xanlığın mərkəzi Ərdəbil şəhəri idi. Ərdəbil xanlığı Lənkəran, Qarabağ, Təbriz, Marağa və Gilan
xanlıqları ilə həmsərhəd idi. Xanlığın əsasını Şahsevən tayfasından olan Bəbir xan qoymuş və dövləti
siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarının toplaşdığı divanxana idarə edirdi.
Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndxuda tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi
qoşunu var idi. Bəbir xanın oğlu Nəzərəli xanın dövründə (1747- 1783) zəndlər və qacarlarla münasibət
5
kəskinləşmişdi. Amma Nəzərəli xan nikah diplomatiyası vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq
əlaqələri yaratmışdı. Lənkəran xanlığı ilə də mehriban qonşuluq münasibətində idi. İran hakimi Kərim
xanın fıtnəsi nəticəsində Nəzərəli xan səfərdə olarkən Gilan hakimi Hidayət xan tərəfindən Əsir alınıb
Ənzəliyə aparılmışdı. Lakin Kərim xanın ölümündən sonra ərdəbillilər onu əsirlikdən xilas etmişdir.
Qubalı Fətəili xan 1784-cü ilin mayında hücum edib Ərdəbil və Meşkini tutdu. Bu hadisə Fətəli
xanın düşmənlərinin, eləcə də Rusiyanın narazılığına səbəb oldu. Nəzərəli xanın ölümündən bir qədər
sonra həkimiyyətə gələn Nəsir xanın dövründə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdü.
Dostları ilə paylaş: