Ə. Mirzəzadə Azərbaycan xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
mt-is muhazire-12

  

3.2. Quba xanlığı  

  

Azərbaycanda  ən  zəngin  vilayətlərdən  biri  olan  Qubanın  ərazisində  Dağıstan,  Şimali  Qafqaz  və 

Rusiyanı birləşdirən mühüm ticarət yolu keçirdi. Bu əlverişli vəziyyət Quba xanlığının yüksəlişində mühüm 

rol oynamışdır.  

Quba xanlığı Azərbaycanın ərazisində erkən yaranmış xanlıqlardan biri idi. Xanlığın əsası XVII əsrin 

sonuncu  rübündə  qoyulmuşdur.  Tarixi  mənbələrdə  Qubanın  ilk  xanı  Hüseynin  1689-cu  ildə  öldüyü  qeyd 

olunur.  Xanlığın  mərkəzi  əvvəl  Xudat  qalası,  sonra  isə,  1735-ci  ildən  Quba  olmuşdur.  1724-cü  ildə  Quba 

Rusiyaya  birləşdirilmiş  və  onun  xanı  Hüseynəli  xan  təyin  olunmuşdur.  O,  çar  xəzinəsinə  xərac  verməmiş, 

ancaq  yeri  gəldikdə  öz  qoşunları  ilə  Rusiyaya  kömək  etmişdir.  Sonra  Quba  xanlıgı  Nadir  şahdan  asılı 

vəziyyətə  düşmüşdür.  Onun  ölümündən  (1758)  sonra  isə  müstəqillik  qazanmışdır.  XVIII  əsrin  50-ci 

illərindən başlayaraq Quba xanlığı öz ərazisini genişləndirmək üçün mübarizəyə başlamışdır. Hüseynəli xan 

1722-1757-ci illərdə Səlyanı Qubaya birləşdirmişdir. Siyasi cəhətdən zəif, ərazisinin az olmasına baxmayaraq 

Səlyan  böyük  strateji  və  iqtisadi  potensiala  malik  idi  mənbələrdə  qeyd  olunur  ki,  balıq  ovundan  50  min 

gümüş pul gəlir götürülmüşdür.  

Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının nüfuzu daha da artmışdı. O, 22  yaşında Qubanın 

xanı  olmuş,  yeni-yeni  torpaqları  bu  xanlığa  birləşdirmişdir.  Quba  xanı  öz  ərazisini  genişləndirmək  üçün 

müxtəlif vasitələrə əl atmışdır. O, bəzi feodal hakimlərini zorla, bəzilərini qohumluq əlaqəsi ilə özündən asılı 

vəziyyətə salmışdı.  Əhalinin aşağı  təbəqəsi  də Fətəli  xanın  birləşdirmək  siyasətinə tərəfdar idilər. Xüsusilə 

Fətəli  xan  1736-cı  ildə  anadan  olmuşdu.  Salyanın  alınmasına  özü  rəhbərlik  etdi.  22  yaşında  Qubanın  xanı 

oldu.  Tacir  və  sənətkarlar  ticarətin  inkişafına  müsbət  təsir  edən  mərkəzləşdirilmiş  dövlətin  yaranmasından 

razı  idilər.  Fətəli  xan  dövrünün  görkəmli  dövlət  xadimi  idi.  O,  ilk  növbədə  qoşunlarını  artırdı.  Vergi 

islahatları  keçirdi.  Dövlətin  sərhədlərini  möhkəmlətmək  üçün  Muğandan  döyüşkən  Şahverən  tayfasının  bir 

hissəsini  xanlığa  köçürdü.  A.Bakıxanov  yazır:  «Fətəli  xan  tədbirli,  əzmində  sabit  qədəm,  məmləkətin 

idarəetmə  işlərində  mahir  bir  adam  idi».  P.T.Butkov  onu  geniş  ağla  malik,  igid,  bacarıqlı,  düşüncəli  və 

yorulmaq  bilməyən  bir  şəxs  kimi  təsvir  edir.  O,  mahal  naiblərinin  hüquqlarını  məhdudlaşdırmış,  vergiləri 

nizama  salmış,  xəzinənin  gəlirin  artırmışdır.  O,  muzdlu  qoşun  saxlayırdı.  Digər  xanlıqlardan  fərqli  olaraq, 

onun Azərbaycan torpaqlarını birləşdirmək siyasəti mütərəqqi hadisə idi.  

