talış  və  İrəvan  xanları  da  qoşuldular.  İttifaqın 

yaradılmasında xanlığın vəziri Vaqif böyük rol oynamışdır.  

              Qacar  Şuşa  şəhərini  mühasirəyə  aldı.  Qarabağın  bütün  əhalisi  düşmənə  qarşı  mübarizəyə  qalxdı. 

Azərbaycanlılardan  ibarət  dəstələr  tez-tez  düşmənə  arxadan  zərbə  vurur,  onların  ərzaqla  təmin  edilməsini 

çətinləşdirirdilər. Mirzə Camal yazır ki, o vaxtın hesabı ilə qatır 4 manat, dəvə 6, yaxşı at 10 manat idi. Şuşa şəhəri 

qəhrəmanlıqla  müdafıə  olunurdu...  Qalada  15  min  xalq  qoşunu  yaradılmışdı.  Onun  müdafıəsində  qadmlar  da  iştirak 

edirdi.  Mirzə  Camal  yazır  ki,  ermənilər  və  azərbaycanlılar  vahid  qoşun  təşkil  edir,  işğalçılara  qarşı  çiyin-çiyinə 

vuruşurdular. Fransız zabitlərinin başçılıq etdiyi toplar 3 gün Şuşanı atəşə tutdu, lakin qala divarlarını dağıda bilmədi.  

Qarabağlılar  tez-tez  İran  qoşunlarının  düşərgələrinə  gecə  hücumları  təşkil  edir  və  onlara  böyük  tələfat  verirdilər. 

Əsgəran qalasının naibi Həsən bəyin dəstəsi gecə düşmən düşərgəsinə gücum etmiş, düşmənə ciddi tələfat verdikdən 

sonra geri qayıtmışdır. Sərbazlar onların düşərgədə olduğunu güman edərək bütün gecəni bir-birini qırmışlar. Vərəndə 

məliyinin dəstəsi düşmənin gözətçi məntəqəsini ələ keçirmiş, onları qırmış və əsir almışdır.  

              Şuşanın müdafıəsi 33 gün davam etmişdir. İran qoşunlarının sayı azalmış, bütün topları sıradan çıxarılmışdır. 

Mirzə Adıgözəlbəy bəyin yazdığına görə Ağa Məhəmməd xan Şuşada qoşunlarının tamamilə darmadağın ediləcəyindən 

ehtiyat  edərək  deyirdi:  «Zərərin  yarısından  da  qayıtmaq  mənfəətdir.  Müsibətlə  dolu  olan  bu  təhlükəli  yerdə  at  başı 

qaytarmaq  nicat  xəzinəsinin  açarıdır.  Yoxsa  çox  çəkməz,  bütün  qoşunumuz  və  heyvanlarımız  dərin  xunxarlıq 

dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər olsun İrana salamat qayıtmaz».  

             Gəncə  xanı  Cavad  xan  Ağa  Məhəmməd  xanın  düşərgəsinə  gəlmiş  və  onun  himayəsini  qəbul  etmişdir.  O, 

Gəncədə  hakimiyyətini  möhkəmlətməkdə  Qacardan  istifadə  etməyə  çahşırdı.  Cavad  xan  Şuşanın  mühasirəsindən  əl 

çəkməyi  və  Tiflisə  hücum  etməyi  Ağa  Məhəmməd  xana  təklif  etdi.  Onlara  Səki  hakimi  Məhəmməd  Həsən  xan  və 

İbrahim xanın düşmənləri olan məliklər Abov və Məclum da qoşuldular.  




 

11  


             Ağa  Məhəmməd  xan  20  minlik  qoşunla  Ağdamdan  Gəncəyə  doğru  hərəkət  etdi.  Onun  qoşunlarının  ön 

cərgəsinə  Abov  və  Məclum  bələdçilik  edirdi.  1795-ci  ilin  sentyabrın  12-də  İran  qoşunları  şiddətli  vuruşmadan  sonra 

Tiflisə daxil oldular. Şəhərə od vurulub yandırıldı. II İrakli qırğının  dayandırılmasını xahiş etdi. Ağa Məhəmməd xan 

bildirdi  ki,  bu  o  zaman  dayandırılar  ki,  köməyə  gəlmiş  qarabağlılar  ona  təqdim  edilsin.  İrakli  isə  bunu  rədd  etdi. 

Tiflisdən  xeyli  adam  qırıldı.  XVIII  əsr  Azərbaycan  şairi  Şikəstə  Şirin  öz  şeirlərində  Tiflisin  faciəsini  ürək  ağrısı  ilə 

təsvir etmişdir. İran ordusu Gürcüstanı taladıqdan sonra 1795-ci ilin payızında Azərbaycana qayıtdı və Muğan düzündə 

düşərgə saldı. İşğalçılar tez-tez hücumlar təşkil edərək şəhər və kəndləri yandırır, əhalini qarət edir, mal-qaranı sürüb 

aparır. Təkcə Qarabağdan 100 min baş mal-qara aparılmışdır.  

           Ağa Məhəmməd xan Muğanda qışladıqdan sonra yazda yenidən Şuşaya hücum etməyi planlaşdırmışdır. Lakin 

rus qoşunlarının Azərbaycana gəlməsi və İranda baş verən üsyan onu geri çəkilməyə məcbur etdi. 1796-cı ilin yazında 

Ağa Məhəmməd xan İrana qayıtdı və özünü İran şahı elan etdi.  


Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin