4.2. Ağa Məhəmməd Qacar şahın Azərbaycana yürüşləri
Kərim xan Zəndin (1759-1779) ölümündən sonra İranda kəskinləşməkdə olan ara müharibələrində Qacarlar daha fəal
olmuşdular. 1791-ci ildə Ağa Məhəmməd Qacar (1780-1797) İran və Cənubi Azərbaycanı öz hakimiyyəti altında
birləşdirdi. O, Azərbaycanın şimal hissəsini ələ keçirməyə hazırlaşdı. Azərbaycan xanlarına məktublar göndərərək onun
hakimiyyətini qəbul etməyi tələb etdi.
Rusiyanın şərqdəki siyasətinə mane olmaq üçün İngiltərə və Fransa İrana kömək edirdi. Orduları yenidən qurmaq üçün
İrana təlimatçılar göndərirdilər.
Qacar Qarabağa və Gürcüstana hücuma hazırlaşır. O, İbrahim xandan oğlunun girov göndərməyi tələb etmiş və
rədd cavabı almışdır. O, Qarabağa 8 min qoşun göndərmiş, lakin Əsgəran yaxınlığında Qarabağ və Gürcü qoşunları
tərəfindən məğlub edilmişdir. Onun digər qoşun hissələri Lənkəran xanlığına soxulmuş, Mir Mustafa xan Xəzər
dənizindəki rus donanmasında sığınacaq tapmışdır.
1795-ci ilin yayında Qacar 85 minlik qoşunla Qarabağa hücum etdi. Onun hücumu bütün Zaqafqaziya üçün
təhlükə törətdi. II İrakli Qarabağ xanlığı ilə ittifaqa girdi. Bu ittifaqa Talış və İrəvan xanları da qoşuldular. İttifaqın
yaradılmasında xanlığın vəziri Vaqif böyük rol oynamışdır.
Qacar Şuşa şəhərini mühasirəyə aldı. Qarabağın bütün əhalisi düşmənə qarşı mübarizəyə qalxdı.
Azərbaycanlılardan ibarət dəstələr tez-tez düşmənə arxadan zərbə vurur, onların ərzaqla təmin edilməsini
çətinləşdirirdilər. Mirzə Camal yazır ki, o vaxtın hesabı ilə qatır 4 manat, dəvə 6, yaxşı at 10 manat idi. Şuşa şəhəri
qəhrəmanlıqla müdafıə olunurdu... Qalada 15 min xalq qoşunu yaradılmışdı. Onun müdafıəsində qadmlar da iştirak
edirdi. Mirzə Camal yazır ki, ermənilər və azərbaycanlılar vahid qoşun təşkil edir, işğalçılara qarşı çiyin-çiyinə
vuruşurdular. Fransız zabitlərinin başçılıq etdiyi toplar 3 gün Şuşanı atəşə tutdu, lakin qala divarlarını dağıda bilmədi.
Qarabağlılar tez-tez İran qoşunlarının düşərgələrinə gecə hücumları təşkil edir və onlara böyük tələfat verirdilər.
Əsgəran qalasının naibi Həsən bəyin dəstəsi gecə düşmən düşərgəsinə gücum etmiş, düşmənə ciddi tələfat verdikdən
sonra geri qayıtmışdır. Sərbazlar onların düşərgədə olduğunu güman edərək bütün gecəni bir-birini qırmışlar. Vərəndə
məliyinin dəstəsi düşmənin gözətçi məntəqəsini ələ keçirmiş, onları qırmış və əsir almışdır.
Şuşanın müdafıəsi 33 gün davam etmişdir. İran qoşunlarının sayı azalmış, bütün topları sıradan çıxarılmışdır.
Mirzə Adıgözəlbəy bəyin yazdığına görə Ağa Məhəmməd xan Şuşada qoşunlarının tamamilə darmadağın ediləcəyindən
ehtiyat edərək deyirdi: «Zərərin yarısından da qayıtmaq mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdə at başı
qaytarmaq nicat xəzinəsinin açarıdır. Yoxsa çox çəkməz, bütün qoşunumuz və heyvanlarımız dərin xunxarlıq
dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər olsun İrana salamat qayıtmaz».
Gəncə xanı Cavad xan Ağa Məhəmməd xanın düşərgəsinə gəlmiş və onun himayəsini qəbul etmişdir. O,
Gəncədə hakimiyyətini möhkəmlətməkdə Qacardan istifadə etməyə çahşırdı. Cavad xan Şuşanın mühasirəsindən əl
çəkməyi və Tiflisə hücum etməyi Ağa Məhəmməd xana təklif etdi. Onlara Səki hakimi Məhəmməd Həsən xan və
İbrahim xanın düşmənləri olan məliklər Abov və Məclum da qoşuldular.
11
Ağa Məhəmməd xan 20 minlik qoşunla Ağdamdan Gəncəyə doğru hərəkət etdi. Onun qoşunlarının ön
cərgəsinə Abov və Məclum bələdçilik edirdi. 1795-ci ilin sentyabrın 12-də İran qoşunları şiddətli vuruşmadan sonra
Tiflisə daxil oldular. Şəhərə od vurulub yandırıldı. II İrakli qırğının dayandırılmasını xahiş etdi. Ağa Məhəmməd xan
bildirdi ki, bu o zaman dayandırılar ki, köməyə gəlmiş qarabağlılar ona təqdim edilsin. İrakli isə bunu rədd etdi.
Tiflisdən xeyli adam qırıldı. XVIII əsr Azərbaycan şairi Şikəstə Şirin öz şeirlərində Tiflisin faciəsini ürək ağrısı ilə
təsvir etmişdir. İran ordusu Gürcüstanı taladıqdan sonra 1795-ci ilin payızında Azərbaycana qayıtdı və Muğan düzündə
düşərgə saldı. İşğalçılar tez-tez hücumlar təşkil edərək şəhər və kəndləri yandırır, əhalini qarət edir, mal-qaranı sürüb
aparır. Təkcə Qarabağdan 100 min baş mal-qara aparılmışdır.
Ağa Məhəmməd xan Muğanda qışladıqdan sonra yazda yenidən Şuşaya hücum etməyi planlaşdırmışdır. Lakin
rus qoşunlarının Azərbaycana gəlməsi və İranda baş verən üsyan onu geri çəkilməyə məcbur etdi. 1796-cı ilin yazında
Ağa Məhəmməd xan İrana qayıtdı və özünü İran şahı elan etdi.
Dostları ilə paylaş: |