Mühüm  qala  və  ticarət  liman  olan  Dərbəndin  Qubaya  birləşdirilməsi  böyük  əhəmiyyət  kəsb  edirdi. 

Əhali Məhəmməd Hüseyn xandan narazı olub, Fətəli xana meyil edirdi. Fətəli xan Dağıstan hakimləri - Tarku 

Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi  Əmir Həmzəni  və Tabasaran hakimi  ilə əlaqəyə  girib Samurun sağ 

sahilində olan torpaqları ələ keçirdi, sonra isə Dərbəndi mühasirə edib, 1759-cu ildə ələ keçirdi. Məhəmməd 

Hüseyni tutub gözlərini çıxartdı və Bakıya göndərdi. Dərbəndin xəzinəsi və xanın əmlakı ələ keçirildi. Fətəli 

xan  Dərbəndin  və  Qubanın  bir  sıra  kəndlərindən  vergi  toplamaq  hüququnu  müttəfiqlərinə  verdi.  Əmir 

Həmzənin bacısı Tuti Bikə ilə evləndi. Dərbənddən sonra 1767-ci ildə Bakı xanlığı Qubaya birləşdirildi. Bakı 

həm dəniz limanı, həm də Xəzər dənizində mühüm ticarət mərkəzi  idi. Buradan çıxarılan neft böyük gəlirə 



 

7  


malik idi. Fətəli xan bacısı Xədicə Bikəni nisbətən zəif iradəli Məlik Məhəmməd xana verməklə onu özündən 

asılı vəziyyətə saldı. 1781-ci ildə onun ölümündən sonra Bakınm hakimi oğlu Mirzə Məhəmməd oldu.  

Fətəli  xan  öz  müvəffəqiyyətlərini  genişləndirərək  Şirvan  xanlığını  ələ  keçirmək  uğrunda  mübarizəyə 

başladı.  XVIII  əsrin  ortalarında  Şirvanın  bir  hissəsi  Nadirin  vergi  toplayanı  Hacı  Məhəmmədəli  xan,  bir 

hissəsi  isə  Çoban  tayfasının  sərkərdə  nəslindən  Məhəmməd  Seyid  xan  idarə  edirlər.  Bir  qədər  sonra  bütün 

Şirvan ərazisi Məhəmməd Seyid xan və Ağasi xan qardaşlarının əlinə keçdi.  

Fətəli xan Şirvanı dağlıların basqınlarından qorumaq üçün bac alırdı. Lakin  

Ağası xan bu bacı verməkdən boyun qaçırdı. Bundan istifadə edərək Fətəli xan Şəki xanı Hüseynəli ilə oraya 

hücum etdi (1754). Ağasi xan bac verməyə hazır olsa da qoşun toplamağa başladı. 1768-ci ildə Şəki və Quba 

qoşunları  Şamaxıya  hücum  etdi.  Ağasi  xan  məğlub  edildi,  gözləri  çıxarılıb  Kür  sahilində  Ketavana  gön 

dərildi. Şirvan torpaqları Şəki və Quba arasında bölüşdürüldü. 1768-ci ildə Cavad xanlığı Quba xanlığından 

asılı vəziyyətə düşdü.  

XVIII  əsrin  60-cı  illərində  Quba  xanlığı  Azərbaycanın  şimal-şərq  torpaqlarını  öz  hakimiyyəti  altında 

birləşdirdi.  Təbriz,  Ərdəbil  və  Gəncə  əhalisi  Fətəli  xanın  himayəsinə  sığınmaq  arzusunda  olduqlarını 

bildirdilər. O zaman Azərbaycanda olan rus məmurlarından biri yazırdı: «... Mən Gilan vilayətindən, Ərdəbil, 

Təbriz,  Gəncə  və  İrəvan  şəhərlərində  hədiyyələrlə  Dərbəndə  Fətəli  xanın  yanına  gəlmiş  üç  nəfər  adlı-sanlı 

tacir  gördüm:  onlar  öz xanlarından  gizli,  yerli  əhali  adından  xahiş  edirdilər  ki,  Fətəli  xan  həmin yerləri  öz 

hakimiyyətinə tabe etsin: onlar vəd edirdilər ki, yürüş zamanı ona heç bir müqavimət göstərilməyəcəkdir».  

Öz hakimiyyətlərini itirən feodallar Fətəli  xanın bü siyasətindən narazı  idilər. Onlar Fətəli  xana qarşı 

ittifaqa girdilər. Şamaxıda Fətəli xana qarşı qəsd təşkil edildi, bu qəsddə Şəki xanı Hüseynəli də iştirak etmək 

üçün 10 min qüvvə ilə Şamaxıya yaxınlaşdı. Fətəli xan Məhəmməd Seyid xan başda olmaqla qəsdçiləri həbs 

etdi. Hüseynəli döyüşə girmədən Fətəli xana tabe oldu.  

        Quba xanlığının güclənməsi digər xanlıqları narahat edirdi. Qarabağ, Şəki xanlığı və Kartli-Kaxet çarlığı 

Fətəli xana qarşı ittifaq yaratdılar, lakin bu ittifaq ən çox Fətəli xanı geri çəkilməyə tələb etmişdir. Fətəli xan 

geri  çəkilməyə  məcbur  olmuşdur.  Ərazi  genişləndikcə,  şöhrət  artdıqca  Fətəli  xana  qarşı  əks  qüvvələr 

birləşirdi. Qarabağ, Şəki və Dağıstan hakimləri 1774-cü ildə Kavduşan çölündə (Quba ilə Dərbənd arasında) 

Fətəli xanı məğlub etdilər. Fətəli xan Salyana çəkildi. Əmir Həmzə Qubanı tutdu. Dərbəndi mühasirəyə aldı. 

Şəhərin müdafıəsinə Tuti Bikə rəhbərlik edirdi. Əmir Həmzə onu aldadıb şəhərə girmək üçün şayiə yaydı ki, 

Fətəli xan ölüb. Hətta bacısını tam inandırmaq üçün ölmüş bir Dağıstan hakiminin meyidini müşayiət edən 

matəm mərasimi təşkil etdi. Lakin hiylə baş tutmadı.  

1775-ci  ildə  Fətəli  xanın  xahişi  ilə  rus  hökuməti  general  İ.F.de  Medelin  başçılığı  ilə  Dərbəndə  qoşun 

göndərdi. Ə.Həmzə Qubadan və Dərbənd ətrafından çəkildi.  

1784-cü  ildə  Fətəli  xan  Cənubi  Azərbaycana  yürüş  edərək  Ərdəbil  və  Meşkin  şəhərlərini  ələ  keçirdi. 

Lakin bundan II Yekaterina narazı qaldı və onu geri çağırdı. 1785-ci ildə Fətəli xan Şəki xanlığını özündən 

asılı vəziyyətə saldı. O, İrakli ilə ittifaq yaratdı. 1788-ci ildə onların qoşunları Gəncəyə daxil oldu. 1789-cu 

ilin martında Fətəli xan Cənubi Azərbaycana yürüşə hazırlaşarkən Bakıda qəflətən vəfat etdi.  

Fətəli  xanın  32  illik  hakimiyyəti  dövründə  Azərbaycan  torpaqlarının  vahid  dövlətdə  birləşdirilməsi 

uğrunda  mübarizə  aparmışdır.  Lakin  natural  təsərrüfatın  hökm  sürməsi  feodal  pərakəndəliyi,  xarici  şəraitin 

əlverişli  olmaması,  yerli  feodal  hakimlərinin  müqaviməti  buna  inıkan  vermədi.  Onun  yaratdığı  birlik  isə 

tezliklə dağıldı. Oğlu Əhməd xan atasının nailiyyətlərini möhkəmləndirə bilmədi. Onu əvəz etmiş Şeyx Əli 

xanm dövründə Şirvan, Bakı, Şəki və digər xanlıqlar Quba xanlığmdan ayrıldılar.  


Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin