Ə. Mirzəzadə Azərbaycan xanlıqları



Yüklə 435,39 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix23.04.2022
ölçüsü435,39 Kb.
#56155
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   14
mt-is muhazire-12

  

  

§ 4. XVIII Əsr Azərbaycan-Rusiya Münasibətləri  

4.1. Xanlıqların Rusiya ilə münasibətləri  

  

XVIII  əsrin  ikinci  yarısında  Rusiyanın  Qafqaza  marağı  daha  da  artmışdır.  Rusiya  mütləqiyyətinin  Cənubi  Qafqaz, 

Xəzər  hövzəsini  ələ  keçirmək  üçün  xüsusi  planı  var  idi.  Rus  çarizminin  müstəmləkəçilik  siyasətinə  baxmayaraq 

Azərbaycanın  Rusiyaya  birləşdirilməsi  meyli  onun  İran  əsarətindən  qurtarmağa,  feodal  müharibələrinin  aradan 

qaldırılmasına imkan verirdi.  

İran tərəfindən daim gözlənilən təhlükə şəraitində Azərbaycanın bəzi xanlıqları Rusiya ilə yaxınlaşmağa cəhd edirdilər. 

Onlar belə hesab edirdilər ki, Rusiyanın köməyi ilə İranın hücumlarını dəf etmək olar.  

1768-74-cü  illərdə Türkiyə-Rusiya  müharibəsi  dövründə  Rusiyaya  yaxınlaşma  prosesi  daha  qüvvətlənmişdir.  Türkiyə 

öz elçilərini Azərbaycan və Dağıstana göndərir, müxtəlif vədlərlə yerli hakimləri öz tərəfınə çəkməyə çalışırlar. Onları 

Rusiyaya qarşı birgə mübarizəyə çağırırlar.  

Türkiyə Azərbaycanın ən güclü xanı Fətəli xanı öz tərəfinə çəkməyə daha çox cəhd edirdi. Türkiyə nümayəndəsi Fətəli 

xanın yanına gəlmiş, onu Rusiyaya qarşı çıxmağa təhrik etmişdir. Lakin Fətəli xan bu təklifı qəbul etməmişdir. 1769cu 

ildə  Bakıda  olan  rus  konsulu  öz  hökumətinə  bildirmişdi  ki,  Fətəli  xan  Rusiyaya  qarşı  müharibədə  Türkiyəyə  kömək 

təklifini qəbul etmədi və onun hədiyyələrini almadı. Fətəli xan türk elçisinə belə cavab vermişdir: «Onlar mənə lazım 

deyil, mənə öz varidatım bəsdir». 1770-ci ildə Rusiyanın diplomatik nümayəndəsi bildirdi ki, türklərin Quba xanını öz 

tərəfinə  çəkmək  üçün  etdiyi  bütün  cəhdləri  boşa  çıxdı.  Fətəli  xan  buna  heç  bir  meyil  göstərmədi  və  heç  şey  etmədi: 

həqiqətən  də  o,  əvvəlki  dostluğunu  davam  etdirməkdən  başqa  Rusiyaya  qarşı  heç  bir  şey  başlamaq  fıkrində  deyildi. 

Fətəli  xanın  simasında  özünə  müttəfiq  qazanmaq  istəyən  Kərim  xan  Zənd  1774-cü  ildə  çoxlu  hədiyyələrlə  elçi 

göndərmişdir. Lakin Fətəli xan hədiyyələri qəbul etmədi və onun təkliflni rədd etdi.  

Quba xanlığı Rusiya ilə ittifaqı və dostluğu ardıcıllıqla aparmışdır. Quba xanlığı dəfələrlə Rusiyanın himayəsinə qəbul 

edilməsini  xahiş  etmişdir.  Azərbaycanda  olan  rus  səyyah  və  məmurları  Azərbaycan  əhalisinin  Rusiyaya  meylini 

dəfələrlə  qeyd  etmişdirlər.  XVIII  əsrin  ikinci  yarısında  yüksək  vəzifəli  rus  məmurları,  diplomatları,  alim  və 

səyyahlarının Azərbaycanda olması rus-Azərbaycan əlaqələrini daha da möhkəmləndirmişdir.  

Qafqazda Rusiya mənafeyi nöqteyi-nəzərindən Rusiya Elmlər Akademiyasının həqiq üzvü S.T.Qmelinin 1769-1774-cü 

illərdəki ekspedisiyası böyük rol oynadı. Ekspedisiyanın məqsədi böyük iqtisadi və hərbi-siyasi əhəmiyyətə malik olan 

Həştərxandan Gilana qədər Kaspi sahili vilayətləri tədqiq etmək olmuşdur.  

Bu ekspedisiyanın elmi axtarışları arxasında siyasi məqsədlərin olduğu yerli hakimlərə məlum idi. Qmelin Fətəli xanın 

yanında olmuş, hətta xan ona öz yanında qalmağı təklif etmişdir. Ekspedisiya geri qayıdarkən Əmir Həmzə tərəfindən 

yaxalandı.  Qmelin  əsirlikdə  öldü  (1774).  Ekspedisiyanın  5  cildlik  təsviri  Qafqaz,  orada  yaşayan  xalqlar,  oranın 

etnoqrafiyası, iqtisadiyyatı haqqında geniş məlumat toplamışdır. Hesabatda Azərbaycanın təbiətinə, abidələrinə, qədim 

tarixinə,  ayrıayrı  siyasi  xadimlərinə  geniş  yer  verilmişdir.  Hesabat  Azərbaycanın  o  dövrdəki  tarixini  öyrənmək 

baxımından maraqlıdır. Orada Azərbaycan xalqının Rusiyaya meyil etmələrinə də toxunulmuşdur.  

XVIII əsrin 80-ci illərinin əvvəllərində rus sərkərdəsi A.V.Suvorov Zaqafqaziya ilə yaxmından maraqlanmışdır. 1780-

ci  ilin  yanvarında  Kaspi  sahilinə  yürüşə  başçılıq  etmək  üçün  Həştərxana  gəlmişdir.  1782-ci  ildə  Krım  və  Kuban 

qoşunlarına komandan təyin olunmuşudr. O, Zaqafqaziyanın bir sıra siyasi xadimləri ilə yazışırdı.  

Fətəli  xan  Rusiya  ilə  münasibətlərini  daim  genişləndirirdi.  1768-74-cü  il  müharibəsinin  Rusiyanın  qələbəsi  ilə  başa 

çatması,  onun  Qafqazdakı  mövqeyini  möhkəmləndirdi.  1783-cü  ildə  Gürcüstanın  Rusiya  tərkibinə  daxil  olması 

haqqında Georgiyevskdə müqavilə bağlandı. Bunu Fətəli xan rəğbətlə qarşıladı. 1784-cü ildə Tarku şamxalı Rusiyadan 

asılılığı qəbul etdi. Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın Rusiyaya birləşdirilməsi üçün əlverişli şərait yarandı. 

Lakin  1787-ci  ildə  Rusiya  ilə  Türkiyə  arasında  başlanan  müharibə  rus  qoşunlarının  Gürcüstandan  çıxarılması  ilə 

nəticələndi.  Türkiyə  yenə  də  müxtəlif  vasitə  ilə  Azərbaycan  və  Dağıstan  əhalisinin  öz  tərəfinə  çəkməyə  və  onları 

Rusiyaya qarşı müharibəyə sövq etməyə çalışırdı. 1787-ci ildə Qubaya gələn türk nümayəndəsi Fətəli xanın Rusiyaya 




 

10  


qarşı müharibəyə təhrik etdi. Lakin bu təklif rədd edildi. O zaman Rusiyanın xarici siyasətinə başçılıq edən Potyomkin 

II Yekaterinaya xəbər verirdi ki, Fətəli xan «Onu Rusiyaya qarşı silahlandırmağa qızışdıran sultan fərmanını və vəzirin 

məktubunu  göndərmişdir...  Bunun  əleyhinə  qarşı  olaraq  o  (Fətəli  xan),  öz  düşmənlərinə  qarşı  birgə  çıxış  etmək 

haqqında çar İrakliyə kömək təklif etmişdir. Mən onun bu hünərini tərifsiz qoymadım.  

1787-ci ildə Quba xanlığının 17 nəfərdən ibarət elçi heyəti Peterburqa gəldi. Ona görkəmli diplomat Sadıq Məhəmməd 

Vəliyev  başçılıq  edirdi.  Fətəli  xanın  II  Yekaterinaya  göndərdiyi  məktubda  deyilir:  «İmperator  həzrətlərindən  xahiş 

edirəm  ki,  mənim  ixtiyarımda  olan  bütün  xalq  və  vilayətləri  birlikdə  ali  həkimiyyətimizə  qəbul  edəsiniz.  Xan  bütün 

dövrlərdə Rusiyanın dostu olacağını bildirirdi. Onun məktublarının birində deyilir: «Əmin edə bilərəm ki, bütün ömrüm 

boyu  Rusiyaya  qarşı  sədaqətimlə  zərrə  qədər  olsun  qüsur  olmayacaqdır.  Mən  daim  Rusiyanın  dostlarına  dost, 

düşmənlərinə düşmən olacağam».  

Onu da qeyd etməliyik ki, Fətəli xan Rusiyanın köməyinə arxalanaraq Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. 

Ona  görə  də  Rustya  hökuməti  onun  qüvvətlənməsi  ilə  razılaşmırdı.  Hətta  II  Yekaterina  1775-ci  ildə  Fətəli  xanın 

köməyinə  göndərilmiş  rus  ordusunun  geri  çəkilməsini  tələb  etmişdir.  1784-cü  ildə  Fətəli  xanın  Ərdəbili  tutması  rus 

çarını narahat etmişdir. Lakin buna baxmayaraq Fətəli xan Rusiyaya meylində ardıcıl siyasət yeritmişdir.  

Yadellilərə  qarşı  mübarizədə  və  öz  mövqeyini  möhkəmlətməkdə  Qarabağlı  İbrahim  xan  da  Rusiya  ilə  yaxınlaşmağa 

çalışırdı. 1783-cü üdə İbrahim xan məktubla II Yekaterinaya müraciət etdi və Peterburqa nümayəndə heyəti göndərərək 

Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsini xahiş etdi. 1783-cü ilin yayında Qafqaz qoşunlarının komandiri 

Patyomkinə  II  Yekaterinanın  fərmanında  deyilir:  «İbrahim  xana  gəlincə,  onun  Rusiya  təbəəliyinə  qəbul  olunmasında 

heç bir çətinlik və şübhə yoxdursa, görünür, çar İrakliyə qarşı yetirdiyimiz siyasəti rəhbər tutmaq olar; belə olduqda 

onun  Rusiya  imperatoru  taxtına  tabe  olması,  mənim  və  xələflərimiz  üzərində  ali  həkimiyyətin  tanınması  haqqında 

müqavilə  bağlamaq  barədə  general  Patyomkinə  tapşırıq  verməyi  yaddan  çıxarmayın».  Lakin  İbrahim  xan  Rusiya  ilə 

münasibətdə ardıcıl olmamışdır.   

  


Yüklə 435,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin